Məhkəmə qərarları › İş №2(037)-697/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-697/2023

21.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-697/2023 21.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs maraqlı tərəf qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 21 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X3 01 aprel 2023-cü il tarixdə İsmayıllı rayonu Elabad kəndində ölməsi faktının müəyyən edilməsi və qardaşı X3 barəsində olan ölüm haqqında akt qeydində doğulduğu tarix 05 fevral 1973-cü il,doğulduğu yer İsmayıllı rayon İstisu kəndi,daimi yaşadığı yer İsmayıllı rayon Elabad kəndi,ölüm yeri İsmayıllı rayon Elabad kəndi və ölüm tarixi 01 aprel 2023-cü il qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki,qardaşı X6 05 fevral 1973-cü ildə İsmayıllı rayonu,İstisu kəndində doğulmuşdur.2015-ci ildə qardaşında kəskin xəstəliyin əlamətləri aşkar olunmuş və həkimlər tərəfindən ona “Neyrosiflis nəticəsində ağıl zəifliyi” diaqnozu qoyulmuşdur.Həmin müddətdən qardaşı yataq xəstəsi olmuş,01 aprel 2023-cü il tarixdə vəfat etmişdir.Qardaşı qəfil vəfat etdiyindən təcili yardım çağırmağa zərurət görməmişdir.Baş vermiş ağır itkinin təsirindən və bunun hüquqi nəticələrini bilmədiyindən vaxtında lazımi orqanlara məlumat verməmiş və qardaşının ölümü haqqında tibbi şəhadətnamə almamışdır.Bu səbəbdən qardaşının ölümü müvafiq Qeydiyyat şöbəsində qeydə alınmamışdır.Qardaşı İsmayıllı rayon Elabad kənd qəbrstanlığında dəfn olunmuşdur. Hal-hazırda qardaşının ölümünün qeydə alınması zəruridir. Qardaşının ölümünün qeydə alınmaması ondan qalan mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasına maneəçiliklər yaradır və məsələnin həllini mümkünsüz edir.Qardaşının ölməsi İsmayıllı rayon İstisu kənd İƏD üzrə nümayəndəliyinin arayışı,qəbrin foto şəkilləri və şahid ifadəsi ilə təsdiq olunur.Qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmişdir. Orada bildirildi ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə tələb olunur.Ona dedilər ki, hüquqi əhəmiyyətli faktın tanınması üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Belə olan halda məhkəmə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirmişdir ki, İsmayıllı rayonu,İstisu kəndində yaşayır.Ərizəçi qardaşıdır. Mərhum qardaşı X6 05 fevral 1973-cü ildə İsmayıllı rayonu,İstisu kəndində doğulmuş, 01 aprel 2023-cü il tarixdə İsmayıllı rayonu Elabad kəndində ev şəraitində ölmüş və İsmayıllı rayon Elabad kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 12 may 2023-cü il tarixli arayışından görünür ki, ərizəçinin qardaşı X6 xx.xx.1973-cü ildə İsmayıllı rayonu, İstisu kəndində doğulmuş, atası X7,anası X2r. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X6 dəfn edilmiş, qəbrüstü abidəsi olmadığından məzarı üzərinə foto şəkili yerləşdirilməmişdir. İş materiallarında olan İsmayıllı RİHB-nın İsmayıllı rayon İstisu İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli,216 nömrəli arayışdan görünür ki, mərhum X6 xx.xx.2023-cü ildə İsmayıllı rayonu,Elabad kəndində vəfat etmiş, İsmayıllı rayon Elabad kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 11 may 2023-cü il tarixli, PHŞ-6-47/3-1690/23 saylı məktubundan görünür ki, 1973-cü il təvəllüdlü X3 ölümü barədə İsmayıllı RMX-na müraciət edilmədiyi üçün ona ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli,03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki,qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi,xitam verilməsinə səbəb olsun,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.1.4-cü bəndinə əsasən,lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı,müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda,şəxsin müəyyən vaxtda,müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.4.8-ci bəndinə əsasən,ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır.Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır,lakin həmin qeyd ərizəçidə,o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə,vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə,məhkəmə iclasında ərizəçinin izahatı,şahid ifadəsi,təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X1 rayonu Elabad kəndində ev şəraitində vəfat etmiş və İsmayıllı rayonu Elabad kənd qəbirstanlığında dəfn edilmişdir.Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki,ərizə təmin edilməli,X3 01 aprel 2023-cü il tarixdə İsmayıllı rayonu Elabad kəndində ölməsi faktı müəyyən edilməli, X3 barəsində olan ölüm haqqında akt qeydində doğulduğu tarix 05 fevral 1973-cü il,doğulduğu yer İsmayıllı rayon İstisu kəndi,daimi yaşadığı yer İsmayıllı rayon Elabad kəndi,ölüm yeri İsmayıllı rayon Elabad kəndi və ölüm tarixi 01 aprel 2023-cü il qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X3 01 aprel 2023-cü il tarixdə İsmayıllı rayonu Elabad kəndində ölməsi faktı müəyyən edilsin. X3 barəsində olan ölüm haqqında akt qeydində doğulduğu tarix 05 fevral 1973-cü il,doğulduğu yer İsmayıllı rayon İstisu kəndi,daimi yaşadığı yer İsmayıllı rayon Elabad kəndi,ölüm yeri İsmayıllı rayon Elabad kəndi və ölüm tarixi 01 aprel 2023-cü il qeyd edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar