Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-438/2020 10.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 10 iyul 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək atası x1 05 yanvar 2020-ci il tarixdə İsmayıllı rayonun Ruşan kəndində xəstəlikdən vəfat etməsi faktının müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 04 mart 1948-ci il, doğulduğu yerin Ermənistan Respublikası Əzizbəyov rayonu, daimi yaşadığı yerin İsmayıllı rayonun Ruşan kəndi, milliyyətinin azərbaycanlı, ölüm yerinin İsmayıllı rayonun Ruşan kəndi, ölüm tarixinin 05 yanvar 2020-ci il qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, atası Səfəralı Məmmədov 05 yanvar 2020-ci il tarixdə İsmayıllı rayonun Ruşan kəndində yaşadıqları evdə onkoloji xəstəlikdən vəfat etmişdir. Atası həmin gün İsmayıllı rayonun Ruşan kənd qəbirstanlığında dəfn olunmuşdur. Yas mərasiminin təşkil edilməsi ilə məşğul olduğundan atasının ölümünün rəsmiləşdirilməsinə dair sənədləri vaxtında almamışdır. Atasının ölüm haqqında şəhadətnaməsi olmadığından ondan qalan miras əmlakı vərəsə kimi adına rəsmiləşdirə bilmir. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə müraciət etmişdir. Lakin atasının ölümünə dair tibbi şəhadətnamə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Atası x1 05 yanvar 2020-ci il tarixdə İsmayıllı rayonun Ruşan kəndində xəstəlikdən vəfat etməsi faktının müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 04 mart 1948-ci il, doğulduğu yerin Ermənistan Respublikası Əzizbəyov rayonu, daimi yaşadığı yerin İsmayıllı rayonun Ruşan kəndi, milliyyətinin azərbaycanlı, ölüm yerinin İsmayıllı rayonun Ruşan kəndi, ölüm tarixinin 05 yanvar 2020-ci il qeyd edilməsi barədəqətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi x7 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin atası Səfərəli Məmmədovun ölümü haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi atasının ölümünə dair tibbi şəhadətnaməni təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. Şahid x2 ifadə verərək göstərdi ki, ərizəçi onun əmisi oğludur. Ərizəçinin atası onkoloji xəstə olmuşdur. O, 05 yanvar 2020-ci ildə yaşadıı evdə vəfat etmiş və həmin gün İsmayıllı rayonun Ruşan kənd qəbirstanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimlərində iştirak etmişdir. O, x1 05 yanvar 2020-ci il tarixdə İsmayıllı rayonun Ruşan kəndində yaşadığı evdə xəstəlikdən vəfat etməsi faktını təsdiq edir. Şahid x3 şahid x2 ilə eyni məzmunlu ifadə verərək x1 05 yanvar 2020-ci il tarixdə İsmayıllı rayonun Ruşan kəndində yaşadığı evdə xəstəlikdən vəfat etməsi faktını təsdiq etdi. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 05 fevral 2002-ci il tarixdə verilmiş AZE 00170998 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x4 04 mart 1948-ci il tarixdə Ermənistan Respublikasının Əzizbəyov rayonunda anadan olmuş, İsmayıllı rayonun Ruşan kəndində qeydiyyatda olmuşdur. İsmayıllı rayon Ruşan kənd sovetliyi tərəfindən verilmiş XİV-ЖГ 288787 nömrəli 12 yanvar 1989-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x5 ərizəçinin atasıdır. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 30 yanvar 2014-cü il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. İsmayıllı rayon İHB-nın Ruşan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 fevral 2020-ci il tarixli 67 nömrəli arayışdan görünür ki, x4 05 yanvar 2020-ci il tarixdə vəfat etmiş, həmin gün Ruşan kənd qəbirstanlığında dəfn olunmuşdur. Maraqlı şəxs 313 nömrəli 03 iyun 2020-ci il tarixli məktubundan görünür ki, x1 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. İsmayıllı rayon x6 hüquqi şəxsi tərəfindən verilmiş 185 nömrəli 08 fevral 2020ci il tarixli arayışdan görünür ki, 1948-ci il təvəllüdlü x4 22 noyabr 2019-cu il tarixdən Milli Onkologiya Mərkəzində onkoloji qeydiyyatda olmuşdur. Övladının deməsinə görə xəstə 05 yanvar 2020-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Bu barədə 103 xidmətinə müraciət olunmadığından xəstəyə ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Fotoşəkillərdən görünür ki, qəbirin baş daşında x1 04 mart 1948-ci il tarixdə doğulması və 05 yanvar 2020-ci il tarixdə vəfat etməsi göstərilmişdir. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin atası x4 1948-cı ildə Ermənistan Respublikasının Əzizbəyov rayonunda anadan olmuşdur. İsmayıllı rayonun Ruşan kəndində yaşamışdır. 22 noyabr 2019-cu il tarixdən Milli Onkologiya Mərkəzində onkoloji qeydiyyatda olmuş və 05 yanvar 2020-ci il tarixdə İsmayıllı rayonun Ruşan kəndində yaşadığı evdə xəstəlikdən vəfat еtmişdir. Ölümün səbəbinə dair müvafiq tibbi şəhadətnamə verilmədiyindən ona ölüm haqqında şəhadətnamə alınmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbənin arxivində atasının ölüm haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədən ölüm haqqında akt qeydinin aparılması mümkün olmadığından ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.Ərizəçinin atasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Səfərəli Məmmədovun 05 yanvar 2020-ci il tarixdə İsmayıllı rayonun Ruşan kəndində xəstəlikdən vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin ölüm haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. x1 05 yanvar 2020-ci il tarixdə İsmayıllı rayonun Ruşan kəndində xəstəlikdən vəfat etməsi faktı müəyyən edilsin. x4 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 04 mart 1948ci il, doğulduğu yer Ermənistan Respublikası Əzizbəyov rayonu, daimi yaşadığı yer İsmayıllı rayonun Ruşan kəndi, milliyyəti azərbaycanlı, ölüm yeri İsmayıllı rayonun Ruşan kəndi, ölüm tarixi 05 yanvar 2020-ci il qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-438/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-438/2020
10.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver