Məhkəmə qərarları › İş №2(037)-990/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-990/2020

29.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-990/2020 29.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək ulu babası X11 xx xxxxxx 1914-cü il tarixdə İsmayıllı rayonun Ərəgit kəndində qocalıqdan vəfat etməsi faktının müəyyən edilməsi, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 1821-ci il, doğulduğu yerin İsmayıllı rayonun Ərəgit kəndi, daimi yaşadığı yerin İsmayıllı rayonun Ərəgit kəndi, milliyyətinin azərbaycanlı, ölüm yerinin İsmayıllı rayonun Ərəgit kəndi, ölüm tarixinin xx xxxxxx 1914-cü il qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, ulu babası X25 1821-ci ildə İsmayıllı rayonu Ərəgit kəndində doğulmuş və həmin kənddə yaşamışdır. Babası xx xxxxxx 1914-cü il tarixdə qocalıqdan vəfat etmiş və İsmayıllı rayonunu Ərəgit kəndində qəbristanlıqda dəfn olunmuşdur. Ulu babasının qəbir daşında yazılar ərəbcə yazılmışdır. Həmin yazıların ərəbcədən tərcüməsində babasının adı “Hacı Əbdülhüseyn – tacir-mərhum Hacı Abbas” kimi oxunur. Baş daşında babasının xx xxxxxx 1914-cü il tarixdə vəfat etməsi göstərilmişdir. Ulu babasının atasının adı Abbas olmuşdur. Babaları həcc ziyarətinə getdiyi üçün adlarının qarşısına “Hacı” sözü əlavə olunmuşdur. Ulu babasından onlara "X41 2 mərtəbəli mağazası" adı ilə olan bina miras qalmışdır. Həmin əmlakı mülkiyyətlərinə keçirmək istəyirlər. Lakin babası X12 ölüm haqqında şəhadətnaməsi olmadığından bu hüquqdan istifadə edə bilmirlər. Babasının övladları vəfat etmiş, vərəsə kimi onlar qalmışdır. Ulu babasına ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə müvafiq orqana müraciət etmişdir. Lakin babasının ölümünə dair tibbi şəhadətnamə alınmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Babasının yaşadığı ərazi üzrə xəstəxananın arxivindən də müvafiq arayışın verilməsi mümkün olmamışdır. O, ulu babası X12 xx xxxxxx 1914cü il tarixdə İsmayıllı rayonun Ərəgit kəndində qocalıqdan vəfat etməsi faktının müəyyən edilməsi, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 1821-ci il, doğulduğu yerin İsmayıllı rayonun Ərəgit kəndi, daimi yaşadığı yerin İsmayıllı rayonun Ərəgit kəndi, milliyyətinin azərbaycanlı, ölüm yerinin İsmayıllı rayonun Ərəgit kəndi, ölüm tarixinin xx xxxxxx 1914-cü il qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi Cəbiyev Namil Maarif oğlu iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin ulu babası X12 ölümü haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi ulu babasının ölümünə dair tibbi şəhadətnaməni təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X5 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Uzun müddət onlarla bir kənddə yaşamışdır. Valideynlərindən eşitdiyinə görə ərizəçinin ulu babası X16r və onun məzarı Ərəgit kəndindədir. Dəfələrlə həmin məzarlıqda olmuş və Hüseyn Hüseynovun məzarını ziyarət etmişdir. Məzar daşının üzərində ərəbcə məzarın X17 məxsus olması və onun xx xxxxxx 1914-cü il tarixdə vəfat etməsi yazılmışdır. Eşitdiyinə görə Hüseyn Hüseynov uzunömürlü olmuş, qocalıqdan vəfat etmişdir. X12 xx xxxxxx 1914-cü il tarixdə İsmayıllı rayonun Ərəgit kəndində qocalıqdan vəfat etməsi və Ərəgit kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. X9 və X29 X5 ilə eyni məzmunlu ifadə verərək X12 xx xxxxxx 1914-cü il tarixdə İsmayıllı rayonun Ərəgit kəndində qocalıqdan vəfat etməsi və Ərəgit kənd qəbirstanlığında dəfn olunmasını təsdiq etdi. İsmayıllı rayon Ərəgit kənd sakinləri 1938-ci il təvəllüdlü X18, 1949-cu il təvəllüdlü X21 və 1967-ci il təvəllüdlü X19 imza etdikləri və İsmayıllı RİHB-nın Lahıc qəsəbə icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, onlar Hacı X10 ölməsini və onun qəbrinin hal-hazırda Ərəgit kənd qəbirstanlığında olmasını təsdiq edirlər. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən ərizəçiyə xx xxxxxx 2011-ci il tarixdə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. İ-ИЕ 925040 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi valideynləri X34 və X7r. ИЖ 107558 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 valideynləri Haqverdiyev Süleyman və X6r. AZ-İİ 112188 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxxxx 1970-ci il tarixdə vəfat etmişdir. AZ-İİ 112190 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxxxx 1994-cü il tarixdə vəfat etmişdir. Lahıc Tarix-Mədəniyyət qoruğu tərəfindən verilmiş xx xxxxxxxx 2009-cu il tarixli 48 nömrəli arayışın surətindən görünür ki, Lahıc qəsəbəsi N.Hüseynov küçəsi 25 ünvanında yerləşən X44 dükanı “X41 2 mərtəbəli mağazası” adı ilə (inv № 4420) Lahıc Tarix – Mədəniyyət qoruğunun abidələri siyahısına daxil edilmişdir və həmin abidə qoruq tərəfindən dövlət adından qorunur. İsmayıllı rayon X23 X43 qəsəbə sahə xəstəxanası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 63 nömrəli arayışdan görünür ki, X12 1914-cü ildə vəfat etməsinə dair tibbi arayış barədə Lahıc qəsəbə Ailə sağlamlıq mərkəzində heç bir məlumat yoxdur. Qəbirin baş daşının fotoşəkilindən görünür ki, baş daşının üzərindəki yazılar ərəb əlifbası ilə yazılmışdır. İsmayıllı rayon Ərəgit kənd məscidinin icması tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 25 nömrəli tərcümədən görünür ki, qəbir baş daşı üzərində Ərəb əlifbası ilə yazılmış “Hacı Hüseyn tacir – mərhum Hacı Abbas vəfat 1330 Zilhiccə 12” sözləri Azərbaycan dilinə “X45 Hacı Abbas 1914-cü il dekabr ayının 12-də vəfat etmişdir” kimi tərcümə olunur. Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 05/Q-681/13 nömrəli məktubdan görünür ki, arxiv məlumatları 1943-cü ildən saxlanıldığından 1914-cü ildə İsmayıllı rayonun Lahıc qəsəbəsində vəfat etmiş Hüseynov Hüseynin ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi Notariat idarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 05/2-7648/13 nömrəli məktubdan görünür ki, vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Xidmətin arxivində 1944-cü ildən saxlanılır və H.Hüseynovun ölümü qeyd edilən ildən əvvəlki dövrə təsadüf etdiyindən bu barədə məlumat verilməsi mümkün olmamış və Milli Arxiv İdarəsinə müraciət olunması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 1/2035 nömrəli məktubundan görünür ki, Dövlət Tarix Arxivində mühafizə olunan arxiv fondlarında İsmayıllı rayonun Ərəgit kəndi üzrə müvafiq məlumat mövcud deyildir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, X2 rayonun Ərəgit kəndində yaşamış və xx xxxxxx 1914-cü il tarixdə həmin kənddə qocalıqdan vəfat еtmişdir. Hüseyn Hüseynovun qəbri İsmayıllı rayonun Ərəgit kəndindədir. Qəbirin baş daşının üzərində Ərəb əlifbası ilə yazılmış sözlər Azərbaycan dilinə “X45 Hacı Abbas 1914-cü il dekabr ayının 12-də vəfat etməsi” kimi tərcümə olunmuşdur. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, ərizəçinin anası X3 anası X6r. X1 olduğundan ərizəçi Hüseyn Hüseynovun nəticəsidir. Ərizəçinin ulu babasından "X41 2 mərtəbəli mağazası" adlı bina miras qalmışdır. Həmin əmlak Lahıc Tarix – Mədəniyyət qoruğunun abidələri siyahısına daxil edilmiş və həmin abidə qoruq tərəfindən dövlət adından qorunur. Hüseyn Hüseynova ölüm haqqında şəhadətnamə alınmamışdır. Ölümün səbəbinə dair müvafiq tibbi şəhadətnamə alınmadığından Hüseyn Hüseynova ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İsmayıllı rayon X23 X43 qəsəbə sahə xəstəxanasının arxivində X12 1914-cü ildə vəfat etməsinə dair heç bir məlumat olmamışdır. Ərizəçinin anası Mədinə və nənəsi Zeynəb vəfat etmişdir. Ərizəçi vərəsə kimi Hüseyn Hüseynova ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbənin arxivində Hüseyn Hüseynovun ölümü haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi Notariat idarəsinin arxivində vətəndaşlıq vəziyyətinə dair akt qeydləri 1944-cü ildən saxlanıldığından H.Hüseynovun ölümü barədə məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X26 rayonun Ərəgit kəndi üzrə müvafiq məlumat mövcud deyildir. Ərizəçinin ulu babasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X11 xx xxxxxx 1914-cü il tarixdə İsmayıllı rayonun Ərəgit kəndində qocalıqdan vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin ulu babasının ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: Ərizə təmin edilsin. X12 xx xxxxxx 1914-cü il tarixdə İsmayıllı rayonun Ərəgit kəndində qocalıqdan vəfat etməsi faktı müəyyən edilsin. X25 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu yer İsmayıllı rayonun Ərəgit kəndi, daimi yaşadığı yer İsmayıllı rayonun Ərəgit kəndi, milliyyəti azərbaycanlı, ölüm yeri İsmayıllı rayonun Ərəgit kəndi, ölüm tarixi xx xxxxxx 1914cü il qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar