Məhkəmə qərarları › İş №2(037)-564/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-564/2020

21.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-564/2020 21.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Cavabdeh Şakı̇ r oğluna qarşı əmlak tələbinə dair mülki işə xx xxxxxxx 2020ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Şakı̇ r oğlundan (bundan sonra cavabdeh) İsmayıllı rayonun Talıstan kəndində inşa olunmuş bir mərtəbəli üç yaşayış otağından, dəhlizdən və mətbəxdən ibarət ümumi sahəsi 115, kv.m, yaşayış sahəsi 37,2 kv.m, köməkçi sahəsi 77,1 kv.m olan yaşayış evinin hazırkı bazar qiyməti ilə qiymətləndirilməklə payın naturada ayrılması mümkün olmadıqda ayrılmış payın bazar qiyməti ilə satılmaqla dəyərinin ona ödənilməsi, 0.18 ha həyətyanı torpaq sahəsinin və 1,5 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahələrinin aralarında bölünməsi, naturada paylarının ayrılması mümkün olmadıqda həmin torpaq sahələrinin hazırkı bazar qiyməti ilə qiymətləndirilməklə dəyərinin ona ödənilməsi, birgə nikah müddətində əldə olunmuş VAZ-2106 “Jiquli” markalı **-UN-*** dövlət nömrə nişanlı minik avtomabilinin hazırkı bazar qiyməti ilə qiymətləndirilərək, ½ hissədə paylarının müəyyən edilməklə dəyərinin ona ödənilməsini, hədiyyə şəkilində ona verilmiş ümumilikdə 1790 (bir min yeddi yüz doxsan) manat məbləğındə qızıl-zinət əşyalarının qaytarılması mümkün olmadıqda dəyərinin ona ödənilməsi, birgə nikah dövründə həyətyanı təsərüfatında olmuş cəmi 5100 (beş min bir yüz ) manat dəyərində mal-qara və quşların real bölünərək ½ hissəsinin, payın naturada ayrılması mümkün olmadıqda, ayrılmış payın bazar qiyməti ilə satılaraq dəyərinin və 30.4 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh onun keçmiş əridir. O, cavabdehlə xx xxxxxxxx 1994-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 1995-ci il təvəllüdlü oğlu Şahid və 1999-cu il təvəllüdlü qızı Günel Əhmədli adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan nikah xx xxxxxxxx 2019-cu il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulduqdan sonra qardaşının evinə qayıtmağa məcbur olmuşdur. Cavabdeh birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsindən, ailə qurarkən ona hədiyyə verilmiş qızıl-zinət əşyalarının satışından əldə etdiyi vəsaitdən ona çatan hissəsini qaytarmaqdan imtina edir. İsmayıllı rayonun Talıstan kəndində yerləşən bir mərtəbəli üç yaşayış otağından, dəhlizdən və mətbəxdən ibarət ümumi sahəsi 115, kv.m, yaşayış sahəsi 37,2 kv.m, köməkçi sahəsi 77,1 kv.m olan fərdi yaşayış evi 2018-ci ildə yanmış və evin bir hissəsi birgə nikahları dövründə yenidən bərpa olunmuşdur. Həmin fərdi yaşayış evi, 0.18 hektar həyətyanı və 1.5 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi də aralarında bölünməlidir. Rusiya istehsalı olan 490 manat dəyərində 7 qram çəkidə 583 əyarlı brilyant qaşlı nişan üzüyü, 420 manat dəyərində 6 qram çəkidə 583 əyarlı brilyant qaşlı sırqa və üzük dəsti ailə qurarkən, 420 manat dəyərində 6 qram çəkidə 583 əyarlı qızıl sep və kulon (iki əl bir ürək formasında klonlu güd) anası tərəfindən ona hədiyyə olunmuşdur. Birgə nikah dövründə 180 manat dəyərində 2 qram çəkidə 583 əyarlı bir cüt uşaq sırqası qızı üçün, 280 manat dəyərində 4 qram çəkidə 583 əyarlı kulonu ilə birlikdə uşaq sepi oğlu üçün alınmışdır. Cavabdeh 2015-ci ildə işdən çıxmış, pula ehtiyacı olduğu üçün həmin qızılları onun razılığı olmadan satmışdır. Birgə nikah dövründə VAZ-2106 “Jiquli” markalı **-UN-*** dövlət nömrə nişanlı minik avtomobili əldə olunmuşdur. Həmin nəqliyyat vasitəsi hal-hazırda cavabdehin istifadəsindədir. Həmin avtomobil qiymətləndirilərək hərrac vasitəsi ilə satılmalı və satışından əldə edilən vəsaitin ½ hissəsi ona verilməlidir. Birgə nikahları dövründə fərdi təsərrüfatlarında mal-qara, ev quşları saxlamış, evi tərk edərək qardaşının evinə qayıdarkən 1500 manat dəyərində bir baş camış, 900 manat dəyərində iki ədəd inək balaları, 2400 manat dəyərində 16 baş qoyun və 300 manat dəyərində 30 ədəd toyuq cavabdehə məxsus evdə qalmışdır. O, qardaşının evinə qayıtdıqdan sonra cavabdeh bir baş camışı da satmışdır. Əmlakların real bazar qiyməti ilə dəyərinin müəyyən olunması üçün “xxxx” MMC-yə müraciət etmişdir. Qiymətləndirici təşkilatın mütəxəssisləri tərəfindən araşdırma aparılaraq zinət əşyaları 1790 manat dəyərində, mal-qara, ev quşları 5100 manat dəyərində qiymətləndirilmiş, fərdi yaşayış evinin, 0.18 hektar həyətyanı və 1.5 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, VAZ-2106 “Jiquli” markalı **-UN-*** dövlət nömrə nişanlı minik avtomabilinin sənədləri onda olmadığından qiymətləndirilməsi mümkün olmamışdır. O, İsmayıllı rayonun Talıstan kəndində inşa olunmuş bir mərtəbəli üç yaşayış otağından, dəhlizdən və mətbəxdən ibarət ümumi sahəsi 115, kv.m, yaşayış sahəsi 37,2 kv.m, köməkçi sahəsi 77,1 kv.m olan yaşayış evinin hazırkı bazar qiyməti ilə qiymətləndirilməklə payın naturada ayrılması mümkün olmadıqda ayrılmış payın bazar qiyməti ilə satılmaqla dəyərinin ona ödənilməsi, 0.18 ha həyətyanı torpaq sahəsinin və 1,5 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahələrinin aralarında bölünməsi, naturada paylarının ayrılması mümkün olmadıqda həmin torpaq sahələrinin hazırkı bazar qiyməti ilə qiymətləndirilməklə dəyərinin ona ödənilməsi, birgə nikah müddətində əldə olunmuş VAZ- 2106 “Jiquli” markalı **-UN-*** dövlət nömrə nişanlı minik avtomobilinin hazırkı bazar qiyməti ilə qiymətləndirilərək, ½ hissədə paylarının müəyyən edilməklə dəyərinin ona ödənilməsini, hədiyyə şəkilində ona verilmiş ümumilikdə 1790 (bir min yeddi yüz doxsan) manat məbləğındə qızıl-zinət əşyalarının qaytarılması mümkün olmadıqda dəyərinin ona ödənilməsi, birgə nikah dövründə həyətyanı təsərüfatında olmuş cəmi 5100 (beş min bir yüz) manat dəyərində mal-qara və quşların real bölünərək ½ hissəsinin, payın naturada ayrılması mümkün olmadıqda, ayrılmış payın bazar qiyməti ilə satılaraq dəyərinin və 30.4 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı onun keçmiş arvadıdır. O, iddiaçı ilə xx xxxxxxxx 1994-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. İddiaçı ilə aralarında olan nikah xx xxxxxxxx 2019-cu il tarixdə məhkəmə qaydasında pozulmuşdur. İsmayıllı rayonun Talıstan kəndində yerləşən bir mərtəbəli üç yaşayış otağından, dəhlizdən və mətbəxdən ibarət ümumi sahəsi 115, kv.m, yaşayış sahəsi 37,2 kv.m, köməkçi sahəsi 77,1 kv.m olan fərdi yaşayış evi atasından ona miras qalmışdır. Həmin ev 2018-ci ildə yanmış, valideynlərindən miras qalmış mal-qaranı sataraq əldə etdiyi pul ilə evi bərpa etmişdir. 0.18 hektar həyətyanı torpaq sahəsi atasından miras qalmışdır. 0.43 hektar kənd təsərüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi JN-2xx xxx 40724018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən atasının və anasının mülkiyyətinə, 0.56 hektar kənd təsərüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi JN-2xx xxx 40724018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun və oğlunun mülkiyyətinə verilmişdir. Onlar birgə nikah dövründə torpaq sahəsi əldə etməmiş və fərdi yaşayış evi tikməmişlər. İddiaçının ondan tələb etdiyi 7 qram çəkidə brilyant qaşlı üzük və brilyant qaşlarla bəzədilmiş qızıl sırqa və üzük dəsti, klon ilə birlikdə qızıl zəncir iddiaçıya hədiyyə verilmiş, lakin iddiaçı xx xxxx 2019-cu ildə evdən gedən zaman həmin qızılları özü ilə aparmışdır. İddia tələbində iddiaçının qeyd etdiyi 2 qram çəkidə uşaq üçün bir cüt qızıl sırqa və 4 qram çəkidə uşaq üçün klon ilə birlikdə qızıl sep qızına hədiyyə olaraq alınmış və hazırda qızının şəxsi istifadəsindədir. Fərdi təsərrüfatında saxladığı bir baş inək və balasını qızına vemişdir. Hazırda təsərrüfatında bir baş inək və balası var. Təsərrüfatında saxladığı 30 ədəd ev quşları xəstəlikdən tələf olmuş, 6 ədəd ev quşu qalmışdır. Evi yanan zaman fərdi təsərrüfatında olan atasından qalan bir baş camışı satmış, əldə etdiyi pulu evin xərclərinə sərf etmişdir. Evin təmiri üçün aldığı materialların pulunu hələ də tam ödəməmiş, tikinti dükanlarına borclu qalmışdır. Fərdi təsərrüfatında olan 9 baş qoyun və 3 baş quzunu evi yanan zaman qudasına satmış, amma təsərrüfatında qalmışdır. VAZ-2106 “Jiquli” markalı **-UN-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhər sakini X4 məxsusdur. O, avtomobili etibarnamə əsasında idarə edir. Qeyd etdiyi əsaslara görə iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid bildirdi ki, iddiaçı və cavabdeh valideynləridir. O, təxminən 2-3 ildir ki, Bakı şəhərində işləyir. 2018-ci ildə evləri yanmışdır. Hazırda evin bir otağını və eyvanı təmir etmişlər. O da evin təmirinə köməklik etmişdir. Bakı şəhərində işlədiyindən təsərrüfatlarında olan heyvanlarla, ev quşları ilə maraqlanmamışdır. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. JN 2xx xxx 40724018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon X5 xx xxxxxxxx 1998-ci il tarixli 60 nömrəli qərarı ilə 0.43 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə X10 və X1 birgə mülkiyyətinə verilmişdir. JN 2xx xxx 40724018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon X5 xx xxxxxxxx 1998-ci il tarixli 60 nömrəli qərarı ilə 0.56 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Cavabdeh və X8 birgə mülkiyyətinə verilmişdir. xx xxxxx 2007-ci il tarixli AB№002134 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini X4 məxsusdur. xx xxxxxx 2018-ci il tarixdə İsmayıllı rayonun Talıstan kəndində tərtib olunmuş yanğın haqqında aktın surətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə saat 03:00 radələrində İsmayıllı rayon Talıstan kənd sakini Cavabdeh məxsus yaşayış evində yanğın baş vermişdir. Yaşayış evi 1975-ci ildə tikilmişdir. Yanğın nəticəsində yaşayış evinin 70 m2 sahəsinin ağac materialları, evin daxilində olan ev əşyaları, ev sahiblərinə məxsus bütün sənədlər tam yanaraq məhv olmuşdur. Alovun hərarətindən çardağa vurulmuş azbest şiferlər partlayaraq istifadəyə yararsız vəziyyətə düşmüşdür. Yanğından əmlak sahiblərinə ümumilikdə 14800 manat maddi ziyan dəymişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(037)-656/2019 nömrəli qətnaməsindən görünür ki, X9 ilə Cavabdeh arasında xx xxxxxxxx 1994-cü il tarixdə İsmayıllı rayon Talıstan kənd icra nümayəndəliyində 17 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmuşdur. xx xxxx 2020-ci il tarixli ƏQ-110/2020 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı təqdim etdiyi fotoşəkillərə əsasən 5 (beş) sayda qızıl-zinət əşyalarının, 1 (bir) baş camışın, 2 (iki) baş inək balalarının (buzovların), 16 (on altı) baş qoyunun və 30 (otuz) ədəd toyuqların xx xxxx 2020-ci il tarixə real bazar dəyəri 6890 manat müəyyən olunmuşdur. xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Talıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxx 2020-ci il tarixli 307 nömrəli arayışından görünür ki, Əhmədov X7 rayonun Talıstan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, hal-hazırda istifadə etdiyi fərdi yaşayış evi, həyətyanı torpaq və təsərrüfat ona mərhum valideynlərindən qalmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 28 avqust və xx xxxxxxxx 2020-ci il tarixli **********98 və **********28 nömrəli sorğulara cavab məktublarına əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli RX ******* nömrəli çıxarış və çıxarışın verilməsinə əsas olmuş Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxxxx 2011-ci il tarixdə 5435 nömrə ilə qeydə alınmış A № 363058 saylı torpaq sahəsinin plan və ölçü sənədi, İsmayıllı rayon Talıstan Bələdiyyəsi tərəfindən tərtib edilmiş siyahı və digər sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, İsmayıllı rayon X3 xx xxxxxx 2001-ci il tarixli 120 saylı qərarı ilə İsmayıllı rayonun Talıstan kəndi ərazisindən 1330.89 kv.m həyətyanı torpaq sahəsi Cavabdeh ayrılmış, həmin plan və ölçü sənədi və İsmayıllı rayonun Talıstan Bələdiyyəsi tərəfindən tərtib edilmiş siyahı əsasında Cavabdeh adına mülkiyyət hüququnu təsdiq edən sənədlər hazırlanarkən 0.13309 hektar həyətyanı torpaq sahəsi Cavabdeh, Şahid və X6 ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Talıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxxxxxx 2020-ci il tarixli 55 nömrəli cavab məktubundan görünür ki, 03 nömrəli təsərrüfatbaşına kitabın 84-85-ci səhifələrində, şəxsi hesab nömrəsi 229 olan Talıstan kənd sakini Cavabdeh fərdi təsərrüfatında 2 baş iri buynuzlu (1 inək, 1 dana), 18 baş xırda buynuzlu heyvan və 10 ədəd ev quşları vardır. xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh bildirdiyinə görə fərdi təsərrüfatında 3 baş iri buynuzlu (iki inək, 1 buzov), 12 baş xırda buynuzlu heyvan, 7 ədəd ev quşları vardır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər xx xxxxxxxx 1994-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 1995-ci il təvəllüdlü oğlu və 1999-cu il təvəllüdlü qızı doğulmuşdur. Aralarında olan nikah xx xxxxxxxx 2019-cu il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulduqdan sonra iddiaçı qardaşının evinə qayıtmışdır. İddiaçı tələb etdiyi əmlakların real bazar qiyməti ilə dəyərinin müəyyən olunması üçün “xxxx” MMC-yə müraciət etmişdir. Qiymətləndirici təşkilat tərəfindən iddiaçının tələb etidiyi qızıl-zinət əşyaları 1790 manat dəyərində, mal-qara, ev quşları 5100 manat dəyərində qiymətləndirilmişdir. İddiaçı İsmayıllı rayonun Talıstan kəndində inşa olunmuş bir mərtəbəli üç yaşayış otağından, dəhlizdən və mətbəxdən ibarət ümumi sahəsi 115, kv.m, yaşayış sahəsi 37,2 kv.m, köməkçi sahəsi 77,1 kv.m olan yaşayış evinin hazırkı bazar qiyməti ilə qiymətləndirilməklə payın naturada ayrılması mümkün olmadıqda ayrılmış payın bazar qiyməti ilə satılmaqla dəyərinin ona ödənilməsi, 0.18 ha həyətyanı torpaq sahəsinin və 1,5 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahələrinin aralarında bölünməsi, naturada paylarının ayrılması mümkün olmadıqda həmin torpaq sahələrinin hazırkı bazar qiyməti ilə qiymətləndirilməklə dəyərinin ona ödənilməsi, birgə nikah müddətində əldə olunmuş VAZ- 2106 “Jiquli” markalı **-UN-*** dövlət nömrə nişanlı minik avtomobilinin hazırkı bazar qiyməti ilə qiymətləndirilərək, ½ hissədə paylarının müəyyən edilməklə dəyərinin ona ödənilməsini, hədiyyə şəkilində ona verilmiş ümumilikdə 1790 (bir min yeddi yüz doxsan) manat məbləğındə qızıl-zinət əşyalarının qaytarılması mümkün olmadıqda dəyərinin ona ödənilməsi, birgə nikah dövründə həyətyanı təsərüfatlarında olmuş cəmi 5100 (beş min bir yüz) manat dəyərində mal-qara və ev quşlarının real bölünərək ½ hissəsinin ona verilməsi, payın naturada ayrılması mümkün olmadıqda, ayrılmış payın bazar qiyməti ilə satılaraq dəyərinin və 30.4 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini əsassız hesab edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsində mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbinin İsmayıllı rayonun Talıstan kəndində inşa olunmuş bir mərtəbəli üç yaşayış otağından, dəhlizdən və mətbəxdən ibarət ümumi sahəsi 115, kv.m, yaşayış sahəsi 37,2 kv.m, köməkçi sahəsi 77,1 kv.m olan yaşayış evinin hazırki bazar qiyməti ilə qiymətləndirilməklə payın naturada ayrılması mümkün olmadıqda ayrılmış payın bazar qiyməti ilə satılmaqla dəyərinin iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçının payının naturada ayrılmasını tələb etdiyi fərdi yaşayış evi cavabdehin mülkiyyətində deyil. Fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi zamanı tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli yanğın haqqında akta əsasən həmin evin 1975-ci ildə tikildiyi məlum olmuşdur. Ona görə də həmin əmlak ümumi birgə mülkiyyət sayıla və bölünə bilməz. İddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin 0.18 ha həyətyanı torpaq sahəsinin və 1,5 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahələrinin iddiaçı ilə cavabehin aralarında bölünməsi hissəsinə münasibət bildirirək qeyd edir ki, 0.43 hektar kənd təsərüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi JN-2xx xxx 40724018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X10 və X1 birgə mülkiyyətinə, 0.56 hektar kənd təsərüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi JN-2xx xxx 40724018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh və X8 birgə mülkiyyətinə verilmişdir. İddia tələbində qeyd olunan 0.18 hektar həyətyanı torpaq sahəsi isə mülkiyyət sənədlərində 0.13309 hektar qeyd olunmuş və həmin torpaq sahəsi də İsmayıllı rayon X3 xx xxxxxxxx 1998-ci il tarixli 60 nömrəli qərarı ilə cavabdehin mülkiyyətinə verilmişdir. İddiaçının iddia tələbində bölünməsini tələb etdiyi həmin torpaq sahələri iddiaçı və cavabdeh tərəfindən birgə nikah dövründə əldə edilmədiyindən onların birgə mülkiyyəti sayıla və ümumi əmlak kimi bölünə bilməz. Ona görə də iddia tələbi həmin hissələrdə də rədd edilməlidir. Məhkəmə iddia tələbinin VAZ-2106 “Jiquli” markalı **-UN-*** dövlət nömrə nişanlı minik avtomobilinin hazırkı bazar qiyməti ilə qiymətləndirilərək, ½ hissədə paylarının müəyyən edilməklə dəyərinin iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirirək qeyd edir ki, VAZ-21065 minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxx 2007-ci il tarixli AB seriyalı 002134 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Bakı şəhər sakini X2 mülkiyyətindədir. Ona görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Məhkəmə iddia tələbinin 1790 (bir min yeddi yüz doxsan) manat məbləğində qızılzinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda dəyərinin iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirirək qeyd edir ki, iddiaçı ona hədiyyə şəkilində verilmiş 490 manat dəyərində 7 qram çəkidə 583 əyarlı brilyant qaşlı nişan üzüyü, 420 manat dəyərində 6 qram çəkidə 583 əyarlı brilyant qaşlı sırqa və üzük dəsti, 420 manat dəyərində 6 qram çəkidə 583 əyarlı qızıl sep və kulonun, 2015-ci ildə, yəni birgə nikah dövründə satıldığını etiraf etmişdir. Cavabdeh isə qızıl-zinət əşyalarının hazırda iddiaçıda olduğunu bildirmişdir. İddiaçının etirafına əsasən 490 manat dəyərində 7 qram çəkidə 583 əyarlı brilyant qaşlı nişan üzüyü, 420 manat dəyərində 6 qram çəkidə 583 əyarlı brilyant qaşlı sırqa və üzük dəsti, 420 manat dəyərində 6 qram çəkidə 583 əyarlı qızıl sep və kulonun birgə nikah dövründə satıldığından, satışdan əldə edilmiş vəsaitin ailə ehtiyacları üçün sərf olunduğundan, 180 manat dəyərində 2 qram çəkidə 583 əyarlı bir cüt sırqa və 280 manat dəyərində 4 qram çəkidə 583 əyarlı kulon ilə birlikdə sep uşaqlara məxsus olduğundan və uşaqların yetkinlik yaşına çatmış şəxs kimi özlərinə məxsus əmlakları özlərinin tələb etmək hüququ olduğundan məhkəmə qərara gəlir ki, iddia tələbinin həmin hissələrdə də rədd edilməlidir. İddia tələbinin birgə nikah dövründə həyətyanı təsərüfatda olmuş cəmi 5100 (beş min bir yüz) manat dəyərində mal-qara və quşların real bölünərək ½ hissəsinin iddiaçıya ayrılması, payın naturada ayrılması mümkün olmadıqda, ayrılmış payın bazar qiyməti ilə satılaraq dəyərinin iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, Talıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Talıstan kəndi üzrə 03 nömrəli təsərrüfatbaşına kitabında cavabdehin fərdi təsərrüfatında 2 baş iri buynuzlu (1 inək, 1 dana), 18 baş xırda buynuzlu heyvan və 10 ədəd ev quşlarının olması müəyyən edildiyindən, iddiaçının həmin təsərrüfatdan 2400 manat dəyərində 16 baş qoyunun real bölünərək ½ hissəsini tələb etdiyini nəzərə alaraq iddia tələbi həmin hissədə qismən təmin edilməli, 450 manat dəyərində bir baş inək balası, 1200 manat dəyərində 8 baş qoyun, 50 manat dəyərində 5 ədəd toyuq, həmin əmlaklar olmadıqda onların dəyəri olan 1700 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbi qismən, 450 manat dəyərində 1 baş inək balası, 1200 manat dəyərində 8 baş qoyun, 50 manat dəyərində 5 ədəd toyuq, həmin əmlaklar olmadıqda onların dəyəri olan 1700 manat pul vəsaitinin cavabdehdən alınması hissəsində təmin edildiyindən, iddia tələbi məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehdən alınması hissəsində də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Şakı̇ r oğlundan 450 manat dəyərində 1 baş inək balası, 1200 manat dəyərində 8 baş qoyun, 50 manat dəyərində 5 ədəd toyuq, həmin əmlaklar olmadıqda onların dəyəri olan 1700 manat pul vəsaiti və 30,40 manat dövlət rüsumu, cəmi 1730,40 manat məbləğ alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar