Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-291/2025 10.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X12 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək bacısı X2 22 noyabr 1998-ci il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 15 fevral 1968-ci il, doğulduğu yerin Göyçay rayonu Bığır kəndi, yaşadığı yerin İsmayıllı rayonun Qubaxəlilli kəndi, ölüm yerinin İsmayıllı rayonun Qubaxəlilli kəndi, ölüm tarixinin 22 noyabr 1998-ci il, ölüm səbəbinin “ürək tutması” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, bacısı Sehrayə Şirəliyeva ailə quraraq Göyçay şəhərinə köçmüşdür. Bacısı Qubaxəlilli kəndinə onlara qonaq gəlmiş və 22 noyabr 1998-ci il tarixdə qəfil ürək tutmasından vəfat etmişdir. Bacısı həmin gün İsmayıllı rayonunun Qubaxəlilli kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin ərəfədə o Rusiya Federasiyasında olduğundan, atası isə yaşlı olduğundan və hüzur mərasiminə başı qarışdığından və ölüm haqqında şəhadətnamənin hüquqi nəticəsini bilmədiyindən bacısının ölümü haqqında sənədlərin alınması ilə məşğul ola bilməmişlər. Vərəsəlik işinin açılması üçün bacısının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ondan bacısının ölümünə dair tibbi şəhadətnamə tələb olunduğundan həmin sənədi almaq üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də müvafiq arayışın verilməsinin mümkün olmadığı bildirilmişdir. Bacısının ölümünə dair tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də məhkəməyə müraciət edərək bacısı X2 22 noyabr 1998-ci il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 15 fevral 1968-ci il, doğulduğu yerin Göyçay rayonu Bığır kəndi, yaşadığı yerin İsmayıllı rayonun Qubaxəlilli kəndi, ölüm yerinin İsmayıllı rayonun Qubaxəlilli kəndi, ölüm tarixinin 22 noyabr 1998-ci il, ölüm səbəbinin “ürək tutması” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X19 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin bacısı Şirəliyeva (Eyvazova) Sehrayə Şahmirzə qızının ölüm haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi bacısının ölümünə dair tibbi şəhadətnaməni vaxtında təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X4 ifadə verərək göstərdi ki, ərizəçi onun əmisi oğludur. Ərizəçinin bacısı olan əmisi qızı Sehrayə Şirəliyeva 22 noyabr 1998-ci il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində atası evində qəflətən vəfat etmiş və həmin gün kənd qəbirstanlığında dəfn olunmuşdur. Sehrayənin dəfn və hüzür mərasimlərində iştirak etmişdir. O, X2 22 noyabr 1998-ci il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində qəflətən vəfat etməsini və həmin gün dəfn olumasını təsdiq edir. X10 X4 ilə eyni məzmunlu ifadə verərək X2 22 noyabr 1998-ci il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində vəfat etməsini və həmin gün kənd qəbirstanlığında dəfn olunmasını təsdiq etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İİ-ИЕ seriyalı 022600 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi xx xxxxxxx 1960-cı il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində doğulmuş, İsmayıllı rayonun Qubaxəlilli kəndində yaşayır. X1 və X5r. - A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin və XXİİ-ЖГ seriyalı 601502 nömrəli SSSRİ pasportunun surətlərindən görünür ki, X6 15 fevral 1968-ci il tarixdə Göyçay rayonun Bığır kəndində doğulmuşdur. X1 və X5r. - İsmayıllı rayon X16 Hüquqi Şəxsi tərəfindən verilmiş 18-1-47/2-Ş-10xx-xx- 1509/2024 nömrəli 27 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, ərizəçi bacısı 1968-ci il təvəllüdlü X2 ölümü barədə İsmayıllı RMX-nə müraciət etmədiyi üçün ona ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. - İsmayıllı rayon İHB-nın Qubaxəlilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli 14 nömrəli arayışdan görünür ki, X7 1996-2000ci illərin Təsərrüfatbaşına kitablarına əsasən İsmayıllı rayonu Qubaxəlilli kəndində qeydiyyatda olmuş, ailəsi ilə birlikdə Qubaxəlilli kəndində yaşaymış, 22 noyabr 1998-ci ildə vəfat etmiş və Qubaxəlilli kənd qəbirstanlığında dəfn edilmişdir. - İsmayıllı rayon İHB-nın Qubaxəlilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli 15 nömrəli arayışdan görünür ki, ərizəçi İsmayıllı rayonun Qubaxəlilli kəndində yaşayır və ailə tərkibi aşağıdakı kimidir: arvadı-X9, oğlu-X24, oğlu-X20, qızı-X21. - Maraqlı şəxs 3-16-5/8-xx-xx/2025 nömrəli 17 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Şirəliyeva (Eyvazova) Sehrayə Şahmirzə qızının ölümü haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Maraqlı şəxs arxivində aşkar edilməmişdir. Sehrayə Şirəliyevanın ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -Təqdim olunmuş fotoşəkillər X2 vəfat etməsini təsdiq edən sübut kimi qəbul edilməlidir. - Maraqlı şəxs tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli çıxarışdan görünür ki, Eyvazov Bəxtiyar Əİağa oğlu ilə X6 arasında 24 noyabr 1990-cı il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Eyvazov, arvada Eyvazova soyadı verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin bacısı X6 15 fevral 1968-ci il tarixdə Göyçay rayonun Bığır kəndində anadan olmuşdur. X6 24 noyabr 1990-cı il tarixdə Eyvazov Bəxtiyar Əİağa oğlu ilə ailə qurmuş, ailə qurduqdan sonra ərinin soyadına uyğun Eyvazova soyadını götürmüşdür. Sehrayə Şirəliyeva (Eyvazova) 22 noyabr 1998-ci il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində evdə qəflətən ürək tutmasından vəfat etmiş və Qubaxəlilli kəndində yerləşən kənd qəbristanlığında dəfn olunmuşdur. Ərizəçi qanunla müəyyən olunmuş müddətdə müvafiq orqana müraciət etmədiyindən bacısı Sehrayə Şirəliyevanın ölümü haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ərizəçidən ölüm haqqında tibbi şəhadətnamə tələb olunmuş, bununla bağlı İsmayıllı rayon X16 Hüquqi Şəxsi tərəfindən X2 ölümü barədə ölüm haqqında şəhadətnamə (forma 106) verilmədiyi bildirilmişdir. X3 ölüm haqqında tibbi şəhadətnamə alınmadığından ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin bacısının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Ərizəçi bacısı X2 22 noyabr 1998-ci il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 15 fevral 1968-ci il, doğulduğu yerin Göyçay rayonu Bığır kəndi, yaşadığı yerin İsmayıllı rayonun Qubaxəlilli kəndi, ölüm yerinin İsmayıllı rayonun Qubaxəlilli kəndi, ölüm tarixinin 22 noyabr 1998-ci il, ölüm səbəbinin “ürək tutması” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəfin nümayəndəsi iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şirəliyeva (Eyvazova) Sehrayə Şahmirzə qızının 22 noyabr 1998-ci il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində “ürək tutması”ndan vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin bacısına ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Şirəliyeva (Eyvazova) Sehrayə Şahmirzə qızı barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 15 fevral 1968-ci il, doğulduğu yer Göyçay rayonun Bığır kəndi, yaşayış və ölüm yeri İsmayıllı rayonun Qubaxəlilli kəndi, ölüm tarixi 22 noyabr 1998-ci il, ölümün səbəbi “ürək tutması” qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şirəliyeva (Eyvazova) Sehrayə Şahmirzə qızının 22 noyabr 1998-ci il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində ölməsi faktı müəyyən edilsin. Şirəliyeva (Eyvazova) Sehrayə Şahmirzə qızı barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 15 fevral 1968-ci il, doğulduğu yer Göyçay rayonun Bığır kəndi, yaşadığı yer İsmayıllı rayonun Qubaxəlilli kəndi, ölüm yeri İsmayıllı rayonun Qubaxəlilli kəndi, ölüm tarixi 22 noyabr 1998-ci il, ölüm səbəbi “ürək tutması” qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-291/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-291/2025
10.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver