Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-796/2021 17.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 17 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək bacısı X1 26 aprel 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, bacısı Şirvanə Məmmədova 1949-cu ildə İsmayıllı rayonun Sərdahar kəndində anadan olmuşdur. Keyvəndi kəndində yaşamış və 26 aprel 2021-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Həmin gün İsmayıllı rayonun Minkə kəndində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Hüzur mərasiminə başı qarışdığından və sənədin hüquqi nəticələrini bilmədiyindən bacısının ölümünün rəsmiləşdirilməsinə dair sənədləri vaxtında almamışdır. Bacısının ölüm haqqında şəhadətnaməsi olmadığından qanunla müəyyən olunmuş hüquqlarından istifadə edə bilmir. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə müvafiq orqanlara müraciət etmişdir. Lakin bacısının ölümünə dair tibbi şəhadətnamə alınmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. O, bacısı X1 26 aprel 2021-ci il tarixdə vəfat etməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi Cəbiyev Namil Maarif oğlu iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Qeydiyyat Şöbəsinin arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin bacısı X1 ölümü haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi bacısının ölümünə dair tibbi şəhadətnaməni təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, ərizəçi xx xxx 1961-ci il tarixdə İsmayıllı rayonun Sərdahar kəndində doğulmuş, İsmayıllı şəhəri H.Əliyev prospekti ev 107, mənzil 41 ünvanında yaşayır. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 29 iyun 2007-ci il tarixdə verilmiş AZE 04737920 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X5 02 mart 1949-cu il tarixdə İsmayıllı rayonun Sərdahar kəndində doğulmuşdur. İ-ИЕ 082703 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi valideynləri X7 və X6r. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, X3 valideynləri X7 və X4r. X2 məxsus qəbir daşının fotoşəkillərindən görünür ki, Şirvanə Məmmədova 26 aprel 2021-ci il tarixdə vəfat etmişdir. İsmayıllı RİHB-nın Keyvəndi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli 88 nömrəli arayışdan görünür ki, X5 26 aprel 2021-ci il tarixdə İsmayıllı rayonun Keyvəndi kəndində vəfat etmiş və Minkə kənd qəbirstanlığında dəfn olunmuşdur. İsmayıllı rayon X8 hüquqi şəxsi tərəfindən verilmiş 02-02-1004/21 nömrəli 14 iyun 2021-ci il tarixli arayışdan görünür ki, X5 26 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Bu barədə İsmayıllı RMX-sı PHŞ-nə məlumat verilmədiyi üçün qeydiyyata alınmamış və Ərizəçi bacısının ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 05/Q-324 nömrəli 30 iyun 2021-ci il tarixli məktubundan görünür ki, X1 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin bacısı X5 02 mart 1949-cu il tarixdə İsmayıllı rayonun Sərdahar kəndində anadan olmuşdur. Şirvanə Məmmədova 26 aprel 2021-ci il tarixdə İsmayıllı rayonun Keyvəndi kəndində vəfat еtmişdir. Ölümün səbəbinə dair müvafiq tibbi şəhadətnamə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin şöbənin arxivində bacısının ölümü haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədən ölüm haqqında akt qeydinin aparılması mümkün olmadığından ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçinin bacısının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X1 26 aprel 2021-ci il tarixdə vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin bacısının ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: Ərizə təmin edilsin. X1 26 aprel 2021-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-796/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-796/2021
17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver