Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-29/2024 29.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə 29 yanvar 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 2270 manat dəyərində qızıl-zinyət əşyaları və ya dəyəri, 7572 manat dəyərində cehiz əmlakı və ya dəyəri, 2550 manat dəyərində birgə nikah müddətində alınmış ev əşyalarının, əmlakın yarısı və ya dəyəri 1275 manat, birgə nikah müddətində alınmış İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində faktiki tikilmiş fərdi yaşayış evinin bölünməsi və ya yarı dəyəri 23000 manat – cəmi 34117 manat dəyərində əmlak və ya dəyəri alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, cavabdehlə 29 oktyabr 2010-cu il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından iki övladları olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-ci il tarixli 2(037)-11/2023 nömrəli qətnaməsi ilə nikahları ləğv edilmişdir. Onu məcburən evdən çıxaranda cavabdehdə ona məxsus qızıl-zinyət əşyaları, cehiz əmlakı və birgə nikah müddətində qazandıqları əmlaklar qalmışdır. Bundan əlavə onlar birgə nikah müddətində, 2016-cı ildə İsmayıllı rayonu İsmayıllı kəndində cavabdehin adına faktiki yaşadıqları 0,04 hektar həyətyanı torpaq sahəsini satın almışlar və həmin həyətyanı torpaq sahəsində 46000 manat xərc çəkərək fərdi yaşayış evi, bir sıra yardımçı tikililər tikmişlər. Cavabdeh indi onu həmin evdən, həyətyanı torpaq sahəsindən çıxararaq bütün mülkiyyətini qeyri-qanuni olaraq ələ keçirmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubunda göstərilmiş əmlakların İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsi faktiki birgə nikah müddətində 2016-cı ildə alınmışdır. 46000 manat xərc çəkilərək bir mərtəbəli, dörd yaşayış otaqlı, zal, mətbəx və hamantualetdən ibarət fərdi yaşayış evi tikilmiş, eyni ilə həyətyanı sahədə bir otaqlı yardımçı tikili və tualet tikilmişdir. 2016-ci ildən faktiki ayrıldıqları 2021-ci ilin iyun ayına kimi orada övladları ilə birlikdə yaşamış, faktiki yaşadıqları ev birgə nikah müddətində qazanılmış əmlakdır. O, aralarında qarşılıqlı razılıq əsasında əmlak bölgüsünün aparılmasını, cavabdehdə qalan qızıl-zinyət əşyalarının, cehiz əmlakının ona verilməsi üçün cəhd göstərsə də qarşı tərəf heç bir formada razılığa gəlmək istəmir və o, məcbur olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya şurasına müraciət etmiş, orada da razılıq alınmamış və bu barədə mediasiya şurası 17 aprel 2022-ci il tarixdə arayış verərək məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Ona nişan və toyda verilmiş 250 manat dəyərində 06 qram çəkidə 583 əyarlı ağ qaşlı bir ədəd nişan üzüyü, 500 manat dəyərində 12 qram çəkidə 583 əyarlı iri yaşıl qaşlı və yaşıl qaşlı, kənarları kiçik ağ qaşlı bir cüt sırğa, 300 manat dəyərində 12 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd bilərzik, 400 manat dəyərində 10 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl sep, valideynləri tərəfindən hədiyyə edilmiş 250 manat dəyərində 08 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl üzük, 400 manat dəyərində 10 qram çəkidə sep və qızıl onluq şəkilli dairəvi klondan ibarət bir ədəd qızıl dəst, uşağa hədiyyə edilmiş 170 manat dəyərində bir cüt sırğa və 04 qram çəkidə 583 əyarlı bir ədəd sep – cəmi 2270 manat dəyərində qızıl-zinyət əşyaları olmuşdur. Cavabdeh onu evdən çıxaranda həmin qızıl-zinyət əşyalarını əlindən almışdır. Cehiz əmlaklarından 1200 manat dəyərində şifoner, taxt kravat, termo və iki taxt yanı şkafından ibarət mebel dəsti, 1100 manat dəyərində bir ədəd stol və səkkiz ədəd stul, 800 manat dəyərində bir ədəd qorka, 600 manat dəyərində bir ədəd divan, iki ədəd kreslo və jurnalnı stol, 450 manat dəyərində qarışıq və qırmızı güllü iki ədəd xalça, 105 manat dəyərində lüstürlər, 60 manat dəyərində iki yer güldanı və palma gülü, 400 manat dəyərində “Dnepr” markalı bir ədəd soyuducu, 500 manat dəyərində “İndesit” markalı bir ədəd paltaryuyan, 100 manat dəyərində “Gepas” markalı bir ədəd ətçəkən və “LG” markalı bir ədəd tozsoran, 160 manat dəyərində bir ədəd mikser, bir ədəd çörək sobası və qara rəngli dörd gözlü bir ədəd qaz sobası, 125 manat dəyərində bir ədəd fen, bir ədəd ütü, bir ədəd “Tefal” markalı çaynik dəsti və bir ədəd vintilyator, 300 manat dəyərində bir ədəd telefon, 72 manat dəyərində on iki ədəd rəngli xörək boşqabı, on iki ədəd orta dayaz boşqab, on iki ədəd iri rəngli boşqab və on iki ədəd salat boşqabı, 50 manat dəyərində altı ədəd güllü dərin, altı ədəd qızrmızı güllü salat və altı ədəd dayaz güllü boşqab, 200 manat dəyərində qırmızı güllü iki ədəd bulud boşqabı, səkkiz ədəd xrustal meyvə vazı və bir ədəd göy vaz, 140 manat dəyərində bir ədəd qrafin, altı ədəd bakal və iki ədəd iri konfet qabından ibarət bagema dəsti, 300 manat dəyərində bir ədəd çay və yemək servisi, 40 manat dəyərində iki ədəd qrafin və on iki ədəd bakal, 132 manat dəyərində on iki ədəd xrustal bakal və on səkkiz ədəd xrustal rumka, 170 manat dəyərindəon on səkkiz ədəd qəddan, on səkkiz ədəd xrustal stəkan, on iki ədəd xrustal armudu stəkan, qırx iki ədəd göy rəngli nəlbəki, iki ədəd kasa və qaşıqlar, 37 manat dəyərində üç ədəd dəst podnus və iki ədəd sadə podnus, 75 manat dəyərində bir ədəd dərin vanna, beş ədəd uzunsov alminum qazan, üç ədəd aşsüzən, bir ədəd çuqun vedrə, bir ədəd dəmir vedrə, 145 manat dəyərində altı ədəd stolüstü skatel, iyirmi ədəd əl-üz dəsmalları və çay dəsmalları, 100 manat dəyərində dörd dəst çexol-prastina, bir ədəd taxt adyalı və iki ədəd tək adamlıq adyal, 100 manat dəyərində beş ədəd çuqun qırmızı qazan, 110 manat dəyərində qaşıq, çəngəl, çay qaşığı və mətbəx bıçağından ibarət çemodan dəsti – cəmi 7572 manat dəyərində cehiz əmlakları cavabdehdə qalmışdır. Bundan başqa birgə nikah müddətində 700 manat dəyərində “İndesit” markalı iki qapılı, dondurucu hissəsi aşağıda olan gümüşü rəngli bir ədəd soyuducu, 600 manat dəyərində “Beko” markalı altı kiloqramlıq gümüşü rəngli bir ədəd paltaryuyan, 300 manat dəyərindəqara rəngli bir ədəd televizor, 110 manat dəyərində iki ədəd lüstr, 120 manat dəyərində bir ədəd ptiminutka, 300 manat dəyərində iki ədəd çarpayı, 80 manat dəyərində bir ədəd aspirator, 100 manat dəyərində bir ədəd çörək peçi, 240 manat dəyərində pərdələr – cəmi 2550 manat dəyərində birgə nikah müddətində qazanılmış əmlaklar vardır ki, həmin əmlaklar da bölünməli və ya dəyərinin yarısı ona ödənilməlidir. Cavabdeh onu evdən qovaraq evə buraxmır, qeyd olunan əmlaklardan istifadəsinə imkan vermir və qızılzinyət əşyalarını ona qaytarmaq istəmir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının vəkili/nümayəndəsi Vəkil iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, xx.xx.2024-cü il tarixdə göndərdiyi hakimə etiraz ərizəsində ərizə təmin olunmadığı təqdirdə növbəti iclaslarda iştirak etməyəcəyini və məhkəmənin onun iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsinə etirazı nəzərə alınmasını xahiş etmişdir. Eyni zamanda cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/qardaşı Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə baxışının qeyrimüəyyən vaxta qədər təxirə salınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi Nümayəndə ərizədə ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də həmin səbəbin üzürlü olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsində göstərmişdir ki, iddiaçı özünə məxsus cehiz və digər maddi qiymətlilərin özü tərəfindən sülh və sakitlik şəraitində aparılması üçün onun tərəfindən şifahi və yazılı formada müraciətlərinə baxmayaraq bilərəkdən məsələni uzatmış, qəsdən cehiz və digər iddiasında qeyd etdiyi maddi qiymətliləri aparmaqdan yayınmışdır. İddiaçı məsələni gərginləşdirmək, cehiz və digər iddiasında qeyd etdiyi maddi qiymətlilərin dəyərinin pul kompensasiyası ilə əvəz olunmasını istəmişdir. İddiaçı ilə 29 oktyabr 2010-cu il tarixində rəsmi nikah bağlamış və həmin dövrdən 13 il keçmişdir. 2010cu il tarixində iddiaçı onun da qeydiyyatda olduğu, anası X1 adına rəsmi qeydiyyatı olan, 1988-ci ildə inşa olunmuş İsmayıllı rayonu Talıstan kəndində onlarla qonşuluqda yerləşən birmərtəbəli həyət evinə gəlin köçmüşdür. Anası ağır astma-bronxit və iflic xəstəliyinə düçar olduğu üçün məcbur qalıb həmin evi 10000 manata satmış və anasının müalicəsinə sərf etmişdir. Sonradan müvəqqəti olaraq qardaşı Nümayəndə məxsus Talıstan kəndində yerləşən evə köçmüşlər. Lakin qardaşı həmin evi satmaq istədiyi üçün ona xəstə anasına baxmaq məqsədi ilə 19 may 2016-cı il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,04 hektar torpaq sahəsini və içərisində qardaşı tərəfindən inşa olunmuş sənədsiz birmərtəbəli evi hədiyyə etmiş və onlar ailəliklə ora köçmüşlər. Lakin qardaşı bağışlama zamanı ondan yazılı ərizə almışdır ki, anasına yaxşı baxılmadığı təqdirdə bağışlama müqaviləsini ləğv edəcəkdir və o, da buna etiraz etməyəcəyini yazılı bildirmişdir. İddiaçının iddiasında qeyd etdiyi cehi və digər maddi qiymətlilər ona Ailə Məcəlləsində tövsiyə olunan nikah müqaviləsi ilə verilməmişdir. Eyni zamanda maddi dəyərlilərə zaman keçdikcə mühasibatlıq qaydasına görə amortizasiya normaları tətbiq olunur. Ona görə də iddiaçının qeyd etdiyi maddi qiymətlilərin dəyərinə amortizasiya normaları tətbiq olunmalıdır. İddiada qeyd olunan maddi qiymətlilər olduğu kimi yerindədir. O, humanizm prinsipindən çıxış edərək iddiaçıya aid olan maddi qiymətliləri qoruyub saxlamış və əlavə xərclə təmir etdirmişdir. İddiaçının ona qardaşı tərəfindən İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 19 may 2016-cı il tarixdə hədiyyə edilmiş 0,04 hektar torpaq sahəsi və içərisində qardaşı tərəfindən inşa olunmuş sənədsiz birmərtəbəli evdən ona dəyəri pulla ifadə olunmaqla pay ayrılmasına dair iddiası əsassızdır. İddiaçının iddiasında qeyd etdiyi qızıl-zinət əşyalarının həmin dövrdəki qiymətləri iddiaçının göstərdiyi şişirdilmiş formadadır. Belə ki, 180 manat dəyərində 4,8 qram çəkidə bir ədəd nişan üzüyü, 240 manat dəyərində bir cüt komplekt qaşlı sırğa və üzük, 280 manat dəyərində 7,8 qram çəkidə bir ədəd sep, 110 manat dəyərində bir ədəd bilərzik, 90 manat dəyərində uşağa həddiyə olunmuş bir ədəd sırğa, 120 manat dəyərində 03 qram çəkidə bir ədəd nazik qaşlı üzük olmuşdur. Əlavə olaraq iddiaçının valideynləri tərəfindən sonuncuya hədiyyə verilməsindən kimə və hansı səbəbə hədiyyə verilməsindən xəbəri olmamışdır. Yəqin ki, belə hal olubsa foto və ya videofakt, o cümlədən, təkzibolunmaz dəlillərlə sübuta yetirilməlidir. Əks təqdirdə belə bir iddia absurddur. İddiaçının qızıl-zinyət əşyaları həmişə özündə olmuş və 2015-ci ildən etibarən evdən məxfi saxlamışdır. Bir ədəd qızıl sepi 2014cü ildə əməkhaqqı gecikdiyinə görə məcbur olub iddiaçının öz razılığı ilə 200 manata lom qiymətlə sataraq evə ərzaq almışdır. O cümlədən iddiaçının özünə aid olan əşyaəmlakının özü tərəfindən aparılmasına guya onun tərəfindən maneçilik törədildiyi barədə cəfəng fikirləri, məhkəməyə təqdim etdiyi təkzibolunmaz rəsmi sübutlar) inkar edir. İddiaçının iddiası əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. X2 ifadə verərək göstərdi ki, iddiaçı onun qızıdır. Qızı 2010-cu ildə cavabdehlə ailə qurmuşdur. 2016-cı ildə sözügedən ev tikilmişdir. Həmin evi qızı ilə cavabdeh tikmişdir. Qızının əmlakları cavabdehdə qalmışdır. X3 ifadə verərək göstərdi ki, iddiaçı onun qızıdır. Sözügedən evi cavabdehin qardaşı deyil, cavabdeh özü tikmişdir. Qızının əmlakları cavabdehdə qalmışdır. 19 may 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Nümayəndə tərəfindən İsmayıllı rayonu İsmayıllı kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,04 hektar torpaq sahəsi Cavabdeh bağışlanılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(037)-11/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Ağaməmmədova Gülnar Əlı̇ bala qızı ilə Ağaməmmədov Ramı̇ l Tahı̇ r oğlu arasında 29 oktyabr 2010-cu il tarixdə İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 250 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. 15 iyul 2011-ci ildə doğulmuş X5 və 02 yanvar 2015-ci ildə doğulmuş X9 (anası) Ağaməmmədova Gülnar Əlı̇ bala qızının yanında saxlanılmışdır. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 13 iyun 2023-cü il tarixli, AZ-İ №460295 nömrəli şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Ağaməmmədova Gülnar Əlı̇ bala qızı ilə Ağaməmmədov Ramı̇ l Tahı̇ r oğlu arasında olan nikaha 16 may 2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8305 nömrəli məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə 11 yanvar 2024-cü il saat 10:00-da baxış keçirilməsinin təşkili edilməsi barədə vəsatət verilmişdir. Qeyd olunan tarixdə mübahisə predmeti olan tikilinin yerləşdiyi ünvana gedilmiş, lakin iş üzrə cavabdeh tərəf tədqiq olunan tikiliyə daxil olmaqla müvafiq ölçü işlərinin aparılmasına şərait yaratmamışdır (icazə verməmişdir). Qeyd olunan səbəbdən mübahisə predmeti olan tikiliyə baxış keçirilməklə müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Şəki 1 saylı X4 rayon şöbəsinin 17 aprel 2022-ci il tarixli, MŞŞ/MT0xx/xx-00826 nömrəli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, Ağaməmmədova Gülnar Əlı̇ bala qızının Ağaməmmədov Ramı̇ l Tahı̇ r oğluna qarşı cehiz əşyalarının çıxarılması, qızıl-zinyət əşyalarının qaytarılması və əmlak bölgüsü tələbi ilə bağlı mediasiya sessiyasında Ağaməmmədov Ramı̇ l Tahı̇ r oğlu iştirak etməmişdir. Mediasiya sessiyasında Ağaməmmədova Gülnar Əlı̇ bala qızı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xdmət haqqını fərdi qaydada ödəmişdir. 21 iyul 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 193 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçı və nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 19 may 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Nümayəndə tərəfindən İsmayıllı rayonu İsmayıllı kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,04 hektar torpaq sahəsi Cavabdeh bağılanılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(037)-11/2023 nömrəli qətnaməsinə əsasən Ağaməmmədova Gülnar Əlı̇ bala qızı ilə Ağaməmmədov Ramı̇ l Tahı̇ r oğlu arasında 29 oktyabr 2010-cu il tarixdə İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 250 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. 15 iyul 2011-ci ildə doğulmuş X5 və 02 yanvar 2015-ci ildə doğulmuş X9 (anası) Ağaməmmədova Gülnar Əlı̇ bala qızının yanında saxlanılmışdır. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 13 iyun 2023-cü il tarixli, AZ-İ №460295 nömrəli şəhadətnaməsi ilə Ağaməmmədova Gülnar Əlı̇ bala qızı ilə Ağaməmmədov Ramı̇ l Tahı̇ r oğlu arasında olan nikaha 16 may 2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8305 nömrəli məlumatına əsasən ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə 11 yanvar 2024-cü il saat 10:00-da baxış keçirilməsinin təşkili edilməsi barədə vəsatət verilmişdir. Qeyd olunan tarixdə mübahisə predmeti olan tikilinin yerləşdiyi ünvana gedilmiş, lakin iş üzrə cavabdeh tərəf tədqiq olunan tikiliyə daxil olmaqla müvafiq ölçü işlərinin aparılmasına şərait yaratmamışdır (icazə verməmişdir). Qeyd olunan səbəbdən mübahisə predmeti olan tikiliyə baxış keçirilməklə müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən əmlakların iddiaçıya məxsus olmasını və hazırda həmin əmlakların cavabdehdə qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı iddia tələbində 250 manat dəyərində 06 qram çəkidə 583 əyarlı ağ qaşlı bir ədəd nişan üzüyü, 500 manat dəyərində 12 qram çəkidə 583 əyarlı iri yaşıl qaşlı və yaşıl qaşlı, kənarları kiçik ağ qaşlı bir cüt sırğa, 300 manat dəyərində 12 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd bilərzik, 400 manat dəyərində 10 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl sep, valideynləri tərəfindən hədiyyə edilmiş 250 manat dəyərində 08 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl üzük, 400 manat dəyərində 10 qram çəkidə sep və qızıl onluq şəkilli dairəvi klondan ibarət bir ədəd qızıl dəst, uşağa hədiyyə edilmiş 170 manat dəyərində bir cüt sırğa və 04 qram çəkidə 583 əyarlı bir ədəd sep – cəmi 2270 manat dəyərində qızıl-zinyət əşyaları tələb etsə də həmin qızıl-zinyət əşyalarının qiymətləri ilə bağlı mütəxəssis rəyi təqdim etməmişdir. Məhkəmə belə olan halda cavabdehin etiraz ərizəsində göstərdiyi 180 manat dəyərində 4,8 qram çəkidə bir ədəd nişan üzüyü, 240 manat dəyərində bir cüt komplekt qaşlı sırğa və üzük, 280 manat dəyərində 7,8 qram çəkidə bir ədəd sep, 110 manat dəyərində bir ədəd bilərzik, 90 manat dəyərində uşağa həddiyə olunmuş bir ədəd sırğa, 120 manat dəyərində 03 qram çəkidə bir ədəd nazik qaşlı üzük – cəmi 1020 manat dəyərində qızıl-zinyət əşyalarının dəyərini cavabdehin etirafı kimi qəbul edərək, ağlabatan və qənaətbəxş məbləğ olmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa cavabdeh etiraz ərizəsində bir ədəd qızıl sepi 2014-cü ildə əməkhaqqı gecikdiyinə görə məcbur olub iddiaçının öz razılığı ilə 200 manata lom qiymətlə sataraq evə ərzaq aldığını bildirsə də bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən, öz qənaətini işin həqiqi hallarına uyğun hesab edərək nəticəyə gəlir ki, iddiaçıya məxsus olan əşyalar cavabdehdə qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə, iddianın cehiz əmlakları tələbinə aid hissəsinə münasibətdə müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, mübahisəli cehiz əşyaları həqiqi hüquq əsasında iddiaçıya məxsusdur. Həmin əşyalar iddiaçının sahibliyində olmuş və iddiaçı həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Buna baxmayaraq, hazırda həmin əşyalar iddiaçının iradəsinə zidd olaraq cavabdehin sahibliyindədir. Cavabdehin həmin əşyalar üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı əmlaklarının qaytarılması ilə bağlı tələb hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının qızıl-zinyət əşyaları, cehiz əmlakı və ya dəyərləri tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Odur ki, məhkəmə iddia tələbinin qızıl-zinyət əşyaları və cehiz əmlakı hissəsinə münasibətdə belə nəticəyə gəlir ki, cavabdehdən 180 manat dəyərində 4,8 qram çəkidə bir ədəd nişan üzüyü, 240 manat dəyərində bir cüt komplekt qaşlı sırğa və üzük, 280 manat dəyərində 7,8 qram çəkidə bir ədəd sep, 110 manat dəyərində bir ədəd bilərzik, 90 manat dəyərində uşağa həddiyə olunmuş bir ədəd sırğa, 120 manat dəyərində 03 qram çəkidə bir ədəd nazik qaşlı üzük – cəmi 1020 manat dəyərində qızıl-zinyət əşyaları, 1200 manat dəyərində şifoner, taxt kravat, termo və iki taxt yanı şkafından ibarət mebel dəsti, 1100 manat dəyərində bir ədəd stol və səkkiz ədəd stul, 800 manat dəyərində bir ədəd qorka, 600 manat dəyərində bir ədəd divan, iki ədəd kreslo və jurnalnı stol, 450 manat dəyərində qarışıq və qırmızı güllü iki ədəd xalça, 105 manat dəyərində lüstürlər, 60 manat dəyərində iki yer güldanı və palma gülü, 400 manat dəyərində “Dnepr” markalı bir ədəd soyuducu, 500 manat dəyərində “İndesit” markalı bir ədəd paltaryuyan, 100 manat dəyərində “Gepas” markalı bir ədəd ətçəkən və “LG” markalı bir ədəd tozsoran, 160 manat dəyərində bir ədəd mikser, bir ədəd çörək sobası və qara rəngli dörd gözlü bir ədəd qaz sobası, 125 manat dəyərində bir ədəd fen, bir ədəd ütü, bir ədəd “Tefal” markalı çaynik dəsti və bir ədəd vintilyator, 300 manat dəyərində bir ədəd telefon, 72 manat dəyərində on iki ədəd rəngli xörək boşqabı, on iki ədəd orta dayaz boşqab, on iki ədəd iri rəngli boşqab və on iki ədəd salat boşqabı, 50 manat dəyərində altı ədəd güllü dərin, altı ədəd qızrmızı güllü salat və altı ədəd dayaz güllü boşqab, 200 manat dəyərində qırmızı güllü iki ədəd bulud boşqabı, səkkiz ədəd xrustal meyvə vazı və bir ədəd göy vaz, 140 manat dəyərində bir ədəd qrafin, altı ədəd bakal və iki ədəd iri konfet qabından ibarət bagema dəsti, 300 manat dəyərində bir ədəd çay və yemək servisi, 40 manat dəyərində iki ədəd qrafin və on iki ədəd bakal, 132 manat dəyərində on iki ədəd xrustal bakal və on səkkiz ədəd xrustal rumka, 170 manat dəyərindəon on səkkiz ədəd qəddan, on səkkiz ədəd xrustal stəkan, on iki ədəd xrustal armudu stəkan, qırx iki ədəd göy rəngli nəlbəki, iki ədəd kasa və qaşıqlar, 37 manat dəyərində üç ədəd dəst podnus və iki ədəd sadə podnus, 75 manat dəyərində bir ədəd dərin vanna, beş ədəd uzunsov alminum qazan, üç ədəd aşsüzən, bir ədəd çuqun vedrə, bir ədəd dəmir vedrə, 145 manat dəyərində altı ədəd stolüstü skatel, iyirmi ədəd əl-üz dəsmalları və çay dəsmalları, 100 manat dəyərində dörd dəst çexol-prastina, bir ədəd taxt adyalı və iki ədəd tək adamlıq adyal, 100 manat dəyərində beş ədəd çuqun qırmızı qazan, 110 manat dəyərində qaşıq, çəngəl, çay qaşığı və mətbəx bıçağından ibarət çemodan dəsti – cəmi 7571 manat dəyərində cehiz əmlakları natura şəklində, qətnamə icra olunan vaxt mövcud olmadıqda isə onların ümumilikdə dəyəri olan 8591 (səkkiz min min beş yüz doxsan bir) manat məbləği alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə iddia tələbinin birgə nikah dövründə alınmış 2550 manat dəyərində ev əşyalarının yarı dəyəri kimi 1275 manat məbləğinin alınması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehlə sözügedən evdə yaşamaqla birgə qazancları ilə 700 manat dəyərində “İndesit” markalı iki qapılı, dondurucu hissəsi aşağıda olan gümüşü rəngli bir ədəd soyuducu, 600 manat dəyərində “Beko” markalı altı kiloqramlıq gümüşü rəngli bir ədəd paltaryuyan, 300 manat dəyərindəqara rəngli bir ədəd televizor, 110 manat dəyərində iki ədəd lüstr, 120 manat dəyərində bir ədəd ptiminutka, 300 manat dəyərində iki ədəd çarpayı, 80 manat dəyərində bir ədəd aspirator, 100 manat dəyərində bir ədəd çörək peçi, 240 manat dəyərində pərdələr – cəmi 2550 manat dəyərində əmlaklar aldığını bildirir. Cavabdeh həmin əmlaklarla bağlı hər hansı bir etirazı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən 700 manat dəyərində “İndesit” markalı iki qapılı, dondurucu hissəsi aşağıda olan gümüşü rəngli bir ədəd soyuducu, 600 manat dəyərində “Beko” markalı altı kiloqramlıq gümüşü rəngli bir ədəd paltaryuyan, 300 manat dəyərindəqara rəngli bir ədəd televizor, 110 manat dəyərində iki ədəd lüstr, 120 manat dəyərində bir ədəd ptiminutka, 300 manat dəyərində iki ədəd çarpayı, 80 manat dəyərində bir ədəd aspirator, 100 manat dəyərində bir ədəd çörək peçi, 240 manat dəyərində pərdələr – cəmi 2550 manat dəyərində birgə nikah müddətində qazanılmış əmlaklar, əmlakların qətnamənin icrası zamanı tərəflər arasında naturada bölüşdürülməsi mümkün olmadıqda (qarşılıqlı razılaşma olmadıqda) həmin əmlakların dəyərinin yarısı, yəni 1275 (bir min iki yüz yetmiş beş) manat məbləği alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə sözügedən əmlakların bölünməz xüsusiyyətə malik olmalarını nəzərə alaraq, əmlakların tərəflər arasında iradələrinə uyğun olaraq qarşılıqlı razılıq əsasında bölünməsi barədə razılığın olmamasını nəzərə alaraq icra mərhələsində sözügedən əmlakların yarısının və ya qarşılıqlı razılıq əsasında bölüşdürülərək digər tərəfə verilməsi, bu mümkün olmadıqda isə dəyərinin alınaraq iddiaçıya verilməsi müəyyənləşdirilməlidir. Məhkəmə iddia tələbinin birgə nikah müddətində alınmış 0,04 hektar həyətyanı torpaq sahəsinin bölünməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı izahatında 2016-cı ildə, yəni birgə nikah dövründə İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsinin alındığını bildirsə də, 19 may 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, cavabdehin qardaşı Nümayəndə tərəfindən İsmayıllı rayonu İsmayıllı kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,04 hektar torpaq sahəsi cavabdehə bağışlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi birgə nikah müddətində alınmış 0,04 hektar həyətyanı torpaq sahəsinin bölünməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2023-cü il tarixli Qərarına əsasən Qeyd edilməlidir ki, qanunvericilik bağışlama müqaviləsinin forması ilə bağlı tələbləri də müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 668.1-ci maddəsinə müvafiq olaraq bağışlama aşağıdakı hallarda etibarlıdır: ·daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; ·rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; ·daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; ·tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; ·gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Məhkəmə iddia tələbinin birgə nikah müddətində alınmış 0,04 hektar həyətyanı torpaq sahəsinin bölünməsidə faktiki tikilmiş evin bölünməsi və ya evə çəkilmiş xərclərin alınması hissəsinə münasibətdə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8305 nömrəli məlumatına əsasən mübahisə predmeti olan tikilinin yerləşdiyi ünvana gedilmiş, lakin iş üzrə cavabdeh tərəf tədqiq olunan tikiliyə daxil olmaqla müvafiq ölçü işlərinin aparılmasına şərait yaratmamışdır (icazə verməmişdir). Qeyd olunan səbəbdən mübahisə predmeti olan tikiliyə baxış keçirilməklə müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Belə olan halda məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi 46000 manat məbləği ilə razılaşır və hesab edir ki, cavabdehdən birgə nikah dövründə İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən 0,04 hektar torpaq sahəsində faktiki tikilmiş fərdi yaşayış evinə çəkilmiş xərc - 46000 manat dəyərinin yarısı – 23000 (iyirmi üç min) manat məbləği alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə məhkəmə-əmtəəşunaslıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8305 nömrəli məlumatına əsasən mübahisə predmeti olan tikilinin yerləşdiyi ünvana gedilmiş, lakin iş üzrə cavabdeh tərəf tədqiq olunan tikiliyə daxil olmaqla müvafiq ölçü işlərinin aparılmasına şərait yaratmamışdır (icazə verməmişdir). Qeyd olunan səbəbdən mübahisə predmeti olan tikiliyə baxış keçirilməklə müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Cavabdeh təyin edilmiş ekspertizanın keçirilməsinə mane olduğuna görə məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi 46000 manat məbləğinin ağlabatan və qənaətbəxş məbləğ olmasını məqsədəmüvafiq hesab edir. Belə ki cavabdeh sözügedən fərdi yaşayış evini qardaşı, yəni hazırki tələb üzrə iddiaçının qanuni nümayəndəsi tərəfindən tikilərək onlara verildiyini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruru hesab edir ki, tikintisinə çəkilmiş xərclərin bölünməsi tələb edilən fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədləri olmasa da, (tərəflər sözügedən fərdi yaşayış evinin mövcudluğunu etiraf etmiş və bu işin mübahisəsiz halıdır) həmin fərdi yaşayış evi birgə nikah dövründə tikildiyindən çəkilən xərclər də bölünməlidir. Belə ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 4.11-ci bəndində göstilmişdir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş 193 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 180 manat dəyərində 4,8 qram çəkidə bir ədəd nişan üzüyü, 240 manat dəyərində bir cüt komplekt qaşlı sırğa və üzük, 280 manat dəyərində 7,8 qram çəkidə bir ədəd sep, 110 manat dəyərində bir ədəd bilərzik, 90 manat dəyərində uşağa həddiyə olunmuş bir ədəd sırğa, 120 manat dəyərində 03 qram çəkidə bir ədəd nazik qaşlı üzük – cəmi 1020 manat dəyərində qızıl-zinyət əşyaları, 1200 manat dəyərində şifoner, taxt kravat, termo və iki taxt yanı şkafından ibarət mebel dəsti, 1100 manat dəyərində bir ədəd stol və səkkiz ədəd stul, 800 manat dəyərində bir ədəd qorka, 600 manat dəyərində bir ədəd divan, iki ədəd kreslo və jurnalnı stol, 450 manat dəyərində qarışıq və qırmızı güllü iki ədəd xalça, 105 manat dəyərində lüstürlər, 60 manat dəyərində iki yer güldanı və palma gülü, 400 manat dəyərində “Dnepr” markalı bir ədəd soyuducu, 500 manat dəyərində “İndesit” markalı bir ədəd paltaryuyan, 100 manat dəyərində “Gepas” markalı bir ədəd ətçəkən və “LG” markalı bir ədəd tozsoran, 160 manat dəyərində bir ədəd mikser, bir ədəd çörək sobası və qara rəngli dörd gözlü bir ədəd qaz sobası, 125 manat dəyərində bir ədəd fen, bir ədəd ütü, bir ədəd “Tefal” markalı çaynik dəsti və bir ədəd vintilyator, 300 manat dəyərində bir ədəd telefon, 72 manat dəyərində on iki ədəd rəngli xörək boşqabı, on iki ədəd orta dayaz boşqab, on iki ədəd iri rəngli boşqab və on iki ədəd salat boşqabı, 50 manat dəyərində altı ədəd güllü dərin, altı ədəd qızrmızı güllü salat və altı ədəd dayaz güllü boşqab, 200 manat dəyərində qırmızı güllü iki ədəd bulud boşqabı, səkkiz ədəd xrustal meyvə vazı və bir ədəd göy vaz, 140 manat dəyərində bir ədəd qrafin, altı ədəd bakal və iki ədəd iri konfet qabından ibarət bagema dəsti, 300 manat dəyərində bir ədəd çay və yemək servisi, 40 manat dəyərində iki ədəd qrafin və on iki ədəd bakal, 132 manat dəyərində on iki ədəd xrustal bakal və on səkkiz ədəd xrustal rumka, 170 manat dəyərindəon on səkkiz ədəd qəddan, on səkkiz ədəd xrustal stəkan, on iki ədəd xrustal armudu stəkan, qırx iki ədəd göy rəngli nəlbəki, iki ədəd kasa və qaşıqlar, 37 manat dəyərində üç ədəd dəst podnus və iki ədəd sadə podnus, 75 manat dəyərində bir ədəd dərin vanna, beş ədəd uzunsov alminum qazan, üç ədəd aşsüzən, bir ədəd çuqun vedrə, bir ədəd dəmir vedrə, 145 manat dəyərində altı ədəd stolüstü skatel, iyirmi ədəd əl-üz dəsmalları və çay dəsmalları, 100 manat dəyərində dörd dəst çexol-prastina, bir ədəd taxt adyalı və iki ədəd tək adamlıq adyal, 100 manat dəyərində beş ədəd çuqun qırmızı qazan, 110 manat dəyərində qaşıq, çəngəl, çay qaşığı və mətbəx bıçağından ibarət çemodan dəsti – cəmi 7571 manat dəyərində cehiz əmlakları natura şəklində, qətnamə icra olunan vaxt mövcud olmadıqda isə onların ümumilikdə dəyəri olan 8591 (səkkiz min min beş yüz doxsan bir) manat məbləği alınaraq İddiaçı ödənilsin. Cavabdeh 700 manat dəyərində “İndesit” markalı iki qapılı, dondurucu hissəsi aşağıda olan gümüşü rəngli bir ədəd soyuducu, 600 manat dəyərində “Beko” markalı altı kiloqramlıq gümüşü rəngli bir ədəd paltaryuyan, 300 manat dəyərindəqara rəngli bir ədəd televizor, 110 manat dəyərində iki ədəd lüstr, 120 manat dəyərində bir ədəd ptiminutka, 300 manat dəyərində iki ədəd çarpayı, 80 manat dəyərində bir ədəd aspirator, 100 manat dəyərində bir ədəd çörək peçi, 240 manat dəyərində pərdələr – cəmi 2550 manat dəyərində birgə nikah müddətində qazanılmış əmlaklar, əmlakların qətnamənin icrası zamanı tərəflər arasında naturada bölüşdürülməsi mümkün olmadıqda (qarşılıqlı razılaşma olmadıqda) həmin əmlakların dəyərinin yarısı, yəni 1275 (bir min iki yüz yetmiş beş) manat məbləği alınaraq İddiaçı ödənilsin. Cavabdeh birgə nikah dövründə İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən 0,04 hektar torpaq sahəsində faktiki tikilmiş fərdi yaşayış evinə çəkilmiş xərc - 46000 manat dəyərinin yarısı – 23000 (iyirmi üç min) manat məbləği alınaraq İddiaçı ödənilsin. Mülki iş üzrə ödənilmiş 193 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-29/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-29/2024
29.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver