Məhkəmə qərarları › İş №2(037)-362/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-362/2025

04.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-362/2025 04.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X14 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək bacısı X3 09 oktyabr 2012-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 05 yanvar 1986-cı il, doğulduğu yerin İsmayıllı rayonu, yaşadığı yerin Abşeron rayonu Xırdalan şəhəri, ölüm yerinin İsmayıllı rayonun İsmayıllı kəndi, ölüm tarixinin 09 oktyabr 2012-ci il, ölüm səbəbinin “xərçəng” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bacısı Sevinc Mustafayeva 04 may 2010-cu il tarixdə X15 ilə ailə quraraq ərinin soyadına uyğun Məmmədova soyadını götürmüşdür. Ailə qurduqdan sonra Abşeron rayonu Xırdalan şəhərinə köçərək orada yaşamışlar. Bacısı “bağırsaq xərçəngi” xəstəliyindən əziyyət çəkirdi. Bir müddət İsmayıllı şəhərində ata evində müalicə almış, lakin müalicələrin bir xeyri olmamış, 09 oktyabr 2012-ci il tarixdə vəfat etmişdir. Bacısı həmin gün İsmayıllı şəhəri “Həzrə” adlanan qəbirstanlıqda dəfn olunmuşdur. Həmin ərəfədə keçirdikləri sarsıntıdan, hüzur mərasiminə başı qarışdığından və ölüm haqqında şəhadətnamənin hüquqi nəticəsini bilmədiyindən bacısının ölümü haqqında sənədlərin alınması ilə məşğul ola bilməmişlər. Vərəsəlik işinin açılması üçün bacısının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ondan bacısının ölümünə dair tibbi şəhadətnamə tələb olunduğundan həmin sənədi almaq üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də müvafiq arayışın verilməsinin mümkün olmadığı bildirilmişdir. Bacısının ölümünə dair tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də məhkəməyə müraciət edərək bacısı X3 09 oktyabr 2012-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 05 yanvar 1986-cı il, doğulduğu yerin İsmayıllı rayonu, yaşadığı yerin Abşeron rayonu Xırdalan şəhəri, ölüm yerinin İsmayıllı rayonun İsmayıllı kəndi, ölüm tarixinin 09 oktyabr 2012-ci il, ölüm səbəbinin “xərçəng” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, bacısı ailə qurduqdan sonra övladı olmamışdır. Xəstəliyi ağırlaşdığı üçün İsmayıllı şəhərinə ata evinə gəlmiş və 09 oktyabr 2012-ci il tarixdə həmin evdə vəfat etmişdir. Ərizənin təmin olunmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X18 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin bacısı Mustafayeva (Məmmədova) Sevinc Qurbanxan qızının ölüm haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi bacısının ölümünə dair tibbi şəhadətnaməni vaxtında təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Maraqlı şəxs tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx xxx 1984-cü il tarixdə İsmayıllı rayonun Quşencə kəndində doğulmuşdur. X1 və X10r. - AZE seriyalı 08514273 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 23 dekabr 1960-cı il tarixdə İsmayıllı rayonun Quşencə kəndində anadan olmuş, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayır. - Maraqlı şəxs tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, X9 05 yanvar 1986-cı il tarixdə İsmayıllı rayonunda doğulmuşdur. X1 və X10r. - Maraqlı şəxs tərəfindən verilmiş 11 dekabr 2024-cü il tarixli çıxarışdan görünür ki, X15 ilə X9 arasında 04 may 2010-cu il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. - İsmayıllı rayon X16 Hüquqi Şəxsi tərəfindən verilmiş 18-1-47/2-M-10xx-xx-1624/24 nömrəli 25 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, ərizəçi bacısı 1986-cı il təvəllüdlü X7 ölümü barədə İsmayıllı RMX-nə müraciət etmədiyi üçün ona ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. - Maraqlı şəxs 3-16-5/8-xx-xx/2025 nömrəli 07 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, X7 ölümü haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Maraqlı şəxs arxivində aşkar edilməmişdir. Sevinc Məmmədovanın ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - İsmayıllı bələdiyyəsinin nümayəndələrinin və mərhumun atası X2 iştirakı ilə tərtib olunmuş 16 yanvar 2025-ci il tarixli aktdan görünür ki, 10 yanvar 2025-ci il tarixdə İsmayıllı şəhəri Aşağıbaş kəndi ərazisində yerləşən “Həzrə” adlanan qəbirstanlığına baxış keçirilmiş və baxış zamanı 09 oktyabr 2012-ci il tarixdə vəfat etmiş X3 həqiqətən İsmayıllı şəhəri Aşağıbaş ərazisində yerləşən “Həzrə” adlanan qəbistanlıqda dəfn edildiyini təsdiq edirlər. -Təqdim olunmuş fotoşəkillər X3 vəfat etməsini təsdiq edən sübut kimi qəbul edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin bacısı X9 05 yanvar 1986-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur. X9 04 may 2010-cu il tarixdə X15 ilə ailə qurmuş, ailə qurduqdan sonra ərinin soyadına uyğun Məmmədova soyadını götürmüşdür. Sevinc Mustafayeva (Məmmədova) 09 oktyabr 2012-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində ata evində “xərçəng” xəstəliyindən vəfat etmiş və İsmayıllı şəhəri Aşağıbaş kəndi ərazisində yerləşən “Həzrə” adlanan qəbistanlıqda dəfn olunmuşdur. Ərizəçi qanunla müəyyən olunmuş müddətdə müvafiq orqana müraciət etmədiyindən bacısı Sevinc Mustafayevanın (Məmmədova) ölümü haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ərizəçidən ölüm haqqında tibbi şəhadətnamə tələb olunmuş, bununla bağlı İsmayıllı rayon X16 Hüquqi Şəxsi tərəfindən X3 ölümü barədə ölüm haqqında şəhadətnamə (forma 106) verilmədiyi bildirilmişdir. X4 ölüm haqqında tibbi şəhadətnamə alınmadığından ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin bacısının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Ərizəçi bacısı X3 09 oktyabr 2012-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 05 yanvar 1986-cı il, doğulduğu yerin İsmayıllı rayonu, yaşadığı yerin Abşeron rayonu Xırdalan şəhəri, ölüm yerinin İsmayıllı rayonun İsmayıllı kəndi, ölüm tarixinin 09 oktyabr 2012-ci il, ölüm səbəbinin “xərçəng” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəfin nümayəndəsi iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Mustafayeva (Məmmədova) Sevinc Qurbanxan qızının 09 oktyabr 2012-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində “xərçəng” xəstəliyindən vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin bacısının ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Mustafayeva (Məmmədova) Sevinc Qurbanxan qızı barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 05 yanvar 1986-cı il, doğulduğu yer İsmayıllı rayonu, yaşadığı yer Abşeron rayonu Xırdalan şəhəri, ölüm yeri İsmayıllı rayonun İsmayıllı kəndi, ölüm tarixi 09 oktyabr 2012-ci il, ölüm səbəbi “xərçəng” qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Mustafayeva (Məmmədova) Sevinc Qurbanxan qızının 09 oktyabr 2012-ci il tarixdə İsmayıllı şəhərində ölməsi faktı müəyyən edilsin. Mustafayeva (Məmmədova) Sevinc Qurbanxan qızı barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 05 yanvar 1986-cı il, doğulduğu yer İsmayıllı rayonun İsmayıllı kəndi, yaşadığı yer Abşeron rayonu Xırdalan şəhəri, ölüm yeri İsmayıllı rayonun İsmayıllı kəndi, ölüm tarixi 09 oktyabr 2012-ci il, ölüm səbəbi “xərçəng” qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar