Məhkəmə qərarları › İş №2(037)-510/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-510/2024

06.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-510/2024 06.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X8 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) müraciət edərək bacısı X9 31 dekabr 1999-cu il tarixdə İsmayıllı şəhərində ev şəraitində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, bacısı Səbirə Əliyeva 08 aprel 1960-cı il tarixdə Mican kəndində anadan olmuşdur. Bacısı ailə qurmamış, onlarla birlikdə yaşamışdır. Bacısı Səbirə xəstə olmuş, 31 dekabr 1999cu il tarixdə İsmayıllı şəhərində yaşadıqları evdə vəfat etmiş və həmin gün İsmayıllı şəhərində yerləşən “Tək qəbir” adlnan qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt ölüm haqqında şəhadətnamənin hüquqi nəticələrini bilmədiyindən bacısının ölümünün rəsmiləşdirilməsinə dair sənədi vaxtında almamışdır. Bacısının ölüm haqqında şəhadətnaməsi olmadığından qanunla müəyyən olunmuş hüquqlarından istifadə edə bilmir. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ondan bacısının ölümünə dair tibbi şəhadətnamə tələb olunduğundan həmin sənədi almaq üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, bacısının vəfat etməsi barədə vaxtında müraciət etmədiyi üçün onun ölümünə dair tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Bacısının ölümünə dair tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də məhkəməyə müraciət edərək bacısı X9 31 dekabr 1999-cu il tarixdə İsmayıllı şəhərində ev şəraitində ölməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X12 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin bacısı Səbirə Əliyevanın ölümü haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi bacısının ölümünə dair tibbi şəhadətnaməni təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X1 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Qohum olduqlarından ailəni yaxından tanıyır. Ərizəçinin bacısı Səbirə Əliyeva ərzəçi ilə bir evdə yaşamış, bir müddət xəstə olmuş, 31 dekabr 1999-cu il tarixdə yaşadıqları evdə vəfat etmişdir. O qohum kimi Səbirənin dəfn və yas mərasimlərində iştirak etmişdir. X9 31 dekabr 1999-cu il tarixdə İsmayıllı şəhərində ev şəraitində ölməsini təsdiq edir. X6 X1 ilə eyni məzmunlu ifadə verərək X9 31 dekabr 1999-cu il tarixdə İsmayıllı şəhərində ev şəraitində ölməsini təsdiq etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - A3 seriyalı 553615 nömrəli 18 dekabr 1963-cü il tarixli doğum haqqında şəhadətnamənin və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi xx xxxxxx 1963-cü il tarixdə İsmayıllı şəhərində anadan olmuş, İsmayıllı şəhəri Babadağ küçəsi ev 5-də yaşayır. Onun valideynləri X18 və X7r. - Maraqlı şəxs tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli arayışdan görünür ki, X13 08 aprel 1960-cı il tarixdə İsmayıllı rayonun Mican kəndində anadan olmuş, valideynləri X18 və X7r. -“İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X23 tərəfindən verilmiş 19 fevral 2024cü il tarixli 18-1-42/2-Ə-160-42-209/24 nömrəli arayışdan görünür ki, X9 ölümü barədə İsmayıllı RMX-na müraciət olunmadığı üçün ona ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. -Maraqlı şəxs 3-16-5/8-xx-xx/2024 nömrəli 28 fevral 2024-cü il tarixli məktubundan görünür ki, X9 ölümü haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Səbirə Əliyevanın ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar ərizəçiyə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - 07 mart 2024-cü il tarixli aktdan görünür ki, İsmayıllı bələdiyyəsinin sədr müavini - X4, İsmayıllı bələdiyyəsinin baş mühasibi - X14, İsmayıllı bələdiyyəsinin baş mütəxəssisi - X3 və ərizəçinin iştirakı ilə 07 mart 2024-cü il tarixdə İsmayıllı şəhəri ərazisində yerləşən “Tək qəbir” adlanan qəbristanlığa baxış keçirilmiş və baxış zaman məlum olmuşdur ki, ərizəçinin bacısı 31 dekabr 1999-cu il tarixində vəfat etmiş mərhum X13 həqiqətən İsmayıllı şəhəri ərazisində yerləşən “Tək qəbir” adlanan qəbristanlıqda dəfn edilmişdir. - Təqdim olunmuş məzar daşının fotoşəkli X9 vəfat etməsini təsdiq edən sübut kimi qəbul edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin bacısı X13 31 dekabr 1999-cu il tarixdə İsmayıllı şəhərində xəstəlikdən vəfat etmiş və İsmayıllı şəhəri ərazisində yerləşən “Tək qəbir” adlanan qəbristanlıqda dəfn olunmuşdur. Ərizəçinin bacısına ölüm haqqında şəhadətnamə alınmadığından ondan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, Səbirə Əliyevanın ölümü haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilmədiyindən və ölümü haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ərizəçinin bacısının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X9 31 dekabr 1999-cu il tarixdə İsmayıllı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin bacısının ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X9 31 dekabr 1999-cu il tarixdə İsmayıllı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar