Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-22/2025 04.02.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X19 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə və Maraqlı şəxs nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu xx.xx.1977-ci ildə Yardımlı rayonu Telavar kəndində doğulmuş X7 xx.xx.1999-cu il tarixdə Yardımlı rayonu Telavar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1941 -ci ildə anadan olmuş və Yardımlı rayonu Telavar kəndində yaşayır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MN № 00011838 nömrəli çıxarışa əsasən o, da daxil olmaqla ailə üzvlərinə Yardımlı Rayonu Telavar kəndində 1,036991 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi verilmişdir. X3 xx.xx.2024-cü il tarixdə, oğlu X13 isə xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Əri və oğlundan qalan miras əmlakları rəsmiləşdirmək üçün Yardımlı Rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisindən vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar tələb edilən sənədləri, o cümlədən X3nun və X1 ölüm haqqında şəhadətnamələrinin təqdim edilməsi bildirilmişdir. Lakin X3nun ölüm şəhadətnaməsini notarit ofisinə təqdim edə bilsədə, X1 ölümü barədə qeydiyyat aparılmadığı və onun ölümü barədə ölüm haqqında şəhadətnaməni notarit ofisinə təqdim edə bilmədiyinə görə notariat hərəkətlərinin aparılması mümkün olmamışdır. Bundan sonra Maraqlı şəxsnə müraciət edərək X1 adına ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Yardımlı Rayonu Qeydiyyat Şöbəsinə etdiyi müraciətlə bağlı, həmin orqan tərəfindən ona bildirilmişdir ki, Maraqlı şəxs arxivində saxlanılan ilkin ölüm və bərpa ölüm akt qeydləri, eləcə də «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxıl edilmiş bütün vətəndaşlıq vəziyyətləri aktları üzrə yoxlama aparılmış və oğlunun ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin həmin orqan tərəfindən ona məktub verilərək X7 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. X7 xx.xx.1999-cü il tarixdə ölməsi və onun Yardımlı rayonu Telavar kənd qəbristanlığında dəfn edilməsi faktı müvafiq icra hakimiyyəti orqanlarından aldığı sənədlərlə təsdiq edilməsindən başqa, məhkəməyə şahid qismində dəvət ediləcək ailə üzvləri-Şahid4, X2, X8, X15, Şahid5, Nümayəndə,Şahid3, X11 (həbsdədir), həmçinin Telavar kənd sakinləri Şahid1 və Şahid2 tərəfindədndə təsdiq edilə bilər. Mərhum X1 ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən, o, ərindən və oğlundan qalan miras əmlakları rəsmiləşdirə bilmir. X1 ölməsi barədə sənədləri başqa qaydada alamaq mümkün deyildir. Ona görə də, xx.xx.1977-ci ildə Yardımlı rayonu Telavar kəndində doğulmuş X7 xx.xx.1999-cu il tarixdə Yardımlı rayonu Telavar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək göstərdi ki, qardaşı X13 xx.xx.1999-cu il tarixdə evlərində vəfat etmişdir. Səhlənkarlıqdan qardaşının ölümünü vaxtında sənədləşdirməmişlər. Hal-hazırda qardaşının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən torpaq sahəsinin sənədləşdirilməsi mümkün deyildir. Ona görədə ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs rəisi X14 izahat verərək göstərdi ki, Ərizəçi Maraqlı şəxsnə müraciət edərək X1 adına təkrar ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Müraciətlə bağlı, Maraqlı şəxs arxivində saxlanılan ilkin ölüm və bərpa ölüm akt qeydləri, eləcə də "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxıl edilmiş bütün vətəndaşlıq vəziyyətləri aktları üzrə yoxlama aparılmış və X7 adına ölümü haqqında akt qeydi aşkar edilməmiş, ərizəçiyə X7 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi izah edilmişdir. Ərizəçinin tələbinin təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin məhkəmə iclasında nümayəndə ilə təmsil olunmasını nəzərə alıb, işə ərizəçinin özünün şəxsən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Yardımlı rayon İHB-nın Telavar inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 159 nömrəli arayışdan görünür ki, Ərizəçi Yardımlı rayonu Telavar kəndində yaşayır. Yardımlı rayon İHB-nın Telavar inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 160 nömrəli arayışdan görünür ki, mərhum X13 xx.xx.1999-cu ildə vəfat etmiş və Telavar kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Yardımlı Rayon X9 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 1058/4 nömrəli arayışından görünür ki, Yardımlı rayonu Telavar kənd sakini xx.xx.1977-ci il təvəllüdlü X7 ölümü barədə Yardımlı RMX- da heç bir qeydiyyatı yoxdur. Maraqlı şəxs 19 sentyabr 2024-cü il tarixli, 3-16-5/8-13-507/2024 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs arxivində saxlanılan ilkin ölüm və bərpa ölüm akt qeydləri, eləcə də «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və 24 yanvar 1977-ci il təvəllüdlü X7 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs 19 sentyabr 2024-cü il tarixli, 3-16-5/8-69-M-505/2024 nömrəli arayışından görünür ki, 24 yanvar 1977-ci il Yardımlı rayonu Telavar kəndində anadan olmuş X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 24 yanvar 1977-ci ildə Yardımlı rayonu Telavar kəndində anadan olmuşdur. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, o Ərizəçi tanıyır. Mənzərin oğlu mərhum X13 xx.xx.1999-cu ildə xəstəlikdən vəfat etmiş və Telavar kənd qəbristanlığında dəfn edilmişdir. O, Nasifin dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsində göstərdiklərinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, Ərizəçi onun anasıdır. Qardaşı mərhum X13 xx.xx.1999-cu ildə xəstəlikdən vəfat etmiş və Telavar kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahidlər Şahid4 və Şahid5, Şahid3 ifadəsində göstərdiklərinə uyğun eyni məzmunlu ifadələr vermişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş üzrə ərizəçinin və maraqlı şəxsin nümayəndələrinin, habelə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X7 1999-cu il avqust ayının 14-də Yardımlı rayonunun Telavar kəndində ölməsi faktı öz təsdiqini tapır. Ona görə də Ərizəçi ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. MPM-nin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizədə qeyd olunanlar təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından, ərizə təmin edilməli, xx.xx.1977-ci ildə Yardımlı rayonu, Telavar kəndində doğulmuş X7 14 avqust 1999-cu ildə Yardımlı rayonu, Telavar kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1977-ci ildə Yardımlı rayonu, Telavar kəndində doğulmuş X7 14 avqust 1999-cu ildə Yardımlı rayonu, Telavar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X22
Məhkəmə qərarları › İş №2(038)-22/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-22/2025
04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver