Məhkəmə qərarları › İş №2(037)-184/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-184/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-184/2021 10.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, "İddiaçı" X1 Ramiz Sahab oğluna qarşı debitor borcun və dəymiş ziyanın ödənilməsi tələbi barədə iddiası, Cavabdeh "İddiaçı" İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "İddiaçı" İstehsalat Birliyi iddia ərizəsi ilə müraciət edərək Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 497,3 manat borc, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 216 manat itirilmiş qazın dəyərinin və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “İddiaçı” İstehsalat Birliyi tərəfindən **********00770 nömrəli abonent koduna vurulmuş 2160 kub metr təbii qazın dəyəri 216 manat debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “İddiaçı” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə nümayəndənin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 İstismar İdarəsi ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və 497,3 manat məbləğində borcu yaranmışdır. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüsdür. Cavabdeh müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq istifadə etdiyi təbii qazın 497,3 manat miqdarında dəyərini bu günə kimi ödəməmişdir. Bundan başqa xx xxxx 2020-ci il tarixdə “İddiaçı” İB-nin X3 İstismar İdarəsi İsmayıllı Xidmət Sahəsinin əməkdaşları tərəfindən Cavabdeh İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi ev 16-da yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulmuş qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akt Cavabdeh tərəfindən imzalanmışdır. Açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı yoxlamadan keçmiş və tərtib edilmiş 29/1710-01114-1 nömrəli aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsildiyi və təbii qaz itkisinin yarandığı qeyd edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 28 sentyabr 2020-ci il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı Cavabdeh imzalamaqdan imtina etmişdir. Akta əsasən xx xxxxxxxx 2020-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 2160 kub.metr itirilmiş qazın dəyəri 216 manat məbləği Cavabdeh abonent bazasındakı koduna vurulmuşdur. Cavabdeh abonent koduna vurulmuş məbləğlər istifadə edilmiş təbii qazın və sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 497,3 manat borc, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 216 manat itirilmiş qazın dəyərinin və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, iddia tələbini 497,3 manat qaz pulu borcu hissəsində qəbul edir. İstifadə etdiyi təbii qaza görə yaranmış 497,3 manat borcu ödəyəcəkdir. Həmin hissədə iddianın təmin olunmasına etiraz etmir. Lakin iddia tələbinin dəymiş ziyan hissəsi ilə razı deyildir. “İddiaçı” İB-nin tabeçiliyində olan X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş aktı o, imzalamışdır. Bir müddət sonra “İddiaçı” İstahesalat Birliyi tərəfindən ona bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və yoxlama zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsildiyi və təbii qaz itkisinin yarandığı aşkar edilmişdir. Ona görə də xx xxxxxxxx 2020-ci il tarixdə “təbii X2nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında xx xxxxxxxx 2020-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 2160 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. Hesab edir ki, “İddiaçı” İB tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəyir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. O, iddia tələbinin istifadə etdiyi təbii qaza görə yaranmış 497,3 manat borcun ödənilməsi hissəsində təmin olunmasına etiraz etmir. İddia tələbinin dəymiş ziyanın ödənilməsinə dair hissədə rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin olunaraq abonent koduna vurulmuş 216 manat debitor borcun silinməsini və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş edir. X3 İstismarı İdarəsi ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını kefiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylacı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə Cavabdeh İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi ev 16-da yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı Cavabdeh imzalamışdır. “İddiaçı” İB-nin “Təbii X2nın pozulması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, ******* nömrəli sayğaca labaratoriyada baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kədiliyi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı Cavabdeh imzalamaqdan imtina etmişdir. “İddiaçı” İB-nin X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixli 29/1710- 01114-1 nömrəli akta əsasən G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kədiliyi və qaz itkisinin yarandığı aşkar edilmiş, Cavabdeh yaşadığı evin qaz xəttinə qoşulmuş sayğacdan itirilmiş təbii qazın miqdarı hesablanaraq 2160 kub metr müəyyən edilmiş və sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. xx xxxxxx 2021-ci il tarixli abonentin saldosundan görünür ki, 2020-ci ilin dekabr ayının sonuna Cavabdeh **********00770 nömrəli abonent koduna 713,3 manat borc vurulmuşdur ki, həmin borcun 216 manat hissəsi 2020-ci ilin sentyabr ayının sonuna akt üzrə hesablanmış borc, 497,3 manat hissəsi isə istifadə edilmiş təbii qazın dəyərini təşkil edir. xx xxxxxx 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “İddiaçı” İB tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “İddiaçı” İB-nin X3 İstismar İdarəsi ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh 2020-ci ilin dekabr ayının sonuna istifadə etdiyi təbii qaza görə 497,3 manat borcu yaranmışdır. Eyni zamanda “İddiaçı” İB-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə Cavabdeh fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə abonentin hesabına yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı Cavabdeh imzalamışdır. Cavabdeh yaşadığı evin qaz xəttindən açılmış sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kədiliyi və qaz itkisinin yarandığı aşkar edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxxxxxx 2020-ci il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş həmin aktı Cavabdeh imzalamaqdan imtina etmişdir. “İddiaçı” İB-nin X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Cavabdeh yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2160 kub metr müəyyən edilmiş, itirilmiş təbii qazın və sayğacın dəyərinin öpdənilməsi tələb olunmuşdur. “İddiaçı” İstehsalat Birliyi iddia tələbinin təmin olunaraq Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 497,3 manat borc, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 2160 kub metr itirilmiş qazın 216 manat dəyərinin və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini 497,3 manat borc hissəsində təmin edilməsinə etiraz etmir, qaz sayğacına özü və ailə üzvləri tərəfindən müdaxilə edilmədiyini, sayğacın zədələnməsi barədə heç bir məlumatının olmadığını, Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən azı ayda bir dəfə baxış keçirilərkən sayğacda hər hansı zədə, əzik aşkar olunmadığını, qaz sayğacının həyət qapısından çöldə yerləşdiyi üçün işçi vəziyyətinə nəzarət etməsinin mümkün olmadığını göstərərək iddia tələbinin dəymiş ziyan tələbinə dair hissədə rədd edilməsini, “İddiaçı” İstehsalat Birliyi tərəfindən abonent koduna vurulmuş 2160 kub metr təbii qazın dəyəri 216 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş edir. “İddiaçı” İstehsalat Birliyi tərəfindən qarşılıqlı iddia tələbinə dair məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilmədiyindən qarşılıqlı iddiaya dair münasibətlərini öyrənmək mümkün olmamışdır. “X2”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə ilkin iddianın istifadə edilmiş təbii qaza görə yaranmış 497,3 manat borc tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq Cavabdeh istifadə etdiyi qazın dəyərini ödəməli olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin dəymiş ziyanın ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca abonent və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə “İddiaçı” İstehsalat Birliyi tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ilkin iddia tələbi dəymiş ziyanın ödənilməsinə dair hissədə rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, abonentin istifadəsində olan qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən abonentin yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca “İddiaçı” İstehsalat Birliyinin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə Cavabdeh məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 2160 kub metr miqdarında, yəni 216 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Məhkəmə hesab edir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, “İddiaçı” İB tərəfindən Cavabdeh hesabına işlənmiş 2160 kub metr itirilmiş təbii qazın dəyəri 216 manat debitor borcun silinməsi və Cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iş üzrə “İddiaçı” İstehsalat Birliyi tərəfindən ödənilmiş və qarşılıqlı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumlarına münasibət bildirərək qeyd edir ki, ilkin iddia qismən təmin edildiyindən Cavabdeh 20 manat dövlət rüsumu alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməlidir. Qarşılıqlı iddia tələbi tam təmin edildiyindən 20 manat dövlət rüsumu “İddiaçı” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməli olduğundan “İddiaçı” İstehsalat Birliyi tərəfindən ilkin iddia üzrə dövlət büdcəsinə ödənilmiş 30 manat rüsumun 10 manat hissəsi dövlət büdcəsinə ödəniləcək 20 manat rüsumla əvəzlənməlidir. İddiaçı” İstehsalat Birliyindən 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 497,3 manat borc və 20 manat dövlət rüsumu, cəmi 517 (beş yüz on yeddi) manat 30 (otuz) qəpik məbləği alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. “İddiaçı” İstehsalat Birliyi tərəfindən Cavabdeh **********00770 nömrəli abonent koduna vurulmuş 2160 kub metr təbii qazın dəyəri 216 (iki yüz on altı) manat debitor borc məbləği silinsin. Cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunsun. “İddiaçı” İstehsalat Birliyindən 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar