Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-242/2023 09.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs maraqlı tərəf qismində cəlb etdiyi şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 09 mart 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu X5 05 dekabr 2022-ci il tarixdə ev şəraitində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, oğlu X13 05 dekabr 2022-ci ildə vəfat etmişdir.Baş vermiş ağır itkinin təsirindən və bunun hüquqi nəticələrini bilmədiyindən vaxtında lazımi orqanlara məlumat verməmiş və oğlunun ölümü haqqında tibbi şəhadətnamə almamışdır.Bu səbəbdən oğlunun ölümü müvafiq Qeydiyyat şöbəsində qeydə alınmamışdır. Oğlu İsmayıllı şəhər qəbrstanlığında dəfn olunmuşdur. Hal-hazırda oğlunun ölümünün qeydə alınması zəruridir. Oğlunun ölümünün qeydə alınmaması ondan qalan mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasına maneəçiliklər yaradır və məsələnin həllini mümkünsüz edir. Oğlunun ölməsi İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin arayışı, qəbrin foto şəkilləri və şahid ifadələri ilə təsdiq olunur. Oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmişdir. Orada bildirildi ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Ona dedilər ki, hüquqi əhəmiyyətli faktın tanınması üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Belə olan halda məhkəmə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X9 ifadə verərək bildirmişdir ki, İsmayıllı şəhərində yaşayır.Ərizəçi qohumudur.Ərizəçinin oğlu X13 xx.xx.1976-cı ildə İsmayıllı şəhərində anadan olmuş, 05 dekabr 2022-ci ildə İsmayıllı şəhərində ev şəraitində ölmüş və İsmayıllı şəhəri “Lahıc” qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X15 ifadə verərək bildirmişdir ki, İsmayıllı şəhərində yaşayır. Ərizəçi qonşusudur. Ərizəçinin oğlu X13 xx.xx.1976-cı ildə İsmayıllı şəhərində anadan olmuş, 05 dekabr 2022-ci ildə İsmayıllı şəhərində ev şəraitində ölmüş və İsmayıllı şəhəri “Lahıc” qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 sentyabr 1976-cı il tarixli İV-ЖГ №259349 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, ərizəçinin oğlu X13 xx.xx.1976-cı il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş, atası Ərizəçi, anası X6r. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixdə İsmayıllı şəhər sakinləri X14, X3, X2, Ərizəçi, X16, X4 və X10 tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhəri “Lahıc” adlanan qəbrstanlığına baxış keçirilmiş, baxış zamanı Ərizəçi övladı xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X5 həqiqətən İsmayıllı şəhəri “Lahıc” adlanan qəbrstanlıqda dəfn edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X13 dəfn edilmiş, qəbrüstü abidəsi olmadığından məzarı üzərinə foto şəkili yerləşdirilmişdir. İş materiallarında olan İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, 4240 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri, H.Əliyev pr-ti dalan 1 ev 3a ünvanında qeydiyyatda olmuş X13 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, İsmayıllı şəhəri ərazisində yerləşən “Lahıc” adlanan qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 01 saylı məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi (həkim) şəhadətnaməsi lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa, bu halda məhkəməyə müraciət etməli olduğu tövsiyə olunmuşdur. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 28 dekabr 2022-ci il tarixli, PHŞ/6.47-3-2022- 397 saylı məktubundan görünür ki, 1976-cı il təvəllüdlü X13 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir,X5 ölümü barədə İsmayıllı RMX-na müraciət edilmədiyi üçün ona ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X1 şəhərində ev şəraitində vəfat etmiş və İsmayıllı şəhəri “Lahıc” adlanan qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X5 05 dekabr 2022-ci il tarixdə İsmayıllı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. X5 05 dekabr 2022-ci il tarixdə İsmayıllı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-242/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-242/2023
09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver