Məhkəmə qərarları › İş №2(037)-991/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-991/2023

16.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-991/2023 16.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X5 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunmasına dair mülki işə 16 oktyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək X3 01 may 2005-ci il tarixdə İsmayıllı rayonun Aşağı Zərnava kəndində vəfat etməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, oğlu Yaqub Soltanov 07 avqust 2004-cü il tarixdə İsmayıllı rayonun Aşağı Zərnava kəndində doğulmuşdur. Uşaq doğularkən hərarəti yüksək olmuş və doğulduğu gündən qan azlığından əziyyət çəkmişdir. Yaqub 01 may 2015-ci il tarixdə xəstələnmiş və onu Ağsu rayonunda yerləşən xəstəxanaya aparmışlar. Həkim müayinə etdikdən sonra uşağı evə aparmalarını məsləhət bilmişdir. Oğlu həmin gün xəstəxanadan çıxdıqdan bir neçə saat sonra vəfat etmişdir. Yaqub vəfat etdiyi gün, yəni 01 may 2005-ci il tarixdə İsmayıllı rayonun Aşağı Zərnava kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt ölüm haqqında şəhadətnamənin hüquqi nəticələrini bilmədiyindən oğlunun ölümünün rəsmiləşdirilməsinə dair sənədi vaxtında almamışdır. Oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından qanunla müəyyən olunmuş hüquqlarından istifadə edə bilmir. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ondan oğlunun ölümünə dair tibbi şəhadətnamə tələb olunduğundan həmin sənədi almaq üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, oğlunun vəfat etməsi barədə vaxtında müraciət etmədiyi üçün onun ölümünə dair tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Oğlunun ölümünə dair tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də məhkəməyə müraciət edərək oğlu X3 01 may 2005-ci il tarixdə İsmayıllı rayonun Aşağı Zərnava kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X14 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin oğlu Yaqub Soltanovun ölümü haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi oğlunun ölümünə dair tibbi şəhadətnaməni vaxtında təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. Şahid X18 ifadə verərək göstərdi ki, ərizəçi onun arvadıdır. Oğlu Yaqub 07 avqust 2004-cü il tarixdə doğulmuşdur. Uşaq doğulduğu vaxtdan xəstə olmuşdur. Müalicə olunsa da nəticəsi olmamış və 01 may 2005-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Yaqub İsmayıllı rayonun Aşağı Zərnava kəndində dəfn olunmuşdur. O, X3 01 may 2005-ci il tarixdə İsmayıllı rayonun Aşağı Zərnava kəndində vəfat etməsini və İsmayıllı rayonun Aşağı Zərnava kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. X1 şahid X8 ilə eyni məzmunlu ifadə verərək X3 01 may 2005-ci il tarixdə İsmayıllı rayonun Aşağı Zərnava kəndində xəstəlikdən vəfat etməsini və İsmayıllı rayonun Aşağı Zərnava kənd qəbirstanlığında dəfn olunmasını təsdiq etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx xxxxxx 1985-ci il tarixdə İsmayıllı rayonun Zərnava kəndində anadan olmuş, İsmayıllı rayonun Aşağı Zərnava kəndində yaşayan şəxs Ərizəçidır. -AZE seriyalı 16089217 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 23 yanvar 1981-ci il tarixdə İsmayıllı rayonun Zərnava kəndində anadan olmuş, Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi ev 25, mənzil 44-də yaşayan şəxs X4r. -AZ-İ seriyalı 086552 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X6 arasında 01 fevral 2004-cü il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Soltanov, arvada Soltanova soyadı verilmişdir. -AZ-İ seriyalı 514750 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 07 avqust 2004-cü il tarixdə anadan olmuş, atası- X9 və anası Ərizəçidır. İsmayıllı rayon İHB-nın Zərnava kənd İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli 177 nömrəli arayışdan görünür ki, Soltanova X2 rayonun Aşağı Zərnava kəndində 03 nömrəli təsərrüfatbaşına kitabın 122-ci səhifəsində 215 nömrəli şəxsi hesaba əsasən daimi qeydiyyatdadır və Aşağı Zərnava kəndində yaşayır. Ailə tərkibi aşağıdakı kimidir: həyat yoldaşı-X8, oğlu-X15, oğlu-X13, oğlu-X12. X12 01 may 2005-ci il tarixdə vəfat etmiş və İsmayıllı rayon Aşağı Zərnava kənd qəbirstanlığında dəfn olunmuşdur. -İsmayıllı rayon X10 Hüquqi Şəxsi tərəfindən verilmiş PHS-647/3-3203/23 nömrəli 14 avqust 2023-cü il tarixli məktubdan görünür ki, ərizəçi İsmayıllı RMX-nə müraciət etmədiyi üçün 07 avqust 2004-cü il tarixdə doğulmuş X3 ölümü barədə ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. -Maraqlı şəxs 3-16-5/8-15-379/23 nömrəli 22 avqust 2023-cü il tarixli məktubundan görünür ki, X3 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -Təqdim olunmuş fotoşəkillər X3 vəfat etməsini təsdiq edən sübut kimi qəbul edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin oğlu X12 07 avqust 2004-cü il tarixdə İsmayıllı rayonun Aşağı Zərnava kəndində anadan olmuşdur. Yaqub Soltanov 01 may 2005-ci il tarixdə İsmayıllı rayonun Aşağı Zərnava kəndində vəfat etmiş və həmin gün İsmayıllı rayonun Aşağı Zərnava kənd qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi qanunla müəyyən olunmuş müddətdə müvafiq orqana müraciət etmədiyindən oğlu Yaqub Soltanova ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ərizəçidən ölüm haqqında tibbi şəhadətnamə tələb olunmuş, bununla bağlı İsmayıllı rayon X10 Hüquqi Şəxsi tərəfindən X3 ölümü barədə ölüm haqqında şəhadətnamə (forma 106) verilmədiyi bildirilmişdir. X7 ölüm haqqında tibbi şəhadətnamə alınmadığından ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin oğlunun ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X3 01 may 2005-ci il tarixdə İsmayıllı rayonun Aşağı Zərnava kəndində “xəstəlik”dən vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin oğluna ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. X12 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 07 avqust 2004-cü il, doğulduğu və yaşadığı yer İsmayıllı rayonun Aşağı Zərnava kəndi, milliyyəti azərbaycanlı, ölüm yeri İsmayıllı rayonun Aşağı Zərnava kəndi, ölüm tarixi 01 may 2005-ci il, ölümün səbəbi “xəstəlik” qeyd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 01 may 2005-ci il tarixdə İsmayıllı rayonun Aşağı Zərnava kəndində vəfat etməsi faktı müəyyən edilsin. X12 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 07 avqust 2004-cü il, doğulduğu və yaşadığı yer İsmayıllı rayonun Aşağı Zərnava kəndi, milliyyəti azərbaycanlı, ölüm yeri İsmayıllı rayonun Aşağı Zərnava kəndi, ölüm tarixi 01 may 2005-ci il, ölümün səbəbi “xəstəlik” qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar