Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-73/2025 05.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi İddiaçı Cavabdeh1 Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı əmlak tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada 11644 manat dəyərində cehiz əmlaklarının, 1013 manat dəyərində pastel və dəsmal dəstlərinin, 458 manat dəyərində yorğan-döşək dəstlərinin, 259 manat dəyərində uşağa aid paltar və digər əşyaların, 460 manat dəyərində geyim əşyalarının və 460 manat dəyərində qızıl və digər əşyalarının, həmin əmlaklar olmadıqda isə onların cəmi 14294 (on dörd min iki yüz doxsan dörd) manat dəyərinin və ödədiyi 133 (yüz otuz üç) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Cavabdeh1 onun keçmiş əri, digər cavabdehlər isə Mehranın valideynləridir. O, Cavabdeh1 ilə 29 iyun 2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. O gəlin köçdüyü evə cehiz əmlakları və özünə məxsus şəxsi geyim əşyaları gətirmişdir. Birgə nikahlarından bir qız uşağı doğulmuşdur. Aralarında olan nikah 01 oktyabr 2024-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Faktiki olaraq ayrılıb ata evinə qayıdarkən özünə məxsus bir neçə əşyasını götürmüş, lakin bütün cehiz əmlakları, ona toy hədiyyəsi olaraq verilmiş qızıl-zinət əşyaları və uşağa aid bütün geyim və əşyalar cavabdehin atasına məxsus evdə qalmışdır. Cavabdeh1 alınmış nişan üzüyü cavabdehin özündədir. O, cavabdehlərdən əmlaklarını və qızıl-zinyət əşyalarını, və ya onların dəyərini tələb etsə də cavabdehlər ona məxsus əmlakları qaytarmaqdan imtina etmişlər. Mehrandan rəsmi şəkildə ayrılmış, taleyi pozulmuşdur. El adətinə uyğun olaraq oğlan evi tərəfindən atasına verilmiş başlıq pulunun cavabdehlər tərəfindən geri tələb edilməsi qəbul edilməzdir. O, cavabdehlərdən müştərək qaydada 11644 manat dəyərində cehiz əmlaklarının, 1013 manat dəyərində pastel və dəsmal dəstlərinin, 458 manat dəyərində yorğan-döşək dəstlərinin, 259 manat dəyərində uşağa aid paltar və digər əşyaların, 460 manat dəyərində geyim əşyalarının və 460 manat dəyərində qızıl və digər əşyalarının, həmin əmlaklar olmadıqda isə onların cəmi 14294 (on dörd min iki yüz doxsan dörd) manat dəyərinin və ödədiyi 133 (yüz otuz üç) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 izahat verərək göstərdi ki, onlar 29 iyun 2017-ci il tarixdə iddiaçı ilə rəsmi nikahla ailə qurmuşlar. Birgə nikahlarından bir qız uşaqları doğulmuşdur. Onlar valideynlərinə məxsus evdə yaşamışlar. Aralarında bağlanmış nikah məhkəmənin 01 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı gəlin köçərkən özü ilə cehiz əmlakları gətirmişdir. İddiaçı tələb etdiyi nişan üzüyünü birgə nikah dövründə lombarda qoyaraq pul götürüb onun müalicəsinə xərcləmişdir. Qalan cehiz əmlakları isə hal-hazırda onların evindədir. Gəlib apara bilərlər. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Cavabdeh3 izahat verərək göstərdi ki, oğlu ilə gəlinin barışmalarına çalışsa da onları barışdıra bilməmişdir. İddiaçının tələb etdiyi xalçaları və bir neçə əşyaları sonradan o almışdır. İddiaçının atasına başlıq pulu kimi 1500 manat pul vermişdir. Həmin pulu qaytardıqdan sonra onun aldığı xalçaları və bir neçə digər əşyaları çıxmaqla yerdə qalan bütün əmlaklarını apara bilər. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Digər cavabdeh X1 məhkəmə iclaslasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. Cavabdeh X1 iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İddiaçı iddia tələbində göstərdiyi əmlakların qiymətini bir manatın əvəzinə beş manat yazmaqla tələb edir. Sınan və apardığı əşyaları da onlardan tələb edir. Ziyafətin atası onlardan 3000 manat başlıq pulu istəmiş, onlar isə 1500 manat vermişlər. İddiaçının mebeli, yorğandöşəkləri, qab-qacaqları onlara məxsus evdədir. Onların verdiyi 1500 manat pulu qaytardıqdan sonra əmlaklarını apara bilər. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. - AZ-İV seriyalı 466934 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 sentyabr 2020-ci il tarixdə doğulmuş, atası Cavabdeh1, anası İddiaçıdır. - “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə” MŞQ/MT035-2023-488 nömrəli 24 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ilkin mediasiya sessiayasından sonra tam mediasiya sessiyasının davam etdirilməsinə razılıq verməmişdir. - 24 iyul 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Qəbələ 1 saylı MT-nın hesabına 50 manat mediasiya xərci ödənilmişdir. - İsmayıllı Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(037)-1045 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 29 iyun 2017-ci il tarixdə İsmayıllı RİHB-nın Müdrü kənd İƏD üzrə nümayəndəliyində 01 nömrə ilə qeyd edilərək bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş X2 anası İddiaçı yanında saxlanıl, 30 iyul 2024-cü il tarixdən başlayaraq Cavabdeh1 hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. - Fotoşəkillərdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya toy hədiyyəsi olaraq 1 ədəd üzük verilmişdir. - 04 noyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 83 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 tələb etdiyi əmlaklar onun valideynləri tərəfindən alınmış, qızıl zinyət əşyası isə cavabdehlər tərəfindən hədiyyə kimi verilmişdir. Cehiz əmlakları cavabdehlərin yaşadığı evdə olmuşdur və hal-hazırda da həmin evdədir. İddiaçı ilə Cavabdeh1 arasında nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçı bir neçə əşyasını götürsə də bütün cehiz əmlakları, uşağa və özünə aid geyim və əşyalar, qızıl zinyət əşyaları cavabdehlərin evində qalmışdır. İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada 11644 manat dəyərində cehiz əmlaklarının, 1013 manat dəyərində pastel və dəsmal dəstlərinin, 458 manat dəyərində yorğan-döşək dəstlərinin, 259 manat dəyərində uşağa aid paltar və digər əşyaların, 460 manat dəyərində geyim əşyalarının və 460 manat dəyərində qızıl və digər əşyalarının, həmin əmlaklar olmadıqda isə onların cəmi 14294 (on dörd min iki yüz doxsan dörd) manat dəyərinin və ödədiyi 133 (yüz otuz üç) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər iddiaçının tələb etdiyi əmlaklardan xalçaların və bir neçə kiçik əşyaların sonradan onlar tərəfindən alındığını göstərərək, qalanlarının onlara məxsus evdə olduğunu, qızıl əşyasının isə birgə nikah dövründə satılaraq iddiaçının müalicəsinə xərcləndiyini, iddiaçının atasına başlıq pulu kimi verilmiş 1500 manat pulu qaytardıqdan sonra həmin əmlakları verəcəklərini göstərməklə iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə cavabdehlərin iddia tələbinə dair verdikləri izahatlara münasibət bildirərək qeyd edir ki, cavabdehlər iddiaçının atasına verdikləri 1500 manat pul qaytarıldıqdan sonra iddiaçıya məxsus əmlakları qaytaracaqlarını göstərdiklərinə görə həmin əmlakların cavabdehlərdə olması bir daha təsdiq olunur. İddiaçının cavabdehlərdən tələb etdiyi 4000 manat dəyərində 1 ədəd taxt, 1 ədəd şifaner, 2 ədəd tumba, 2 ədəd servant, 1 ədəd termo və stolu, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd jurnal stolu və 1 ədəd kamotdan ibarət mebel dəsti, 500 manat dəyərində 1 ədəd künc divan və yastıqları, 140 manat dəyərində 1 ədəd tək kravat, 150 manat manat dəyərində taxt altı paltar yığma sandığı, 100 manat dəyərində 1 ədəd qaşlı lüstur, 250 manat dəyərində 1 ədəd iri sarı xalça, 250 manat dəyərində 1 ədəd orta güllü xalça, 30 manat dəyərində 1 ədəd böyük qara qaşlı güldan (böyük güllərlə), 30 manat dəyərində 1 ədəd ağ balaca güldan (balaca güllərlə), 30 manat dəyərində 1 ədəd dəvə suvenir, 50 manat dəyərində 2 ədəd ağ tüllü gecə naçniki, 20 manat dəyərndə 1 ədəd zənbilli stol üstü gül, 50 manat dəyərində 1 ədəd ağ böyük divar saatı, 350 manat dəyərində 1 ədəd uşaq kravatı, 900 manat dəyərində 1 ədəd “LG” markalı paltaryuyan maşın, 500 manat dəyərində “LG” markalı sensor televizor, 100 manat dəyərində “efba” markalı tok peçi, 90 manat dəyərində 1 ədəd elektrikli ət çəkən maşın, 130 manat dəyərində 1 ədəd şirə çəkən maşın, 150 manat dəyərində su ilə işləyən 1 ədəd tozsovuran, 60 manat dəyərində 1 ədəd buxarlı ütü, 60 manat dəyərində 1 ədəd ütü stolu, 180 manat dəyərində 1 ədəd böyük qablı mikser, 80 manat dəyərində dəmirli qazan dəsti, 300 manat dəyərində tefal markalı qazan dəsti, 90 manat dəyərində 1 dəst 3 ədədli güllü qazan dəsti, 150 manat dəyərində 1 ədəd diplomat qaşıq dəsti, 30 manat dəyərində 1 ədəd soğan çəkən maşın (elektrikli), 45 manat dəyərində 2 dəst xrustal armudu stəkan, 45 manat dəyərində 2 dəst çay stəkanı, 15 manat dəyərində 2 dəst rumka, 35 manat dəyərində 7 dəst nəlbəki, 12 manat dəyərində 2 dəst armudu nəlbəki, 12 manat dəyərində 2 ədəd şüşəli şəkər qabı, 40 manat dəyərində 2 ədəd şüşəli yağ qabı, 60 manat dəyərində 1 dəst qutuda bıçaq, 15 manat dəyərində 2 dəst şüşəli bölmə, 12 manat dəyərində 2 dəst duz qabı (6 ədəd + 6 ədəd), 60 manat dəyərində 2 ədəd böyük göy rəng meyvə vazı, 65 manat dəyərində 2 ədəd böyük ağ rəng meyvə vazı, 12 manat dəyərində 2ədəd dəstəli şirniyyat qabı, 25 manat dəyərində 1 ədəd böyük ağ rəngli ləpə qabı, 25 manat dəyərində 2 ədəd böyük göy rəng kanfet qabı, 20 manat dəyərində 2 ədəd ağ rəng ayaqlı kanfet qabı, 25 manat dəyərində 1 dəst plastik saxlama qabı, 15 manat dəyərində 2 dəst şirli saxlama qabı, 30 manat dəyərində 1 dəst ağ rəng qaşlı fincan, 50 manat dəyərində 1 dəst göy rəng fincan, 40 manat dəyərində 1 dəst göy rəng fincan kofenniy, 70 manat dəyərində 1 ədəd ağ qara analı bakal dəsti, 80 manat dəyərində 1 ədəd ağ-sarılı analı bakal dəsti, 60 manat dəyərində 4 dəst ayaqsız naxışlı bakal dəsti, 40 manat dəyərində 2 ədəd ayaqlı göy rəng ləpə vazı, 12 manat dəyərində 1 ədəd böyük dəmirli ləyən, 30 manat dəyərində 1 ədəd böyük şirli çiyələkli ləyən, 30 manat dəyərində 1 ədəd böyük saplı dəmir aşsüzən, 6 manat dəyərində 1 ədəd balaca sarı rəng saplı plastik aşsüzən, 8 manat dəyərində 1 ədəd orta ölçülü göy rəng plastik ləyən, 10 manat dəyərində 1 dəst ikili aşsüzənli qab, 30 manat dəyərində 6 ədəd rəngli plastik qablar, 480 manat dəyərində 24 ədəd göy rəng servis dəsti, 80 manat dəyərində 1 dəst 24 ədədli rozvu güllü boşqab dəsti, 50 manat dəyərində 1 dəst (6+6 ədəli) ağ-qırmızı güllü boşqab dəsti, 15 manat dəyərində 1 dəst 6 ədəli göy rəng kasa, 20 manat dəyərində 1 ədəd üç mərtəbəli şirniyyat qabı, 20 manat dəyərində 1 dəst salat qabı, 12 manat dəyərində 2 ədəd ayaqlı ağ rəng qənd qabı, 20 manat dəyərində 2 ədəd ayaqlı sarılı ağlı qənd qabı, 20 manat dəyərində 1 ədəd şirli böyük vedrə, 25 manat dəyərində 1 ədəd böyük güllü çaydan, 10 manat dəyərində 1 ədəd böyük rozvu güllü dəm çayniki, 10 manat dəyərində 1 ədəd böyük göy dəm çayniki, 12 manat dəyərində 1 ədəd sadə dəm çayniki, 4 manat dəyərində 1 ədəd rozvu qəngli ürəkli balaca qab, 10 manat dəyərində 1 ədəd plastik sarı rəng qapaqlı şirniyyat qabı, 20 manat dəyərində 1 ədəd plastik əllə işləyən soğan çəkən, 30 manat dəyərində 1 dəst 12 ədədli yağ bıçağı, 15 manat dəyərində 2 ədəd kvadrat qənd qabı, 5 manat dəyərində 1 ədəd qənd doğrayan, 6 manat dəyərində 3 ədəd sadə bıçaq, 5 manat dəyərində 1 ədəd smalikli çay qabı, 10 manat dəyərində 1 dəst 3 ədədli plastik setqalı qaşıq qabı, 12 manat dəyərində 1 ədəd göy rəng çörək qabı, 10 manat dəyərində 1ədəd şüşəli böyük qoz qabı, 6 manat dəyərində 1 ədəd dairəvi dəmir podnus, 10 manat dəyərində 2 ədəd dördkünc qara rəng plastik podnus, 15 manat dəyərində 1 ədəd rəngli plastik podnus, 50 manat dəyərində 1 ədəd sarı-qara rəngli masa örtüsü, 40 manat dəyərində 1 ədəd ağ rəng masa örtüsü, 30 manat dəyərində 1 ədəd sadə masa örtüsü, 12 manat dəyərində 1 ədəd şəffaf klonka, 14 manat dəyərində 1 ədəd sarı güllü klonka, 60 manat dəyərində 1 ədəd qutuda dəsmallı skatel, 8 manat dəyərində 2 ədəd cücəli stol üstü duz qabı, 14 manat dəyərində 1 dəst 4 ədədli plastik ədava qabları, 20 manat dəyərində 1 dəst 12 ədədli xörək qaşığı, 20 manat dəyərində 1 dəst 12 ədədli çay qaşığı, 20 manat dəyərində 1 dəst 12 ədədli çəngəl, 12 manat dəyərində 1 dəst 8 ədədli sarı çay qaşığı, 3 manat dəyərində 1 ədəd dəmir qazan altı, 8 manat dəyərində 1 ədəd bibər içi çıxaran, 4 manat dəyərində 1 ədəd limon taxtası, 5 manat dəyərində 1 ədəd böyük taxta, 12 manat dəyərində 1 dəst 6 ədəli şiş, 25 manat dəyərində 2 ədəd balaca şirni qabı, 18 manat dəyərində 2 ədəd nazik şüşəli şirniyyat qabı, 40 manat dəyərində 1 dəst qara klok çaşqa, 50 manat dəyərində 1 ədəd çamadan qutuda taxt dəsti, 50 manat dəyərində 1 ədəd qutuda taxt dəsti, 25 manat dəyərində 1 ədəd rəngli kloklu taxt dəsti, 30 manat dəyərində 1 ədəd güllü kloklu taxt dəsti, 18 manat dəyərində 2 ədəd tək ürəkli pastel, 20 manat dəyərində 2 ədəd tək kalalı dörtkünc balış üzü, 7 manat dəyərində 2 ədəd uzun sadə balış üzü, 10 manat dəyərində 2 ədəd sarı dörtkünc balış üzü, 12 manat dəyərində 2 ədəd tək prastina, 20 manat dəyərində 1 dəst 3 ədədli əl-üz dəsmalı, 15 manat dəyərində 2 ədəd tüllü əl-üz dəsmalı, 10 manat dəyərində 2 ədəd rəngli əl-üz dəsmalı, 12 manat dəyərində 3 ədəd rəngli əl-üz dəsmalı, 85 manat dəyərində 2 ədəd divan üstü, 15 manat dəyərində 4 ədəd xətli çay dəsmalı, 7 manat dəyərində 2 ədəd ağ rəngli çay dəsmalı, 15 manat dəyərində 1 dəst qutulu çay dəsmalı, 6 manat dəyərində 2 dəst sarı stol üstü silən, 10 manat dəyərində 2 dəst yumşaq stol dəsmalı, 6 manat dəyərində 2 ədəd rəngli sadə stol silən dəsmal, 10 manat dəyərində 2 dəst dəmir paltarasan, 130 manat dəyərində 1 ədəd ağ şəkilli böyük pərdə, 100 manat dəyərində 1 ədəd boz rəngli xətli pərdə qırağı, 30 manat dəyərində 1 ədəd qapı pərdəsi, 55 manat dəyərində 1 ədəd taxt üstü qırmızı rəngli qalın ədyal, 115 manat dəyərində 1 ədəd taxt üstü malako rəngli qalın ədyal, 40 manat dəyərində 1 ədəd tək nəfərlik sumkalı qırmızı rəngli qış ədyalı, 45 manat dəyərində tək nəfərlik qırmızı-sarılı qış ədyalı, 30 manat dəyərində 1 ədəd taxt üçün yay yorğanı, 30 manat dəyərində 6 ədəd boz döşəkcə üzü, 5 manat dəyərində 3 ədəd yazılı şəkillər, 40 manat dəyərində 1 ədəd taxt döşəyi, 40 manat dəyərində 1 dədə taxt yorqanı, 70 manat dəyərində 2 ədəd tək nəfərlik döşək, 70 manat dəyərində 2 ədəd tək nəfərlik yorğan, 80 manat dəyərində 4 ədəd yunlu kvadrat balış, 20 manat dəyərində 2 ədəd kvadrat tük balış, 15 manat dəyərində 2 ədəd sintafon uzun balış, 10 manat dəyərində 1 ədəd böyük yunlu döşək, 8 manat dəyərində 1 ədəd yunlu balaca döşəkcə, 20 manat dəyərində 2 ədəd yünlu böyük döçəkcə, 30 manat dəyərində 6 ədəd balaca stol üstü döşəkcə, 5 manat dəyərində 2 ədəd balış üstü tül, 20 manat dəyərində 1 ədəd tək nəfərlik ədyal, 10 manat dəyərində 2 ədəd qırmızı rəngli bəzəkli balış üzü, 10 manat dəyərində 2 ədəd mavi rəngli bəzəkli balış üzü, 10 manat dəyərində 1 ədəd hamam dəsti ona valideynləri tərəfindən verildiyi, lakin iddiaçıya qaytarılmadığı məhkəmə iclasında tam sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. İddiaçının cavabdehlərdən tələb etdiyi 50 manat dəyərində 1 ədəd naxışlı qırmızı don, 40 manat dəyərində 1 ədəd dəri qırmızı don, 55 manat dəyərində 1 ədəd güpurlu don, 45 manat dəyərində 1 ədəd qara-göy rəngli don, 35 manat dəyərində 1 ədəd ağ rəngli qara güllü don, 60 manat dəyərində 1 ədəd yasəmən rəngli don, 50 manat dəyərində 1 ədəd balonkalı uzun qış kurtqası, 40 manat dəyərində 1 ədəd qalın qırmızı rəng kurtqa, 25 manat dəyərində 1 ədəd qara uzun nazik kurtqa, 40 manat dəyərində 1 ədəd dabanlı çəkmə, 20 manat dəyərində 1 ədəd sadə qara krosovka onun şəxsi geyim əşyaları olduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. İddiaçının cavabdehlərdən 150 manat dəyərində 1 ədəd orta qarışıq rəngli xalça, 200 manat dəyərində 1 ədəd orta qara xalça, 20 manat dəyərində 1 ədəd saç feni, 35 manat dəyərində 7 dəst sadə çay stəkanı, 50 manat dəyərində 3 dəst kiçik-böyük nabor boşqab dəsti qutuda, 15 manat dəyərində 2 ədəd külqabı, 10 manat dəyərində 1 dəst 12 ədədli rozvu kasa, 7 manat dəyərində 1 ədəd qoz sındıran, 6 manat dəyərində 1 ədəd peraşki çevirən maşadan ibarət əmlakları tələb etsə də həmin əmlakların ona məxsus olduğunu təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmiş və bu hal məhkəmə prosesinin gedişində də öz təsdiqini tapmadığından iddia tələbi həmin hissədə də təmin edilməməlidir. İddiaçını cavabdehlərdən tələb etdiyi 50 manat dəyərində 1 ədəd yun döşəyi, 30 manat dəyərində 1 ədəd yun yorğan, 15 manat dəyərində 1 ədəd yunlu balaca yorğan, 30 manat dəyərində 1 ədəd çəhrayı rəng qış ədyalı, 35 manat dəyərində1 ədəd şəhrayı qış ədyalı balaca sumkada, 10 manat dəyərində 1 ədəd yun balış, 18 manat dəyərində 1 ədəd uşaq hamam dəsmalı, 14 manat dəyərində 1 dəst uşaq paltarı, 10 manat dəyərində rəngli uşaq paltarı, 20 manat dəyərində 4 dəst qutulu paltarlar, 10 manat dəyərində 2 dəst qutuda əl dəsmalı, 12 manat dəyərində 1 ədəd qırmızı stol və 5 manat dəyərində yazı yazan planşet uşağa məxsus olduğundan və hal-hazırda uşaq İddiaçı yanında olduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. İddiaçının cavabdehlərdən tələb etdiyi 1 ədəd nişan üzüyü, 1 ədəd tək qaşlı gümüş üzük və ikili saat iddiaçıya hədiyyə kimi verilən əşyalar olduğundan, lakin həmin əşyaların sonradan iddiaçıya qaytarılmadığı məhkəmə iclasında müəyyən edildiyindən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən 400 manat dəyərində rus istehsalı üç qaşlı nişan üzüyü, 30 manat dəyərində 1 ədəd tək qaşlı gümüş üzük və 30 manat dəyərində ikili saat tələbinə dair hissəsi də təmin edilməlidir. Cavabdeh1 nişan üzüyünün satılaraq ailə ehtiyaclarına xərclədiyini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, bu hal məhkəmə iclasında da öz təsdiqini tapmamışdır. Məhkəmə cavabdehlərin iddiaçının atasına verdikləri 1500 manat pulu (başlıq pulu) geri tələb etmələrinə münasibət bildirərək qeyd edir ki, cavabdehlər həmin pulun iddiaçının atasından geri almaq üçün istər qarşılıqlı, istərsə də ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmədiklərindən həmin tələbə münasibət bildirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarına əlavə olunmuş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiayasında iştirak etmişlər, lakin tam mediasiya sessiyasının keçirilməsinə etiraz etmişlər. İddiaçı tərəf fərdi qaydada 50 manat mediasiya xərci ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci tərəflər arasında bərabər bölünməli, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin yarısı, yəni 25 manatı Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin yarısı, yəni 25 manatı İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddiaçı tərəfindən ödənilmiş 83 manat dövlət rüsumunun 81,4 manat hissəsi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Ödənilmiş 83 manat dövlət rüsumunun 1,6 manat hissəsi İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada 4000 manat dəyərində 1 ədəd taxt, 1 ədəd şifaner, 2 ədəd tumba, 2 ədəd servant, 1 ədəd termo və stolu, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd jurnal stolu və 1 ədəd kamotdan ibarət mebel dəsti, 500 manat dəyərində 1 ədəd künc divan və yastıqları, 140 manat dəyərində 1 ədəd tək kravat, 150 manat manat dəyərində taxt altı paltar yığma sandığı, 100 manat dəyərində 1 ədəd qaşlı lüstur, 250 manat dəyərində 1 ədəd iri sarı xalça, 250 manat dəyərində 1 ədəd orta güllü xalça, 30 manat dəyərində 1 ədəd böyük qara qaşlı güldan (böyük güllərlə), 30 manat dəyərində 1 ədəd ağ balaca güldan (balaca güllərlə), 30 manat dəyərində 1 ədəd dəvə suvenir, 50 manat dəyərində 2 ədəd ağ tüllü gecə naçniki, 20 manat dəyərndə 1 ədəd zənbilli stol üstü gül, 50 manat dəyərində 1 ədəd ağ böyük divar saatı, 350 manat dəyərində 1 ədəd uşaq kravatı, 900 manat dəyərində 1 ədəd “LG” markalı paltaryuyan maşın, 500 manat dəyərində “LG” markalı sensor televizor, 100 manat dəyərində “efba” markalı tok peçi, 90 manat dəyərində 1 ədəd elektrikli ət çəkən maşın, 130 manat dəyərində 1 ədəd şirə çəkən maşın, 150 manat dəyərində su ilə işləyən 1 ədəd tozsovuran, 60 manat dəyərində 1 ədəd buxarlı ütü, 60 manat dəyərində 1 ədəd ütü stolu, 180 manat dəyərində 1 ədəd böyük qablı mikser, 80 manat dəyərində dəmirli qazan dəsti, 300 manat dəyərində tefal markalı qazan dəsti, 90 manat dəyərində 1 dəst 3 ədədli güllü qazan dəsti, 150 manat dəyərində 1 ədəd diplomat qaşıq dəsti, 30 manat dəyərində 1 ədəd soğan çəkən maşın (elektrikli), 45 manat dəyərində 2 dəst xrustal armudu stəkan, 45 manat dəyərində 2 dəst çay stəkanı, 15 manat dəyərində 2 dəst rumka, 35 manat dəyərində 7 dəst nəlbəki, 12 manat dəyərində 2 dəst armudu nəlbəki, 12 manat dəyərində 2 ədəd şüşəli şəkər qabı, 40 manat dəyərində 2 ədəd şüşəli yağ qabı, 60 manat dəyərində 1 dəst qutuda bıçaq, 15 manat dəyərində 2 dəst şüşəli bölmə, 12 manat dəyərində 2 dəst duz qabı (6 ədəd + 6 ədəd), 60 manat dəyərində 2 ədəd böyük göy rəng meyvə vazı, 65 manat dəyərində 2 ədəd böyük ağ rəng meyvə vazı, 12 manat dəyərində 2 ədəd dəstəli şirniyyat qabı, 25 manat dəyərində 1 ədəd böyük ağ rəngli ləpə qabı, 25 manat dəyərində 2 ədəd böyük göy rəng kanfet qabı, 20 manat dəyərində 2 ədəd ağ rəng ayaqlı kanfet qabı, 25 manat dəyərində 1 dəst plastik saxlama qabı, 15 manat dəyərində 2 dəst şirli saxlama qabı, 30 manat dəyərində 1 dəst ağ rəng qaşlı fincan, 50 manat dəyərində 1 dəst göy rəng fincan, 40 manat dəyərində 1 dəst göy rəng fincan kofenniy, 70 manat dəyərində 1 ədəd ağ qara analı bakal dəsti, 80 manat dəyərində 1 ədəd ağ-sarılı analı bakal dəsti, 60 manat dəyərində 4 dəst ayaqsız naxışlı bakal dəsti, 40 manat dəyərində 2 ədəd ayaqlı göy rəng ləpə vazı, 12 manat dəyərində 1 ədəd böyük dəmirli ləyən, 30 manat dəyərində 1 ədəd böyük şirli çiyələkli ləyən, 30 manat dəyərində 1 ədəd böyük saplı dəmir aşsüzən, 6 manat dəyərində 1 ədəd balaca sarı rəng saplı plastik aşsüzən, 8 manat dəyərində 1 ədəd orta ölçülü göy rəng plastik ləyən, 10 manat dəyərində 1 dəst ikili aşsüzənli qab, 30 manat dəyərində 6 ədəd rəngli plastik qablar, 480 manat dəyərində 24 ədəd göy rəng servis dəsti, 80 manat dəyərində 1 dəst 24 ədədli rozvu güllü boşqab dəsti, 50 manat dəyərində 1 dəst (6+6 ədədli) ağ-qırmızı güllü boşqab dəsti, 15 manat dəyərində 1 dəst 6 ədəli göy rəng kasa, 20 manat dəyərində 1 ədəd üç mərtəbəli şirniyyat qabı, 20 manat dəyərində 1 dəst salat qabı, 12 manat dəyərində 2 ədəd ayaqlı ağ rəng qənd qabı, 20 manat dəyərində 2 ədəd ayaqlı sarılı ağlı qənd qabı, 20 manat dəyərində 1 ədəd şirli böyük vedrə, 25 manat dəyərində 1 ədəd böyük güllü çaydan, 10 manat dəyərində 1 ədəd böyük rozvu güllü dəm çayniki, 10 manat dəyərində 1 ədəd böyük göy dəm çayniki, 12 manat dəyərində 1 ədəd sadə dəm çayniki, 4 manat dəyərində 1 ədəd rozvu qəngli ürəkli balaca qab, 10 manat dəyərində 1 ədəd plastik sarı rəng qapaqlı şirniyyat qabı, 20 manat dəyərində 1 ədəd plastik əllə işləyən soğan çəkən, 30 manat dəyərində 1 dəst 12 ədədli yağ bıçağı, 15 manat dəyərində 2 ədəd kvadrat qənd qabı, 5 manat dəyərində 1 ədəd qənd doğrayan, 6 manat dəyərində 3 ədəd sadə bıçaq, 5 manat dəyərində 1 ədəd smalikli çay qabı, 10 manat dəyərində 1 dəst 3 ədədli plastik setqalı qaşıq qabı, 12 manat dəyərində 1 ədəd göy rəng çörək qabı, 10 manat dəyərində 1ədəd şüşəli böyük qoz qabı, 6 manat dəyərində 1 ədəd dairəvi dəmir podnus, 10 manat dəyərində 2 ədəd dördkünc qara rəng plastik podnus, 15 manat dəyərində 1 ədəd rəngli plastik podnus, 50 manat dəyərində 1 ədəd sarı-qara rəngli masa örtüsü, 40 manat dəyərində 1 ədəd ağ rəng masa örtüsü, 30 manat dəyərində 1 ədəd sadə masa örtüsü, 12 manat dəyərində 1 ədəd şəffaf klonka, 14 manat dəyərində 1 ədəd sarı güllü klonka, 60 manat dəyərində 1 ədəd qutuda dəsmallı skatel, 8 manat dəyərində 2 ədəd cücəli stol üstü duz qabı, 14 manat dəyərində 1 dəst 4 ədədli plastik ədava qabları, 20 manat dəyərində 1 dəst 12 ədədli xörək qaşığı, 20 manat dəyərində 1 dəst 12 ədədli çay qaşığı, 20 manat dəyərində 1 dəst 12 ədədli çəngəl, 12 manat dəyərində 1 dəst 8 ədədli sarı çay qaşığı, 3 manat dəyərində 1 ədəd dəmir qazan altı, 8 manat dəyərində 1 ədəd bibər içi çıxaran, 4 manat dəyərində 1 ədəd limon taxtası, 5 manat dəyərində 1 ədəd böyük taxta, 12 manat dəyərində 1 dəst 6 ədəli şiş, 25 manat dəyərində 2 ədəd balaca şirni qabı, 18 manat dəyərində 2 ədəd nazik şüşəli şirniyyat qabı, 40 manat dəyərində 1 dəst qara klok çaşqa, 50 manat dəyərində 1 ədəd çamadan qutuda taxt dəsti, 50 manat dəyərində 1 ədəd qutuda taxt dəsti, 25 manat dəyərində 1 ədəd rəngli kloklu taxt dəsti, 30 manat dəyərində 1 ədəd güllü kloklu taxt dəsti, 18 manat dəyərində 2 ədəd tək ürəkli pastel, 20 manat dəyərində 2 ədəd tək kalalı dörtkünc balış üzü, 7 manat dəyərində 2 ədəd uzun sadə balış üzü, 10 manat dəyərində 2 ədəd sarı dörtkünc balış üzü, 12 manat dəyərində 2 ədəd tək prastina, 20 manat dəyərində 1 dəst 3 ədədli əl-üz dəsmalı, 15 manat dəyərində 2 ədəd tüllü əl-üz dəsmalı, 10 manat dəyərində 2 ədəd rəngli əl-üz dəsmalı, 12 manat dəyərində 3 ədəd rəngli əl-üz dəsmalı, 85 manat dəyərində 2 ədəd divan üstü, 15 manat dəyərində 4 ədəd xətli çay dəsmalı, 7 manat dəyərində 2 ədəd ağ rəngli çay dəsmalı, 15 manat dəyərində 1 dəst qutulu çay dəsmalı, 6 manat dəyərində 2 dəst sarı stol üstü silən, 10 manat dəyərində 2 dəst yumşaq stol dəsmalı, 6 manat dəyərində 2 ədəd rəngli sadə stol silən dəsmal, 10 manat dəyərində 2 dəst dəmir paltarasan, 130 manat dəyərində 1 ədəd ağ şəkilli böyük pərdə, 100 manat dəyərində 1 ədəd boz rəngli xətli pərdə qırağı, 30 manat dəyərində 1 ədəd qapı pərdəsi, 55 manat dəyərində 1 ədəd taxt üstü qırmızı rəngli qalın ədyal, 115 manat dəyərində 1 ədəd taxt üstü malako rəngli qalın ədyal, 40 manat dəyərində 1 ədəd tək nəfərlik sumkalı qırmızı rəngli qış ədyalı, 45 manat dəyərində tək nəfərlik qırmızı-sarılı qış ədyalı, 30 manat dəyərində 1 ədəd taxt üçün yay yorğanı, 30 manat dəyərində 6 ədəd boz döşəkcə üzü, 5 manat dəyərində 3 ədəd yazılı şəkillər, 40 manat dəyərində 1 ədəd taxt döşəyi, 40 manat dəyərində 1 dədə taxt yorqanı, 70 manat dəyərində 2 ədəd tək nəfərlik döşək, 70 manat dəyərində 2 ədəd tək nəfərlik yorğan, 80 manat dəyərində 4 ədəd yunlu kvadrat balış, 20 manat dəyərində 2 ədəd kvadrat tük balış, 15 manat dəyərində 2 ədəd sintafon uzun balış, 10 manat dəyərində 1 ədəd böyük yunlu döşək, 8 manat dəyərində 1 ədəd yunlu balaca döşəkcə, 20 manat dəyərində 2 ədəd yünlu böyük döçəkcə, 30 manat dəyərində 6 ədəd balaca stol üstü döşəkcə, 5 manat dəyərində 2 ədəd balış üstü tül, 20 manat dəyərində 1 ədəd tək nəfərlik ədyal, 10 manat dəyərində 2 ədəd qırmızı rəngli bəzəkli balış üzü, 10 manat dəyərində 2 ədəd mavi rəngli bəzəkli balış üzü, 10 manat dəyərində 1 ədəd hamam dəsti, 50 manat dəyərində 1 ədəd yun döşəyi, 30 manat dəyərində 1 ədəd yun yorğan, 15 manat dəyərində 1 ədəd yunlu balaca yorğan, 30 manat dəyərində 1 ədəd çəhrayı rəng qış ədyalı, 35 manat dəyərində1 ədəd şəhrayı qış ədyalı balaca sumkada, 10 manat dəyərində 1 ədəd yun balış, 18 manat dəyərində 1 ədəd uşaq hamam dəsmalı, 14 manat dəyərində 1 dəst uşaq paltarı, 10 manat dəyərində rəngli uşaq paltarı, 20 manat dəyərində 4 dəst qutulu paltarlar, 10 manat dəyərində 2 dəst qutuda əl dəsmalı, 12 manat dəyərində 1 ədəd qırmızı stol, 5 manat dəyərində yazı yazan planşet, 50 manat dəyərində 1 ədəd naxışlı qırmızı don, 40 manat dəyərində 1 ədəd dəri qırmızı don, 55 manat dəyərində 1 ədəd güpurlu don, 45 manat dəyərində 1 ədəd qara-göy rəng don, 35 manat dəyərində 1 ədəd ağ rəng qara güllü don, 60 manat dəyərində 1 ədəd yasəmən rəngli don, 50 manat dəyərində 1 ədəd balonkalı uzun qış kurtqası, 40 manat dəyərində 1 ədəd qalın qırmızı rəng kurtqa, 25 manat dəyərində 1 ədəd qara uzun nazik kurtqa, 40 manat dəyərində 1 ədəd dabanlı çəkmə, 20 manat dəyərində 1 ədəd sadə qara krosovka, 400 manat dəyərində rus istehsalı üç qaşlı nişan üzüyü, 30 manat dəyərində 1 ədəd tək qaşlı gümüş üzük və 30 manat dəyərində ikili saatdan ibarət əmlaklar, həmin əmlaklar olmadıqda isə onların dəyəri olan cəmi 13801 (on üç min səkkiz yüz bir) manat pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin yarısı, yəni 25 manat məbləği Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada 81 (səksən bir) manat 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 83 manat dövlət rüsumunun 1,6 manat hissəsi İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-73/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-73/2025
05.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver