Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-929/2023 11.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə Ərizəçi X2 Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunması tələbinə dair mülki işə 11 oktyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək X7 01 iyul 2023-cü il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı ərizəsini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, qardaşı X9 01 iyul 2023-cü il tarixdə yaşadığı evin yaxınlığından keçən su kanalına yıxılaraq ölmüşdür. Belə ki, qardaşı uşaqlıqdan ürəkgetmə xəstəsi olmuş, xəstəliyi tutanda özündən getmiş və bir müddətdən sonra ayılmışdır. Hadisə günü də qardaşının ürəkgetməsi tutmuş və kanala yıxılaraq köməksiz vəziyyətdə qalmaqla ölmüşdür. Təsadüfən qardaşını kanalda yıxılmış vəziyyətdə qaldığını görən qonşu hadisə barədə məlumat vermişdir. Bununla əlaqədar İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılmış və cinayət tərkibi aşkar edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 iyul 2023-cü il tarixli qərar qəbul edilmişdir. Qardaşı “Həzrə” adlanan qəbirstanlıqda dəfn olunmuşdur. Başı hüzrə qarışdığından və keçirtdiyi sarsıntıdan qardaşının ölümü barədə rayon tibb müəssisəsinə və təcili yardıma vaxtında məlumat verməmişdir. Qardaşının ölümü barədə tibbi şəhadətnamə olmadığına görə Maraqlı şəxs ölümü qeydə almaqdan imtina etmişdir. Qardaşının ölümünün qeydə alınmaması onun və digər vərəsələrinin varislik hüquqlarını həyata keçirilməsinə mane olur. Eyni zamanda, qardaşının dəfninə görə dövlət tərəfindən verilməli olan dəfn xərci müavinətini də ala bilməmişdir. Qeyd edilən hüquqi əhəmiyyətli faktın məhkəməyə qədər məhkəmədən kənar təsdiqi mümkün deyildir. Qardaşının 01 iyul 2023-cü il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 ifadə verərək göstərdi ki, ərizəçi onun əmisioğludur. X9 01 iyul 2023-cü il tarixdə yaşadığı evin yaxınlığından keçən su kanalına yıxılaraq ölmüşdür. Belə ki, Elnur uşaqlıqdan ürəkgetmə xəstəsi olmuşdur. Elnur “Həzrə” adlanan qəbirstanlıqda dəfn olunmuşdur. Elnurun dəfn və yas mərasimlərində iştirak etmişdir. O, Elnurun 01 iyul 2023cü il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində ölməsini təsdiq edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi 20 avqust 1976-cı il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş və həmin ünvanda yaşayır. - 10 yanvar 1978-ci il tarixli şəhadətnamədən görünür ki, X9 01 dekabr 1977-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, atası X4 və anası X8r. - İsmayıllı rayon Prokurorluğunun 11 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış 115 C-23 nömrəli material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən və cinayət işinin başlanmasına əsas olmadığından cinayət işinin başlanması rədd edilmişdir. - “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş PHŞ-6-47/3- 2810/2023 nömrəli 21 iyul 2023-cü il tarixli arayışından görünür ki, 1977-ci il təvəllüdlü X7 ölümü barədə İsmayıllı RMX-ya müraciət edilmədiyi üçün ölüm haqqında şəhadətnamə İsmayıllı RMX PHŞ tərəfindən (forma 106) verilməmişdir. - Maraqlı şəxs 3-16-5/8-M-15-329/23 nömrəli 25 iyul 2023-cü il tarixli məktubundan görünür ki, X7 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Təqdim olunmuş fotoşəkillər X5 vəfat etməsini təsdiq edən sübut kimi qəbul edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin qardaşı X9 01 dekabr 1977-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur. Elnur Mehdiyev 01 iyul 2023-cü il tarixdə yaşadığı evin yaxınlığından keçən su kanalına yıxılaraq ölmüşdür. Elnur Mehdiyev “Həzrə” adlanan qəbirstanlıqda dəfn olunmuşdur. Lakin ərizəçi qanunla müəyyən olunmuş müddətdə həmin sənədi müvafiq orqana təqdim etmədiyindən Elnur Mehdiyevə ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ərizəçidən ölüm haqqında tibbi şəhadətnamə tələb olunmuş, bununla bağlı İsmayıllı rayon X12 Hüquqi Şəxsi tərəfindən Elnur Mehdiyevin ölümü barədə ölüm haqqında şəhadətnamə (forma 106) verilmədiyi bildirilmişdir. Elnur Mehdiyevə ölüm haqqında tibbi şəhadətnamə alınmadığından ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Elnur Mehdiyevin ölüm haqqında şəhadətnaməsi olmadığından ərizəçi özünün və digər vərəsələrinin varislik hüquqlarını həyata keçirə bilməməsini və eyni zamanda, qardaşının dəfninə görə dövlət tərəfindən verilməli olan dəfn xərci müavinətini də ala bilmir. Ərizəçinin qardaşının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X7 01 iyul 2023-cü il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində “suda boğulma”dan vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin qardaşına ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. X9 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 01 dekabr 1977-ci il, doğulduğu yer İsmayıllı rayonu, yaşadığı yer İsmayıllı rayonu İsmayıllı kəndi, ölüm yeri İsmayıllı rayonu İsmayıllı kəndi, ölüm tarixi 01 iyul 2023-cü il, ölümün səbəbi “suda boğulma” qeyd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X7 01 iyul 2023-cü il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində ölməsi faktı müəyyən edilsin. X9 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 01 dekabr 1977-ci il, doğulduğu yer İsmayıllı rayonu, yaşadığı yer İsmayıllı rayonu İsmayıllı kəndi, ölüm yeri İsmayıllı rayonu İsmayıllı kəndi, ölüm tarixi 01 iyul 2023-cü il, ölümün səbəbi “suda boğulma” qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-929/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-929/2023
11.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver