Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-226/2025 21.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi” tələbinə dair mülki işə 21 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Ford Transit” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Ford Transit” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün Cavabdeh ilə ona məxsus istehlak mallarının satışını həyata keçirmək məqsədi ilə 15 fevral 2024-cü il tarixdə etibarnamə əsasında mülkiyyətində olan avtomobili etibarnamə əsasında cavabdehin istifadəsinə vermişdir.Cavabdeh avtomobili götürdükdən bir müddət sonra nə mallarını, nə də ki, mülkiyyət hüququ üzrə ona məxsus olan “Ford Transit” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilini qaytarmır. Dəfələrlə avtomobilinin qaytarılması üçün hüquq mühafizə orqanlarına müraciət etməsinə baxmayaraq avtomobilinin alınıb ona verilməsi hələdə təmin edilməmişdir. Hazırda onun mülkiyyətində olan mübahisəli avtomobil cavabdehin qanunsuz sahibliyindədir. Cavabdehin qanunsuz olaraq həmin avtomobilə sahiblik etməsi, avtomobilin üzərində öz hüquqlarını icra etməkdən onu məhrum edir. Cavabdeh həmin avtomobili hər an yararsız hala sala bilər və ya ümumiyyətlə məhv edə bilər. Ona görə də hesab edir ki, mülkiyyətində olan avtomobil cavabdehdən alınaraq ona verilməlidir. Bu səbəbdən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilərək, mülkiyyətində olan “X5” markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq ona verilməsini xahiş edir. İddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə dəftərxana vasitəsilə teleqram göndərərək xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini, iş üzrə zəruri sübutlarını məhkəməyə təqdim etdiyini, ona görə də işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, dəftərxana vasitəsilə məhkəmənin mail adresinə ərizə göndərərək xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə baxış iclasına üzürlü səbəbdən gələ bilmədiyini, işə onun iştirakı olmadan baxıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı şəhərində yaşayır. O, iddiaçını tanımır. Bakı şəhərində yaşayan Babək adlı tanışı ondan Gəncə şəhərində olan “Ford” markalı yük avtomaşının olduğunu və həmin avtomaşını Gəncə şəhərindən təhvil götürərək Bakı şəhərində ona təhvil verməsini xahiş etmişdir. O, da Babək adlı tanışının xahişi ilə ona verilmiş etibarnamə əsasında Gəncə şəhərinə gedərək “Ford” markalı yük avtomaşınını təhvil götürmüş, 3 ay idarə etdikdən sonra Bakı şəhərinə apararaq Babək adlı şəxsə təhvil vermişdir.Hazırda həmin avtomaşın Bakı şəhərində Babək adlı şəxsdədir və sonuncu özü də avtomaşının onda olmasını etiraf edir. İddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçıya məxsus “X5” markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomaşını Babək adlı şəxsin xahişi ilə ona verilən etibarnamə əsasında Gəncə şəhərindən təhvil götürdüyünü, həmin avtomaşını xx.xx.2024-cü il tarixdə Ağsu rayon 3 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X2 texniki baxışdan keçirmədiyini, sözügedən avtomaşını 3 ay istifadə etdikdən sonra Bakı şəhərində Babək adlı şəxsə təhvil verdiyini və hazırda həmin avtomaşının Bakı şəhərində Babək adlı şəxsdə olduğunu bildirir və iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Bakı şəhərində yaşayır.Heydər kürəkənidir. Fəxrəddini isə kürəkəninə məxsus “X5” markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhərində təhvil götürərkən tanımışdır. Bakı şəhərində yaşayan Ruslan adlı tanışı ona “Ford” markalı yük avtomaşını lazım olduğunu bildirmişdir.O, da Ruslana kürəkəni Heydərdə “Ford” markalı yük avtomaşını olduğunu bildirmişdir. Kürəkəni Heydər mülkiyyətində olan “Ford” markalı yük avtomaşınını Gəncə şəhərindən götürüb Bakı şəhərinə aparmaq üçün Fəxrəddinə 20 gün müddətinə elektron qaydada etibarnamə vermişdir. Fəxrəddin etibarnamə əsasında Gəncə şəhərinə gələrək onun yanında kürəkəninə məxsus “Ford” markalı yük avtomaşınını təhvil götürmüşdür. Fəxrəddin avtomaşını Gəncə şəhərində qəbul etsə də, Ruslan adlı şəxsə təhvil verməmiş, əvəzində yaşadığı İsmayıllı rayonu ərazisində idarə etmiş, müxtəlif vaxtlarda avtomaşına cərimələr yazılmış,həmin cərimə məbləğləri məhkəməyə müraciət edildikdən sonra Fəxrəddin tərəfindən ödənilmişdir. Bundan əlavə avtomaşın Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq Fəxrəddin tərəfindən xx.xx.2024-cü il tarixdə Ağsu rayon 3 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X2 texniki baxışdan keçirilmişdir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “X5” markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyularaq axtarışa verilməsi barədə qərar qəbul olunsa da, həmin qərar hazırkı vaxtadək icra olunmamışdır. Fəxrəddinin deməsinə görə "X5” markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomaşını Babək adlı şəxsə təhvil vermişdir. Lakin Babək adlı şəxs də avtomaşının onda olmadığını bildirir. Məhkəmə əvvəlki məhkəmə iclasında tərəflərin verdikləri izahatları və şahid ifadəsini, həmçinin işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 7E-5269 nömrə ilə qeydə alınmış 15 fevral 2024-cü il tarixli, nəqliyyat vasitəsinin istifadə edilməsinə dair qüvvədən düşmüş etibarnamənin sürətindən görünür ki, Bakı şəhər sakini İddiaçı tərəfindən 15 fevral 2024-cü il tarixdə İsmayıllı şəhər sakini Cavabdeh “X5” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 20 gün müddətinə xx.xx.2024-cü il tarixədək etibarnamə verilmişdir və həmin etibarnamə hal-hazırda qüvvədən düşmüşdür. 07 oktyabr 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X1 icraatında olan HK-1/3687 nömrəli material üzrə araşdırma aparmış, araşdırma zamanı qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, tərəflərə aralarında yaranmış mülki məsələnin həlli ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2000, ban nömrəsi WF0VXXGBFVYE25743, rəngi ağ, tip Vaqon olan “X5” markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İsmayıllı rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-84/2-T-169037/11/24 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Prezidenti, Baş Prokuroru, X4 və BDYPİ-nə ünvanladığı müraciətlər İsmayıllı rayon PŞ-nin DYPB-i tərəfindən araşdırılmış, araşdırmanın nəticəsi olaraq verilmiş cavab məktubunda müraciətdə qeyd edilən “Ford Transit” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin İsmayıllı rayon ərazisində idarə olunmadığı, idarə olunan zaman DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilərək əlavə məlumat veriləcəyi, “Ford Transit” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sonuncu etibarnamə əsasında idarə edən Cavabdeh İsmayıllı rayon PŞ-nin DYPB-nə dəvət olunduğu, Cavabdeh izahat verərək avtomobilin onda olmadığını, 2024-cü ilin fevral ayında avtomobili Babək adlı şəxsdən aldığını və 2024-cü ilin mart ayında təkrar etibarnamə ala bilmədiyi üçün avtomobili Babək adlı şəxsə qaytardığını bildirməsi qeyd edilmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13- 16/2/2-379/2025 saylı sorğuya cavab məktubunun surətindən görünür ki, Bakı şəhər sakini İddiaçı adına qeydiyyata alınmış, 2000-ci il buraxılışlı “Ford Transit” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı şəhəri,R.Rza küçəsi ev 12 ünvanda yaşayan Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə texniki baxışdan keçərək elektron talon təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, №YF15439323 nömrəli Elektron Talonun surətindən görünür ki,Bakı şəhər sakini İddiaçı adına qeydiyyata alınmış, 2000-ci il buraxılışlı “Ford Transit” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə istifadədə olan İsmayıllı şəhəri, R.Rza küçəsi ev 12 ünvanda yaşayan Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə texniki baxışdan keçirilərək xx.xx.2024-cü il tarixli, №YF15439323 nömrəli Elektron Talon verilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan,həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər.Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı,yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən “X5” markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya məxsus olmasını və hazırda həmin avtomobilin cavabdehdə qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının tədqiqi nəticəsində müəyyən etdi ki, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2000, ban nömrəsi WF0VXXGBFVYE25743, rəngi ağ, tip Vaqon olan “X5” markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 7E-5269 nömrə ilə qeydə alınmış 15 fevral 2024-cü il tarixli, nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnaməyə əsasən İddiaçı tərəfindən 15 fevral 2024-cü il tarixdə İsmayıllı şəhər sakini Cavabdeh “X5” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 20 gün müddətinə xx.xx.2024-cü il tarixədək etibarnamə verilmiş və həmin etibarnamə hal-hazırda qüvvədən düşmüşdür.Cavabdeh ona verilmiş etibarnamə əsasında Gəncə şəhərinə gedərək “X5” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhvil götürmüş və yaşadığı İsmayıllı rayonu ərazisində 3 ay ərzində istifadə etmişdir.Bu hal işin mübahisəsis halıdır və Cavabdeh özü də əvvəlki məhkəmə iclasında verdiyi izahatında bu halı təsdiq etmişdir.07 oktyabr 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı İftixar Məmmədov icraatında olan HK-1/3687 nömrəli material üzrə araşdırma aparmış, araşdırma zamanı qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, tərəflərə aralarında yaranmış mülki məsələnin həlli ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir.Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2/2-379/2025 saylı sorğuya cavab məktubunda Bakı şəhər sakini İddiaçı adına qeydiyyata alınmış, 2000-ci il buraxılışlı “Ford Transit” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı şəhər sakini Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə texniki baxışdan keçərək elektron talon təqdim edildiyi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, №YF15439323 nömrəli Elektron Talona əsasən Bakı şəhər sakini İddiaçı adına qeydiyyata alınmış, 2000-ci il buraxılışlı “Ford Transit” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə istifadədə olan İsmayıllı şəhər sakini Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə texniki baxışdan keçirilərək xx.xx.2024-cü il tarixli, №YF15439323 nömrəli Elektron Talon verilmişdir. İddiaçı mülkiyyətində olan “X5” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 15 fevral 2024-cü il tarixli, nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə əsasında Cavabdeh tərəfindən müvəqqəti istifadə edilməsi məqsədi ilə təhvil götürülsə də, sonradan həmin avtomobil Cavabdeh tərəfindən mülkiyyətçi İddiaçı qaytarılmamışdır.İddiaçı ona məxsus “Ford Transit” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona verilməsini tələb edir.Cavabdeh iddiaçıya məxsus “X5” markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomaşını Babək adlı şəxsin xahişi ilə ona verilən etibarnamə əsasında Gəncə şəhərindən təhvil götürdüyünü, həmin avtomaşını xx.xx.2024-cü il tarixdə Ağsu rayon 3 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X2 texniki baxışdan keçirmədiyini, sözügedən avtomaşını 3 ay istifadə etdikdən sonra Bakı şəhərində Babək adlı şəxsə təhvil verdiyini və hazırda həmin avtomaşının Bakı şəhərində Babək adlı şəxsdə olduğunu bildirir və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş edir. Belə olan halda məhkəmə,iddia tələbini tərəflərin izahatlarının və şahid ifadəsinin müqayisəli tədqiqi nəticəsində müəyyən edilmiş hallar əsasında həll edilməsinin mümkünlüyü qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən, öz qənaətini işin həqiqi hallarına uyğun hesab edərək nəticəyə gəlir ki, iddiaçıya məxsus olan və iddia ərizəsində göstərilən “X5” markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehdə qalmışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına və məhkəmə iclası zamanı tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək qənaətə gəlir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olmuş, həmin daşınar əşya üzərində mülkiyyət hüququ əldə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı,əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, iddia ərizəsində qeyd edilən mübahisəli avtomobil həqiqi hüquq əsasında iddiaçıya məxsusdur. Həmin əşya iddiaçının sahibliyində olmuş və iddiaçı həmin əşya üzərində mülkiyyət hüququ əldə etmişdir. Buna baxmayaraq, hazırda həmin əşya iddiaçının iradəsinə zidd olaraq cavabdehin sahibliyindədir. Cavabdehin həmin əşya üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı əmlakla bağlı tələb hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər,bir şərtlə ki,həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın,yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddia ərizəsində qeyd edilən iddiaçının mülkiyyətində olan buraxılış ili 2000, ban nömrəsi WF0VXXGBFVYE25743, rəngi ağ, tip Vaqon olan “X5” markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, hazırkı iddia tələbi üzrə iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan buraxılış ili 2000, ban nömrəsi WF0VXXGBFVYE25743, rəngi ağ, tip Vaqon olan “X5” markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-226/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-226/2025
21.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver