Məhkəmə qərarları › İş №2(037)-76/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-76/2024

09.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-76/2024 09.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə 09 sentyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonun Tircan kəndində birgə nikah müddətində əldə edilmiş fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş 70.000 manat məbləğində xərcin yarısı 35000 manat, kateclərin tikintisi üçün çəkilmiş 40.000 manat xərcin yarısı 20.000 manat və 08 may 2018-ci il tarixdə 18000 manata alınmış “Mercedes Benz E200” markalı,** GP *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyərinin yarısı 9000 manat,cəmi 128.000 manat dəyərində olan əmlakların dəyərinin yarısı 64000 manat məbləğinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehla 07 avqust 2009-cu il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə nikahlarından 2 övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(060)-2133/2023 saylı qətnaməsi ilə nikahları ləğv edilmişdir. Birgə nikah müddətində əsasən Sumqayıt şəhərində cavabdehin valideynlərinə məxsus olmuş mənzildə yaşasalar da,həmin müddətdə,yəni ata yurdları olan İsmayıllı rayonun Tircan kəndinin ərazisindən kənd sakini, hal-hazırda RF-da yaşayan Fərahim Aşurovdan 2011-ci ildə 0,12 hektar həyətyanı torpaq sahəsini 13000 manata almışlar və orada 2013-cü ildən başlayaraq 57000 manat xərc çəkərək fərdi yaşayış evi tikmişlər. 2021-ci ildə ev yaşamağa tam yararlı olmuş və onlar ailəliklə həmin evə köçmüşlər. Evin tikintisi və evin yerləşdiyi torpaq sahəsinin satın alınması üçün ümumilikdə 70000 manat xərc çəkmişlər. Həmin evin tikintisini həm kəndçiləri olan Rövşən Məhərrəmov usta kimi icra etmiş, hasar və çöl işlərini usta kimi Cavanşir Abdullayev,santexnik və digər təmir işlərini Mikayıl Məmmədov, polun vurulmasını isə Amil Adgözəlov adlı usta icra etmişdir.Orada başqa fəhlələrdə işləmişlər.Bundan əlavə birgə nikah müddətində Tircan kəndinin ərazisində istirahət mərkəzi yaratmaq məqsədi ilə torpaq sahəsi alaraq orada gecələmək üçün icarəyə vermək məqsədi ilə 3 ədəd katec tikdirmişlər. Həmin kateclərin tikintisinə 100.000 manat pul xərclənsədə hələ tam yararlı vəziyyətə gətirilməmişdir.Həmin kateclərin tikintisində usta kimi Cavanşir Abdulov işləmişdir.Kateclərin tikintisinə çəkilmiş xərcin 40000 manatı onların birgə nikah müddətində olan qazancdan olsada, qalan 60000 manatı cavabdehin atasına məxsus Sumqayıt şəhərində yerləşən evi sataraq ora xərcləmişdir. Sumqayıt şəhərində olan mənzil 2022-ci ilin avqust ayında satılmış və ondan sonra cavabdeh ata-anasını köçürərək onlara məxsus, birgə nikah müddətində tikilmiş İsmayıllı rayonun Tircan kəndində yerləşən evə gətirmişdir. Bundan əlavə onlar birgə nikah müddətində 08 may 2018-ci il tarixdə “Mercedes Benz E 200” markalı, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobili 18000 manata satın almışlar. Cavabdeh həmin avtomobili nikahları ləğv olunmamışdan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə formal olaraq başqa şəxsin adına keçirmiş,əslində isə avtomobil birgə nikah müddətində alınmış əmlak kimi bölünməməsi üçün saxta bir alqısatqı müqaviləsi bağlayaraq başqa adamın adına keçirmiş və özü həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Yəni boşanma vaxtı birgə nikah müddətində əldə edilmiş əmlakı, avtomaşını bölgüdən yayındırmaq məqsədi ilə edilmiş bir hərəkətdir. Onlar həmin vaxt artıq faktiki ayrı yaşamışlar. Ayrılma ərəfəsində olanda Cavabdeh atası ilə razılığa gəlmişlər ki, o əmlak bölgüsü ilə məhkəməyə müraciət etməsin və cavabdeh özü 01 avqust 2023-ci il tarixinə kimi ona və övladlarına Sumqayıt şəhərindən yaşayışa tam yararlı ev və ya mənzil alıb verəcək, ya da əvəzində 25000 manat pul verəcək ki, atası ona ev alsın. Amma nədənsə cavabdeh fikrindən daşındı və o məcbur oldu ki,məhkəməyə müraciət etsin. Ev və kateclər rəsmi dövlət qeydiyyatına alınmadığı üçün o kənd icra nümayəndəliyindən həmin ev və kateclərin iş üzrə cavabdeh olan keçmiş həyat yoldaşı Cavabdeh tərəfindən birgə nikah müddətində tikilməsi haqqında arayış alaraq ərizəsinə əlavə etmişdir. İsmayıllı rayonun Tircan kəndində birgə nikah müddətində fərdi yaşayış evinin tikintisi üçün 70000 manat xərc çəkmişlər və onun 35000 manatı alınıb ona verilməlidir. Kateclərin tikintisi üçün birgə nikah müddətində qazanılmış əmlak kimi 40000 manat xərclənmiş və onun yarısı 20000 manat alınıb ona verilməlidir. Eyni ilə birgə nikah müddətində, 08 may 2018-ci il tarixdə 18000 manata alınmış “Mercedes Benz E 200” markalı,** GP *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətinin yarısı 9000 manat, cəmi birgə nikah müddətində qazanılmış yuxarıda göstərdiyi 128000 manat dəyərində olan əmlakın yarısı dəyəri,yəni 64000 manat cavabdehden alınıb ona verilməlidir. O, aralarında qarşılıqlı razılıq əsasında əmlak bölgüsünün aparılması üçün cəhd göstərsə də qarşı tərəf heç bir formada razılığa gəlmək istəmir və məcbur olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya şurasına müraciət etmiş, orda da qarşı tərəf iclasda iştirak etməmiş və bu barədə mediasiya şurası xx.xx.2023-ci il tarixdə MŞQ/MT035/23-221 saylı arayış verərək məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Ona görə o əmlak tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Cavabdehin iddia tələbinə verdiyi etiraz ərizəsinə münasibət bildirərək qeyd edir ki, etirazda qeyd olunanlar həqiqəti əks etdirmir, cavabdeh birgə nikah müddətində birgə qazandıqları əmlakın ona çatan hissəsini mənimsəmək üçün heç bir əsası,sübutu olmayan yalanlar uyduraraq birgə əmlakdan ona çatan payı vermək istəmir.Yaşayış evinin güya atasına məxsus olması haqqında göstərilənlər düzgün deyil, evi iddia ərizəsində göstərdiyi kimi onlar tikmişlər.İsmayıllı rayonun Tircan kəndinin ərazisindən kənd sakini, hal-hazırda RF-da yaşayan Fərahim Aşurovdan 2011-ci ildə 0,12 hektar həyətyanı torpaq sahəsini 13000 manata almışlar və orada 2013-cü ildən başlayaraq 57000 manat xərc çəkərək fərdi yaşayış evi tikmişlər. 2021-ci ildə ev yaşamağa tam yararlı olmuş və onlar ailəliklə həmin evə köçmüşlər.Evin tikintisi və evin yerləşdiyi torpaq sahəsinin satın alınması üçün ümumilikdə 70000 manat xərc çəkmişlər. Bundan əlavə kənd icra nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışlarda da həmin evin Cavabdeh tərəfindən tikilməsi göstərilmişdir. Evin qaz sayğacı öz adınadır, evin işıq sayğacı isə torpaq sahəsini satın aldıqları Fərahim Aşurovun anasının adınadır. Cavabdeh isə komunal xidmətlərin atasının adına olduğunu göstərmək istəyir. Koteclərin güya dayısı Mirağa Osmanova məxsus olduğunu bildirərək, güya ora xərclənmiş pulun dayısı tərəfindən ona göndərildiyini iddia edir. 08 may 2018-ci il tarixdə 18000 manata alınmış “Mercedes Benz E 200” markalı, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah müddətində satılması və vəsaitin birgə xərclənməsini göstərməsi də həqiqət deyildir. Belə ki, nikahları 2023-cü ilin aprel ayında ləğv olunsada, onlar faktiki 2022-ci ilin sentyabr ayında ayrılmışlar və həmin vaxtdan atası gildə övladları ilə birlikdə yaşamışlar, cavabdehlə heç bir əlaqələri olmamışdır, heç bir maddi və ya mənəvi köməklik göstərməmişdir. Avtomaşın hal-hazırda da cavabdehin istifadəsində olmaqla özü idarə edir.Yəni etirazda göstərilənlər həqiqəti əks etdirmir. Bundan əlavə etirazda cavabdeh olan şəxs göstərir ki, güya aylıq gəliri 440 manat olmuşdur və bu qazancla ev tikmək,kotec tikmək mümkün deyildir. Burda da cavabdeh yalan danışır, onun aylıq gəliri tək işlədiyi şirkətdən aylıq 2500-3000 manat arası olurdu, atası isə 75 yaşdan yuxarı yaşı olan xəstə,ağır əməliyyat keçirmiş bir şəxsdir. Qazancı əyər cavabdehin göstərdiyi kimi olubsa, onda bu şəxs iki dəfə hər dəfə 7000 ABŞ dolları, cəmi 14000 ABŞ dolları xərc çəkərək həc ziyarətinə necə getmişdir.Səhv etmirsə 2018-ci ildə 8000 manat xərc çəkərək atasını necə əməliyyat etdirmişdir. Yəni etirazda göstərilənlər həqiqəti əks etdirmir,uydurduğu yalanlarla birgə nikah müddətində qazandıqları əmlakın ona çatan hissəsini mənimsəmək istəyir.Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil təmsil etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, əlavə olaraq göstərdi ki, onlarda olan məlumata əsasən cavabdeh fərdi yaşayış evini 120000 manata satışa çıxarmışdır. Oan görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı keçmiş arvadıdır. İddia ərizəsində birgə nikah dövründə tikilmiş və ona məxsus olduğu iddia edilən İsmayıllı rayonu,Tircan kəndi ərazisində tikilmiş fərdi yaşayış evi atası Balasəməd Qurbanova məxsusdur. Belə ki, 2013-cü il tarixdə atası Balasəməd Qurbanov tərəfindən 7000 manat məbləğində ödəniş edilərək satın alınmışdır. Ev meşə zolağına düşdüyünə görə evin hüquq müəyyənedici sənədi yoxdur. Lakin bütün kommunal xərclər və xidmətlər də atası Balasəməd Qurbanovun adınadır,onun tərəfindən ödənilir. Hal-hazırkı vaxta qədər atası və anası sözü gedən evdə yaşayır. O, ailə qurduqdan sonra iddiaçı ilə birlikdə bir gün da olsa həmin evdə yaşamamışlar. İddiaçı sözü gedən evə gəlin gəlməmişdir. Ev atasına məxsusdur. Atası uzun illərdir ki, taksi sürücüsü işləyərək öz qazancı ilə evi tikdirmişdir.Evin tikintisi hələ də yarımçıq qalmışdır. Qeyd edir ki, ailəsi dağıldıqdan sonra o da valideynləri ilə birlikdə yaşayır.İddia ərizəsində qeyd edilən koteclər ümumiyyətlə ona aid deyildir.Sözü gedən koteclər Rusiya Federasiyasının vətəndaşı olan dayısı Mirağa Osmanova məxsusdur. Dayısı işləri ilə əlaqədar Azərbaycana gələ bilmədiyi üçün tikinti işlərinə nəzarət etməyi ondan xahiş etmiş və bunun müqabilində də ona aylıq pul ödəmişdir. Özünün də dediyi kimi yad adama etibar etməkdənsə onsuzda işə ehtiyacı var, maddi sıxıntıları var,bu baxımından da ona maddi köməkdir. Həm dayısının işlərini qaydasına salaraq həm də pul qazanacaqdır. Bu səbəbdən də razılaşmışdır. Lakin aralarında narazılıq yaranmış, dayısı bütün vaxtını ustalara, tikintiyə nəzarət etməklə keçirtməyinə baxmayaraq ona heç bir ödəniş etməmişdir. Həmçinin ərazi sürüşmə zonası olduğuna görə tikinti işlərində müəyyən problemlər yaranmış və bununla bağlı aralarında narazılıq baş vermişdir.O,da bu işdən imtina etmişdir. İddia ərizəsində tələb edilən “Mercedes Benz E 200” markalı, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobili həqiqətən də birgə nikah dövründə yəni 08 may 2018-ci il tarixdə 12000 manata almışdır. Elə ailəli olduqları dövrdə də ailə ehtiyaclarını ödəmək üçün yığılmış borcları ödəmək məqsədilə satılmışdır. Yəni birgə nikah dövründə də satılmışdır. Qeyd edir ki, o "Ayan” MMC-də 14 il işləmiş və onun aylıq əmək haqqı 440 manat təşkil etmişdir.2022-ci ilin fevral ayında işdən çıxmalı olmuşdur. İşdən çıxdıqdan sonra heç bir yerdən maddi gəliri olmamış, nəticədə ailə ehtiyaclarını ödəmək üçün borcları yaranmışdır. Bunlardan iddiaçının da xəbəri olmuşdur. Avtomobili də o məqsədlə ailəli olan dövrdə sataraq borclarını ödəmişdir. Qeyd etdiyi ki, onun aylıq gəliri 440 manat təşkil etmişdir. Bu qədər aylıq qazancla istirahət məqsədli koteclərin eləcə də fərdi evin tikintisini etmək tamamilə absurddur.Bu da onu göstərir ki, iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir.İddia ərizəsinə sübut olaraq əlavə edilmiş sənədlərdən də məlum olur ki, fərdi evin eləcə də kotecin həqiqətən də ona məxsus olması barədə heç bir məlumat yoxdur. Tikintiyə nəzarət etməyi tikintinin onun tərəfindən birgə vəsaitləri hesabına aparılması, ümumiyyətlə ona məxsus olması kimi anlaşılması düzgün deyildir. Qeyd etdiklərini əsas gətirərək hesab edir ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır, təmin edilməməlidir. İddiaçı ilə birgə nigah dövründə aldığı və birgə nigah dövründə maddi sıxıntılarından dolayı satdığı adı keçən “Mercedes Bens E-200” markalı avtomobil ilə bağlı ekspertizanın rəyində qeyd edilənlərə əsaslı narazılıq edərək bildirmək istəyir ki, satıj birjasından seçilmiş nümunə avtomobilin qiyməti idarə etdiyi “Mercedes Bens E 200” markalı avtomobillə nisbətdə daha yüksək təyin olunmuşdur. İddiaçı tərəfin də məlumatı olduğu kimi, avtomobili idarə etdiyi müddətdə Bakı-Sumqayıt şossesində həmin avtomobillə ağır yol qəzası keçirmiş və avtomobilin təmirinə 5 ay müddət sərf olunmuş və təmirə 5000-6000 azn aralığında pul xərclənmişdir. Satış birjasından nümunə olaraq seçilən avtomobilin yürüş məsafəsi 295000 km olduğu halda, onun idarə etdiyi “Mercedes Benz E 200” markalı avtomobilin yürüş məsafəsi 500000 km-dir və ağır qəza keçirmişdir. Göründüyü kimi satıj birjasından nümunə kimi seçilən avtomobilin yürüş məsafəsi ilə onun idarə etdiyi “Mercedes Benz E200” avtomobilinin yürüş məsafəsində 2 dəfəyə yaxın fərq vardır.Ekspert rəyinin çıxartdığı məbləğ avtomobilin real qiymətini əks etdirmir. Fərdi yaşayış evi və koteclər ona məxsus olmadığından ekspert rəyində qeyd edilmiş həmin əmlaklara çəkilən xərc məbləğinə dair münasibət bildirməyi zəruri hesab etmir. O, uzun illərdir xroniki Hipatit C xəstəsidir. İllər boyu öz şəxsi hesabına müalicə almışdır.Maddi durumu olmadığı üçün 2024-cü ilin yanvar ayından Sumqayıt şəhəri 2NQ li tibbi xəstəxanasında ağır Hipatit C xəstəsi olaraq qeydiyyata düşüb dövlət hesabına müalicə alır. Xəstəliyinin dərəcəsinin ağır olduğunu nəzərə alaraq həkimlər müalicəsinin mütəmadi olaraq həkim nəzarəti altında davam etdirilməsini tələb edirlər. Evin tikintisinə 57000 manat yox, ümumilikdə 30000 manat pul xərclənmişdir. İddiaçı ilə nigaha girdikləri dövrdən 2022-ci ilin sentyabr ayına qədər Sumqayıt şəhərində atasına məxsus evdə yaşamışlar. Sumqayıt şəhərindəki atasına məxsus ev satıldıqdan sonra isə iddiaçı övladları ilə birgə valideyinlərinə məxsus olan Sumqayıt şəhərindəki evə yerləşmişlər. O, iddiaçı ilə birgə nigahda olduqları müddət ərzində İsmayıllı rayonu Tircan kəndindəki atası Balasəməd Qurbanova məxsus evdə heç vaxt bir yerdə yaşamamışlar. Qarşı tərəfi bu yalan iddiasını subut edə biləcək və həqiqəti əks etdirə biləcək heç bir dəlili yoxdur. İddiaçının iddiasının əksi olaraq həmin adı çəkilən evin atası Balasəməd Qurbanov tərəfindən öz şəxsi vəsaiti hesabına inşa etməsini, evin atasına məxsus olmasını və 2020-ci ildən bu günə qədər həmin evdə anası ilə ikisinin birgə yaşamasının sübutu olaraq qonşular tərtib olunan Aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Aktın doğruluğunu təsdiq edərək imzalanması İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Tircan kənd İnzibatı ərazi dairə üzrə nümayəndəliyinin binasında, İsmayıllı RİH başçısının Tircan kənd İƏD üzrə nümayəndəsi Əhməd Əhmədovun iştirakı ilə həyata keçirilmişdir. İsmayıllı RİH başçısının Tircan kənd İƏD üzrə nümayəndəsi Əhməd Əhmədov özü də aktın doğruluğunu imza və möhürü ilə təsdiqləmişdir.Adları çəkilən ustaların zəhmət haqqısının bir hissəsi atası tərəfindən ödənmiş, bir hissəsi də atasının ona verdiyi pulla onun tərəfindən əlbə-əl işçilərə ödəniş edilmişdir. O evin tək oğludur. Tikintini idarə edib orda iştirak etməyi evin sahibi olmağı anlamına gəlmir. Atasının bu işləri ondan başqa görə biləcəyi başqa kimsəsi yoxdur.Qarşı tərəfin iddiasında kommunal sənədlərin onun adına olması ilə bağlı bildirir ki, qaz sayğacı çəkilən vaxtı atası Balasəməd Qurbanov şəxsiyyəti təsdiq edən sənədi tapa bilmədiyi üçün qaz sayğacı onun adına rəsmiləşdirilmişdir.Şəxsiyyət vəsiqəsi tapdıqdan bir müddət sonra atası “Azəriqaz” İB Ağsu RQİİ-nin İsmayıllı XS-nə yaxınlaşaraq qaz sayğacını öz adına rəsmiləşdirmişdir. 2023-cü ilin avqust ayından qaz sayğacı atasının adınadır. Bundan əlavə işıq sayğacı 2019-cu ildən bu günə qədər Leyla Aşurovanın adınadır. Hər hansı bir sayğac müqaviləsinin kiminsə adına olması evin ona aid olduğunun sübutu deyildir.Bu absurt bir fikiridir. Sayğacın qısa müddətə onun adına olmağı evin ona məxsus olduğunun göstəricisi deyildir. Kateclərin sahibi dayısı Mirağa Osmanov tikinti müddətində özü Azərbaycanda olmuş və tikinti xərclərinin ödənişlərini şəxsən özü etmişdir.İşlədiyi müəssisədən işdən ayrıldıqdan 7-8-ay sonra dayısına məxsus kotej tikintisinə start verilmişdir və həmin tikintidə şifahi razılaşdırılmış məbləğ müqabilində tikinti sahibi tərəfindən tikintiyə işə dəvət olunmuşdur.İşlədiyi müddət ərzində aldığı məvaciblə ailə ehtiyaclarını çətinliklə qarşıladığı halda işləmədiyi vaxtda isə onun 40000 manat qazanmağı və bu məbləğin onda olması absurt bir fikirdir. Onun bu yaşa qədər qazandığı və ya sahibi olduğu 40000 manat məbləğ heç vaxt olmamışdır. Qarşı tərəfin Kotejlərin ona aid olma iddiasına cavab olaraq heç bir həqiqəti özündə əks etdirməyən yalanlarına danılmaz sübut olaraq bildirmək istəyir ki, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Tircan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 552 nömrəli 30 noyabr 2023-cü il tarixində İsmayıllı Rayon Məhkəməsinə təqdim edilmək üçün verilən arayışda həmin 3 kotejin Rusiya Federasiyasında yaşayan Mirağa Osmanova aid olduğunu qeyd etmişdir. Arayış İcra Hakimiyyəti Başçısının Tircan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Əhmədov tərəfindən imzalanaraq möhürlə rəsmi qaydada təsdiqlənmişdir. Buraxılış ili 2001, Ban: WDB2100481B352685, Dövlət qeydiyyat nişanı: ** HF *** (indiki ** GP ***) nömrəli “Mercedes Benz E200” minik maşınını 07 may 2018-ci il tarixində iddiada göstərildiyi kimi 18000 manata yox,12300 manata Oğuz rayon sakini X26 Əzizovun şahidliyi və iştirakı ilə əlbə-əl 12300 manat ödəniş edərək almışdır. Pandemiya vaxtında xərclərinin artması və işlərin yaxşı getməməsi onsuzda yaxşı olmayan maddi durumunu bir az da çətinləşdirdi. Maddi durumunu yaxşılaşdırmaq məqsədiylə uzun illər tanıdığı şəhid ailəsindən 2022-ci ilin yanvar ayında 10000 manat məbləğində borc götürmüşdür. Maddi durumunu yaxşılaşdırmaq məqsədiylə borc götürdüyü pulla hansısa əlavə işlər görüb qazanmaq niyyəti olmuşdur. Əlavə gəlir əldə etmək niyyətiylə götürdüyü pulla gözlədiyi nəticəni əldə edə bilmədi və aldığı məvacib ehtiyaclarını tam ödəmədiyindən dolayı borc götürdüyü pulda ailə ehtiyaclarının qarşılanmasına və şəxsi ehtiyaclarının ödənilməsinə hissə-hissə xərclənmişdir. Götürdüyü borcu 1 il ərzində qaytaracağı barədə şifahi öhdəlik götürsə də, maddi sıxıntıları və işsizliyinə görə borcu qaytara bilmədi və sonda avtomobili borc götürdüyü ailə üzvlərindən birinin adına borc əvəzinə rəsmiləşdirmişdir. Borc sahibinin adına maşını keçirtdikdən sonra ondan bir müddət maşını idarə etmək üçün etibarnamə verməsini xahiş etmişdir. Bir müddət sonra ailəsi ilə aralarında yaranan narazıçılıqlar səbəbindən nigahları pozulmuşdur.Məhkəmə Ekspertiza Mərkəzinin Ekspert rəyində nümunə seçilərək məhkəməyə təqdim olunmuş avtomobilin şərh bölməsində avtomobilin vuruqsuz, zədəsiz və boyasız olduğu qeyd olunmuşdur. Bunun əksi olaraq həmin dövrdə onun idarə etdiyi ** GP *** nömrəli avtomobil xx.xx.2020ci ildə keçirdiyi ağır yol qəzasından dolayı yuxarıda sadalanan kriteriyalarla uyğunluq təşkil etmir. Bununla yanaşı həmin avtomobilin yürüş kilometri göstərilən həmin dövrdə onun idarə etdiyi ** GP *** nömrəli avtomobilin yürüşündən 2 dəfəyə yaxın azdır. Sübutlar belə düşünməyə əsas verir ki, Məhkəmə Ekspertiza Mərkəzinin Ekspert rəyinin təqdim etdiyi qiymət ** GP *** nömrəli avtomobillə müqayisədə daha yüksək götürülmüşdür. Qəza zamanı Azərbaycan Avtomobil yolları dövlət agentliyinə məxsus 5 ədəd (19 metrlik uzunluqda) məhədcər əzilərək yararsız hala düşmüşdür. Qəza zamanı dəymiş zərər İcbari Siğorta olan Xalq Siğorta tərəfindən PXA********** nömrəli müqaviləyə əsasən ödənmişdir. Qəzaya dair toplanmış sübutları DYP-dən qəza barədə təqdim olunan arayışı, həmin qəzanın həmin tarixdə sığorta şirkətində qeydiyyata alınması barədə sənədi, Sumqayıt şəhər G-energi servisdə avtomobilə keçirilən texniki baxışın nəticələrini əks etdirən sənədləri məhkəməyə təqdim etmişdir. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki,İsmayıllı rayonu,Tircan kəndində yaşayır.Tərəflər kəndçiləridir. Tircan kəndində inşa olunmuş evin tikintisində işləmək üçün İlqar tərəfindən dəvət olunmuşdur. Tikilən evdə pol işlərinin görülməsində və evin zirzəmisində polkaların yığılmasında iştirak etmişdir. Evdə gördüyü işin pulun İlqar veribdir. O, evdə işləyərkən tikilən evin İlqar üçün tikilməsini eşitmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu,Tircan kəndində yaşayır.Tərəflər kəndçiləridir. Tircan kəndində tikilən evdə daş işlərini görmüşdür. Evdə daş işlərinin görülməsinə İlqar tərəfindən dəvət olunmuşdur. Gördüyü işin pulunu İlqar veribdir.İlqar kəndçisi olduğu üçün kvadratı 3 manata olan işi İlqar üçün 2 manata görmüşdür. Evin hörgü işlərini görmüş və fundamentini tökmüşdür. Evdə işləyərkən tikilən evin İlqar üçün tikilməsini eşitmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu,Tircan kəndində yaşayır. Tərəflər kəndçiləridir. Tircan kəndində tikilən evdə qardaşı Rövşənlə birlikdə hörgü işlərinin görülməsində iştirak etmişdir. Onları evdə işləməyə İlqar dəvət edibdir. Onun gördüyü işin pulunu qardaşı Rövşən İlqardan aldığı puldan vermişdir.Evdə işləyərkən tikilən evin İlqar üçün tikilməsini eşitmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki,İsmayıllı rayonu,Tircan kəndində yaşayır. Tərəflər kəndçiləridir. Tircan kəndində inşa olunmuş evin həyətində kafel,evin içində isə santexnik işləri görmüşdür. Onu evdə işləməyə İlqar dəvət etmişdir və pulunu da İlqar vermişdir. Evdə işləyərkən tikilən evin İlqara məxsus olmasını eşitmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Tircan kəndində yaşayır. Aysel qardaşı qızı, İlqar isə qardaşı qızının keçmiş əridir. İlqara məxsus evin tikintisində beton tökülməsində iştirak etmişdir. Evdə gördüyü işin pulunu İlqar özü vermişdir. Evdə işləyəndə İlqarın atası Balasəməd evə gəlibgetmişdir. Kateclər də İlqara məxsusdur və onun tərəfindən inşa olunmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadə verərək göstərdi ki, Sumqayıt şəhərində yaşayır.Aysel qızı,İlqar isə keçmiş kürəkənidir.Qızı Aysellə kürəkəni İlqar arasında rəsmi nikah qeydə alınmış və aralarında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur.Birgə nikah dövründə kürəkəni İlqar tərəfindən İsmayıllı rayonu, Tircan kəndi ərazisində 12 sot torpaq sahəsi alınmış və həmin torpaq sahəsində kürəkəni İlqar tərəfindən fərdi yaşayış evi inşa olunmuşdur.O, kürəkəni İlqara məxsus evdə elektrik işləri görmüş və gördüyü işlərin pulunu kürəkəni olduğu üçün almamışdır. Birgə nikah dövründə kürəkəni İlqar atası Balasəməd Qurbanova məxsus Sumqayıt şəhərində yerləşən evi sataraq İsmayıllı rayonu,Tircan kəndi ərazisində istirahət məqsədi ilə 3 ədəd kotec tikmişdir.Koteclərin İlqara məxsus olmasını Tircan kənd sakinləri təsdiq edirlər. Belə ki, Tircan kənd sakinləri onu görəndə kürəkəni İlqarın istirahət məqsədi ilə meşədə koteclər tikdiyini bildirmişlər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadə verərək göstərdi ki, ünvan 1 ünvanında yaşayır. İlqar və Aysellə qohumluqları yoxdur.İsmayıllı rayonu,Tircan kəndində tikilən ev onun yaşadığı evin qonşuluğunda yerləşir. O, kəndə gəlib-gedəndə qonşuluğunda tikilən evin kimə məxsus olduğunu soruşmuş və ona evin Balasəməd Qurbanova məxsus olması bildirilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadə verərək göstərdi ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşayır. 2022-ci ildə İsmayıllı rayonu,Tircan kəndində inşa olunmuş Rusiya Federasiyasında yaşayan Mirağa Osmanova məxsus kateclərin inşasında usta köməkçisi işləmişdir.Koteclərin inşasına İlqar tərəfindən dəvət olunmuşdur. İlqar koteclərin inşasında tikinti materiallarının alınmasını və tikinti obyektinə daşınmasını həyata keçirmişdir.Onun koteclərin inşasında gördüyü işlərin haqqı tikintinin sahibi Mirağa Osmanov tərəfindən göndərilmiş vəsait hesabına baş usta Daşqın İmaməliyev tərəfindən ödənilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadə verərək göstərdi ki, ünvan 2 ünvanında yaşayır. İlqar xalası oğlu, Aysel isə xalası oğlunun keçmiş arvadıdır. 2018-ci ildə İlqarla birlikdə əvvəlcədən internetdə görüb bəyəndikləri “Mercedes Benz E200” markalı avtomaşını 12300 manata Oğuz rayon sakini Rafət Bayramovdan almışlar. İlqar onun iştirakı ilə “Mercedes Benz E200” markalı avtomaşına görə Rafət Bayramova əlbə-əl 12300 manat məbləğində pul vermişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək göstərdi ki,İsmayıllı rayonu,Tircan kəndində yaşayır. Cavabdeh arvadının dayısı oğludur. Ayseli isə İlqarın arvadı kimi tanımışdır.Tircan kəndində tikilən ev Balasəməd Qurbanova məxsusdur və onun tərəfindən inşa olunmuşdur.Tircan icra nümayəndəliyində tərtib olunmuş aktda da evin Balasəməd Qurbanova məxsus olmasını təsdiq etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Tircan kəndində yaşayır. 2019-cu ildə Tircan kəndində tikilən evin inşası zamanı evin iç və çöl suvaq işlərini və həyətdə hasar hörgü işlərini görmüş və gördüyü işin pulu 2 il müddətində hissə-hissə olmaqla əlbə-əl ev sahibi Balasəməd Qurbanov tərəfindən ödənilmişdir.Evdə işləmək üçün İlqar tərəfindən dəvət olunsa da, evdə tikinti işlərini görərkən İlqar özü orada olmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, ünvan 3 ünvanında yaşayır. İsmayıllı rayonu,Tircan kəndi ərazisində inşa edilmiş kateclər qardaşına məxsusdur. Kateclərin tikintisinə çəkilən xərcləri qardaşı ödəmişdir.Kateclər inşa olunanda qardaşı özü burada olmuşdur.Tikintinin pulunu qardaşı vermişdir.Qardaşı 2022-ci ilin noyabr ayında gəlmiş, 2023-cü ilin dekabr ayında getmişdir.Kateclərin pulunu qardaşı gələndə özü ilə gətirmişdir.Qardaşı kateclərin inşasına nəzarət etməyi özü burda olmayanda İlqara tapşırmışdır. Kateclərin yerləşdiyi torpaq meşə fonduna aiddir.Torpağın alınmasından xəbəri yoxdur. Sonradan kateclərin inşa olunduğu torpaqda çökmə olduğundan tikintinin inşası yarımçıq qalmışdır. Kateclərin inşasına qardaşı 41000 manat məbləğində xərc çəkmişdir. Kateclər ferma şəkilində inşa edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərdi ki,İsmayıllı rayonu,Tircan kəndində yaşayır.İsmayıllı rayonu,Tircan kəndində inşa olunmuş mübahisəli kateclər Rusiya Federasiyasında yaşayan qardaşı Mirağa Osmanovun vəsaiti hesabına tikilmişdir və ona məxsusdur.Kateclərin inşası zamanı usta köməkçisi vəzifəsində işləmişdir. Kateclərin inşasında işləmək üçün qardaşı Mirağa tərəfindən dəvət edilmişdir. Qardaşı kateclərin inşasına nəzarət etməyi İlqara tapşırmışdır. Kateclərin inşası zamanı qardaşı özü burada olmuşdur. Sonradan kateclərin yerləşdiyi yerdə çökmə baş verdiyindən tikinti yarımçıq dayandırılmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadə verərək göstərdi ki,İsmayıllı rayonu,Tircan kəndində yaşayır. İlqar əmisi oğlu,Aysel isə əmisi oğlunun keçmiş arvadıdır.Tircan kəndində tikilən evin inşasında beton və digər işlərin görülməsində iştirak etmiş və evin sahibi Balasəməd Qurbanov əmisi olduğu üçün gördüyü işə görə pul almamışdır. 2022-ci ildə Rusiya Federasiyasında yaşayan Mirağa Osmanova məxsus olan Tircan kəndində yerləşən 3 ədəd koteclərin inşasında fəhlə işləmişdir. Koteclərin inşasında fəhlə kimi işləmək üçün İlqar tərəfindən dəvət edilmişdir.Koteclərin inşası zamanı tikinti materiallarının alınması və tikintiyə nəzarət İlqar tərəfindən icra edilmişdir. Onun kateclərin inşasında gördüyü işin zəhmət haqqısı bənna Cavanşir Abdulov tərəfindən ödənilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu,Tircan kəndində yaşayır. İddiaçı keçmiş gəlini, cavabdeh isə oğludur. 2015-ci ildə infakt keçirmişdir.Ürək xəstəsidir.O,mübahisəli evi özü tikdirmişdir. Evin tikintisində İlqarın vəsaitindən istifadə olunmamışdır.Evin yerləşdiyi 12 sot torpaq sahəsini 7000 manata özü almışdır. Tikdiyi ev yarımçıq tikilidir.Maddi vəsaiti olmadığından evin tikintisini tam başa vura bilməmişdir.O,qara suvağın içində yaşayır.Evin bir qapısı vardır o da giriş qapısıdır.İlqar kimdir ki,onun da evi olsun.Ev onundur.Oğlu İlqardan imtina edir. Pulu olub evi tikmişdir. Pulu olmadığından ev yarımçıq qalmışdır.O,nə oğlunu nə də gəlinini istəmir. Sumqayıt şəhərində olan evi satıb qaynından aldığı borcu vermişdir. Sumqayıtda olan evdə onunla birlikdə oğlu və gəlini də yaşamışdır. Evi tikəndə qaynından 10000 manat borca pul götürmüşdür. Sonra Sumqayıtda yerləşən evi satıb qaynının borcunu qaytarmışdır. İcra nümayəndəsi Əhmədin iddiaçıya verdiyi arayış saxtadır.300 manat pensiya alır. Pensiyası ancaq dava dərmanına çatır. O, oğlumdan xeyr görməmişdir. Həmişə onu ziyana salıbdır. Evə 30000 manat məbləğində pul xərcləmişdir.Oğlunun qaynatası evi tikəndə yerə dik vurubdur və gördüyü işin pulunu o vermişdir. Evin qaz sayğacı oğlunun adına olmuşdur. Son dörd ay olar ki, sayğacı öz adına keçirmişdir. Sumqayıtda olan evi 2022-ci ildə satmışdır. Tircanda olan evi isə 2016cı ildə tikmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, əvvəlki məhkəmə iclasında dindirilmiş şahid ifadələrini, ekspert rəyini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli AZ-İ №451711 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, Cavabdeh ilə X15 arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur və nikaha 14 iyun 2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023-cü ilin iyun ayının 14 günündə 326 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı RİHB-nın Tircan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 21 avqust 2023-cü il tarixli 409 nömrəli arayışdan görünür ki, İsmayıllı rayon Tircan kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən 2014-cü ildə tikilmişdir.Hal-hazırda ata-anası və özü həmin evdə yaşayırlar. Həmin yaşayış evinin sənədləri olmadığı üçün kimə məxsus olması məlum deyildir. İş materiallarına əlavə edilmiş İsmayıllı RİHB-nın Tircan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli 5-54-33/2-36/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh faktiki fərdi yaşayış evi və yarımçıq tikilisi olan 3 ədəd kateji vardır. Məlumat üçün bildirir ki, hər iki tikili meşə ərazisində inşa edildiyi üçün heç bir rəsmi sənədi yoxdur. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin 22 sentyabr 2023-cü il tarixli № 3-13-16/2/2-3202/23 nömrəli sorğuya cavab məktubundan görünür ki,İsmayıllı rayon Tircan kəndində yaşayan Cavabdeh adına xx.xx.2018-ci il tarixdə “Mercedes Benz E 200” markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixdə adından çıxarılmışdır.Qeydiyyat hərəkətləri Sumqayıt RQİ və TBŞdə aparıldığı üçün sənədləşmə haqqında olan alqı-satqı müqaviləsi həmin şöbədədir. Alqısatqı müqaviləsinin götürülməsi üçün Sumqayıt RQİ və TBŞ-nə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, e-2(060)-2133/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X15 arasında xx.xx.2009-cu ildə Sumqayıt şəhər Nikah evində bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş İsmayıllı RİHB-nın Tircan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli 552 nömrəli arayışdan görünür ki, İsmayıllı rayon Tircan kənd sakini Cavabdeh rəsmən dayısı X4 evində qeydiyyatdadır.Tərəfindən İsmayıllı Rayon Məhkəməsinə verilən arayışda qeyd olunan yarımçıq 3 tikili (katejlər) Rusiya Federasiyasında yaşayan dayısı X5 aiddir. İş materiallarına əlavə edilmiş “E Manat” ödəniş sistemi vasitəsilə aparılmış xx.xx.2023-cü il tarixli “Azəriqaz” ödəniş qəbzindən görünür ki, Cavabdeh adına abunə kodu **********71000 olan sayğac qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 24 dekabr 2023-cü il tarixli, 22 nömrəli Texniki araşdırma və qiymətləndirmə rəyindən görünür ki, İsmayıllı rayon Tircan kəndi ünvanında yerləşən Cavabdeh faktiki istifadəsində olan 0.12 hektar torpaq sahəsində onun tərəfindən inşa edilmiş tikintisi tam başa çatmamış fərdi yaşayış evinin tikintiquraşdırma işləri və tikinti materialları məsrəfi üzrə hazırda ərazi üzrə mövcud bazar qiymətlərinə uyğun ümumi xərclər smetası 54800 manat həddində hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 24 dekabr 2023-cü il tarixli,23 nömrəli Texniki araşdırma və qiymətləndirmə rəyindən görünür ki,İsmayıllı rayon Tircan kəndi ünvanında yerləşən və faktiki istifadədə olan 0.04 hektar torpaq sahəsində Cavabdeh (İddiaçı ilə birgə nikah dövründə) tərəfindən inşa edilmiş tikintisi tam başa çatmamış 3 ədəd kotec tikilisinin tikinti-quraşdırma işləri və tikinti materialları məsrəfi üzrə ümumi xərclər smetası 53865 manat həddində hesablanmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/1631-9/1643 nömrəli ekspert rəyindən görünür ki,qərardadın 1-ci və 2ci sualları üzrə İsmayıllı rayonu,Tircan kəndi ərazisində yerləşən,mübahisə predmeti olan tikililərin (fərdi yaşayış evi və 3 ədəd kotec) inşasına çəkilən xərcin hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 76861.60 manat məbləğində müəyyən olunur. Ekspert tərəfindən qeyd olunur ki, internet məlumatlarında mübahisə predmeti olan tikililərə yaxın ərazilərdə anoloji elanlar mövcud olmadığından müqayisə metodu tətbiq edilməklə tədqiqat aparılaraq İsmayıllı rayonu,Tircan kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsinin orta bazar dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Qərardadın 3-cü sualı üzrə Respublikada yerləşən avtobazalarda, internet sayıtlarında (turbo.az) mövcud olan qiymətlərdən və eləcə də mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərardadda göstərilən 2001-ci il buraxılışlı, ban nömrəsi WDB2100481B352685 olan “Mercedes Benz E 200” markalı ** GP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin normal vəziyyətdə 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 15000 manat müəyyən olunur. İş materiallarına əlavə edilmiş “G-Energy Avto Service” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, avtomobildə görülən işlərə görə tələb olunan məbləğ və dəyişən ikinci əl detalların bu günkü bazar qiymətinin və dəyişən detallara və ümumi rənglənməyə tələb olunan zəhmət haqqı cəmi 5930 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş avtomobil satışı mərkəzi “Turbo.az” internet səhifəsində əldə edilmiş məlumatlardan görünür ki, buraxılış ili 2000, yürüş məsafəsi 300000-400000 aralığında olan “Mercedes Benz E 200” markalı avtomaşının satış dəyəri 10000-11000 aralığında olduğu müəyyən olunur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər 07 avqust 2009-cu il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 2 övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(060)-2133/2023 saylı qətnaməsi ilə aralarında olan nikah ləğv edilmişdir. Tərəflər birgə nikah müddətində İsmayıllı rayon Tircan kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsində 2013-cü ildən başlayaraq fərdi yaşayış evi tikmişlər. Bundan əlavə birgə nikah müddətində Tircan kəndinin ərazisində istirahət mərkəzi yaratmaq məqsədi ilə torpaq sahəsi alaraq orada gecələmək üçün icarəyə vermək məqsədi ilə 3 ədəd katec tikdirmişlər. Bundan əlavə birgə nikah dövründə 08 may 2018-ci il tarixdə “Mercedes Benz E 200” markalı, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. İsmayıllı RİHB-nın Tircan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 21 avqust 2023-cü il tarixli 409 nömrəli arayışa əsasən İsmayıllı rayon Tircan kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən 2014-cü ildə tikilmişdir. İsmayıllı RİHB-nın Tircan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli 5-54-33/2-36/2023 nömrəli sorğuya cavab məktubuna əsasən Cavabdeh faktiki fərdi yaşayış evi və yarımçıq tikilisi olan 3 ədəd kateji olmuşdur. Baş Dövlət Yol Polisi İdarəsinin 22 sentyabr 2023-cü il tarixli № 3-13-16/2/2-3202/23 nömrəli sorğuya cavab məktubuna əsasən İsmayıllı rayon Tircan kəndində yaşayan Cavabdeh adına xx.xx.2018-ci il tarixdə “Mercedes Benz E 200” markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixdə isə adından çıxarılmışdır. İsmayıllı RİHB-nın Tircan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 30 noyabr 2023cü il tarixli 552 nömrəli arayışa əsasən İsmayıllı rayon Tircan kənd sakini Cavabdeh rəsmən dayısı Əlağa Osmanovun evində qeydiyyatdadır və tərəfindən İsmayıllı Rayon Məhkəməsinə verilən arayışda qeyd olunan yarımçıq 3 tikili (katejlər) Rusiya Federasiyasında yaşayan dayısı Mirağa Osmanova aiddir. “E Manat” ödəniş sistemi vasitəsilə aparılmış xx.xx.2023-cü il tarixli “Azəriqaz” ödəniş qəbzinə əsasən Cavabdeh adına abunə kodu **********71000 olan sayğac qeydə alınmışdır. "xxxx" MMC-nin 24 dekabr 2023-cü il tarixli, 22 nömrəli Texniki araşdırma və qiymətləndirmə rəyinə əsasən İsmayıllı rayon Tircan kəndi ünvanında yerləşən Cavabdeh faktiki istifadəsində olan 0.12 hektar torpaq sahəsində onun tərəfindən inşa edilmiş tikintisi tam başa çatmamış fərdi yaşayış evinin tikinti-quraşdırma işləri və tikinti materialları məsrəfi üzrə hazırda ərazi üzrə mövcud bazar qiymətlərinə uyğun ümumi xərclər smetası 54800 manat həddində hesablanmışdır. "xxxx" MMC-nin 24 dekabr 2023-cü il tarixli,23 nömrəli Texniki araşdırma və qiymətləndirmə rəyinə əsasən İsmayıllı rayon Tircan kəndi ünvanında yerləşən və faktiki istifadədə olan 0.04 hektar torpaq sahəsində Cavabdeh (İddiaçı ilə birgə nikah dövründə) tərəfindən inşa edilmiş tikintisi tam başa çatmamış 3 ədəd kotec tikilisinin tikintiquraşdırma işləri və tikinti materialları məsrəfi üzrə ümumi xərclər smetası 53865 manat həddində hesablanmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyul 2024-cü il tarixli, 3-16- 16/2-10/1631-9/1643 nömrəli ekspert rəyinə əsasən İsmayıllı rayonu,Tircan kəndi ərazisində yerləşən, mübahisə predmeti olan tikililərin (fərdi yaşayış evi və 3 ədəd kotec) inşasına çəkilən xərcin hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 76861.60 manat, eyni zamanda Respublikada yerləşən avtobazalarda, internet sayıtlarında (turbo.az) mövcud olan qiymətlərdən və eləcə də mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərardadda göstərilən 2001-ci il buraxılışlı, ban nömrəsi WDB2100481B352685 olan “Mercedes Benz E 200” markalı ** GP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin normal vəziyyətdə 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 15000 manat məbləğində müəyyən olunmuşdur. “G-Energy Avto Service” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən avtomobildə görülən işlərə görə tələb olunan məbləğ və dəyişən ikinci əl detalların bu günkü bazar qiymətinin və dəyişən detallara və ümumi rənglənməyə tələb olunan zəhmət haqqı cəmi 5930 manat müəyyən olunmuşdur. Avtomobil satışı mərkəzi “Turbo.az” internet səhifəsində əldə edilmiş məlumatlara əsasən buraxılış ili 2000, yürüş məsafəsi 300.000-400.000 aralığında olan “Mercedes Benz E 200” markalı avtomaşının satış dəyəri təxminən 10.000-11.000 manat aralığında olduğu müəyyən olunur. İddiaçı mübahisə predmeti olan İsmayıllı rayon Tircan kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş tikintisi tam başa çatmamış fərdi yaşayış evinin və Tircan kəndi ərazisində istirahət mərkəzi yaratmaq məqsədi ilə torpaq sahəsi alaraq orada gecələmək üçün icarəyə vermək məqsədi ilə inşa edilmiş tikintisi tam başa çatmamış 3 ədəd katecin və “Mercedes Benz E 200” markalı, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikahda olduqları müddətdə əldə edildiyini və həmin əmlakların dəyərinin yarısının cavabdehdən alınıb ona verilməsini tələb edir. Cavabdeh isə mübahisə predmeti olan İsmayıllı rayon Tircan kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş tikintisi tam başa çatmamış fərdi yaşayış evinin atası Balasəməd Qurbanova və Tircan kəndi ərazisində inşa edilmiş tikintisi tam başa çatmamış 3 ədəd katecin dayısı Mirağa Osmanova məxsus olduğunu və “Mercedes Benz E 200” markalı, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah müddətində əldə edilsə də, həmin müddətdə satılaraq ailənin ümumi mənafeyi üçün xərcləndiyini bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən əmlakların iddiaçıya məxsus olmasını və hazırda həmin əmlakların cavabdehdə qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mübahisə predmeti olan İsmayıllı rayon Tircan kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş tikintisi tam başa çatmamış fərdi yaşayış evi və Tircan kəndi ərazisində istirahət mərkəzi yaratmaq və orada gecələmək üçün icarəyə vermək məqsədi ilə inşa edilmiş tikintisi tam başa çatmamış 3 ədəd katec tərəflərin birgə nikahda olduqları müddətdə inşa edilmişdir. Bundan əlavə “Mercedes Benz E 200” markalı, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahda olduqları müddətdə alınmışdır. Məhkəmə ekspert rəyində İsmayıllı rayonu,Tircan kəndi ərazisində yerləşən, mübahisə predmeti olan tikililərin (fərdi yaşayış evi və 3 ədəd kotec) inşasına çəkilən xərcin hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 76861.60 manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Məhkəmə cavabdehin sözügedən fərdi yaşayış evinin atasına, kotejlərin isə dayısına məxsus olduğunu bildirməsinə dair etiraz mülahizəsinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı tərəf və şahid ifadələri ilə də bu hal öz təsdiqini tapmamışdır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.3-cü bəndidndə göstilmişdir ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Həmin Qəqrarın 3.4-cü bəndinə əsasən Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.5.Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. 3.6.Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 3.7.Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 3.8.Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 3.9.Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 3.10.Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 3.12. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. 3.13. Əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir. Həmin Qərarının 4.11-ci bəndində göstilmişdir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə, iddianın “Mercedes Benz E 200” markalı, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin bölünməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində buraxılış ili 2001, ban nömrəsi WDB2100481B352685 olan “Mercedes Benz E 200” markalı ** GP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin normal vəziyyətdə 2024-cü ilin yanvar ayına olan orta bazar qiymətinin nəzəri qaydada təxminən 15000 manat məbləğində müəyyən olunması ilə razılaşmır. Belə ki, ekspert rəyində qeyd edilən avtomaşının yürüş məsafəsi ilə mübahisə predmeti olan avtomaşının yürüş məsafəsi arasında kəskin fərq vardır və eyni zamanda mübahisə predmeti olan avtomaşın qəza keçirdiyi üçün müəyyən ehtiyyat hissələri deformasiyaya uğramışdır. Ekspert rəyində isə mübahisəli avtomaşının yürüş məsafəsi və avtomaşının deformasiya uğramış ehtiyat hissələri nəzərə alınmadan qiymətləndirilmişdir. Mübahisə predmeti olan avtomaşının yürüş məsafəsi və deformasiyaya uğramış ehtiyat hissələri nəzərə alınmaqla avtomobil satış mərkəzi “turbo.az” internet sayıtından əldə edilmiş məlumata və şahid ifadələrinə əsasən mübahisəli avtomaşının hazırkı bazar dəyəri təxminən 11000-12000 manat məbləğində müəyyən olunur. Ona görə də məhkəmə mübahisəli avtomaşının hazırkı bazar dəyərinin 12000 manat məbləğində müəyyən edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə məhkəmə-əmtəəşunaslıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/1631-9/1643 nömrəli ekspert rəyində İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən, mübahisə predmeti olan tikililərin (fərdi yaşayış evi və 3 ədəd kotec) inşasına çəkilən xərcin hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 76861.60 manat məbləğində müəyyən olunur. Eyni zamanda Respublikada yerləşən avtobazalarda, internet sayıtlarında (turbo.az) mövcud olan qiymətlərdən və eləcə də mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərardadda göstərilən 2001-ci il buraxılışlı, ban nömrəsi WDB2100481B352685 olan “Mercedes Benz E 200” markalı ** GP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin normal vəziyyətdə 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 15000 manat müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh İsmayıllı rayonu,Tircan kəndi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisinə və 3 ədəd koteclərin inşasına çəkilən ümumilikdə 76861.60 manat xərcin yarısı 38.430.80 manat və buraxılış ili 2001, ban nömrəsi WDB2100481B352685 olan, “Mercedes Benz E200” markalı ** GP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hazırkı bazar dəyəri olan 12000 manat məbləğinin yarısı 6000 manat məbləği alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş 232 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçının özünə aid edilməli, eyni zamanda cavabdehdən 50 manat məhkəmə əmtəəşünaslıq ekspertizası xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İsmayıllı rayonu,Tircan kəndi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisinə və 3 ədəd koteclərin inşasına çəkilən ümumilikdə 76861.60(yetmiş altı min səkkiz yüz altmış bir manat altmış qəpik) manat xərcin yarısı 38.430.80(otuz səkkiz min döred yüz otuz manat səksən qəpik) manat məbləği alınaraq İddiaçı verilsin. Cavabdeh buraxılış ili 2001, ban nömrəsi WDB2100481B352685 olan, “Mercedes Benz E200” markalı ** GP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hazırkı bazar dəyəri olan 12000(on iki min) manat məbləğinin yarısı 6000(altı min) manat məbləği alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu məbləği və mediasiya xərci iddiaçının özünə aid edilsin. Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu-142595,büdcə səviyyəsinin kodu-3,SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab-AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN -**********, hesab AZ34CTRE********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar