Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-199/2025 03.03.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X11 sədrliyi, xx katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə Bərdə 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində bağladığı MŞB/MT039/2024-01362 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə 25 iyul 2021-ci il tarixdə el adəti ilə Yardımlı rayonu, Dəryavər kəndində toy etməklə ailə qurmuşlar. 02 avqust 2021-ci il tarixdə isə Yardımlı rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X5, xx.xx.2024-cu il təvvəlüdlü əkiz övladları X6 və X7 adlı üç övladları anadan olmuşdur. Əvəllər ailə münasibətləri normal olsada sonradan münasibətləri tamamilə pozulmuş aralarında davadalaşlar başlamışdır. Belə ki, cavabdeh bir ailə başçısı kimi öz öhdəliklərini yerinə yetirməmişdir. Artıq uzun müddətdir ki, o, ata evində yaşayır və həm övladlarının həm də onun bütün maddi ehtiyaclarımı atamsı qarşılayır. O, heç bir yerdə işləmir, xx.xx.2024-cü il təvəllüdlü əkiz övladları hələ körpə olduqları üçün onların maddi ehtiyacları daha da çoxdur. Cavabdeh bir ata kimi övladlarının saxlanılmasında və digər maddi ehtiyaclarının təmin edilməsində yaxından iştirak etməlidir. O, aliment tələbi ilə bağlı mediasiyaya müraciət etmiş, cavabdeh Maraqlı şəxs mediasiya sessiyasına gəlmiş və aralarında 22 dekabr 2024-cü il tarixli barişıq sazişi imzalamışdır. Həmin sazişdə xx.xx.2021-ci il təvəllüdlü X5, xx.xx.2024-cü il təvəllüdlü X6 və X2 onun himayəsində saxlanılmasına cavabdehin heç bir etirazının olmaması və hər uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər uşağa görə ayda 220 manat olmaqla cəmi 660 manat alimentin 2025-c ilin yanvar ayından başlayaraq hər ayın birindən onunadək olan müddətdə cavabdehə təqdim etdiyi hesaba ödəməsi ilə bağlı ğhdəlik götürməsi barədə barışıq sazışı bağlanılmışdır. Lakin cavabdeh öhdəliyi icra etməmişdir. Odur ki, xx.xx.2024-cü ildə Bərdə 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində bağlanılmış MŞB/MT039/2024-01362 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Ərizəçi məhkəmə iclasına gəlməmiş, lakin o, məhkəməyə ərizə göndərərək himayəsində azyaşlı uşaqları olduğu üçün yol məsafəsi uzaq olduğundan məhkəmə iclasında iştirak etməsi mümkün olmadığı üçün məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, lakin onunla telefon əlaqəsi zamanı ərizənin təmin olunmasına və işə iştirakı olmadan baxılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/MT039/2024-01362 saylı barışıq sazişindən görünür ki, tərəflər Maraqlı şəxs onların birgə nikahlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X3, xx.xx.2024-cü il təvəllüdlü əkiz uşaqlar X4 və X2 yetkinlik yaşına çatana kimi hər bir uşağa hər ay 220 manat olmaqla, cəmi 660 manat aliment pulunu uşaqların anaları Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və Ərizəçi 02 avqust 2021-ci il tarixdə rəmi nikaha daxil olmuş, nikah Yardımlı rayon Qeydiyyat Şöbəsində 40 sayla qeydə alınmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Anası Ərizəçi, atası Maraqlı şəxsdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Anası Ərizəçi, atası Maraqlı şəxsdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Anası Ərizəçi, atası Maraqlı şəxsdur. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsasla yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin olunsun. xx.xx.2022-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment ödəməsi barədə Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞM/MT-039/2024-01362 reystr nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12
Məhkəmə qərarları › İş №2(038)-199/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-199/2025
03.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver