Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-419/2023 17.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdiyi qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 17 aprel 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 13 oktyabr 2012-ci il tarixdə İsmayıllı rayonu Vəng kəndində vəfat etmiş X6 onun atası olması və 29 aprel 2009-cu ildə İsmayıllı rayonu Vəng kəndində vəfat etmiş anası X11 və 13 oktyabr 2012-ci il tarixdə İsmayıllı rayonu Vəng kəndində vəfat etmiş atası X3 miras qalmış JN-062A KOD 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.08 hektar həyətyanı və JN-0077 KOD 40721028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş 2.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə onun tərəfindən qəbul edilməsi faktı müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, anası Suğra Əsədova 29 aprel 2009-cu ildə, atası Həsən Budaqov isə 13 oktyabr 2012-ci il tarixdə vəfat etmişlər. O, doğulduğu vaxt atasının adı “Həsən”, soyadı “Budaqov” olmasına baxmayaraq doğum şəhadətnaməsində səhvən atasının adı “Hüseyn”, soyadı isə “Əsədov” kimi qeyd olunmuşdur. İsmayıllı RİHB-nın Ruşan İƏD üzrə nümayəndəliyinin 15 fevral 2023-cü il tarixli arayışında onun doğum şəhadətnaməsinin ata qrafasında yazılmış X12 ilə atasının ölüm haqqında şəhadətnaməsində yazılmış X6 eyni şəxs olduğu qeyd olunmuşdur. İsmayıllı rayonu Vəng kəndində yerləşən JN-062A KOD 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.08 hektar həyətyanı və JN-0077 KOD 40721028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş 2.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri valideyinlərindən miras qalmışdır.Ona məxsus sənədlərdə atasının adı və soyadı səhv yazıldığı üçün valideynlərindən miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir.Valideyinlərindən miras qalmış İsmayıllı rayonu Vəng kəndində yerləşən 0.08 hektar həyətyanı və 2.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrini miras əmlakı kimi tam şəkildə faktiki qəbul edərək idarə etmiş və həmin torpaq sahələrinin vergilərini vaxtlı-vaxtında ödəmişdir. Digər vərəsələr qardaşları Mirzə Əsədov, Eyvaz Əsədov,İbrahim Əsədov və bacıları Fiqura Əsədova,Qələm Baxşəliyeva,Sürmə Bədəlova və Qəşəng Abbasova notarial qaydada təsdiq olunmuş ərizələr yazaraq mərhum ataları X13 və anaları X4 miras qalmış əmlakların vərəsəlik yolu ilə onlara düşən paylardan onun xeyrinə imtina etmişlər və gələcəkdə bununla bağlı heç bir iddia və tələblərinin olmayacaqlarını və mirasdan pay istəmədiklərini bildirmişlər.O,13 oktyabr 2012-ci il tarixdə İsmayıllı rayonu Vəng kəndində vəfat etmiş X6 onun atası olması və 29 aprel 2009-cu ildə İsmayıllı rayonu Vəng kəndində vəfat etmiş anası X11 və 13 oktyabr 2012-ci il tarixdə İsmayıllı rayonu Vəng kəndində vəfat etmiş atası X3 miras qalmış JN-062A KOD 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.08 hektar həyətyanı və JN-0077 KOD 40721028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş 2.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Ərizəçi və nümayəndəsi/Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Vəng kəndində yaşayır. Ərizəçi əmisi oğludur. Ərizəçinin anası Suğra Əsədova 29 aprel 2009-cu ildə, atası Həsən Budaqov isə 13 oktyabr 2012-ci ildə vəfat etmişlər. Ərizəçi doğulduğu vaxt atasının adı “Həsən”,soyadı “Budaqov” olmasına baxmayaraq doğum şəhadətnaməsində səhvən atasının adı “Hüseyn”,soyadı isə “Əsədov” kimi qeyd olunmuşdur. Ərizəçiyə məxsus sənədlərdə atasının adı və soyadı səhv yazıldığı üçün valideynlərindən miras qalmış İsmayıllı rayonu Vəng kəndində yerləşən miras əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Ərizəçi mərhum anası Suğra Əsədova və atası Həsən Budaqovdan miras qalmış JN-062A KOD 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.08 hektar həyətyanı və JN-0077 KOD 40721028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş 2.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən təyinatlarına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakları faktiki olaraq tam qəbul etmiş, digər vərəsələr qardaşları Mirzə Əsədov,Eyvaz Əsədov,İbrahim Əsədov və bacıları Fiqura Əsədova,Qələm Baxşəliyeva,Sürmə Bədəlova və Qəşəng Abbasova notarial qaydada təsdiq olunmuş ərizələr yazaraq mərhum ataları X13 və anaları X4 miras qalmış əmlakların vərəsəlik yolu ilə onlara düşən paylardan qardaşları Ərizəçi xeyrinə imtina etdiklərini, gələcəkdə bununla bağlı heç bir iddia və tələblərinin olmayacaqlarını və mirasdan pay istəmədiklərini bildirmişlər. X5 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Vəng kəndində yaşayır.Ərizəçi qohumudur. Ərizəçinin anası Suğra Əsədova 29 aprel 2009-cu ildə, atası Həsən Budaqov isə 13 oktyabr 2012-ci ildə vəfat etmişlər. Ərizəçi doğulduğu vaxt atasının adı “Həsən”,soyadı “Budaqov” olmasına baxmayaraq doğum şəhadətnaməsində səhvən atasının adı “Hüseyn”,soyadı isə “Əsədov” kimi qeyd olunmuşdur. Ərizəçiyə məxsus sənədlərdə atasının adı və soyadı səhv yazıldığı üçün valideynlərindən miras qalmış İsmayıllı rayonu Vəng kəndində yerləşən miras əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Ərizəçi mərhum anası Suğra Əsədova və atası Həsən Budaqovdan miras qalmış JN-062A KOD 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.08 hektar həyətyanı və JN-0077 KOD 40721028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş 2.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən təyinatlarına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakları faktiki olaraq tam qəbul etmiş, digər vərəsələr qardaşları Mirzə Əsədov,Eyvaz Əsədov,İbrahim Əsədov və bacıları Fiqura Əsədova,Qələm Baxşəliyeva,Sürmə Bədəlova və Qəşəng Abbasova notarial qaydada təsdiq olunmuş ərizələr yazaraq mərhum ataları X13 və anaları X4 miras qalmış əmlakların vərəsəlik yolu ilə onlara düşən paylardan qardaşları Ərizəçi xeyrinə imtina etdiklərini, gələcəkdə bununla bağlı heç bir iddia və tələblərinin olmayacaqlarını və mirasdan pay istəmədiklərini bildirmişlər. Məhkəmə ərizəni, ərizəçinin və nümayəndəsinin izahatlarını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.1969-cu il tarixli İ-ЗЖ №007695 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi 1965-ci ildə Ermənistan Respublikası Sisyan rayonunda anadan olmuş, atası X12, anası X10r, bu barədə doğum haqqında akt qeydləri kitabında 1965-ci ilin may ayının,16 günüdə 31 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci ildə Ermənistan, Sisiyan rayonunda anadan olmuş, İsmayıllı rayon Vəng kəndində qeydiyyatdadır. İşdə olan İsmayıllı rayon Ruşan İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 may 2009-cu il tarixli,AZ-İ №362112 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2009-cu ilin 05 ayının, 02 günüdə, 06 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Ruşan İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2012-ci il tarixli,AZ-İ №586095 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki,X13 xx.xx.2012-ci il tarixdə ölmüşdür,bu barədə ölüm haqqında akt qeydləri kitabında 2012-ci ilin 10 ayının,19 günüdə,07 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Ruşan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 29 nömrəli arayışından görünür ki, mərhum X7 adına olan torpaq sahəsi ilə bağlı Ruşan bələdiyyəsinə vergi borcu yoxdur, mərhumun vəfat etdiyi tarixdən sonra ona məxsus vergi borcu oğlu Ərizəçi tərəfindən ödənilmişdir. İşdə olan İsmayıllı rayon Ruşan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 30 nömrəli arayışından görünür ki, mərhum X6 adına olan torpaq sahəsi ilə bağlı Ruşan bələdiyyəsinə vergi borcu yoxdur, mərhumun vəfat etdiyi tarixdən sonra ona məxsus vergi borcu oğlu Ərizəçi tərəfindən ödənilmişdir. İşdə olan İsmayıllı RİHB-nın Ruşan İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 40 nömrəli arayışından görünür ki, Əsədov X15 rayon Ruşan İƏD üzrə nümayəndəliyinə daxil olan Vəng kəndində qeydiyyatdadır, Ərizəçi mərhum atası xx.xx.2012-ci il tarixli AZ-İ №586095 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmiş X13 və Ərizəçi adına yazılmış İ-ЗЖ №007695 nömrəli doğum haqqında şəhadətnamədə adı qeyd olunan atası mərhum X12 eyni şəxsdir. İşdə olan İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən edilir ki, Ərizəçi ərizəsi təmin edilərək İsmayıllı rayon AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarı əsasında İsmayıllı rayonu Vəng kəndində yerləşən 0,08 ha torpaq sahəsinin Həsən Budaqovun və Suqra Budaqovanın mülkiyyətinə verilməsinə dair 20 oktyabr 2002-ci il tarixli JN-062A Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni Həsən Budaqovun ata adının Şahmnəzər,Suğra Əsədovanın soyadının Budaqova, adının Suqra kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X13 və X8 məxsus olması və İsmayıllı rayonu AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarı əsasında İsmayıllı rayonu Vəng kəndində yerləşən 2,51 ha torpaq sahəsinin Həsən Budaqov və Suğra Budaqovanın mülkiyyətinə verilməsinə dair 17 oktyabr 1999-cu il tarixli JN-0077 Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında mülkiyyətçinin, yəni X1 Budaqova, ata adının Xalyəddin kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X13 və X8 məxsus olması faktlarının müəyyən edilməsi qət edilmişdir. İşdə olan Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş X22 tərəfindən yazılmış 03 avqust 2021-ci il tarixli **********153 və 19 noyabr 2012-ci il tarixli **********630 nömrəli ərizələrdən görünür ki, X22 13 oktyabr 2012-ci ildə vəfat etmiş atası X3 miras qalmış əmlakın vərəsəlik yolu ilə ona düşən payından Ərizəçi xeyrinə imtina etmiş, gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını və 29 aprel 2009cu ildə ölmüş anası X4 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. İşdə olan Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş X23 tərəfindən yazılmış 03 avqust 2021-ci il tarixli **********154 və 19 noyabr 2012-ci il tarixli **********636 nömrəli ərizələrdən görünür ki, X23 13 oktyabr 2012-ci ildə vəfat etmiş atası X3 miras qalmış əmlakın vərəsəlik yolu ilə ona düşən payından Ərizəçi xeyrinə imtina etmiş,gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını və 29 aprel 2009-cu ildə ölmüş anası X4 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. İşdə olan Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş X17 tərəfindən yazılmış 03 avqust 2021-ci il tarixli **********155 və 19 noyabr 2012-ci il tarixli **********629 nömrəli ərizələrdən görünür ki, X17 13 oktyabr 2012-ci ildə vəfat etmiş atası X3 miras qalmış əmlakın vərəsəlik yolu ilə ona düşən payından Ərizəçi xeyrinə imtina etmiş,gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını və 29 aprel 2009-cu ildə ölmüş anası X4 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. İşdə olan Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş X18 tərəfindən yazılmış 03 avqust 2021-ci il tarixli **********157 və 19 noyabr 2012-ci il tarixli **********634 nömrəli ərizələrdən görünür ki, X18 13 oktyabr 2012-ci ildə vəfat etmiş atası X3 miras qalmış əmlakın vərəsəlik yolu ilə ona düşən payından Ərizəçi xeyrinə imtina etmiş,gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını və 29 aprel 2009-cu ildə ölmüş anası X4 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. İşdə olan Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş X9 tərəfindən yazılmış 03 avqust 2021-ci il tarixli **********159 və 19 noyabr 2012-ci il tarixli **********631 nömrəli ərizələrdən görünür ki, X9 13 oktyabr 2012-ci ildə vəfat etmiş atası X3 miras qalmış əmlakın vərəsəlik yolu ilə ona düşən payından Ərizəçi xeyrinə imtina etmiş,gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını və 29 aprel 2009-cu ildə ölmüş anası X4 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. İşdə olan Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş X19 tərəfindən yazılmış 03 avqust 2021-ci il tarixli **********158 və 19 noyabr 2012-ci il tarixli **********635 nömrəli ərizələrdən görünür ki, X19 13 oktyabr 2012-ci ildə vəfat etmiş atası X3 miras qalmış əmlakın vərəsəlik yolu ilə ona düşən payından Ərizəçi xeyrinə imtina etmiş,gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını və 29 aprel 2009-cu ildə ölmüş anası X4 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. İşdə olan Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş X14 tərəfindən yazılmış 03 avqust 2021-ci il tarixli **********156 və 19 noyabr 2012-ci il tarixli **********632 nömrəli ərizələrdən görünür ki, X14 13 oktyabr 2012-ci ildə vəfat etmiş atası X3 miras qalmış əmlakın vərəsəlik yolu ilə ona düşən payından Ərizəçi xeyrinə imtina etmiş,gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını və 29 aprel 2009-cu ildə ölmüş anası X4 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla,o cümlədən ərizəçinin və nümayəndəsinin izahatları,şahid ifadələri və digər iş materialları ilə müəyyən edilir ki,13 oktyabr 2012-ci il tarixdə vəfat etmiş mərhum X13 ərizəçinin atası olmuşdur.Ərizəçi doğulduğu vaxt atasının adı “Həsən”, soyadı “Budaqov” olmasına baxmayaraq doğum şəhadətnaməsində səhvən atasının adı “Hüseyn”, soyadı isə “Əsədov” kimi qeyd olunmuşdur. Ərizəçiyə məxsus sənədlərdə atasının adı və soyadı səhv yazıldığı üçün valideynlərindən miras qalmış İsmayıllı rayonu Vəng kəndində yerləşən miras əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Ərizəçi mərhum anası Suğra Əsədova və atası Həsən Budaqovdan miras qalmış JN-062A KOD 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.08 hektar həyətyanı və JN-0077 KOD 40721028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş 2.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən təyinatlarına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakları faktiki olaraq tam qəbul edərək idarə etmiş, digər vərəsələr qardaşları Mirzə Əsədov, Eyvaz Əsədov,İbrahim Əsədov və bacıları Fiqura Əsədova, Qələm Baxşəliyeva,Sürmə Bədəlova və Qəşəng Abbasova notarial qaydada təsdiq olunmuş ərizələr yazaraq mərhum ataları X13 və anaları X4 miras qalmış əmlakların vərəsəlik yolu ilə onlara düşən paylardan qardaşları Ərizəçi xeyrinə imtina etdiklərini, gələcəkdə bununla bağlı heç bir iddia və tələblərinin olmayacaqlarını və mirasdan pay istəmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir.Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılır və onlar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1167-ci maddəsnə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, mərhum X6 Ərizəçi atası olması və mərhum X11 və mərhum X3 miras qalmış JN-062A KOD 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.08 hektar həyətyanı və JN-0077 KOD 40721028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş 2.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ibarət miras əmlakların tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. 13 oktyabr 2012-ci il tarixdə İsmayıllı rayonu Vəng kəndində vəfat etmiş X6 Ərizəçi atası olması faktı müəyyən olunsun. 29 aprel 2009-cu ildə İsmayıllı rayonu Vəng kəndində vəfat etmiş X11 və 13 oktyabr 2012-ci il tarixdə İsmayıllı rayonu Vəng kəndində vəfat etmiş X3 miras qalmış JN-062A KOD 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X13 və X7 birgə mülkiyyətlərində olan 0.08 hektar həyətyanı və JN-0077 KOD 40721028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X13 və X7 birgə mülkiyyətlərində olan 2.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-419/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-419/2023
17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver