Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-970/2023 29.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunmasına dair mülki işə 29 sentyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək X3 20 yanvar 1990-cı il tarixdə İsmayıllı rayonun Əhən kəndində vəfat etməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı ərizəsini onunla əsaslandırmışdır ki, oğlu Əlicəfər Bünyatov 24 aprel 1989-cu il tarixdə İsmayıllı rayonun Əhən kəndində doğulmuşdur. Doğulduğu gündən xəstə olmuş və 20 yanvar 1990-cı il tarixdə xəstəlikdən vəfat etmişdir. Oğlu Əlicəfər vəfat etdiyi gün, yəni 20 yanvar 1990-cı il tarixdə İsmayıllı rayonun Əhən kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt ölüm haqqında şəhadətnamənin hüquqi nəticələrini bilmədiyindən oğlunun ölümünün rəsmiləşdirilməsinə dair sənədi vaxtında almamışdır. Oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından qanunla müəyyən olunmuş hüquqlarından istifadə edə bilmir. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ondan oğlunun ölümünə dair tibbi şəhadətnamə tələb olunduğundan həmin sənədi almaq üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, oğlunun vəfat etməsi barədə vaxtında müraciət etmədiyi üçün onun ölümünə dair tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Oğlunun ölümünə dair tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də məhkəməyə müraciət edərək oğlu X3 20 yanvar 1990-cı il tarixdə İsmayıllı rayonun Əhən kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini, qohumlarının şahid qismində dindirilməsini və ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə ərizəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X13 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin oğlu Əlicəfər Bünyatovun ölümü haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi oğlunun ölümünə dair tibbi şəhadətnaməni vaxtında təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X2 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşının arvadıdır. Qardaşının oğlu anadangəlmə xəstə olmuş və 20 yanvar 1990-cı il tarixdə xəstəlikdən vəfat etmişdir. Əlicəfər İsmayıllı rayonun Əhən kəndində dəfn olunmuşdur. Əlicəfərin dəfn və yas mərasimlərində iştirak etmişdir. Həmin günü 20 Yanvar hadisəsi baş verdiyindən Əlicəfərin vəfat etdiyi tarix dəqiq yadındadır. O, X3 20 yanvar 1990-cı il tarixdə İsmayıllı rayonun Əhən kəndində vəfat etməsini və İsmayıllı rayonun Əhən kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. X1 və X14 X2 ilə eyni məzmunlu ifadə verərək X3 20 yanvar 1990-cı il tarixdə İsmayıllı rayonun Əhən kəndində xəstəlikdən vəfat etməsini və İsmayıllı rayonun Əhən kənd qəbirstanlığında dəfn olunmasını təsdiq etdilər. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi xx xxxxx 1966-cı il tarixdə İsmayıllı rayonun Əhən kəndində anadan olmuş, İsmayıllı rayonun Əhən kəndində yaşayır. -Maraqlı şəxs tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli arayışdan görünür ki, X7 24 aprel 1989-cu il tarixdə anadan olmuş, atası- X8 və anası Ərizəçidır. İsmayıllı rayon İH-nın Əhən İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyul 2011ci il tarixli AZ-İ seriyalı 458607 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 10 iyul 2011-ci il tarixdə vəfat etmişdir. -İsmayıllı rayon X11 Hüquqi Şəxsi tərəfindən verilmiş PHS-6-47/3-3131/23 nömrəli 08 avqust 2023-cü il tarixli məktubundan görünür ki, ərizəçi 24 aprel 1989-cu il tarixdə doğulmuş X4 ölümü barədə ölüm haqqında şəhadətnamə İsmayıllı RMX PHŞ tərəfindən (forma 106) verilməmişdir. -Maraqlı şəxs 3-16-5/8-15-362/23 nömrəli 08 avqust 2023-cü il tarixli məktubundan görünür ki, X3 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -İsmayıllı rayon İHB-nın Əhən kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 avqust 2023-cü il tarixli 132 nömrəli arayışdan görünür ki, X5 ailə tərkibi aşağıdakı kimidir: X8 – 10 iyul 2011-ci il tarixdə vəfat etmişdir, Ərizəçi, X7 – 1990-cı ildə vəfat etmişdir. -İsmayıllı rayon İHB-nın Əhən kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli 96 nömrəli arayışdan görünür ki, ərizəçinin 24 aprel 1989-cu il tarixdə doğulmuş oğlu X7 20 yanvar 1990-cı il tarixdə vəfat etmiş və Əhən kənd qəbirstanlığında dəfn edilmişdir. - Təqdim olunmuş fotoşəkillər X3 vəfat etməsini təsdiq edən sübut kimi qəbul edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin oğlu X7 24 aprel 1989-cu il tarixdə İsmayıllı rayonun Əhən kəndində anadan olmuşdur. Əlicəfər Bünyatov 20 yanvar 1990-cı il tarixdə İsmayıllı rayonun Əhən kəndində vəfat etmiş və həmin gün İsmayıllı rayonun Əhən kənd qəbirstanlığında dəfn olunmuşdur. Lakin ərizəçi qanunla müəyyən olunmuş müddətdə həmin sənədi müvafiq orqana təqdim etmədiyindən Əlicəfər Bünyatova ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçinin nümayəndəsi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ərizəçidən ölüm haqqında tibbi şəhadətnamə tələb olunmuş, bununla bağlı İsmayıllı rayon X11 Hüquqi Şəxsi tərəfindən X4 ölümü barədə ölüm haqqında şəhadətnamə (forma 106) verilmədiyi bildirilmişdir. X6 ölüm haqqında tibbi şəhadətnamə alınmadığından ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. X3 ölüm haqqında şəhadətnaməsi olmadığından ərizəçi birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair çıxarış ala bilmir. Ərizəçinin oğlunun ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X3 20 yanvar 1990-cı il tarixdə İsmayıllı rayonun Əhən kəndində “xəstəlik”dən vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin oğluna ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. X7 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 24 aprel 1989-cu il, doğulduğu yer İsmayıllı rayonun Əhən kəndi, daimi yaşadığı yer İsmayıllı rayonun Əhən kəndi, milliyyəti azərbaycanlı, ölüm yeri İsmayıllı rayonun Əhən kəndi, ölüm tarixi 20 yanvar 1990-cı il, ölümün səbəbi “xəstəlik” qeyd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 20 yanvar 1990-cı il tarixdə İsmayıllı rayonun Əhən kəndində vəfat etməsi faktı müəyyən edilsin. X7 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 24 aprel 1989-cu il, doğulduğu yer İsmayıllı rayonun Əhən kəndi, yaşadığı yer İsmayıllı rayonun Əhən kəndi, ölüm yeri İsmayıllı rayonun Əhən kəndi, ölüm tarixi 20 yanvar 1990-cı il, ölümün səbəbi “xəstəlik” qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-970/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-970/2023
29.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver