Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-848/2020 02.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək oğlu X8 xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində xəstəlikdən vəfat etməsi, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın xx xxxxxx 2020-ci il, doğulduğu yerin Bakı şəhəri, daimi yaşadığı yerin İsmayıllı şəhəri, milliyyətinin azərbaycanlı, ölüm yerinin İsmayıllı şəhəri, ölüm tarixinin xx xxxxxx 2020-ci il qeyd edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərk işə iştirakı olmadan baxılaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə ərizəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxx 2015-ci il tarixdə X10 ilə ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində yerləşən “Caspian Hospital” xəstəxanasında Ziya adlı bir uşaqları doğulmuşdur. Uşağın doğumu xx xxxxxx 2020-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində X11 adı ilə 1099 nömrə ilə qeydiyyata alınmışdır. Uşağın vəziyyəti yaxşı olmadığı üçün xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X1 müalicə olunmuşdur. Müalicəsi bir nəticə vermədiyindən xx xxxxxx 2020-ci il tarixdə xəstəxanadan evə buraxılmışdır. Oğlu Ziya evə qayıtdıqdan sonra həmin gün İsmayıllı şəhərində yaşadıqları evdə vəfat etmiş və xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı rayonun Hacıhətəmli kəndində kənd qəbirstanlığında dəfn edilmişdir. Oğluna ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə müraciət etmişdir. Lakin oğlunun ölümünə dair tibbi şəhadətnamə alınmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ərizəçi oğlu X8 xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində yaşadıqları evdə xəstəlikdən vəfat etməsi, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın xx xxxxxx 2020-ci il, doğulduğu yerin Bakı şəhəri, daimi yaşadığı yerin İsmayıllı şəhəri, milliyyətinin azərbaycanlı, ölüm yerinin İsmayıllı şəhəri qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X12 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin oğlu X8 ölümü haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi oğlunun ölümünə dair tibbi şəhadətnaməni təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X5 ifadə verərək göstərdi ki, ərizəçi onun oğludur. xx xxxxxx 2020-ci il tarixdə Ziya adlı bir nəvəsi doğulmuşdur. Ziya doğulduğu gündən vəziyyəti ağır olmuşdur. Bir neçə gün müalicə alsa da xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində yaşadıqları evdə vəfat etmişdir. Ziyanın dəfn və yas mərasimlərində iştirak etmişdir. O, X8 xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində yaşadıqları evdə vəfat etməsi və Hacıhətəmli kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. X7 X5 ilə eyni məzmunlu ifadə verərək X8 xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində yaşadıqları evdə vəfat etməsini təsdiq etdi. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən ərizəçiyə xx xxxxx 2015-ci il tarixdə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ-İİ 036251 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X14 arasında xx xxxxx 2015-ci il tarixdə nikah bağlanmış, ərə Qubadov, arvada Qubadova soyadı verilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 420531 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, valideynləri Ərizəçi və X9r. Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X2 tərəfindən verilmiş epikrizin surətindən görünür ki, xəstə xx xxxxxx 2020-ci il tarixdən institutda müalicə almış, xx xxxxxx 2020-ci il tarixdə ağır vəziyyətdə evə buraxılmışdır. İsmayıllı rayon İHB-nın Hacıhətəmli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 480 nömrəli arayışdan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə doğulmuş X11 xx xxxxxx 2020-ci il tarixdə Hacıhətəmli kəndində qəbirstanlıqda dəfn olunmuşdur. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 1650 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X6 ikinci doğumu Bakı şəhərində yerləşən “Caspian Hospital” xəstəxanasında xx xxxxxx 2020-ci il tarixdə olmuşdur. Uşaq xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X1 müalicə almışdır. xx xxxxxx 2020-ci il tarixdə müalicənin heç bir təsiri olmadığı üçün xəstə ağır vəziyyətdə valideynlərinə təhvil verilmiş və həmin tarixdə ölmüşdür. Ölüm haqqında İsmayıllı rayon Mərkəzi Xəstəxanasına heç bir müraciət olmadığı üçün ölüm faktı qeydə alınmamışdır. Maraqlı şəxs 05 / 617 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, X8 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. Qəbir daşının fotoşəkillərindən görünür ki, X11 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin oğlu X11 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Vəziyyəti yaxşı olmadığından xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X1 müalicə almışdır. Müalicənin nəticəsi olmamış, Ziya Qubadov xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində vəfat etmişdir. Ölümün səbəbinə dair müvafiq tibbi şəhadətnamə alınmadığından Ziya Qubadova ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbənin arxivində oğlunun ölümü haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədən ölüm haqqında akt qeydinin aparılması mümkün olmadığından ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçinin oğlunun ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X8 xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində xəstəlikdən vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin oğlunun ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: Ərizə təmin edilsin. X8 xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində xəstəlikdən vəfat etməsi faktı müəyyən edilsin. X11 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt xx xxxxxx 2020-ci il, doğulduğu yer Bakı şəhəri, daimi yaşadığı yer İsmayıllı şəhəri, milliyyəti azərbaycanlı, ölüm yeri İsmayıllı şəhəri, ölüm tarixi xx xxxxxx 2020-ci il qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-848/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-848/2020
02.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver