Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-190/2024 06.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək atası X5 24 mart 2022-ci il tarixdə İsmayıllı rayonunda yerləşən “Aşıqbayram” gölündə vəfat etməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, X25 24 mart 2022-ci il tarixdə İsmayıllı rayonunda yerləşən “Aşıqbayram” gölünün kənarında ayağı sürüşərək gölə düşmüş və boğularaq vəfat etmişdir. Atasını 24 mart 2022-ci il tarixdə İsmayıllı rayonun Aşıqbayramlı kənd qəbirstanlığında dəfn etmişlər. Həmin vaxt baş vermiş ağır itkinin təsirindən və ölüm haqqında şəhadətnamənin hüquqi nəticələrini bilmədiyindən atasının ölümünün rəsmiləşdirilməsinə dair sənədi vaxtında almamışdır. Atasının ölüm haqqında şəhadətnaməsi olmadığından qanunla müəyyən olunmuş hüquqlarından istifadə edə bilmir. X23 meyitinin tam məhkəmə-tibbi ekspertiza müayinəsi aparılmadığına görə onun ölümünün səbəbinə dair "MTE və PAB" phș-nin şöbələrindən "Ölüm haqqında tibbi şəhadətnamə"nin verilməsi mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, X5 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də məhkəməyə müraciət edərək atası X5 24 mart 2022-ci il tarixdə İsmayıllı rayonun Aşıqbayramlı kəndində yerləşən “Aşıqbayramlı” gölündə bataraq vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. X25 24 mart 2022-ci il tarixdə İsmayıllı rayon “Aşıqbayramlı” gölündə boğularaq vəfat etmişdir. Atası Vaqif həmin gün İsmayıllı rayonun Aşıqbayramlı kənd qəbirstanlığında dəfn olunmuşdur. O, atası X5 24 mart 2022-ci il tarixdə İsmayıllı rayonun Aşıqbayramlı kəndində suda boğularaq vəfat etməsini və İsmayıllı rayonun Aşıqbayramlı kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. X2 və X14 X3 ilə eyni məzmunlu ifadə verərək X5 İsmayıllı rayonun Aşıqbayramlı kəndində suda boğularaq vəfat etməsini və 24 mart 2022-ci il tarixdə İsmayıllı rayonun Aşıqbayramlı kənd qəbirstanlığında dəfn olunmasını təsdiq etdilər. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZ-İ seriyalı 249282 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 valideynləri X10 və X4r. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 2002-ci il tarixdə İsmayıllı rayonun Aşıqbayram kəndində anadan olmuş, İsmayıllı rayonun Aşıqbayramlı kəndində yaşayan şəxs Ərizəçidur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və X12" Publik hüquqi şəxsi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli 5054 nömrəli məktubun surətindən görünür ki, ərizəçinin mərhum atası 1964-cü il təvəllüdlü X6 meyiti İsmayıllı rayon prokurorluğunun əməkdaşlarının iştirakı ilə məhkəmə-tibb eksperti Baba Babayev tərəfindən xarici məhkəmə-tibbi müayinədən keçirilmiş, lakin meyitin daxili müayinəsinin aparılmasına qəti etiraz olunduğu üçün ərizə əsasında meyit rayon prokurorluğu tərəfindən dəfn üçün təqdim edilmişdir. X6 meyitinin tam məhkəmə-tibbi ekspertiza müayinəsi aparılmadığına görə onun ölümünün səbəbinə dair "MTE və PAB" phș-nin şöbələrindən "Ölüm haqqında tibbi şəhadətnamə"nin verilməsi mümkün olmamışdır. -Maraqlı şəxs 3-16-5/8-15-552 nömrəli 20 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, X5 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli 333 nömrəli arayışdan görünür ki, X1 rayonun Aşıqbayramlı kəndində 24 mart 2022-ci il tarixdə ölən günədək qeydiyyatda olmaqla ailə üzvləri – X8, X9 və Ərizəçi ilə birlikdə yaşamışdır. X10 02 saylı Təsərrüfatbaşına kitabın 62-ci səhifəsinin 112 saylı təsərrüfatında ailənin birinci üzvü kimi qeydiyyatda olmuşdur. - İsmayıllı rayon Aşıqbayramlı kənd sakinləri tərəfindən tərtib olunmuş 21 dekabr 2023-cü il tarixli aktdan görünür ki, mərhum Aşıqbayramlı kənd sakini X11 24 mart 2022-ci il tarixdə Aşıqbayramlı kəndində vəfat etmiş və Aşıqbayramlı qəbirstanlığında 24 mart 2022-ci il tarixdə dəfn edilmişdir. - Təqdim olunmuş məzar daşının fotoşəkillərindən görünür ki, X5 02 yanvar 1964-cü il tarixdə doğulduğu və 24 mart 2022-ci il tarixdə vəfat etdiyi qeyd olunmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin atası X10 24 mart 2022-ci il tarixdə İsmayıllı rayon “Aşıqbayramlı” gölündə boğularaq vəfat etmiş və həmin gün İsmayıllı rayonun Aşıqbayramlı kənd qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçinin mərhum atası X6 meyitinin tam məhkəmə-tibbi ekspertiza müayinəsi aparılmadığına görə onun ölümünün səbəbinə dair "MTE və PAB" phș-nin şöbələrindən "Ölüm haqqında tibbi şəhadətnamə"nin verilməsi mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, X5 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ərizəçinin atasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X5 24 mart 2022-ci il tarixdə İsmayıllı rayonun Aşıqbayramlı kəndində göldə boğularaq ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin atasının ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 24 mart 2022-ci il tarixdə İsmayıllı rayonun Aşıqbayramlı kəndində yerləşən “Aşıqbayramlı” gölündə boğularaq ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-190/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-190/2024
06.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver