Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-279/2024 13.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək qızı X7 17 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 06 dekabr 2020-ci il, doğulduğu yer Ağsu rayonu, yaşadığı yer İsmayıllı rayonun İsmayıllı kəndi, ölüm yeri İsmayıllı şəhəri, ölüm tarixi 17 dekabr 2023-cü il, ölümün səbəbi “xəstəlik” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, qızı İnci Vahabzadə 06 dekabr 2020-ci il tarixdə doğulmuşdur. İnci bir ay yarımlıq olarkən nəfəs almasında çətinlik yarandığından həkimə müraciət etmişlər. Həkim müayinəsi zamanı qızının sarılıq olduğu müəyyən olunmuşdur. Həmin vaxtdan da qızı müalicə olunsa da səhhətində yaxşılığa doğru dəyişiklik olmamışdır. Qızı 17 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində yaşadıqları evdə vəfat etmiş və həmin gün İsmayıllı şəhərində yerləşən “Top piri” adlnan qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt ölüm haqqında şəhadətnamənin hüquqi nəticələrini bilmədiyindən qızının ölümünün rəsmiləşdirilməsinə dair sənədi vaxtında almamışdır. Qızının ölüm haqqında şəhadətnaməsi olmadığından qanunla müəyyən olunmuş hüquqlarından istifadə edə bilmir. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ondan qızının ölümünə dair tibbi şəhadətnamə tələb olunduğundan həmin sənədi almaq üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, qızının vəfat etməsi barədə vaxtında müraciət etmədiyi üçün onun ölümünə dair tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Qızının ölümünə dair tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də məhkəməyə müraciət edərək qızı X7 17 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 06 dekabr 2020-ci il, doğulduğu yer Ağsu rayonu, yaşadığı yer İsmayıllı rayonun İsmayıllı kəndi, ölüm yeri İsmayıllı şəhəri, ölüm tarixi 17 dekabr 2023-cü il, ölümün səbəbi “xəstəlik” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X10 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin qızı İnci Vahabzadənin ölümü haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi qızının ölümünə dair tibbi şəhadətnaməni vaxtında təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X1 ifadə verərək göstərdi ki, ərizəçi onun əridir. Qızı İnci 06 dekabr 2020-ci il tarixdə doğulmuşdur. Uşaq doğulduqdan qısa müddət sonra nəfəs almasında çətinlik yarandığından həkimə müraciət etmişlər. Müayinə zamanı qızının sarılıq olduğunu öyrənmişlər və həmin vaxtdan aldığı müalicələrin nəticəsi olmamış, qızı 17 dekabr 2023cü il tarixdə İsmayıllı şəhərində yaşadıqları evdə xəstəlikdən vəfat etmişdir. Qızı İsmayıllı şəhərində yerləşən “Top piri” adlnan qəbirstanlığında dəfn olunmuşdur. O, X7 17 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində vəfat etməsini təsdiq edir. X2 X1 ilə eyni məzmunlu ifadə verərək X7 17 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində xəstəlikdən vəfat etməsini və İsmayıllı şəhərində yerləşən “Top piri” adlnan qəbirstanlığında dəfn olunmasını təsdiq etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AZ-İİ seriyalı 290491 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X9 arasında 08 oktyabr 2018-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Vahabzadə, arvada Vahabzadə soyadı verilmişdir. -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1992-ci il tarixdə doğulmuş şəxs Ərizəçidur. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 12 may 1996-cı il tarixdə doğulmuş şəxs X3r. -AZ-İV seriyalı 539853 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 06 dekabr 2020-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, atası- Ərizəçi və anası X3r. - İsmayıllı rayon İHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 yanvar 2024-cü il tarixli 76 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yaşayan Ərizəçi ailə tərkibi aşağıdakı kimidir: həyat yoldaşı-X5, qızı-X11. -İsmayıllı rayon X6 Hüquqi Şəxsi tərəfindən verilmiş 18-1-47/2-V-27-42-30/24 nömrəli 10 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, ərizəçi qızı 06 dekabr 2020-ci il təvəllüdlü X7 ölümü barədə İsmayıllı RMX-nə müraciət etmədiyi üçün ona ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. - İsmayıllı Bələdiyyəsinin nümayəndələri və ərizəçinin iştirakı ilə tərtib olunmuş 11 yanvar 2024-cü il tarixli aktdan görünür ki, vətəndaş Ərizəçi müraciəti əsasında 11 yanvar 2024-cü il tarixdə İsmayıllı şəhəri ərazisində yerləşən "Top piri" adlanan qəbristanlığa baxış keçirilmiş və baxış zaman məlum olmuşdur ki, onun övladı - 17 dekabr 2023-cü il tarixində vəfat etmiş mərhum - X13 həqiqətən İsmayıllı şəhəri ərazisində yerləşən "Top piri" adlanan qəbristanlıqda dəfn edilmişdir. -Maraqlı şəxs 3-16-5/8-xx-xx/2024 nömrəli 16 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, X7 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -Təqdim olunmuş fotoşəkillər X7 vəfat etməsini təsdiq edən sübut kimi qəbul edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin qızı X13 06 dekabr 2020-ci il tarixdə Ağsu rayonunda anadan olmuşdur. İnci Vahabzadə 17 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində yaşadığı evdə xəstəlikdən vəfat etmiş və həmin gün İsmayıllı şəhəri ərazisində yerləşən “Top piri” adlanan qəbristanlıqda dəfn olunmuşdur. Ərizəçi qanunla müəyyən olunmuş müddətdə müvafiq orqana müraciət etmədiyindən qızı İnci Vahabzadəyə ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ərizəçidən ölüm haqqında tibbi şəhadətnamə tələb olunmuş, bununla bağlı İsmayıllı rayon X6 Hüquqi Şəxsi tərəfindən X7 ölümü barədə ölüm haqqında şəhadətnamə (forma 106) verilmədiyi bildirilmişdir. X12 ölüm haqqında tibbi şəhadətnamə alınmadığından ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin qızının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X7 17 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində “xəstəlik”dən vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin qızına ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. X13 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 06 dekabr 2020-ci il, doğulduğu yer Ağsu rayonu, yaşadığı yer İsmayıllı rayonun İsmayıllı kəndi, ölüm yeri İsmayıllı şəhəri, ölüm tarixi 17 dekabr 2023cü il, ölümün səbəbi “xəstəlik” qeyd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X7 17 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində ölməsi faktı müəyyən edilsin. X13 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 06 dekabr 2020-ci il, doğulduğu yer Ağsu rayonu, yaşadığı yer İsmayıllı rayonun İsmayıllı kəndi, ölüm yeri İsmayıllı şəhəri, ölüm tarixi 17 dekabr 2023-cü il, ölümün səbəbi “xəstəlik” qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-279/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-279/2024
13.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver