Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-254/2020 04.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Bədəlov Həmı̇d Sarxan oğlunun Cavabdeh qarşı həyətyanı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneəçiliklərə qadağa qoyulması tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bədəlov Həmı̇d Sarxan oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) qarşı JN-247F Kod 40712018 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə üzrə onun və ailə üzvlərinin birgə mülkiyyətində olan, İsmayıllı rayon Qalınçaq kəndində yerləşən 0,24 hektar həyətyanı torpaq sahəsinin qərb tərəfindən zəbt edilmiş 0,08 hektar hissəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneəçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon X1 qərarına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə 0,24 hektar həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Cavabdehin mülkiyyətində olan həyətyanı torpaq sahəsi onun qonşuluğundadır. Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsindən əlavə onun mülkiyyətində olan torpaq sahəsini qərb tərəfindən 0,08 hektar hissəsini zəbt edərək istifadə edir. O, cavabdehə dəfələrlə irad bildirsə də nəticəsi olmamış və onun mülkiyyət hüququnu pozmaqda davam edir. Cavabdehin onun torpaq sahəsinin 0,08 hektar hissəsini zəbt etməməsi barədə verilmiş mütəxəssis rəyi ilə razılaşmır. Onun həyətindən çay keçir və yerində müayinə zamanı mütəxəssisə bildirmişdir ki, çayda ölçü işləri aparmasın, lakin o həmin çayda ölçü işləri aparmışdır. Ölçü işləri düzgün aparılmamışdır. Cavabdehin JN-247F Kod 40712018 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə üzrə onun və ailə üzvlərinin birgə mülkiyyətində olan, İsmayıllı rayon Qalınçaq kəndində yerləşən 0,24 hektar həyətyanı torpaq sahəsinin qərb tərəfindən zəbt edilmiş 0,08 hektar hissəsindən çıxarılmasını, torpaq sahəsinin boşaldılmasını və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneəçiliklərə qadağa qoyulmasını tələb edir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı onun qardaşıdır. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. xx xxxxxx 2004-cü il tarixli, JN 247F KOD 40712018 nömrəli reyestrdə 1S-1553 nömrə ilə təsdiq edilmiş Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədən görünür ki, İsmayıllı rayon X1 xx xxxxxx 1999-cu il tarixli 72 saylı qərarı ilə İsmayıllı rayonun Qalınçaq kəndi ərazisindən 0,24 hektar həyətyanı torpaq sahəsi İddiaçı Sərxan oğlu, X3 və X6 mülkiyyətinə verilmişdir. xx xxxxxx 2004-cü il tarixli, JN 245F KOD 40712018 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon X1 xx xxxxxx 1999-cu il tarixli 72 saylı qərarı ilə İsmayıllı rayonun Qalınçaq kəndi ərazisindən 0,35 hektar həyətyanı torpaq sahəsi Cavabdeh Sərxan oğlu, X4, X5 və X2 mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən mübahisə predmeti olan İsmayıllı rayon Qalınçaq kəndi ərazisində yerləşən, JN – 247F KOD 40712018 nömrəli şəhadətnaməyə əsasən iddiaçı Bədəlov Həmı̇d Sarxan oğlunun mülkiyyətində olan 0,24 hektar həyətyanı torpaq sahəsinin qərb tərəfindən 0,08 hektar hissəsinin hazırda Cavabdeh tərəfindən zəbt edilibedilməməsi, həmin hissənin hazırda iddiaçı və ya cavabdehin istifadəsində olması barədə mütəxəssis rəyi verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmişdir. Sorğunun nəticəsi olaraq verilmiş mütəxəssis rəyində göstərilir ki, İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində yerləşən JN 247F nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,24 hektar həyətyanı torpaq sahəsi faktiki olaraq özünün istifadəsindədir və həmin həyətyanı torpaq sahəsinin qərb tərəfindən 0,08 hektar hissəsindən Cavabdeh istifadə etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qərara gəlir ki, hazırki mübahisənin predmeti olan həyətyanı torpaq sahəsinin qərb tərəfindən 0,08 hektar hissəsinin cavabdeh tərəfindən istifadə edilməsi faktı öz təsdiqini tapmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ekspertiza xərci olan 240,70 (iki yüz qırx manat yetmiş qəpik) manat məbləği iddiaçı Bədəlov Həmı̇d Sarxan oğlundan tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Bədəlov Həmı̇d Sarxan oğlunun Cavabdeh qarşı JN-247F Kod 40712018 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə üzrə onun və ailə üzvlərinin birgə mülkiyyətində olan, İsmayıllı rayon Qalınçaq kəndində yerləşən 0,24 hektar həyətyanı torpaq sahəsinin qərb tərəfindən zəbt edilmiş 0,08 hektar hissəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneəçiliklərə qadağa qoyulmasına dair iddia tələbi rədd edilsin. İddiaçı Bədəlov Həmı̇d Sarxan oğlundan 240,70 (iki yüz qırx manat yetmiş qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına (BENEFİSİARİN BANKİ – KAPİTAL BANK ASC XƏTAİ FİLİALİ, FİLİALİN KODU - 200071, VÖEN - **********, SWİFT KOD – AİİBAZ2X, MÜHBİR HESAB – AZ37NABZ********************, BENEFİSİARİN ADİ – KADASTR VƏ YERQURL LAYİHA TADQ MAR, BENEFİSİARİN HESABİ – AZ23AİİB********************, VÖEN - **********) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-254/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-254/2020
04.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver