Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-647/2020 14.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək oğlu X2 xx xxxxxxxx 2019-cu il tarixdə İsmayıllı rayonun Təzəkənd kəndində xəstəlikdən vəfat etməsi, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın xx xxxx 2019-cu il, doğulduğu yerin İsmayıllı rayonun Təzəkənd kəndi, daimi yaşadığı yerin İsmayıllı rayonun Təzəkənd kəndi, milliyyətinin azərbaycanlı, ölüm yerinin İsmayıllı rayonun Təzəkənd kəndi, ölüm tarixinin xx xxxxxxxx 2019-cu il qeyd edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, oğlu Tofiq Hüseynzadə doğulduqdan sonra səhhətində müəyyən narahatçılıqlar, dişləri çıxan ərəfədə özündən getmələr, cəng olma halları olmuşdur. xx xxxxxxxx 2019-cu il tarixdə o, evdə olmadığı vaxt oğlu qəflətən vəfat etmişdir. Oğlunu həmin gün İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Yas mərasiminin təşkil edilməsi ilə məşğul olduğundan və düşdüyü çətin psixoloji vəziyyətinə görə oğlunun ölümünün rəsmiləşdirilməsinə dair sənədləri vaxtında almamışdır. Oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından qanunla müəyyən olunmuş hüquqlarından istifadə edə bilmir. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə müraciət etmişdir. Lakin oğlunun ölümünə dair tibbi şəhadətnamə alınmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Oğlu X2 xx xxxxxxxx 2019-cu il tarixdə İsmayıllı rayonun Təzəkənd kəndində yaşadıqları evdə xəstəlikdən vəfat etməsi, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın xx xxxx 2019-cu il, doğulduğu yerin İsmayıllı rayonun Təzəkənd kəndi, daimi yaşadığı yerin İsmayıllı rayonun Təzəkənd kəndi, milliyyətinin azərbaycanlı, ölüm yerinin İsmayıllı rayonun Təzəkənd kəndi, ölüm tarixinin xx xxxxxxxx 2019-cu il qeyd edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X9 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Qeydiyyat Şöbəsinin arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin oğlu X2 ölümü haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi oğlunun ölümünə dair tibbi şəhadətnaməni təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. Şahid X3 ifadə verərək göstərdi ki, ərizəçi onun əridir. X13 dişləri çıxan ərəfədə özündən getmə halları olurdu. Bu tez-tez baş verirdi. xx xxxxxxxx 2019-cu il tarixdə Tofiqi uşaq arabasında yatırdaraq özü isə ev işləri ilə məşğul olmuşdur. Günorta saatlarında uşağa baxmağa keçmiş, uşağın arabanın sağ tərəfində yatılı vəziyyətdə olmaqla göyərdiyini, ağzından əmziyinin çıxdığını görmüşdür. Uşağı bu vəziyyətdə görüb qorxmuş, dərhal qucağına alaraq çölə çıxarmış və qışqıraraq kömək çağırmışdır. Səsinə qonşuluqda yaşayan baldızı Mahirə Dadaşova gəlmiş və uşağın nəfəs almadığını demişdir. Baldızı təcili tibbi yardıma zəng etmiş, sonradan qonşuların maşını ilə uşağı xəstəxanaya aparanda yolda təcili yardım maşını ilə rastlaşmışlar. Təcili tibbi yardımda gələn həkim uşağa baxış keçirərək xəstəxanaya aparmış, xəstəxanada uşağı müayinə etdikdən sonra onun öldüyünü bildirmişlər. Oğlu həmin gün İsmayıllı rayonun Təzəkənd kənd qəbirstanlığında dəfn olunmuşdur. O, X2 xx xxxxxxxx 2019-cu il tarixdə İsmayıllı rayonun Təzəkənd kəndində yaşadıqları evdə vəfat etməsini təsdiq edir. Şahidlər X7 və X10 şahid X3 ilə eyni məzmunlu ifadə verərək X2 xx xxxxxxxx 2019cu il tarixdə İsmayıllı rayonun Təzəkənd kəndində yaşadıqları evdə vəfat etməsini təsdiq etdilər. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, SƏYYAR- ASAN2 tərəfindən ərizəçiyə xx xxxx 2013-cü il tarixdə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ-İ 670098 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 arasında xx xxxxxxxx 2011-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İsmayıllı rayon Təzəkənd kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2019cu il tarixli AZ-İV 208001 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxx 2019-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuş, valideynləri Ərizəçi və X1r. xx xxxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X5 ölməsi faktında cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İsmayıllı rayon İHB-nın Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 346 nömrəli arayışdan görünür ki, X8 xx xxxxxxxx 2019-cu il tarixdə vəfat etmiş, Təzəkənd kənd qəbirstanlığında dəfn olunmuşdur. İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 05 / Q-417 nömrəli xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, X2 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. İsmayıllı rayon X6 hüquqi şəxsi tərəfindən verilmiş 1266 nömrəli xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, xx xxxx 2019-cu il tarixdə anadan olmuş X8 xx xxxxxxxx 2019cu il tarixdə vəfat etmişdir. Ölüm aktının alınması üçün vaxtında müraciət olunmadığına görə lazımı arayış verilməmişdir. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin oğlu X8 xx xxxx 2019-cu il tarixdə İsmayıllı rayonun Təzəkənd kəndində anadan olmuşdur. İsmayıllı rayonun Təzəkənd kəndində yaşamışdır. Tofiq Hüseynzadə xx xxxxxxxx 2019-cu il tarixdə İsmayıllı rayonun Təzəkənd kəndində vəfat еtmişdir. Ölümün səbəbinə dair müvafiq tibbi şəhadətnamə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin şöbənin arxivində oğlunun ölümü haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədən ölüm haqqında akt qeydinin aparılması mümkün olmadığından ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.Ərizəçinin oğlunun ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X2 xx xxxxxxxx 2019-cu il tarixdə İsmayıllı rayonun Təzəkənd kəndində xəstəlikdən vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin oğlunun ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X2 xx xxxxxxxx 2019-cu il tarixdə İsmayıllı rayonun Təzəkənd kəndində xəstəlikdən vəfat etməsi faktı müəyyən edilsin. X8 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt xx xxxx 2019-cu il, doğulduğu yer İsmayıllı rayonun Təzəkənd kəndi, daimi yaşadığı yer İsmayıllı rayonun Təzəkənd kəndi, milliyyəti azərbaycanlı, ölüm yeri İsmayıllı rayonun Təzəkənd kəndi, ölüm tarixi xx xxxxxxxx 2019-cu il qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-647/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-647/2020
14.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver