Məhkəmə qərarları › İş №2(037)-684/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-684/2020

27.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-684/2020 27.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 Cavabdeh qarşı mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması barədə iddiaları və Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 iddia ərizəsi ilə müraciət edərək Cavabdeh JN-5xx xxx 40718018 nömrəli “Torpağa mülkiyət hüququna dair dövlət aktı” əsasında mülkiyyətlərində olan 1,33 hektar pay torpaq sahəsindən çıxarılması, torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh qarşılıqlı iddia tələbi ilə müraciət edərək İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 müştərək qaydada torpaq sahəsi üçün 28000 manat və mənəvi zərərə görə 20000 manat, cəmi 48000 manat və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 məhkəmə iclasına gəlməmişlər. Nümayəndələri İddiaçı3 məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə İddiaçı1, İddiaçı2, İddiaçı4 (Talıbova) və İddiaçı5 iştirakı olmadan baxılması qərara alınmışdır. İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı3 iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayon X1 xx xxxxxx 1998-ci il tarixli 62 saylı qərarı ilə onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində 2,22 hektar əkin torpaq sahəsi verilmişdir. Torpaq sahəsindən 2009-cu ilədək özləri istifadə etmişlər. 2009-cu ildə ailəliklə müvəqqəti olaraq Bakı şəhərinə köçmüşlər. Qardaşı İddiaçı5 həmkəndliləri Cavabdehlə razılaşaraq mülkiyyətlərində olan torpaq sahəsinin 1,33 hektar hissəsini ili 130 manata olmaqla 10 illik icarəyə vermiş, həmin vaxt 10 ilin icarə haqqını, yəni 1300 manat Xaliddən pul almışdır. Aralarında razılaşmışlar ki, 10 ildən sonra Cavabdeh istəklərinə uyğun olaraq ya torpaq sahəsini onlara qaytarar, ya da yenidən icarə haqqında razılaşarlar. 2019-cu ildə şifahi razılaşdırılmış icarə müqaviləsinin müddəti bitmişdir. Cavabdeh həmin torpaq sahəsinin qardaşı İddiaçı5 tərəfindən ona satıldığını əsas gətirərək onlara qaytarmaqdan imtina edir. O, və digər mülkiyyətçilər qeyd edilən torpaq sahəsinin Cavabdeh satılmasına razılıq verməmişlər. Vəziyyəti öyrəndikdən sonra onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin 1,33 hektar hissəsinin boşaldılmasını tələb etsə də Cavabdeh onların mülkiyyətində olan torpaq sahəsini boşaltmaq əvəzinə onlara qarşı əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh torpaq sahəsi üçün 28000 manat, mənəvi zərər kimi 20000 manat – cəmi 48000 manat məbləğinin ondan və ailə üzvlərindən müştərək qaydada alınması barədə qarşılıqlı iddiasını qəbul etmir. Qardaşı Hüseyn torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Cavabdehlə razılaşmış, razılaşdırılmış pulu ondan almışdır. Xaliddən başqa torpağın icarəyə verilməsi və ya satılmasi ilə bağlı hər hansı müəssisə və ya şəxslərlə heç bir danışıq aparılmamışdır. Məsələnin məhkəmədənkənar həlli üçün Cavabdehlə danışıqlar aparsalar da, bu mümkün olmamışdır. O, Cavabdeh JN-5xx xxx 40718018 nömrəli “Torpağa mülkiyət hüququna dair dövlət aktı” əsasında mülkiyyətlərində olan 1,33 hektar pay torpaq sahəsindən çıxarılması, torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddialarının təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş edir. Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə etdiyini, ilkin iddia tələbini isə qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, 2010-cu ilin sonlarından “xxxxx” QSC-də qeyri rəsmi, xx xxxxxx 2012-ci ildən isə rəsmi olaraq əvvəl mühafizəçi, sonra isə təssərüfat müdiri işləmişdir. “xxxxx” QSC tərəfindən ona torpaq sahələrinin alqı-satqısının aparılmasının, qiymətinin müəyyənləşdirilməsi, pulun alınıbverilməsi və sairə üçün etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında torpaq sahələrini satmaq istəyən mülkiyyətçilərdən torpaq sahələrinin “xxxxx” QSC üçün alınmasından yararlı hala gətirilənədək çəkilən xərclər onun vasitəsilə aparılmışdır. Həmkəndliləri olan İddiaçı5 və onun ailə üzvləri də torpaq sahələrini satmaq istəmələri barədə ona bildirmiş, o, da nümayəndəsi olduğu “xxxxx” QSC tərəfindən onların torpaqlarının alınması işini təşkil etmişdir. İddiaçı5 ailə üzvülərinin razılığı ilə xx xxxxx 2011-ci il tarixdə yazılı şəkildə bağlanmış torpağın alqı-satqı müqaviləsinə əsasən İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən özünün və ailə üzvlərinin mülkiyyətində olan 2,22 hektar torpaq sahəsinin 1,33 hektar hissəsini satmışdır. Müqavilə imzalanan vaxt həmin ərazidə olan torpaq sahəsinin 1 hektarının dəyəri 1100 manat təşkil edirdi. Nümayəndəsi olduğu QSC adından mülkiyyətçi İddiaçı5la ailələrinin razılığı ilə sadə müqavilə bağlayaraq iddiaçıların 1,33 hektar torpaq sahəsi üçün 1465 manatı qarşılıqlı razılıq əsasında İddiaçı5 vermişdir. Həmin müqavilədə İddiaçı5 xx xxxxx 2011-ci il tarixdə satdığı torpağın tam dəyərini aldığını öz imzası ilə təsdiq etmişdir. İddiaçıların hamısının torpaq sahəsinin satılmasından xəbərləri olmuşdur. Torpaq sahəsi faktiki istifadəyə keçdiyi üçün üzüm bağı salınmağa başlanılmışdır. Əgər iddiaçılar torpaq sahəsini satmasaydılar orada üzüm bağı salınan zaman öz etirazlarını bildirərdilər. Hazırda həmin sahədə bağ salındıqdan sonra onlar müqavilənin notarial qaydada bağlanmamasından istifadə edərək həmin vaxt “xxxxx” QSC-nin nümayəndəsi kimi alqı-satqıda iştirak etdiyindən ondan əlavə pul tələb edirlər. İddiaçı1 bir müddət əvvəl ona bildirmişdir ki, 2000 manat əlavə pul verərsə ailə üzvləri ilə birlikdə Notariat Ofisinə gələrək alqı-satqını rəsmiləşdirərlər. O, mübahisənin yaranmaması və alqı-satqının rəsmiləşdirilməsi üçün bu təkliflə razılaşsa da sonradan İddiaçı1 onunla heç bir danışığa gəlməmişdir. Müqavilə bağlanan vaxt xx xxxxx 2011-ci il tarixdə torpaq sahəsinin bir hektarının dəyəri 1100 manat təşkil edirdisə, hazırda həmin torpaq sahəsinin yerləşdiyi ərazidə torpaq sahəsinin bir hektarının dəyəri münbitliyindən, məhsuldarlığından və növündən asılı olaraq 9000-10000 manat təşkil edir. Həmin vaxt həmin ərazilərdə bir hektar torpaq sahəsini 300-400 manata almaq olardı. Lakin iddiaçılara məxsus həmin torpaq sahəsi “xxxxx” QSC tərəfindən salınmış 80 hektar üzüm bağının ortasında yerləşdiyindən onların tələb etdiyi məbləğdə pul ödənilmişdir. Bu faktı iddiaçılar da yaxşı bilirdi. Bundan başqa iddiaçıların göstərdiyi kimi əgər həmin torpaq sahəsi 2011-ci ildə 1300 manata 10 il üçün icarəyə verilmişdirsə bu müddət 2021-ci ildə tamam olur. Bu fakt da iddiaçıların iddialarının yalan olduğunu bir daha təsdiq edir. O, “xxxxx” QSC-nin nümayəndəsi kimi torpaq sahəsinin yararlı hala gətirilməsindən üzüm bağının salınmasına qədər bütün işlərdə iştirak etmiş və görülmüş işlər üçün çəkilən bütün xərclər onun vasitəsi ilə ödənilmişdir. İddiçıların satdıqları torpaq sahəsində üzüm bağının salınması ilə əlaqədar torpağın münbit vəziyyətə gətirilməsi üçün xeyli vəsait sərf olunmaqla müvafiq aqrotexniki xidmətlər həyata keçirilmişdir. Göstərilən işlərin aparılması üçün müvafiq mütəxəssis rəyinə əsasən 18926 manat məbləğində vəsait sərf olunmuşdur. Cavabdehlər torpaq sahələrini satsalar da, hazırkı vaxtadək alqı-satqı müqaviləsi bağlanılması üçün Notariat Ofisinə gəlmədiklərindən həmin torpaq sahəsinin “xxxxx” QSC-nin mülkiyyətinə keçməsi mümkün olmamışdır. Torpaq sahəsinin alqı-satqısını o apardığından iddiaçılar onu cavabdeh qismində məhkəməyə vermişlər. Torpaq sahəsinin alqı-satqısına razılaşdırılmış məbləği “xxxxx” QSC-dən alaraq iddiaçılara verdiyi üşün və torpaq sahəsinin yararlı hala gətirilməsindən üzüm bağı salınanadək “xxxxx” QSC tərəfindən çəkilən xərclər onun vasitəsilə ödənildiyindən o, həmin xərclərin iddiaçılardan alınmasına görə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıların onlara məxsus olmuş və sonradan İddiaçı5 tərəfindən yazılı formada tərtib olunmuş alqı-satqı müqaviləsinə əsasən satılmış torpaq sahəsinin onlara qaytarılması barədə iddialarının təmin olunacağı halda, mütəxəssis rəyinə əsasən həmin torpaq sahəsində çoxillik üzüm bağı sahəsinin salınmasına sərf edilmiş cəmi 18000 manat, həmin torpaq sahəsinin halhazırkı qiymətini təşkil edən 10000 manat məbləğində pul vəsaiti və ona vurulmuş mənəvi zərər kimi 20000 manat, cəmi 48000 manat məbləğinin iddiaçılardan müştərək qaydada alınaraq ona ödənilməlidir. Ona görə də iddiaçılar tərəfindən irəli sürülmüş ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi Nümayəndə Cavabdehlə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını etdi. JN 5xx xxx 40718018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayon X1 xx xxxxxx 1998-ci il tarixli 62 nömrəli qərarı ilə X2, İddiaçı2 Məhəmməd qızı, İddiaçı3 Rüstəm qızı, X3 və İddiaçı5 birgə mülkiyyətlərinə 2,22 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. xx xxxxxx 2011-ci il tarixli tarixli 10 nömrəli etibarnamədən görünür ki, “xxxxx” QSC tərəfindən Cavabdeh torpaqların alqı-satqısı və bununla bağlı müxtəlif əməliyyatların aparılması səlahiyyətləri verilmişdir. xx xxxxx 2011-ci il tarixli müqavilədən görünür ki, alıcı İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 1,3326 hektar əkin torpaq sahəsinin hər hektarını 1100 manata olmaqla tam dəyərini 1465,86 manatı satıcıya ödəməyi, satıcı isə mülkiyyətində olan torpaq sahəsinin hər hektarını 1100 manata olmaqla cəmi 1465,86 manat pulu qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçı5 xx xxxxx 2011-ci il tarixdə satdığı torpağın tam dəyərini aldığını öz imzası ilə təsdiq etmişdir. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı3 tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli 18 nömrəli məktubundan görünür ki, İsmayıllı rayonu üzrə həmin əraziyə yaxın satılan və satışa çıxarılan eyni həcmli, eyni keyfiyyət qrupuna və məhsuldarlığa malik boş torpaq sahəsinin 1,0 ha miqdarının hazırda orta bazar qiyməti 7000-8000 manat arasında dəyişir. Qiymətləndiriməsi təklif olunan 1,3326 ha torpaq sahəsi üçün bu dəyər göstəricisi – 1,3326 ha x 7500 manat = 9995 manat həddindədir. Mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsində bir hektar üzüm bağının salınması üçün beş il ərzində 18926 manat xərc çəkilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İsmayıllı rayon X1 xx xxxxxx 1998-ci il tarixli, 62 saylı qərarı ilə İsmayıllı rayon Kürdmaşı kənd sakinləri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətlərinə yaşadıqları kənd ərazisindən 2.22 hektar əkin torpaq sahəsi verilmişdir. İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı3 həmin torpaq sahəsini satmadıqlarını, 1,33 hektar torpaq sahəsini ili 130 manat olmaqla 10 il üçün 1300 manat Cavabdeh almaqla icarəyə verildiyini bildirərək mülkiyyətlərində olan İsmayıllı rayon Kürdmaşı kəndində yerləşən, X1 xx xxxxxx 1998-ci il tarixli 62 nömrəli qərarı ilə birgə mülkiyyətlərinə verilmiş, 1,33 hektar pay torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması barədə iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə əsassız olduğundan təmin edilməməsini xahiş edir. Cavabdeh ilkin iddia tələbini qəbul etmir, qarşılıqlı iddia tələbini müdafiə edir. “xxxxx” QSC tərəfindən Cavabdeh QSC üçün torpaq sahələrinin alınması və həmin torpaq sahələrində işlərin görülməsi səlahiyyəti verilmişdir. “xxxxx” QSC-nin nümayəndəsi kimi İddiaçı5la aralarında xx xxxxx 2011-ci il tarixdə yazılı şəkildə torpağın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin şərtinə əsasən sonuncu tərəfindən İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən 1,3326 hektar torpaq sahəsi müqavilə imzalanan vaxt həmin ərazidə olan torpağın dəyəri nəzərə alınmaqla hər hektarı 1100 manat olmaqla 1465,86 manata “xxxxx” QSC-yə satılmışdır. xx xxxxx 2011-ci il tarixli müqavilədə İddiaçı5 satdığı torpağın tam dəyərini aldığını öz imzası ilə təsdiq etmişdir. Hazırda həmin sahədə bağ salındığından iddiaçılar müqavilənin notarial qaydada bağlanmamasından istifadə edərək Cavabdeh qarşı iddia qaldıraraq əlavə qazanc əldə etmək istəyirlər. Müqavilə bağlanan xx xxxxx 2011-ci il tarixində torpaq sahəsinin bir hektarının dəyəri 1100 manat təşkil edirdisə, hazırda həmin torpaq sahəsinin yerləşdiyi ərazidə torpağın bir hektarının dəyəri mütəxəssis rəyinə əsasən 7000-8000 manat arasında dəyişir. Mütəxəssis rəyinə əsasən satılan torpaq sahəsində çoxillik üzüm bağı sahəsinin salınması ilə əlaqədar torpağın münbit vəziyyətə gətirilməsi üçün “xxxxx” QSC tərəfindən Cavabdeh vasitəsi ilə 18926 manat sərf olunmaqla müvafiq aqrotexniki xidmətlər həyata keçirilmişdir. Cavabdeh iddiaçıların onlara məxsus olmuş və İddiaçı5 tərəfindən yazılı formada tərtib olunmuş alqısatqı müqaviləsinə əsasən satılmış torpaq sahəsinin onlara qaytarılması barədə iddialarının təmin olunacağı halda, mübahisəli torpaq sahəsinin hazırkı bazar qiymətinə görə 10000 manat dəyərini, həmin torpaq sahəsinə çəkilən xərclərə görə 18000 manat, 20000 manat mənəvi zərər, cəmi 48000 (qırx səkkiz min) manat iddiaçılardan müştərək qaydada alınaraq ona ödənilməsini, iddiaçılar tərəfindən irəli sürülmüş ilkin iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qərara gəlir ki, mübahisəli torpaq sahəsi mülkiyyət sənədinə əsasən iddiaçıların birgə mülkiyyətində olduğundan Cavabdeh həmin torpaq sahəsinə mülkiyyət hüququ olmadığından iddiaçıların birgə mülkiyyətlərində olan İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən zəbt olunmuş 1,33 hektar əkin torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddiaçıların mülkiyyətlərində olan 1,33 hektar torpaq sahəsini satmadıqları, ili 130 manat olmaqla 1300 manata 10 il müddətinə icarəyə vermələrinə dair izahatlarına münasibət bildirərək qeyd edir ki, tərəflər arasında münasibət yarandığı vaxt mübahisəli torpaq sahəsinin dəyəri bazar qiyməti ilə təxminən 1300 - 1500 manat olduğu halda cavabdehin həmin torpaq sahəsinin dəyərini tam ödədikdən sonra alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə keçirmək əvəzinə 10 illik icarə haqqını əvvəldən ödəməklə həmin müddətə icarəyə götürməsi ağlabatan deyildir. Bu fakt iş materialları ilə də təkzib olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı5 mübahisəli torpaq sahəsini faktiki olaraq Cavabdeh vasitəsi ilə satmış və öz razılığı ilə həmin torpaq sahəsini Cavabdeh istifadəsinə vermişdir. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmetinə aid olan torpaq sahəsinin hazırkı dəyəri mütəxəssis rəyinə əsasən 9995 manat həddindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, iddiaçılar Cavabdeh torpaq sahəsinin dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş pulu aldığı halda həmin torpaq sahəsini Cavabdeh satmaqdan imtina etməklə və həmin torpaq sahəsini geri tələb etməklə Cavabdeh hesabına əmlak əldə etmiş əsassız varlanan şəxslər sayılırlar. İddiaçılar əsassız varlanmadan əldə etdikləri vəsaiti Cavabdeh qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyləri və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, habelə “xxxxx” QSC-nin nümayəndəsi kimi Cavabdeh həyata keçirdiyi abadlıq işləri və çoxillik üzüm bağı sahələrinin salınması nəzərə alınmaqla iddia tələbi həmin hissədə qismən təmin olunaraq 1,33 hektar torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 9995 manat, həmin torpaq sahəsinə çəkilən xərclərə görə 18000 manat, cəmi 27995 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qarşılıqlı iddia tələbinin iddiaçılardan 20000 manat mənəvi zərər tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia tələbində ona 20000 manat məbləğində mənəvi zərər dəydiyini qeyd etsə də həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı mənəvi zərərin nədə ifadə olunduğunu və ona hansı qaydada zərər dəydiyini, bununla bağlı iddiaçılar tərəfindən törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin konkret olaraq nədən ibarət olduğunu hər hansı sübutla izah edə bilməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi mənəvi zərər hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu məbləğləri hər bir tərəfin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214 -220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. JN-5xx xxx 40718018 nömrəli “Torpağa mülkiyət hüququna dair dövlət aktı” əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 birgə mülkiyyətlərinə verilmiş 2,22 hektar pay torpaq sahəsinin 1,33 hektar hissəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulsun. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Mübahisəli torpaq sahəsinin hazırkı bazar dəyərinə görə 9995 manat, həmin torpaq sahəsinə çəkilən xərclərə görə 18000 manat, cəmi 27995 (iyirmi yeddi min doqquz yüz doxsan beş) manat məbləği iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 müştərək qaydada alınaraq Cavabdeh ödənilsin. Qətnamə eyni vaxtda icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar