Məhkəmə qərarları › İş №2(037)-265/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-265/2024

11.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-265/2024 11.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək oğlu X6 27 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində vəfat etməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, oğlu Röyal Baxışov 26 noyabr 2023-cü il tarixdə doğulmuşdur. Uşaq bir aylıq olarkən nəfəs almasında çətinlik yarandığından təcili olaraq İsmayıllı Rayon Xəstəxanasına aparmışlar. Orada həkimlər uşağı süni nəfəs aparatına qoşulması üçün ya Göyçay, ya da Bakı şəhərinə xəstəxanaya aparmağını bildirmişlər. Göyçay rayonu yaxın olduğu üçün oğlunu oraya aparmışlar. Lakin uşağın müalicəsi ilə bağlı avadanlıq olmadığından təcili Bakıya çatdırmalı olmuşlar. Oğlu həmin gün, yəni 27 dekabr 2023-cü il tarixdə Göyçay rayonundan qayıdarkən İsmayıllı şəhərinin ərazisində yolda vəfat etmişdir. Oğlu həmin gün İsmayıllı rayonun Sərsurə kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt ölüm haqqında şəhadətnamənin hüquqi nəticələrini bilmədiyindən oğlunun ölümünün rəsmiləşdirilməsinə dair sənədi vaxtında almamışdır. Oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından qanunla müəyyən olunmuş hüquqlarından istifadə edə bilmir. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ondan oğlunun ölümünə dair tibbi şəhadətnamə tələb olunduğundan həmin sənədi almaq üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, oğlunun vəfat etməsi barədə vaxtında müraciət etmədiyi üçün onun ölümünə dair tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Oğlunun ölümünə dair tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də məhkəməyə müraciət edərək oğlu X6 27 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X12 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin oğlu Röyal Baxışovun ölümü haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi oğlunun ölümünə dair tibbi şəhadətnaməni vaxtında təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X2 ifadə verərək göstərdi ki, ərizəçi onun əridir. Oğlu Röyal 26 noyabr 2023-cü il tarixdə doğulmuşdur. Uşaq bir aylıq olarkən xəstələnmiş və təcili olaraq İsmayıllı Rayon Xəstəxanasına, oradan da Göyçay Rayon Xəstəxanasına aparmalı olmuşlar. Lakin uşağın müalicəsi ilə bağlı həmin xəstəxanalarda avadanlıq olmadığından təcili Bakıya aparmalı olmuşlar. Oğlu 27 dekabr 2023-cü il tarixdə Göyçay rayonundan qayıdarkən İsmayıllı şəhərinin ərazisində yolda vəfat etmiş, İsmayıllı rayonun Sərsurə kənd qəbirstanlığında dəfn olunmuşdur. O, X6 27 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində vəfat etməsini və İsmayıllı rayonun Sərsurə kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. X1 X2 ilə eyni məzmunlu ifadə verərək nəvəsi X6 27 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində vəfat etməsini və İsmayıllı rayonun Sərsurə kənd qəbirstanlığında dəfn olunmasını təsdiq etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 1992-ci il tarixdə doğulmuş şəxs Ərizəçidur. -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 15 noyabr 2002-ci il tarixdə doğulmuş şəxs X5r. -AZ-İİ seriyalı 454327 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 arasında 07 oktyabr 2021-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Baxışov, arvada Baxışova soyadı verilmişdir. -AZ-İV seriyalı 932657 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X14 26 noyabr 2023-cü il tarixdə anadan olmuş, atası Ərizəçi və anası X5r. -İsmayıllı rayon İHB-nın Sulut kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 yanvar 2024-cü il tarixli 5-54/2-xx/xx-2024 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Sərsurə kənd qeydiyyatında olan 26 noyabr 2023-cü il təvəllüdlü X14 27 dekabr 2023-cü il tarixdə vəfat etmiş və həmin tarixdə Sərsurə kənd qəbirstanlığında dəfn olunmuşdur. -İsmayıllı rayon İHB-nın Sulut kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 yanvar 2024-cü il tarixli 01 nömrəli arayışdan görünür ki, Sərsurə kənd sakini Ərizəçi ailə tərkibi aşağıdakı kimidir: arvadı X9, oğlu X10, oğlu X14-vəfat edib. -İsmayıllı rayon X8 Hüquqi Şəxsi tərəfindən verilmiş 18-1-47/2B-32-42-36/24 nömrəli 11 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, ərizəçi oğlu 26 noyabr 2023-cü il təvəllüdlü X6 ölümü barədə İsmayıllı RMX-nə müraciət etmədiyi üçün ona ölümü ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. -Maraqlı şəxs 3-16-5/8-xx.xx/2024 nömrəli 11 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, X6 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -Təqdim olunmuş fotoşəkil X6 vəfat etməsini təsdiq edən sübut kimi qəbul edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin oğlu X14 26 noyabr 2023-cü il tarixdə Nəsimi rayonunda anadan olmuşdur. Röyal Baxışov 27 dekabr 2024-cü il tarixdə İsmayıllı şəhərində vəfat etmiş və həmin gün İsmayıllı rayonun Sərsurə kənd qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi qanunla müəyyən olunmuş müddətdə müvafiq orqana müraciət etmədiyindən oğlu Röyal Baxışova ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ərizəçidən ölüm haqqında tibbi şəhadətnamə tələb olunmuş, bununla bağlı İsmayıllı rayon X8 Hüquqi Şəxsi tərəfindən X6 ölümü barədə ölüm haqqında şəhadətnamə (forma 106) verilmədiyi bildirilmişdir. X11 ölüm haqqında tibbi şəhadətnamə alınmadığından ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin oğlunun ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X6 27 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində “xəstəlik”dən vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin oğluna ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 27 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində “xəstəlikdən” ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar