Məhkəmə qərarları › İş №2(037)-952/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-952/2022

26.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-952/2022 26.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Məhəmmədəli oğlunun Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 26 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək arvadı X3 30 yanvar 1987-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonu Qoşabulaq kəndində vəfat etməsinin qeyd edilməsi faktının müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 07 yanvar 1937-ci il, doğulduğu yerin Ermənistan Respublikası Basarkeçər rayonu, ölüm yerinin Ermənistan Respublikası Basarkeçər rayonu, ölüm tarixinin 30 yanvar 1987-ci il, ölüm səbəbinin “xəstəlik” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 1934-cü ildə Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olmuşdur. Mərhum arvadı X11 1937-ci il təvəllüdlü olmaqlada onunla bir ərazidə yaşamışdır. Purüzənin doğum gününü və ayını dəqiq bilmir və bunu təsdiq edən rəsmi sənəd yoxdur. Onlar 1957-ci ildə ailə qumuşlar. Evləndikdən sonra Purüzə onun soyadına uyğun Abdullayeva soyadını götürmüşdür. Purüzə Abdullayeva 30 yanvar 1987-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda Qoşabulaq kəndində vəfat etmiş və həmin kənd qəbirstanlığında dəfn olunmuşdur. Purüzəyə Ermənistan Respublikasında ölüm haqqında şəhadətnamə alınmışdır. Məlum hadisələrlə əlaqədar 1988-ci ilin sonlarında Ermənistan Respublikasından qaçqın düşərək İsmayıllı rayonun Qalagah kəndinə gəlmiş və orada məskunlaşmışdır. Ermənistan Respublikasını tərk edən zaman bütün sənədləri, o cümlədən mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi də orada qalmışdır. Vərəsəlik işi ilə bağlı ondan arvadı Purüzənin ölüm haqqıda şəhadətnaməsi tələb olunur. Ermənistan Respublikası ilə əlaqələr olmadığına görə arvadının ölüm haqda akt qeydini bərpa etmək mümkün olmamışdır. Yenidən ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından müraciəti təmin olunmamış, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mərhum arvadı Purüzə Abdullayevanın 30 yanvar 1987-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda vəfat etməsini həmkəndliləri və yaxın qohumları da təsdiq edə bilərlər. Bu faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X14 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından ərizəçiyə arvadına ölüm haqqında təkrar şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçiyə ölümün qeydə alınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X1 ifadə verərək göstərdi ki, o, 03 dekabr 1968-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Ərizəçi onun atası, Purüzə Abdullayeva isə onun anasıdır. Anası 30 yanvar 1987-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonu Qoşabulaq kəndində vəfat etmiş və həmin kənd qəbirstanlığında dəfn olunmuşdur. Anasına Ermənistan Respublikasında ölüm haqqında şəhadətnamə alınmışdır. Məlum hadisələrlə əlaqədar 1988-ci ilin sonlarında Ermənistan Respublikasından qaçqın düşərək İsmayıllı rayonun Qalagah kəndinə gəlmişlər və orada məskunlaşmışlar. Ermənistan Respublikasını tərk edən zaman onların bütün sənədləri, o cümlədən anasının ölüm haqqında şəhadətnaməsi də orada qalmışdır. O, Purüzə Abdullayevanın 30 yanvar 1987-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonu Qoşabulaq kəndində vəfat etməsini təsdiq edir. X2, X16 və X10 X1 ilə eyni məzmunlu ifadə verərək Purüzə Abdullayevanın 30 yanvar 1987-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonu Qoşabulaq kəndində vəfat etməsini təsdiq etdilər. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi xx.xx.1934-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, İsmayıllı rayonun Qalagah kəndində yaşayır. Ermənistan Respublikası Basarkeçər rayonu Qayabaşı kənd sovetliyi tərəfindən verilmiş 3Ж 267415 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, 1934-cü il təvəllüdlü Ərizəçi Məhəmmədəli oğlu ilə 1937-ci il təvəllüdlü X11 arasında 3 aprel 1957-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. Ermənistan Respublikası Basarkeçər rayonu Qayabaşı kənd sovetliyi tərəfindən verilmiş İ-3Ж ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 valideynləri Ərizəçi Məhəmmədəli oğlu və X6r. İsmayıllı rayon İHB-nın Qalagah kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 iyun 2022-ci il tarixli 186 nömrəli arayışdan görünür ki, ərizəçi İsmayıllı rayon Qalagah kəndində 01 nömrəli təsərrüfatbaşına kitabda 168-ci səhifədə 80 nömrəli şəxsi hesabd qeydiyyatdadır. Ərizəçinin birinci həyat yoldaşı X7 30 yanvar 1987-ci ildə Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kəndində rəhmətə getmişdir. İsmayıllı RİHB-nın Qalagah İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş 22 iyun 2022-ci il tarixli aktdan görünür ki, Soltankənd kənd sakinləri X10 və X9, Kəlbənd kənd sakini X15 Ermənistan Respblikasının Qoşabulaq kəndində 1987-ci ildə mərhum X3 dəfnində iştirak etdiklərini bildirmişlər. Maraqlı şəxs tərəfindən verilmiş 29 iyun 2022-ci il tarixli 05/Q-350/13 nömrəli məktubdan görünür ki, X8 anası X4 ölüm haqqında arayış verilməsi ilə bağlı müraciət etmiş, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlərin Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından müraciəti təmin olunmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin və maraqlı tərəfin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi xx.xx.1934-cü ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuşdur. Ərizəçinin arvadı olmuş X11 1937-ci il təvəllüdlü olmaqla ərizəçi ilə bir ərazidə yaşamışlar. Purüzənin doğum gününü və ayını təsdiq edən rəsmi sənəd yoxdur. Ərizəçi 3 aprel 1957-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonu Qayabaşı kənd sovetliyində X11 ilə ailə qurmuş, ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. Onların birgə nikahından 3 dekabr 1968-ci il tarixdə X8 adlı övladları doğulmuşdur. Purüzə Abdullayeva 30 yanvar 1987-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonu Qoşabulaq kəndində vəfat etmişdir. Ərizəçi ailəsi ilə birlikdə məlum hadisələrlə əlaqədar 1988-ci ilin sonlarında Ermənistan Respublikasından qaçqın düşərək İsmayıllı rayonun Qalagah kəndinə gəlmiş və orada məskunlaşmışdır. Ermənistan Respublikasını tərk edən zaman bütün sənədləri, o cümlədən mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi də orada qalmışdır. Vərəsəlik işi ilə bağlı ərizəçidən arvadı Purüzənin ölüm haqqıda şəhadətnaməsi tələb olunur. Purüzə Abdullayevaya ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmuş ölüm akt qeydi Ermənistan Respublikasında aparılmış və arxiv sənədləri orada qalmışdır. Ərizəçinin oğlu İsrayıl Abdullayev ölüm haqqında təkrar şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlərin Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından ölüm haqqında şəhadətnamənin verilməsi və ya bərpa olunması mümkün olmamış, məhkəməyə müraciət etməsi hüququ izah olunmuşdur. Ərizəçinin arvadının ölümünün qeyd edilməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Məhkəmə iclasında ifadə vermiş şahidlər ərizəçinin 30 yanvar 1987-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonu Qoşabulaq kəndində vəfat etməsini təsdiq edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını-maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, Purüzə Abdullayevanın 30 yanvar 1987-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonu Qoşabulaq kəndində vəfat etməsi ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin ölümün qeyd edilməsi faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 30 yanvar 1987-ci Ermənistan Respublikası Basarkeçər rayonu Qoşabulaq kəndində vəfat etməsi faktı müəyyən edilsin. X7 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 1937-ci il, doğulduğu yer Ermənistan Respublikası Basarkeçər rayonu, yaşadığı yer Ermənistan Respublikası Basarkeçər rayonu, ölüm yeri Ermənistan Respublikası Basarkeçər rayonu, ölüm tarixi 30 yanvar 1987-ci il, ölümün səbəbi “xəstəlik” qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar