Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-240/2023 15.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1,İddiaçı2,İddiaçı3 Camaləddin qızı və İddiaçı4 Cavabdeh qarşı mülkiyyətdə olan payın müəyyən edilməsi, mal-qaranın və nəqliyyat vasitəsinin naturada bölünməsi və həmin bölgünün həyata keçirilməsinə edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki işə 15 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Camaləddin qızı və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə yaşadıqları müddətdə əldə etdikləri əmlakın bərabər bölünməsi, Cavabdeh ilə birgə təsərrüfatlarında olan 9 baş inək,6 baş dana,3 baş düyə,3 baş erkək dana,26 baş ana qoyun,11 baş quzu olmaqla, ümumilikdə 29.980 manat məbləğinin 4/5–hissəsi, yəni 23.984 manat, Cavabdeh istifadəsində olan buraxılış ili 1996,tünd göy metalik rəngdə, mühərrik **********7046, Ban: WDB2020201F517108, “Mercedes Benz C200” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 9200 manat müəyyən edilməklə açıq hərracda satılması və satış dəyərinin 4/5–hissəsi,yəni 7360 manat pul və 184 manat dövlət rüsumu olmaqla, cəmi 31.528 manat məbləğdə pul alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbini belə əsaslandırmışdır ki, İddiaçı3 ilə Cavabdeh xx.xx.1984-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və birgə nikahlarından üç uşaqları olmuşdur. Nikaha daxil olduqdan sonra bir müddət Özbəkistan Respublikasında yaşamışlar, sonralar isə Azərbaycan Respublikasına gələrək İsmayıllı rayon Kəlbənd kəndi ərazisində məskunlaşmışlar. Hazırda İsmayıllı rayonu Kəlbənd kəndində onlara məxsus 3 otaqlı fərdi yaşayış evi olmaqla, birgə mülkiyyət kimi ailə üzvlərinə məxsus 8,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Birgə yaşadıqları müddətdə təsərrüfat yaradaraq, əldə etdikləri qazanc hesabına 9 baş inək, 6 baş dana, 3 baş düyə, 3 baş erkək dana, 26 baş qoyun, 11 baş quzu dəyəri ümumilikdə 29980 manat məbləğin 4/5 hissədə 23958 manat və buraxılış ili 1996, tünd göy metalik rəngdə, mühərrik **********046, Ban WDB2020201F517108, Mercedess Benz C200 markalı,** BF *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər.Hazırda aralarında əmlaklarla bağlı mübahisə mövcuddur,ona görə də iddianın təmin edilməsini xahiş edirlər. İddiaçı3 Camaləddin qızı məhkəmə iclası zamanı iddianı müdafiə etdi və əsasən iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, Cavabdehla birgə nikah dövründə əldə olunmuş 9 baş inəkdən 5 baş inəyin, 12 baş (erkək və düyə) danadan 6 başın, 26 baş qoyundan 13 başın, 11 baş quzudan 5 başın Cavabdeh, 9 baş inəkdən 4 baş inəyin, 12 baş (erkək və düyə) danadan 6 başın, 26 baş qoyundan 13 başın, 11 baş quzudan 6 başın isə ona verilməsi, eyni zamanda Cavabdeh məxsus buraxılış ili 1996, tünd göy metalik rəngdə, mühərrik **********046, Ban WDB2020201F517108, Mercedess Benz C200 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 9200 manat müəyyən edilməklə açıq hərracda satılaraq, satış dəyərinin Cavabdehla aralarında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 eyni məzmunlu ifadə verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçıların bölünməsini tələb etdikləri əmlaklar İddiaçı3 ilə birgə nikahda olduqları zaman əldə edilmişdir. O, birgə nikah dövründə əldə olunmuş 9 baş inəkdən 5 baş inəyin, 12 baş (erkək və düyə) danadan 6 başın, 26 baş qoyundan 13 başın,11 baş quzudan 5 başın ona, 9 baş inəkdən 4 baş inəyin,12 baş (erkək və düyə) danadan 6 başın, 26 baş qoyundan 13 başın,11 baş quzudan 6 başın isə İddiaçı3 verilməsi, eyni zamanda ona məxsus buraxılış ili 1996, tünd göy metalik rəngdə, mühərrik **********046, Ban WDB2020201F517108, Mercedess Benz C200 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 9200 manat müəyyən edilməklə açıq hərracda satılaraq, satış dəyərinin İddiaçı3 ilə aralarında bərabər bölünməsinə razıdır və qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İsmayıllı RİHB-nın Kəlbənd kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 03 nömrəli arayışdan görünür ki, Cavabdeh və İddiaçı3 Camaləddin qızının birgə nikahlarından 1986-cı il təvvəlüdlü Elyar, 1987-ci il təvəllüdlü Toyçubəy və 1991-ci il təvəllüdlü Dinara adlı övladları doğulmuş və İsmayıllı rayon Kəlbənd kənd İƏD üzrə nümayəndəliyinin 01 nömrəli təsərrüfatbaşı kitabında İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 84 saylı qərarı ilə verilmiş ailəyə məxsus 8.30 hektar əkinə yararlı torpaq sahəsi,21 baş iribuynuzlu,48 baş xırdabuynuzlu malqarası,bir ədəd QAZ 52 markalı yük maşını,bir ədəd VAZ 2106 markalı və bir ədəd “Mercedes Benz C200” markalı minik avtomobili vardır. Ağsu RQİ və TBŞ tərəfindən verilmiş BD269968 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, buraxılış ili 1996,rəngi tünd göy metalik,mühərrik **********046, Ban WDB2020201F517108, Mercedess Benz C200 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil Ağsu RQİ və TBŞ tərəfindən İsmayıllı rayon Kəlbənd kənd sakini Cavabdeh adına qeydə alınmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏQ-244/2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyində 9 baş inəyin,6 baş dananın, 3 baş düyənin,3 baş erkək dananın, 26 baş ana qoyunun və 11 baş quzunun müqayisəli yanaşması ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 29.800 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏQ-245/2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyində xx.xx.2023-cü il tarixə “Mercedes Benz C200” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşının müqayisəli yanaşması ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 9200 manat təşkil edir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı3 Cavabdehla xx.xx.1984-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, bu nikahlarından üç uşaqları olmuşdur. Birgə yaşadıqları müddətdə təsərrüfat yaradaraq, əldə etdikləri qazanc hesabına 9 baş inək, 6 baş dana, 3 baş düyə, 3 baş erkək dana, 26 baş qoyun, 11 baş quzu dəyəri ümumilikdə 29980 manat məbləğin 4/5 hissədə 23958 manat və buraxılış ili 1996, tünd göy metalik rəngdə, mühərrik **********046, Ban WDB2020201F517108, Mercedess Benz C200 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Hazırda iddiaçılar həmin əmlakların bərabər bölünməsini tələb edirlər. Cavabdeh iddianı qismən qəbul edir və birgə nikah dövründə əldə edilmiş əmlakların ailə üzvləri arasında deyil, yalnız İddiaçı3 ilə öz arasında bərabər bölünməsinə razı olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nikah və ailə münasibətlərindən irəli gələn əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin ərarvadın əmlakının qanuni rejimini tənzimləyən normaları ilə yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları tətbiq edilməlidrir. Məhkəmə ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün birgə nikah dövründə əldə edilməsi iddia edilən daşınar və daşınmaz əmlakların ümumi birgə mülkiyyətə aid edilməsi üçün əmlakın əldə olunması tarixinin,onlara dair əsas və mənbənin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə iddianın iddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı4 münasibətdə hazırki tələb üzrə iddia irəli sürməkdə subyektiv hüquqlarının olmaması əsası ilə təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; -əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı3 ilə Cavabdeh birgə nikah dövründə qazandıqları vəsait hesabına 9 baş inək, 6 baş dana, 3 baş düyə, 3 baş erkək dana, 26 baş qoyun,11 baş quzu dəyəri ümumilikdə 29980 manat məbləğin 4/5 hissədə 23958 manat və buraxılış ili 1996, tünd göy metalik rəngdə,mühərrik **********046, Ban WDB2020201F517108, Mercedess Benz C200 markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Həmin Məcəllənin 32.1-ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər,aldıqları pensiya və müavinətlər,eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik,sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ,maddi yardımın məbləği və s.),ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar,qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından,yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əmlaklar və mübahisəli minik avtomobili hazırki vaxtadək cavabdehin faktiki istifadəsindədir.Tərəflərin nikah münasibətləri pozulduqdan sonra da əmlaklar cavabdehin istifadəsində qalmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq qənaətə gəlir ki, birgə nikah dövründə qazanılmış birgə vəsait hesabına əldə edildiyi üçün yuxarıda qeyd edilən əmlaklar ər-arvadın birgə mülkiyyəti kimi İddiaçı3 ilə cavabeh Cavabdeh arasında bölünməlidir. Belə ki, məhkəmə iclasında tərəflər bu barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları,əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır.Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda,real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədə uyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə göstərilən normaların tələbləri baxımından, işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, hazırkı mübahisə predmeti olan avtomobilin açıq hərracdan satılmasını şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, tərəflər paylı mülkiyyətçidir.Onlar arasında ümumi paylı mülkiyyətdə olan avtomobilə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçı paylarının naturada ayrılmasını tələb etmişdir.Ümumi paylı mülkiyyətdə olan avtomobildən iddiaçının payının naturada ayrılması mümkün olmamış, həmçinin cavabdeh iddiaçıya payının əvəzinə pul kompensasiyası verməkdən imtina etmişdir. Ona görə də iddiaçının tələbi əsaslıdır, mübahisəli avtomobil açıq hərracdan satılmalı, əldə edilmiş satış pulu paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün mübahisəli avtomobilin açıq hərracdan satılması paylı mülkiyyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçılar ilə cavabdehin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 220.6-cı maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflər arasındakı razılaşmaya əsasən 9 baş inəkdən 5 baş inək, 12 baş (erkək və düyə) danadan 6 baş, 26 baş qoyundan 13 baş,11 baş quzudan 5 baş Cavabdeh, 9 baş inəkdən 4 baş inək, 12 baş (erkək və düyə) danadan 6 baş, 26 baş qoyundan 13 baş, 11 baş quzudan 6 baş isə İddiaçı3 Camaləddin qızına verilməli, Cavabdeh məxsus buraxılış ili 1996, tünd göy metalik rəngdə, mühərrik **********046, Ban WDB2020201F517108, Mercedess Benz C200 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 9200 manat müəyyən edilməklə açıq hərracda satılaraq, satış dəyərinin yarısı tərəflər arasında bərabər bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 184 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı3 Camaləddin qızı ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş 9 baş inəkdən 5 baş inək, 12 baş (erkək və düyə) danadan 6 baş, 26 baş qoyundan 13 baş,11 baş quzudan 5 baş Cavabdeh, 9 baş inəkdən 4 baş inək, 12 baş (erkək və düyə) danadan 6 baş, 26 baş qoyundan 13 baş, 11 baş quzudan 6 baş isə İddiaçı3 Camaləddin qızına verilsin. Cavabdeh məxsus buraxılış ili 1996, tünd göy metalik rəngdə, mühərrik **********046, Ban WDB2020201F517108, Mercedess Benz C200 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 9200 manat müəyyən edilməklə açıq hərracda satılsın və satış dəyərinin yarısı tərəflər arasında bərabər bölünsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 184 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı3 Camaləddin qızına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-240/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-240/2023
15.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver