Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-798/2022 06.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 06 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək qızı X5 22 iyul 1993-cü il tarixdə İsmayıllı şəhərində vəfat etməsi, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 3 iyul 1991-ci il, doğulduğu yerin İsmayıllı şəhəri, daimi yaşadığı yerin İsmayıllı şəhəri, milliyyətinin azərbaycanlı, ölüm yerinin İsmayıllı şəhəri, ölüm tarixinin 22 iyul 1993cü il, ölüm səbəbinin “xəstəlik” qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, qızı Sevil Səfərova 3 iyul 1991-ci il tarixdə İsmayıllı şəhərində doğulmuşdur. Doğulduğu gündən xəstə olmuş və 22 iyul 1993-cü il tarixdə xəstəlikdən vəfat etmişdir. Qızı Sevil vəfat etdiyi gün, yəni 22 iyul 1993-cü il tarixdə İsmayıllı rayonun Qaraqaya kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt ölüm haqqında şəhadətnamənin hüquqi nəticələrini bilmədiyindən qızının ölümünün rəsmiləşdirilməsinə dair sənədi vaxtında almamışdır. Qızının ölüm haqqında şəhadətnaməsi olmadığından qanunla müəyyən olunmuş hüquqlarından istifadə edə bilmir. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Qızının ölümünə dair tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Qızının ölümünə dair tibbi şəhadətnamə almaq üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, qızının vəfat etməsi barədə vaxtında müraciət etmədiyi üçün qızının ölümünə dair tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Ona görə də məhkəməyə müraciət edərək qızı X5 22 iyul 1993-cü il tarixdə İsmayıllı şəhərində vəfat etməsi, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 3 iyul 1991-ci il, doğulduğu yerin İsmayıllı şəhəri, daimi yaşadığı yerin İsmayıllı şəhəri, milliyyətinin azərbaycanlı, ölüm yerinin İsmayıllı şəhəri, ölüm tarixinin 22 iyul 1993cü il, ölüm səbəbinin “xəstəlik” qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X13 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin qızı Sevil Səfərovanın ölümü haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi qızının ölümünə dair tibbi şəhadətnaməni vaxtında təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısının qızı Sevil anadangəlmə xəstə olmuş və 22 iyul 1993-cü il tarixdə xəstəlikdən vəfat etmişdir. Sevil İsmayıllı rayonun Qaraqaya kəndində dəfn olunmuşdur. Sevilin dəfn və yas mərasimlərində iştirak etmişdir. O, X5 22 iyul 1993-cü il tarixdə İsmayıllı şəhərində xəstəlikdən vəfat etməsi və İsmayıllı rayonun Qaraqaya kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. X2 X3 ilə eyni məzmunlu ifadə verərək X5 22 iyul 1993-cü il tarixdə İsmayıllı şəhərində xəstəlikdən vəfat etməsi və İsmayıllı rayonun Qaraqaya kənd qəbirstanlığında dəfn olunmasını təsdiq etdi. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi xx xxx 1955-ci il tarixdə İsmayıllı rayonun Brovdal kəndində anadan olmuş, İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsi ev 25-də yaşayır. İV-ЖГ 479838 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X4 arasında 9 dekabr 1988-ci il tarixdə rəsmi nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. XVİ- ЖГ 330224 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 3 iyul 1991-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, atası X6, anası isə Ərizəçidır. Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ 243350 nömrəli 10 yanvar 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin əri X7 30 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. Qəbir və qəbir daşının fotoşəkillərindən görünür ki, göstərilən məzar Sevil Səfərovaya aiddir və onun 22 iyul 1993-cü il tarixdə vəfat etdiyi qeyd edilmişdir. İsmayıllı rayon X10 Hüquqi Şəxsi tərəfindən verilmiş 05-02-319/2022 nömrəli 13 may 2022-ci il tarixli məktubundan görünür ki, ərizəçi 3 iyul 1991-ci il tarixdə İsmayıllı RMX-nın Mama-Ginekologiya şöbəsində qız uşağı dünyaya gətirmiş, övladının vəfat etməsi barədə müraciət etmədiyindən ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. Maraqlı şəxs 267 nömrəli 13 may 2022-ci il tarixli məktubundan görünür ki, X5 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. İsmayıllı RİHB-nn Təzəkənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 285 nömrəli 3 iyun 2022-ci il tarixli arayışdan görünür ki, X1 rayonun Qaraqaya kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin qızı X15 3 iyul 1991-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuşdur. Sevil Səfərova 22 iyul 1993-cü il tarixdə İsmayıllı şəhərində vəfat etmiş və həmin gün İsmayıllı rayonun Qaraqaya kəndində yerləşən kənd qəbirstanlığında dəfn olunmuşdur. Lakin ərizəçi qanunla müəyyən olunmuş müddətdə həmin sənədi müvafiq orqana təqdim etmədiyindən Sevil Səfərovaya ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. lakin X8 ölüm haqqında tibbi şəhadətnamə alımadığından ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. Ərizəçinin qızının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X5 22 iyul 1993-cü il tarixdə İsmayıllı şəhərində “xəstəlik”dən vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin qızına ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. X15 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 3 iyul 1991-ci il, doğulduğu yer İsmayıllı şəhəri daimi yaşadığı yer İsmayıllı şəhəri, milliyyəti azərbaycanlı, ölüm yeri İsmayıllı şəhəri, ölüm tarixi 22 iyul 1993-cü il, ölümün səbəbi “xəstəlik” qeyd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 22 iyul 1993-cü il tarixdə İsmayıllı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X15 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 3 iyul 1991-ci il, doğulduğu yer İsmayıllı şəhəri, daimi yaşadığı yer İsmayıllı şəhəri, milliyyəti azərbaycanlı, ölüm yeri İsmayıllı şəhəri, ölüm tarixi 22 iyul 1993-cü il, ölümün səbəbi “xəstəlik” qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-798/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-798/2022
06.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver