Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-634/2023 23.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə 23 iyun 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 1500 manat dəyərində bir ədəd televizor, 600 manat dəyərində bir ədəd televizor, 1200 manat dəyərində ədəd künc divanı, 500 manat dəyərində bir ədəd künc divanı, 400 manat dəyərində ədəd stol 6 ədəd stul dəsti, 900 manat dəyərində bir ədəd iki mərtəbəli uşaq çarpayısı. 1000 manat dəyərində beş ədəd xalça, 400 manat dəyərində mətbəx mebeli, 1400 manat dəyərində ədəd soyuducu, 800 manat dəyərində bir ədəd qabyuyan maşın, 1200 manat dəyərində bir ədəd paltaryuyan maşın, 300 manat dəyərində bir ədəd ayaqqabı şkafı, 300 manat dəyərində bir ədəd künc mebeli, 500 manat dəyərində bir ədəd şifoner, televizor altı, 300 manat dəyərində iki ədəd çarpayı, 250 manat dəyərində bir ədəd televizor altı ağ, 300 manat dəyərində pərdələr, 500 manat dəyərində bir ədəd qaz peçi, 700 manat dəyərində ədəd şüşəli qaz peçi, 140 manat dəyərində bir ədəd ətçəkən maşın, 150 manat dəyərində bir ədəd tozsoran, 220 manat dəyərində qazan dəsti, 50 manat dəyərində bir ədəd qazan tavası, 30 manat dəyərində bir ədəd blender, 120 manat dəyərində iki ədəd tava dəsti, 140 manat dəyərində bir ədəd şirəçəkən maşın, 50 manat dəyərində çayniklər, 50 manat dəyərində boşqab dəsti, 200 manat dəyərində servis dǝsti, 40 manat dəyərində bir ədəd mikser, 150 manat dəyərində bir ədəd böyük mikser, 300 manat dəyərində bir ədəd mikrodalğalı soba, 600 manat dəyərində mətbəx stol-stul dəsti (dörd ədəd stul), 200 manat dəyərində bir ədəd planşet, 50 manat dəyərində bir ədəd güldan, 50 manat dəyərində bir ədəd meyvə qabı, 300 manat dəyərində 2 döşək, 3 yorğan, 2 ǝdyal, 4 balış, 30 manat dəyərində bir ədəd konfet qabı, 60 manat dəyərində süfrə, 50 manat dəyərində iki ədəd bıçaq dəsti, 38 manat dəyərində üç ədəd qaşıq naboru, 10 manat dəyərində bir ədəd bıçaq dəsti (meyvə üçün), 55 manat dəyərində bir ədəd kəfkir qaşıqlar dəsti, 10 manat dəyərində bir ədəd duz qabı, 35 manat dəyərində bir ədəd tefal çaynik, 55 manat dəyərində bir ədəd sac, 800 manat dəyərində bir ədəd kondisioner, 30 manat dəyərində iki ədəd konfet qabı, 25 manat dəyərində iki ədəd çərəz qabı, 36 manat dəyərində 2dörd ədəd armudu stəkan, 25 manat dəyərində 2dörd ədəd nəlbəki, 25 manat dəyərində dəst qrafinka, 27 manat dəyərində 6 ədəd bulud, 150 manat dəyərində mətbəx jalüzü və 400 manat dəyərində bir ədəd aspirator alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edildi ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 1ikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh qeydiyyat ünvanı ünvan 2duğuna görə mülki iş baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-634/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-634/2023
23.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver