Məhkəmə qərarları › İş №2(037)-236/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-236/2023

22.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-236/2023 22.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 22 fevral 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək qızı X8 12 yanvar 1992-ci il tarixdə İsmayıllı şəhəri Günəşli qəsəbəsində ağ ciyər çatışmamazlığından ev şəraitində vəfat etməsi, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 21 noyabr 1991-ci il, doğulduğu yerin İsmayıllı şəhəri, daimi yaşadığı yerin İsmayıllı şəhərinin Günəşli qəsəbəsi, milliyyətinin azərbaycanlı, ölüm yerinin İsmayıllı şəhəri, ölüm tarixinin 12 yanvar 1992-ci il, ölüm səbəbinin “xəsdəlikdən” qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, məhkəmə iclasında X12 və X3 şahid qismində dindirilərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə ərizəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı Nərmin Kərimli 21 noyabr 1991-ci il tarixdə İsmayıllı şəhərində doğulmuşdur. Qızı doğulduqdan bir neçə ay sonra yəni 12 yanvar 1992-ci il tarixdə ağ ciyər xəstəliyindən qəflətən ev şəraitində vəfat etmişdir. Nərmin vəfat etdiyi gün, yəni 12 yanvar 1992-ci il tarixdə İsmayıllı rayon Quşencə kənd qəbirstanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin hüquqi nəticələrini bilmədiyindən həmin vaxt qızının ölümünün rəsmiləşdirilməsinə dair sənədi almamışdır. Qızının ölüm haqqında şəhadətnaməsi olmadığından qanunla müəyyən olunmuş hüquqlarından istifadə edə bilmir. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Qızının ölümünə dair tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Qızının ölümünə dair tibbi şəhadətnamə almaq üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, qızının vəfat etməsi barədə vaxtında müraciət etmədiyi üçün ölümünə dair tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Ona görə də məhkəməyə müraciət edərək qızı X8 12 yanvar 1992-ci il tarixdə İsmayıllı şəhərində vəfat etməsi, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 21 noyabr 1991-ci il, doğulduğu yerin İsmayıllı şəhəri, daimi yaşadığı yerin İsmayıllı şəhəri, milliyyətinin azərbaycanlı, ölüm yerinin İsmayıllı şəhəri, ölüm tarixinin 12 yanvar 1992-ci il, ölüm səbəbinin “xəsdəlikdən” qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X19 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin qızı Nərmin Kərimlinin ölümü haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi qızının ölümünə dair tibbi şəhadətnaməni vaxtında təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X5 ifadə verərək göstərdi ki, ərizəçi onun əmisi qızıdır. Gülarənin 21 noyabr 1991-ci il tarixdə Nərmin adlı bir qızı doğulmuşdur. Lakin bir neçə ay sonra yəni 12 yanvar 1992-ci il tarixdə uşaq xəstəlikdən ev şəraitində qəflətən vəfat etmişdir. Nərmin həmin gün İsmayıllı rayon Quşencə kənd qəbirstanlıqda dəfn olunmuşdur. Nərminin dəfn və yas mərasimlərində iştirak etmişdir. O, X9 12 yanvar 1992-ci il tarixdə İsmayıllı şəhərində qəflətən vəfat etməsi və İsmayıllı rayon Quşencə kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. X1 X5 ilə eyni məzmunlu ifadə verərək X9 12 yanvar 1992-ci il tarixdə İsmayıllı şəhərində qəflətən xəsdəlikdənvəfat etməsi və İsmayıllı rayon Quşencə qəbirstanlığında dəfn olunmasını təsdiq etdi. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi xx xxxxxxxx 1962-cı il tarixdə İsmayıllı rayonun Pirəbilqasım kəndində anadan olmuş, İsmayıllı şəhəri, M.Əzizbəyov küçəsi, ev D-3, mənzil 4 ünvanında yaşayır. V-ЖГ 266942 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X7 arasında 03 avqust 1989-cü il tarixdə rəsmi nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 03 dekabr 1991-ci il tarixli doğum hhaqqında şəhadətnamənin surətindən görünür ki, X16 21 noyabr 1991-ci il tarixdə doğulmuş, atası X13, anası isə Ərizəçidır. Maraqlı şəxs 05/Q-08 nömrəli 06 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, X8 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. İsmayıllı rayon X15 Hüquqi Şəxsi tərəfindən verilmiş 16 nömrəli 07 yanvar 2023-cü il tarixli arayışından görünür ki, ərizəçinin övladı 21 noyabr 1991-ci il təvəllüdlü X8 ölümü barədə İsmayıllı RMX-na müaciət edilmədiyi üçün ona ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Quşencə kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 yanvar 2023-cü il tarixdə 09 nömrəli arayışdan görünür ki, ərizəçinin övladı 12 yanvar 1992-ci il tarixdə vəfat etmiş X2 rayon Quşencə kənd qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin qızı X17 21 noyabr 1991-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuşdur. Nərmin Kərimli 12 yanvar 1992-ci il tarixdə İsmayıllı şəhərində xəstəlikdən ev şəraitində vəfat etmiş və həmin gün İsmayıllı rayon Quşencə kənd qəbirstanlıqda dəfn olunmuşdur. Lakin ərizəçi qanunla müəyyən olunmuş müddətdə müvafiq orqana müraciət etmədiyindən qızı Nərmin Kərimliyə ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. X4 ölüm haqqında tibbi şəhadətnamə alımadığından ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və bununla əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. Ərizəçinin qızının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X9 12 yanvar 1992-ci il tarixdə İsmayıllı şəhərində xəstəlikdən ev şəraitində vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin qızına ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. X16 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 21 noyabr 1991-ci il, doğulduğu yer İsmayıllı şəhəri, daimi yaşadığı yer İsmayıllı şəhəri, milliyyəti azərbaycanlı, ölüm yeri İsmayıllı şəhəri, ölüm tarixi 12 yanvar 1992-ci il, ölümün səbəbi “xəstəlikdən” qeyd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X9 12 yanvar 1992-ci il tarixdə İsmayıllı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X16 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 21 noyabr 1991-ci il, doğulduğu yer İsmayıllı şəhəri, daimi yaşadığı yer İsmayıllı şəhəri, milliyyəti azərbaycanlı, ölüm yeri İsmayıllı şəhəri, ölüm tarixi 12 yanvar 1992-ci il, ölümün səbəbi “xəstəlikdən” qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar