Məhkəmə qərarları › İş №2(037)-452/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-452/2024

30.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-452/2024 30.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) müraciət edərək qardaşı X5 17 yanvar 2005-ci il tarixdə Kazan şəhərində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 01 avqust 1975-ci il, doğulduğu yerin İsmayıllı rayonun Mican kəndi, ölüm yerinin Rusiya Federasiyasının Kazan şəhəri, ölüm tarixinin 17 yanvar 2005-ci il qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, qardaşı Elman Abdullayev 01 avqust 1975-ci il tarixdə Mican kəndində anadan olmuşdur. Elman İsmayıllıda yaşadığı vaxtlarda bir müddət həbsxanada olmuş və həbsxanada olduğu vaxt ciyərində xəstəlik yaranmışdır. Həbsdən çıxdıqdan sonra 2004-cü ildə işləmək üçün Rusiya Federasiyasının Kazan şəhərinə getmiş, həmin vaxtdan orada yaşamışdır. Elman Kazan şəhərinə getdikdən sonra onunla heç bir əlaqələri olmamışdır. 2005-ci ilin yanvar ayının axırlarında Rusiya Federasiyasından zəng olunaraq Elmanın 17 yanvar 2005-ci il tarixdə Rusiya Federasiyasının Kazan şəhərində ölməsi barədə məlumat verilmişdir. Ailənin maddi imkanı olmadığından Elmanın cənazəsini ölkəyə gətirə bilməmişlər. Elman Kazan şəhərində kimsəsiz müsəlmanların məzarlığında dəfn olunmuşdur. Elman üçün İsmayıllı rayonun Mican kəndində hüzür mərasimi təşkil olunmuşdur. Elmana ölüm haqqında şəhadətnamə alınmadığından ondan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Elmana ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də məhkəməyə müraciət edərək qardaşı X5 17 yanvar 2005-ci il tarixdə Kazan şəhərində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 01 avqust 1975-ci il, doğulduğu yerin İsmayıllı rayonun Mican kəndi, ölüm yerin Rusiya Federasiyasının Kazan şəhəri, ölüm tarixinin 17 yanvar 2005-ci il, ölüm səbəbinin “xəstəlik” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X13 iştirak etdiyi məhkəmə iclasında iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin qardaşı Elman Abdullayevin ölümü haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi qardaşının ölümünə dair tibbi şəhadətnaməni təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X1 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısının əridir. Qohum olduqlarından ailəni yaxından tanıyır. Digər qayni Elman həbsxanada olduğu vaxt ciyərində xəstəlik yaranmışdır. Elman həbsxanadan çıxdıqdan sonra 2004-cü ildə Rusiya Federasiyasının Kazan şəhərinə getmişdir. O özü də bir müddət Kazan şəhərində yaşamışdır. Kazanda yaşadığı vaxt 2005-ci ildə Elmanın Kazan şəhərində xəstəlikdən ölməsini eşitmişdir. Ailənin maddi imkanı olmadığından Elmanın cənazəsini ölkəyə gətirə bilməmişlər. Elman Kazan şəhərində kimsəsiz müsəlmanların dəfn olunduğu məzarlıqda basdırılmışdır. Onun atası Elmanın dəfn mərasimində iştirak etmişdir. Elmana İsmayıllı şəhərində yas mərasimi təşkil olunmuş və o da yas mərasimində iştirak etmişdir. Təxminən 15 ildir ki, ölkəyə qayıtmışdır. X5 17 yanvar 2005-ci il tarixdə Kazan şəhərində xəstəlikdən ölməsini təsdiq edir. X2 və X14 X1 ilə eyni məzmunlu ifadə verərək X5 17 yanvar 2005-ci il tarixdə Kazan şəhərində xəstəlikdən ölməsini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İ-ЖГ seriyalı 290561 nömrəli 27 avqust 1974-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X8 arasında 27 avqust 1974-cü il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. - Maraqlı şəxs tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli 532 nömrəli doğum akt qeydindən çıxarışın və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi 13 avqust 1977-ci il tarixdə İsmayıllı rayonun Mican kəndində anadan olmuş, İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi ev 14, mənzil 1-də yaşayır. Onun valideynləri X7 və X3r. - İİİ-ЖГ seriyalı 252248 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 13 avqust 1977-ci il tarixdə İsmayıllı rayonun Mican kəndində anadan olmuş, onun valideynləri X7 və X3r. - AZ-İ nömrəli 147406 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 05 iyul 2005-ci il tarixdə vəfat etmişdir. - AZ-İ nömrəli 432160 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 11 dekabr 2010-ci il tarixdə vəfat etmişdir. - İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli 1242 nömrəli məktubunun surətindən görünür ki, ərizəçi qardaşı X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmiş, lakin Elman Abdullayevin ölüm haqqında şəhadətnaməsi olmaması səbəbindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Maraqlı şəxs 3-16-5/8-15-A-32/24 nömrəli 20 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, X5 ölümü haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Elman Abdullayevin ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -“İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli 18-1-47/2-A-283-42-351/24 nömrəli arayışdan görünür ki, X5 ölümü barədə İsmayıllı RMX-na müraciət olunmadığı üçün ona ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. - Təqdim olunmuş fotoşəkillər X5 vəfat etməsini təsdiq edən sübut kimi qəbul edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin qardaşı X10 17 yanvar 2005ci il tarixdə Rusiya Federasiyası Kazan şəhərində xəstəlikdən vəfat etmiş və kimsəsiz müsəlmanların məzarlığında dəfn olunmuşdur. Ərizəçinin qardaşına ölüm haqqında şəhadətnamə alınmadığından ondan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, Elman Abdullayevin ölümü haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilmədiyindən və ölümü haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ərizəçinin qardaşının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X5 17 yanvar 2005-ci il tarixdə Rusiya Federasiyasının Kazan şəhərində “xəstəlikdən” ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin qardaşının ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 17 yanvar 2005-ci il tarixdə Rusiya Federasiyasının Kazan şəhərində ölməsi faktı müəyyən edilsin. X10 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 01 avqust 1975-ci il, doğulduğu yer İsmayıllı rayonun Mican kəndi, ölüm yeri Rusiya Federasiyasının Kazan şəhəri, ölüm tarixi 17 yanvar 2005-ci il, ölüm səbəbi “xəstəlik” qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar