Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-756/2020 30.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə Ərizəçı̇ oğlunun İsmayıllı Rayon Notarı̇ at Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ərizəsinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçı̇ oğlu (bundan sonra ərizəçi) məhkəməyə müraciət edərək xx xxxxxxx 2009cu il tarixdə vəfat etmiş X10 Ərizəçı̇ oğlunun doğma bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, X17 onun bibisidir. Bibisi xx xxxxxxx 2009-cu il tarixdə vəfat etmiş, vəfat etdiyi günədək onunla bir ailə üzvü kimi yaşamışdır. Bibisinin vəfatından sonra dəfn və yas mərasimlərinin xərclərini o ödəmişdir. İsmayıllı rayonun Mollaisaqlı kəndində yerləşən pay torpaq sahəsi bibisindən miras qalmışdır. Lakin bibisinin doğum akt qeydi tapılmadığından bibisi ilə arasındakı qohumluq münasibətini müəyyən etmək mümkün olmamışdır. Ona görə də qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ala bilməmişdir. Bu faktın məhkəməyəqədər və məhkəmədənkənar təsdiqi mümkün deyil. O, xx xxxxxxx 2009-cu il tarixdə vəfat etmiş X10 doğma bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. X2 bildirdi ki, ərizəçi qardaşı, X17 doğma bibisidir. Bibisi vəfat etdiyi günədək ərizəçi ilə ailə üzvü kimi yaşamışdır. O, Zalxa Abdullayevanın ərizəçinin doğma bibisi olması faktını təsdiq edir. X1 bildirdi ki, ərizəçi qardaşı, X17 doğma bibisidir. Bibisi vəfat etdiyi günədək ərizəçi ilə ailə üzvü kimi yaşamışdır. O, Zalxa Abdullayevanın ərizəçinin doğma bibisi olması faktını təsdiq edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə rədd olunmalıdır. xx xxxxxxx 2009-cu il tarixli AZ-İ 346890 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X17 xx xxxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. İsmayıllı RİHB-nın Mollaisaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 371 nömrəli arayışdan müəyyən edilir ki, Ərizəçı̇ oğlunun mərhum bibisi X17 xx xxxxxxx 2009-cu il tarixdə vəfat etmiş, vəfat edənə kimi onun himayəsində ailə üzvləri 1957-ci il təvəllüdlü Abdullayeva Rəhilə Vəkil qızı, xx.xx.1996-cı il təvəllüdlü X14 və xx.xx.1995-ci il təvəllüdlü X11 yaşamışdır. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli arayışdan görünür ki, 1936-1939-cu illər üzrə yoxlama aparılmış, İsmayıllı rayon üzrə 1936-cı ilə aid İsmayıllı rayon qeydiyyat şöbəsinin arxivində X10 doğum akt qeydi tapılmamışdır. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli 107 nömrəli arayışdan görünür ki, ailə vəziyyətini müəyyən etmək məqsədi ilə arxiv məlumatları 1954-cü ildən xx xxxxxxx 2009-cu ilədək vətəndaşlıq vəziyyəti aktlarının ümumrespublika elektron məlumat bankında yoxlanılmış, qeyd edilən dövrlərdə X10 nikah haqqında akt qeydi aşkar olunmamışdır. İsmayıllı RİHB-nın Mollaisaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 188 nömrəli arayışdan görünür ki, X3 Rəfayıl Məhəmmədəlı̇ oğlunun doğma bibisidir, xx xxxxxxx 2009-cu il tarixdə vəfat etmiş, vəfat edənə qədər bir ailənin üzvü olmaqla Ərizəçi ilə bir yerdə yaşamışdır və heç bir övladı yoxdur. İsmayıllı Rayon Dövlət Arxivinin xx xxxxxxx 2020-ci il tarixli 174 nömrəli arayışından görünür ki, İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 170 nömrəli arxiv fondunda saxlanan İsmayıllı rayonu üzrə 1938-1943-cü illərin doğumun bərpa və doğum aktı sənədlərində 1938-ci ildə Mollaisaqlı kəndində anadan olmuş X10 adı aşkar edilməmişdir. xx xxx 1948-ci il tarixli 73 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxx 1925-ci ildə doğulmuş, atası X20 və anası X15 qeyd olunmuşdur. xx xxx 1964-cü il tarixli AЗ 673793 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçı̇ oğlu xx xxx 1964-cü ildə doğulmuş, atası X8 və anası X5 qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi xx xxx 1964-cü il tarixdə İsmayıllı rayonun Mollaisaqlı kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla orada yaşayır. Ərizəçinin valideynləri X8 və X9r. Ərizəçi X10 doğma bibisi olduğunu bildirir. X4 məxsus doğum haqqında akt qeydi aşkar edilməmişdir. X10 doğum akt qeydi tapılmadığından ərizəçi ilə arasındakı qohumluq münasibətini müəyyən etmək mümkün olmamışdır. Ona görə də ərizəçi Zalxa Abdullayevadan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Zalxa Abdullayevaya məxsus doğum haqqında şəhadətnamə, doğum haqqında akt qeydi və ya doğum faktını təsdiq edən digər sənəd olmadığından ərizəçi doğum faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmədən Zalxa Abdullayevanın onun doğma bibisi olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Ona görə də ərizə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: xx xxxxxxx 2009-cu il tarixdə vəfat etmiş X10 Ərizəçı̇ oğlunun doğma bibisi olması faktının müəyyən edilməsinə dair ərizə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-756/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-756/2020
30.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver