Məhkəmə qərarları › İş №2(037)-759/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-759/2022

13.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-759/2022 13.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 13 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək oğlu X4 09 noyabr 1991-ci il tarixdə İsmayıllı şəhərində vəfat etməsi, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 24 oktyabr 1991-ci il, doğulduğu yerin İsmayıllı şəhəri, daimi yaşadığı yerin İsmayıllı rayonun İsmayıllı kəndi, milliyyətinin azərbaycanlı, ölüm yerinin İsmayıllı şəhəri, ölüm tarixinin 09 noyabr 1991-ci il, ölüm səbəbinin “qəfləti ölüm” qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, məhkəmə iclasında X8, X9 və X6 şahid qismində dindirilərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə ərizəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu Orxan Ramazanlı 24 oktyabr 1991ci il tarixdə İsmayıllı şəhərində doğulmuşdur. Oğlu doğulduqdan bir neçə gün sonra yəni 09 noyabr 1991-ci il tarixdə qəflətən vəfat etmişdir. Orxan vəfat etdiyi gün, yəni 09 noyabr 1991-ci il tarixdə İsmayıllı şəhərində yerləşən “Həzrə” qəbirstanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin hüquqi nəticələrini bilmədiyindən həmin vaxt oğlunun ölümünün rəsmiləşdirilməsinə dair sənədi almamışdır. Oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından qanunla müəyyən olunmuş hüquqlarından istifadə edə bilmir. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Oğlunun ölümünə dair tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Oğlunun ölümünə dair tibbi şəhadətnamə almaq üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, oğlunun vəfat etməsi barədə vaxtında müraciət etmədiyi üçün ölümünə dair tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Ona görə də məhkəməyə müraciət edərək oğlu X4 09 noyabr 1991-ci il tarixdə İsmayıllı şəhərində vəfat etməsi, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 24 oktyabr 1991-ci il, doğulduğu yerin İsmayıllı şəhəri, daimi yaşadığı yerin İsmayıllı rayonun İsmayıllı kəndi, milliyyətinin azərbaycanlı, ölüm yerinin İsmayıllı şəhəri, ölüm tarixinin 09 noyabr 1991-ci il, ölüm səbəbinin “qəfləti ölüm” qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X12 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin oğlu Orxan Ramazanlının ölümü haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi oğlunun ölümünə dair tibbi şəhadətnaməni vaxtında təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. Qardaşının 24 oktyabr 1991-ci il tarixdə Orxan adlı bir oğlu doğulmuşdur. Lakin bir neçə gün sonra yəni 09 noyabr 1991-ci il tarixdə uşaq qəflətən vəfat etmişdir. Orxan İsmayıllı şəhərində yerləşən “Həzrə” adlanan qəbirstanlıqda dəfn olunmuşdur. Orxanın dəfn və yas mərasimlərində iştirak etmişdir. O, X4 09 noyabr 1991-ci il tarixdə İsmayıllı şəhərində qəflətən vəfat etməsi və İsmayıllı şəhərində “Həzrə” adlanan qəbirstanlıqda dəfn olunmasını təsdiq edir. X1 və X13 X3 ilə eyni məzmunlu ifadə verərək X4 09 noyabr 1991-ci il tarixdə İsmayıllı şəhərində qəflətən vəfat etməsi və İsmayıllı şəhərində “Həzrə” adlanan qəbirstanlıqda dəfn olunmasını təsdiq etdilər. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi xx xxxxxx 1966-cı il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində anadan olmuş, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayır. V-ЖГ 336808 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X14 arasında 03 noyabr 1990-cı il tarixdə rəsmi nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Adgözəlov, arvada Adgözəlova soyadı verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli arayışdan görünür ki, X10 24 oktyabr 1991-ci il tarixdə doğulmuş, atası Ərizəçi, anası isə X7r. Qəbir və qəbir daşının fotoşəkillərindən görünür ki, göstərilən məzar X5 aiddir və onun 24 oktyabr 1991-ci il tarixdə doğulduğu, 09 noyabr 1991-ci il tarixdə isə vəfat etdiyi qeyd edilmişdir. İsmayıllı rayon X11 Hüquqi Şəxsi tərəfindən verilmiş 05-02-252/2022 nömrəli 23 aprel 2022-ci il tarixli arayışından görünür ki, ərizəçinin övladı 24 oktyabr 1991-ci il təvəllüdlü X10 09 noyabr 1991-ci il tarixdə vəfat etmişdir. İsmayıllı RMX-na vəfat etməsi barədə müraciət edilmədiyi üçün X5 ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. Maraqlı şəxs 05/Q-233 nömrəli 25 aprel 2022-ci il tarixli məktubundan görünür ki, X4 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. 29 aprel 2022-ci il tarixli aktdan görünür ki, İsmayıllı rayon Bələdiyyəsinin sədr müavinləri və üç nəfər İsmayıllı şəhər sakinlərinin iştirakı ilə 29 aprel 2022-ci il tarixdə İsmayıllı şəhəri ərazisində yerləşən “Həzrə” adlanan qəbirstanlığına baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, ərizəçinin övladı 09 noyabr 1991-ci il tarixdə vəfat etmiş X10 həqiqətən İsmayıllı şəhəri ərazisində yerləşən “Həzrə” adlanan qəbirstanlıqda dəfn olunmuşdur. İsmayıllı Bələdiyyəsi tərəfindən verilmiş 04 may 2022-ci il tarixdə 69 nömrəli arayışdan görünür ki, ərizəçinin övladı 09 noyabr 1991-ci il tarixdə vəfat etmiş X10 həqiqətən İsmayıllı şəhəri ərazisində yerləşən “Həzrə” adlanan qəbirstanlıqda dəfn olunmuşdur Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin oğlu Orxan Ramazanlı 24 oktyabr 1991-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuşdur. Orxan Ramazanlı 09 noyabr 1991-ci il tarixdə İsmayıllı şəhərində vəfat etmiş və həmin gün İsmayıllı şəhərində yerləşən “Həzrə” adlanan qəbirstanlıqda dəfn olunmuşdur. Lakin ərizəçi qanunla müəyyən olunmuş müddətdə müvafiq orqana müraciət etmədiyindən oğlu Orxan Ramazanlıya ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. X2 ölüm haqqında tibbi şəhadətnamə alımadığından ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və bununla əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. Ərizəçinin oğlunun ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X4 09 noyabr 1991-ci il tarixdə İsmayıllı şəhərində vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin oğluna ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. X10 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 24 oktyabr 1991-ci il, doğulduğu yer İsmayıllı şəhəri, daimi yaşadığı yer İsmayıllı rayonun İsmayıllı kəndi, milliyyəti azərbaycanlı, ölüm yeri İsmayıllı şəhəri, ölüm tarixi 09 noyabr 1991-ci il, ölümün səbəbi “qəfləti ölüm” qeyd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 09 noyabr 1991-ci il tarixdə İsmayıllı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X10 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 24 oktyabr 1991-ci il, doğulduğu yer İsmayıllı şəhəri, daimi yaşadığı yer İsmayıllı rayonun İsmayıllı kəndi, milliyyəti azərbaycanlı, ölüm yeri İsmayıllı şəhəri, ölüm tarixi 09 noyabr 1991-ci il, ölümün səbəbi “qəfləti ölüm” qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar