Məhkəmə qərarları › İş №2(037)-64/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-64/2025

23.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-64/2025 23.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi İsmayıllı rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) müraciət edərək anası X2 30 avqust 2024-cü il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası X8 30 avqust 2024-cü il tarixdə vəfat etmişdir. Lakin ölüm faktı barədə müvafiq sənədləşdirmə olmadığına görə ərizəçi anasına ölüm haqqında şəhadətnamə ala bilmir. X26 ilə atası Ağamir Babayev rəsmi nikaha daxil olmuş və nikahdan sonra anasına “Babayeva” soyadı verilmişdir. X27 18 iyul 2024-cü il tarixdə səhhətinin pisləşməsi ilə bağlı həkimə müraciət etmiş və ona Arterial hipertenziya tibbi diaqnozu qoyulmuşdur. Şamaxı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli akta əsasən qonşuların və Şamaxı Bələdiyyəsinin sədrinin şahidliyi ilə 30 avqust 2024-cü ildə vəfat etmiş X1 şəhəri “Yeddi Günbəz” adlanan qəbirstanlıqda dəfn edilmişdir. Həmin qəbirstanlıqda qəbrin yanında çəkilmiş 3 ədəd fotoşəkillər də ərizəyə əlavə olunur. İsmayıllı Rayon Mərkəzi X24 Şəxsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda xx.xx.1964-cü il təvəllüdlü X3 ölümü barədə İsmayıllı RMX-na müraciət edilmədiyi üçün Gulnobat Babayevanın ölümü haqqında şəhadətnamə (forma 106) verilmədiyi göstərilmişdir. Ərizəçi X5 ölüm haqda şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs xx.xx.2024- cü il tarixlli, 3-165/8-15-1000/2024 saylı cavab məktubu ilə mərhum X9 barədə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm aktının aşkarlanmadığı bildirilmiş, buna görə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi ərizəsinin məzmuna uyğun izahat verərək əlavə olaraq göstərdi ki, anasının vəfatından bərk sarsıntı keçirmiş, başı hüzr mərasiminə qarışdığından və sənədin hüquqi nəticələrini bilmədiyindən vaxtında aidiyyatı orqana müraciət etməmişdir. Ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. X12 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşı oğludur. Ərizəçinin anası bir müddət xəstə olmuş, 30 avqust 2024-cü il tarixdə yaşadıqları evdə vəfat etmişdir. O qohum kimi Gulnobatın dəfn və yas mərasimlərində iştirak etmişdir. X2 30 avqust 2024-cü il tarixdə tarixdə Şamaxı şəhərində ev şəraitində ölməsini təsdiq edir. X4 X12 ilə eyni məzmunlu ifadə verərək X2 30 avqust 2024-cü il tarixdə Şamaxı şəhərində ölməsini təsdiq etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - X-ЖГ seriyalı 464715 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi xx xxxxx 1985-ci il tarixdə İsmayıllı rayonun Şükürçü kəndində anadan olmuş, valideynləri X22 və X6r. - V-ЖГ seriyalı 403675 nömrəli 03 may 1978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 20 yanvar 1964-cü il tarixdə Kürdəmir rayonun Karrar kəndində anadan olmuş, valideynləri X23 və X15r. - İİİ-ЖГ seriyalı 363539 nömrəli 20 iyul 1985-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X11 arasında 20 iyul 1985-ci il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. -AZE seriyalı 18303572 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 20 yanvar 1964-cü il tarixdə Kürdəmir rayonun Karrar kəndində anadan olmuş, İsmayıllı rayonun Girk kəndində yaşayan şəxs X7r. -Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş ambulator xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Gulnobat Babayeva 18 iyul 2024-cü il tarixdə X21 X31 müraciət etmiş, ona “arterial hipertenziya” diaqnozu qoyulmuşdur. - Şamaxı Bələdiyyəsinin sədri və bir qrup Şamaxı sakinləri tərəfindən tərtib olunmuş 04 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, X8 30 avqust 2024-cü il tarixdə vəfat etmiş və qonşuların iştirakı ilə Şamaxı şəhəri “Yeddi Günbəz” adlanan qəbirstanlıqda dəfn olunmuşdur. -Maraqlı şəxs 17 sentyabr 2024-cü il tarixli 3165/8-15-1000/2024 nömrəli məktubundan görünür ki, X2 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 17 oktyabr 2024-cü il tarixədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuş və məhkəməyə müraciət edilməsi məsləhət bilinmişdir. -“İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X35 tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli 18-1-47/2-M-7xx-xx-1287/24 nömrəli arayışdan görünür ki, X2 ölümü barədə İsmayıllı RMX-na müraciət olunmadığı üçün ona ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. - Təqdim olunmuş məzarın fotoşəkli X2 vəfat etməsini təsdiq edən sübut kimi qəbul edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin anası X8 30 avqust 2024-cü il tarixdə vəfat etmiş və Şamaxı şəhəri ərazisində yerləşən “Yeddi Günbəz” adlanan qəbristanlıqda dəfn olunmuşdur. Anasına ölüm haqqında şəhadətnamə alınmadığından ərizəçi qanunla ona verilmiş hüquqlarından istifadə edə bilmir. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, Gulnobat Babayevanın ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 17 oktyabr 2024-cü il tarixədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuş və ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin anasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X2 30 avqust 2024-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin anasının ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 30 avqust 2024-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar