Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-608/2025 11.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək qızı X6 11 may 1999-cu il tarixdə İsmayıllı rayonun Gəraybəyli kəndində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 20 may 1985-ci il, doğulduğu yerin İsmayıllı rayonun Gəraybəyli kəndi, yaşadığı yerin İsmayıllı rayonun Gəraybəyli kəndi, ölüm yerinin İsmayıllı rayonun Gəraybəyli kəndi, ölüm tarixinin 11 may 1999-cu il, ölüm səbəbinin “ürək tutması” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, qızı İlahə Axundova 20 may 1985-ci il tarixdə doğulmuşdur. Uşaqlıqdan bir neçə dəfə qızında qıcolmalar olmuş, 11 may 1999-cu il tarixdə Gəraybəyli kəndində yaşadıqları evdə qəflətən vəfat etmişdir. Qızı həmin gün kənd qəbirstanlığında dəfn olunmuşdur. Həkimlər qızının ölüm səbəbini ürək tutması olduğunu bildirmişlər. Həmin keçirdiyi sarsıntıdan, hüzur mərasiminə başı qarışdığından və ölüm haqqında şəhadətnamənin hüquqi nəticəsini bilmədiyindən qızının ölümü haqqında sənədlərin alınması ilə məşğul ola bilməmişdir. Birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair çıxarış almaq istəyir. Bunun üçün qızının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ondan qızının ölümünə dair tibbi şəhadətnamə tələb olunduğundan həmin sənədi almaq üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də müraciəti təmin olunmamışdır. Qızının ölümünə dair tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də məhkəməyə müraciət edərək qızı X6 11 may 1999-cu il tarixdə İsmayıllı rayonun Gəraybəyli kəndində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 20 may 1985-ci il, doğulduğu, yaşadığı və ölüm yerinin İsmayıllı rayonun Gəraybəyli kəndi, ölüm tarixinin 11 may 1999-cu il, ölüm səbəbinin “ürək tutması” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X13 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin qızı X6 ölüm haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi qızının ölümünə dair tibbi şəhadətnaməni vaxtında təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X1 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçini və ailəsini yaxından tanıyır. Gediş-gəlişlər var. Ərizəçinin qızı İlahə uşaqlıqdan xəstə olmuş,11 may 1999-cu il tarixdə İsmayıllı rayonun Gəraybəyli kəndində atası evində qəflətən ürək tutmasından vəfat etmiş və həmin gün kənd qəbirstanlığında dəfn olunmuşdur. İlahənin dəfn və hüzür mərasimlərində iştirak etmişdir. O, X6 11 may 1999-cu il tarixdə İsmayıllı rayonun Gəraybəyli kəndində qəflətən vəfat etməsini və həmin gün dəfn olumasını təsdiq edir. X2 X1 ilə eyni məzmunlu ifadə verərək X6 11 may 1999-cu il tarixdə İsmayıllı rayonun Gəraybəyli kəndində ürək tutmasından vəfat etməsini və həmin gün kənd qəbirstanlığında dəfn olunmasını təsdiq etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZE seriyalı 15025507 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi 23 fevral 1961-cı il tarixdə İsmayıllı rayonun Gəraybəyli kəndində doğulmuş və həmin kənddə qeydiyyatda olmaqla orada yaşayır. - İİİ-ЖГ seriyalı, 363946 nömrəli nigahın bağlanmasına dair şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 arasında 11 avqust 1984-cü il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Axundov, arvada Axundova soyadı verilmişdir. - ЖГ seriyalı 469874 nömrəli 09 iyul 1985-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 may 1985-ci il tarixdə İsmayıllı rayonun Gəraybəyli kəndində doğulmuş şəxs X10r. Valideynləri Ərizəçi və X5r. - İsmayıllı rayon İHB-nın Gəraybəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli 39 nömrəli arayışdan görünür ki, X15 11 may 1999-cu il tarixdə İsmayıllı rayonun Gəraybəyli kəndində vəfat etmiş və həmin kənd qəbirstanlığında dəfn olumuşdur. - İsmayıllı rayon İHB-nın Gəraybəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 mart 2025-ci il tarixli 41 nömrəli arayışdan görünür ki, ərizəçi İsmayıllı rayonun Gəraybəyli kəndində yaşayır və ailə tərkibi aşağıdakı kimidir: arvadı- X11, qızı-X15 (vəfat edib), oğlu- X16, oğlu- X19, qızı- X17. - İsmayıllı rayon X8 Hüquqi Şəxsi tərəfindən verilmiş 18-1-47/2-A-267-42-452/2025 nömrəli 19 mart 2025-ci il tarixli məktubdan görünür ki, ərizəçi qızı 1985-ci il təvəllüdlü X6 ölümü barədə İsmayıllı RMX-nə müraciət etmədiyi üçün ona ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. - Maraqlı şəxs 3-16-5/8-15-141/2025 nömrəli 07 aprel 2025-ci il tarixli məktubundan görünür ki, X6 ölümü haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Maraqlı şəxs arxivində aşkar edilməmişdir. İlahə Axundovanın ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -Təqdim olunmuş fotoşəkillər X6 vəfat etməsini təsdiq edən sübut kimi qəbul edilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin qızı X15 20 may 1985-ci il tarixdə İsmayıllı rayonun Gəraybəyli kəndində anadan olmuşdur. İlahə Axundova 11 may 1999-cu il tarixdə İsmayıllı rayonun Gəraybəyli kəndində evdə qəflətən ürək tutmasından vəfat etmiş və həmin gün Gəraybəyli kəndində yerləşən kənd qəbristanlığında dəfn olunmuşdur. Ərizəçi qanunla müəyyən olunmuş müddətdə müvafiq orqanlara müraciət etmədiyindən qızı İlahə Axundovaya ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda ərizəçi birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair çıxarış almaq istədiyidən ondan qızının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, ərizəçidən ölüm haqqında tibbi şəhadətnamə tələb olunmuş, bununla bağlı İsmayıllı rayon X8 Hüquqi Şəxsi tərəfindən X6 ölümü barədə ölüm haqqında şəhadətnamə (forma 106) verilmədiyi bildirilmişdir. X12 ölüm haqqında tibbi şəhadətnamə alınmadığından ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin qızının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Ərizəçi qızı X6 11 may 1999-cu il tarixdə İsmayıllı rayonun Gəraybəyli kəndində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 20 may 1985-ci il, doğulduğu yerin İsmayıllı rayonun Gəraybəyli kəndi, yaşadığı yerin İsmayıllı rayonun Gəraybəyli kəndi, ölüm yerinin İsmayıllı rayonun Gəraybəyli kəndi, ölüm tarixinin 11 may 1999-cu il, ölüm səbəbinin “ürək tutması” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəfin nümayəndəsi iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X6 11 may 1999-cu il tarixdə İsmayıllı rayonun Gəraybəyli kəndində “ürək tutması”ndan vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin qızına ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. X15 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 20 may 1985-ci il, doğulduğu yer İsmayıllı rayonun Gəraybəyli kəndi, yaşayış və ölüm yeri İsmayıllı rayonun Gəraybəyli kəndi, ölüm tarixi 11 may 1999-cu il, ölümün səbəbi “ürək tutması” qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 11 may 1999-cu il tarixdə İsmayıllı rayonun Gəraybəyli kəndində ölməsi faktı müəyyən edilsin. X15 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 20 may 1985-ci il, doğulduğu yer İsmayıllı rayonun Gəraybəyli kəndi, yaşadığı yer İsmayıllı rayonun Gəraybəyli kəndi, ölüm yeri İsmayıllı rayonun Gəraybəyli kəndi, ölüm tarixi 11 may 1999cu il, ölüm səbəbi “ürək tutması” qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-608/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-608/2025
11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver