Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-148/2023 13.04.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi K oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh qarşı onun mülkiyyətində olan 2007-ci il buraxışlı, **-LT-*** dövlət qeydiyyat nişanlı” BMW X-5” (ban nömrəsi: 5UXFE43537L015545, ağ rəngli) avtomobilin cavanbdeh Cavabdeh qanunsuz sahibliyindən (istifadəsindən) alınaraq ona verilməsi, dövlət rüsumu olaraq ödədiyi 100 manatın cavabdehdən alınaraq ona verilməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı onun mülkiyyətində olan 2007-ci il buraxışlı, **-LT-*** dövlət qeydiyyat nişanlı” BMW X-5” (ban nömrəsi: 5UXFE43537L015545, ağ rəngli) avtomobilin cavanbdeh Cavabdeh qanunsuz sahibliyindən (istifadəsindən) alınaraq ona verilməsi,həmçinin dövlət rüsumu olaraq ödədiyi 100(bir yüz) manatın cavabdehdən alınaraq ona verilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etməmişdir Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11.-ci maddəsinə əsasə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual 260.4.-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual 260.5.-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı onun mülkiyyətində olan 2007-ci il buraxışlı, **-LT-*** dövlət qeydiyyat nişanlı” BMW X-5” (ban nömrəsi: 5UXFE43537L015545, ağ rəngli) avtomobilin cavanbdeh Cavabdeh qanunsuz sahibliyindən (istifadəsindən) alınaraq ona verilməsi,həmçinin dövlət rüsumu olaraq ödədiyi 100(bir yüz) manatın cavabdehdən alınaraq ona verilməsi tələbinə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yardımlı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: X1
Məhkəmə qərarları › İş №2(038)-148/2023
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-148/2023
13.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver