Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-7/2020 22.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Razı̇m oğlu, x1, x2, İsmayıllı rayon notarı̇at ofisi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı xx xxxxxx 2006-cı il tarixli 4Ə-1-96 və xx xxxxxx 2011-ci il tarixli 4Ə-3/534 reyestr nömrəli alqı-satqı müqavilələrinin, həmin müqavilələr ilə DƏDRX-nin 9 saylı Ərazi İdarəsində tərtib olunan qeydiyyat sənədlərinin etibarsız hesab edilməsi və JN-00xx xxx 40713038 nömrəli dövlət aktına əsasən verilmiş torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə xx xxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Razı̇m oğlu, x1, x2, İsmayıllı rayon notarı̇at ofisi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinin alqı-satqısı ilə bağlı İsmayıllı rayon notariat kontorunda rəsmiləşdirilmiş xx xxxxxx 2006-cı il tarixli 4Ə-1-96 və xx xxxxxx 2011-ci il tarixli 4Ə-3/534 reyestr nömrəli alqı-satqı müqavilələrinin, həmin müqavilələr əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsində tərtib olunan qeydiyyat sənədlərinin etibarsız hesab edilməsi və JN-00xx xxx 40713038 nömrəli dövlət aktına əsasən İsmayıllı rayon Şəbiyan kəndi ərazisində yerləşən torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki işin məhkəmə baxışı iclası zamanı İddiaçı3 özünün və nümayəndəsi olduğu digər iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 adından məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, məhkəməyə müraciət etdikdən sonra Cavabdeh2 ona 2500 (iki min beş yüz) manat pul vermişdir və cavabdehlərlə öz aralarında qarşılıqlı razılığa gəlmişlər. Hazırkı iddia tələbinə dair onun və nümayəndəsi olduğu digər iddiaçıların cavabdehlərə qarşı heç bir tələb və şikayətləri yoxdur və iddiadan imtina edirlər. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh2 nümayəndəsi Nümayəndəsi olduğu şəxsin adından məhkəməyə ərizə təqdim edərək iddiaçılar ilə cavabdehlər arasında qarşılıqlı razılıq əldə olunduğunu, iddiaçıların nümayəndəsi İddiaçı3 Cavabdeh2 tərəfindən mübahisəli torpaq sahəsi ilə bağlı 2500 (iki min beş yüz) manat pul verildiyini, hazırkı iddia tələbinə dair iddiaçıların cavabdehlərə qarşı heç bir tələb və şikayətlərinin olmadığını və iddiadan imtina etdiklərini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək iddiaçılar ilə cavabdehlər arasında qarşılıqlı razılıq əldə olunmasına, iddiaçıların nümayəndəsi İddiaçı3 Cavabdeh2 tərəfindən mübahisəli torpaq sahəsi ilə bağlı 2500 (iki min beş yüz) manat pul verilməsinə, hazırkı iddia tələbinə dair iddiaçıların cavabdehlərə qarşı heç bir tələb və şikayətlərinin olmamasına, iddiaçıların cavabdehlərə qarşı irəli sürdükləri iddia tələbinə xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iş materiallarını və iddiaçıların vəsatətini nəzərdən keçirərək qeyd olunan hüquq normasının tələbinə əsasən qərara gəlir ki, tərəflər öz aralarında könüllü olaraq razılığa gəldiklərinə və iddiaçılarhazırkı iddialarından imtina etdiklərinə və cavabdehlər iddia tələbinə xitam verilməsinə etiraz etmədiklərinə görə bu imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Razı̇m oğlu, x1, x2, İsmayıllı rayon notarı̇at ofisi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşıxx xxxxxx 2006-cı il tarixli 4Ə-1-96 və xx xxxxxx 2011-ci il tarixli 4Ə-3/534 reyestr nömrəli alqı-satqı müqavilələrinin, həmin müqavilələr ilə DƏDRX-nin 9 saylı Ərazi İdarəsində tərtib olunan qeydiyyat sənədlərinin etibarsız hesab edilməsi və JN-00xx xxx 40713038 nömrəli dövlət aktına əsasən verilmiş torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə iddiaçılar öz iddialarından imtina etdiklərinə görə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-7/2020
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-7/2020
22.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver