Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-489/2024 13.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X7 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək anası X2 27 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 01 noyabr 1939-cu il, doğulduğu yerin İsmayıllı rayonu Brovdal kəndi, yaşadığı yerin İsmayıllı rayonun Həftəsiyab kəndi, ölüm yerinin Bakı şəhəri, ölüm tarixinin 27 oktyabr 2023-cü il, ölüm səbəbinin “xəstəlik” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, anası Gəlinbacı Xəlilova uzun müddətdir xəstə idi. Müalicə almaq məqsədilə Bakı şəhərində yaşayan qızının evinə getmişdir. Orada olduğu vaxt - 27 oktyabr 2023-cü il tarixdə evdə vəfat etmişdir. Həmin vaxt Təcili və X9 Stansiyasına müraciət olunmuş, lakin həkim gələnədək anası vəfat etmişdir. Anasının cənazəsi həmin gün yaşadıqları İsmayıllı rayonun Brovdal kəndinə gətirilmiş, axşam olduğundan 28 oktyabr 2023-cü il tarixdə Brovdal kənd qəbirstanlığında dəfn etmişik. Yaşadıqları ərazi şəhər mərkəzindən 50 km məsafədə yerləşdiyindən və həmin ərəfədə hüzur mərasiminə başı qarışdığından tez-tez şəhər mərkəzinə gəlib-gedə bilmədiyindən anasının ölümü haqqında sənədlərin alınması ilə məşğul ola bilməmişdir. Bu sənədin hüquqi nəticələrini bilmədiyindən sonrakı dövrlərdə də anasının ölümü haqqında şəhadətnamənin alınması ilə məşğul olmamışdır. Anasının ölümü haqqında şəhadətnaməsi olmadığından ölümünə görə verilən dəfn pulunu ala bilmir. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ondan anasının ölümünə dair tibbi şəhadətnamə tələb olunduğundan həmin sənədi almaq üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də müvafiq arayışın verilməsinin mümkün olmadığı bildirilmişdir. Anasının ölümünə dair tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də məhkəməyə müraciət edərək anası X2 27 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 01 noyabr 1939-cu il, doğulduğu yerin İsmayıllı rayonu Brovdal kəndi, yaşadığı yerin İsmayıllı rayonun Həftəsiyab kəndi, ölüm yerinin Bakı şəhəri, ölüm tarixinin 27 oktyabr 2023-cü il, ölüm səbəbinin “xəstəlik” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X12 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin anası Gəlinbacı Xəlilovanın ölümü haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi anasının ölümünə dair tibbi şəhadətnaməni vaxtında təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin anası uzun müddət xəstə olmuşdur. Müalicə almaq üçün Bakı şəhərinə getmiş, 27 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində evdə xəstəlikdən vəfat etmişdir. Gəlinbacı Xlilovanın cənazəsi həmin gün yaşadıqları Brovdal kəndinə gətirilsədə axşam saatları olduğundan 28 oktyabr 2023-cü il tarixdə kənd qəbirstanlığında dəfn olunmuşdur. Gəlinbacı Xəlilovanın dəfn və hüzür mərasimlərində iştirak etmişdir. O, X2 27 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq edir. X8 X3 ilə eyni məzmunlu ifadə verərək X2 27 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində xəstəlikdən vəfat etməsini və İsmayıllı rayonun Brovdal kəndində kənd qəbirstanlığında dəfn olunmasını təsdiq etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi 20 avqust 1967-ci il tarixdə İsmayıllı rayonun Brovdal kəndində doğulmuş, İsmayıllı rayonun Brovdal kəndində yaşayır. X1r. - AZE seriyalı 04784870 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 01 noyabr 1939-cu il tarixdə İsmayıllı rayonun Brovdal kəndində doğulduğu, İsmayıllı rayonun Həftəsiyab kəndində yaşadığı qeyd olunmuşdur. - Təcili və X9 Stansiyası tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, X6 adına çağırış olunmuş, həmin gün saat 08:45 radələrində xəstənin yanına gəlinmiş, aparılmış müayinə zamanı həkiməqədər qadın cinsli meyid aşkar olunmuşdur. - İsmayıllı rayon X10 Hüquqi Şəxsi tərəfindən verilmiş 18-1-47/2-X-1098-42-44/23 nömrəli 28 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, ərizəçi anası 01 noyabr 1939-cu il təvəllüdlü X2 ölümü barədə İsmayıllı RMX-nə müraciət etmədiyi üçün ona ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. - Maraqlı şəxs 3-16-5/8-15-X-66/2024 nömrəli 21 fevral 2024-cü il tarixli məktubundan görünür ki, X2 ölümü haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Gəlinbacı Xəlilovanın ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -İsmayıllı rayon İHB-nın Həftəsov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli 21 nömrəli arayışdan görünür ki, X6 27 oktyabr 2023-cü il tarixdə vəfat etmiş və 28 oktyabr 2023-cü il tarixdə Brovdal kənd qəbirstanlığında dəfn olunmuşdur. -Təqdim olunmuş fotoşəkillər X2 vəfat etməsini təsdiq edən sübut kimi qəbul edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin anası X6 01 noyabr 1939-cu il tarixdə İsmayıllı rayonun Brovdal kəndində anadan olmuşdur. Gəlinbacı Xəlilova 27 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində evdə xəstəlikdən vəfat etmiş və 28 oktyabr 2023-cü il tarixdə İsmayıllı rayonun Brovdal kəndində yerləşən kənd qəbristanlığında dəfn olunmuşdur. Ərizəçi qanunla müəyyən olunmuş müddətdə müvafiq orqana müraciət etmədiyindən anası Gəlinbacı Xəlilovanın ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ərizəçidən ölüm haqqında tibbi şəhadətnamə tələb olunmuş, bununla bağlı İsmayıllı rayon X10 Hüquqi Şəxsi tərəfindən X2 ölümü barədə ölüm haqqında şəhadətnamə (forma 106) verilmədiyi bildirilmişdir. X5 ölüm haqqında tibbi şəhadətnamə alınmadığından ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin anasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X2 27 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində “xəstəlik”dən vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin anasına ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. X6 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 01 noyabr 1939-cu il, doğulduğu yer İsmayıllı rayonun Brovdal kəndi, yaşadığı yer İsmayıllı rayonun Həftəsiyab kəndində, ölüm yeri Bakı şəhəri, ölüm tarixi 27 oktyabr 2023cü il, ölümün səbəbi “xəstəlik” qeyd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 27 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X6 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 01 noyabr 1939-cu il, doğulduğu yer İsmayıllı rayonun Brovdal kəndində, yaşadığı yer İsmayıllı rayonun Həftəsiyab kəndi, ölüm yeri Bakı şəhəri, ölüm tarixi 27 oktyabr 2023-cü il, ölüm səbəbi “xəstəlik” qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-489/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-489/2024
13.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver