Məhkəmə qərarları › İş №2(038)-242/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-242/2024

14.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-242/2024 14.05.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X10 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi X5 iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il tarixdə Yardımlı rayonunda doğulmuş X1 xx.xx.1999-cu il tarixdə Yardımlı rayonu, Fındıqlı-Qışlaq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Yardımlı rayonu Fındıqlı-Qışlaq kəndində yaşayır. 16 sentyabr 1998-ci il tarixdə X6 ilə rəsmi nikahından X3 adlı bir uşaq dünyaya gəlmişdir. Bu barədə Yardımlı Rayon İHB-nın Peştəsər İcra nümayəndəliyində 20 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. 1998-ci ildə Yardımlı Rayon Aqrar İslahat komissiyasının 18 sentyabr tarixli, 15/1 saylı qərarı ilə ailə üzvlərinə 0,40 ha torpaq sahəsi verilmiş və bütün ailə üzvləri, o cümlədən X1 adı da həmin sənəddə qeyd edilmişdir. Həmin sənəd verildikdən bir il sonra uzun sürən xəstəlik nəticəsində qızı X3 vəfat etmiş və 07 avqust 1999-cu il tarixdə kənd sakinləri ilə birgə Yardımlı rayonu, Fındıqlı-Qışlaq kənd qəbristanlığında dəfn edilmişdir. Hal-hazırda onun qəbri Yardımlı rayonu, Fındıqlı-Qışlaq kənd qəbristanlığında yerləşir. X1 ölüm faktını şahidlər və müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar təsdiq edə bilər. Yardımlı Rayon Aqrar İslahat komissiyasının 18 sentyabr tarixli, 15/1 saylı qərarı ilə ailə üzvlərinə verilmiş şəhədatnamədə Ülviyyənin də adı qeyd edildiyi üçün, lakin onun ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamə olmadığı üçün Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq sənədlərin alınmasında çətinliklər yaranır. Bununla əlaqədar Yardımlı Rayonu Qeydiyyat Şöbəsinə etdiyi müraciətlərə cavab olaraq, həmin orqandan bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü il tarixə kimi yoxlama aparılmış və X1 ölümü haqqında akt qeydi aşkar edilməmiş və bu barədə onlara arayış təqdim edilmişdir. Həmçinin həmin orqan tərəfindən onlara məktub verilərək X1 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs rəisi X8 məhkəmə iclasında izahat verərək iş üzrə qanuni məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Yardımlı rayon İHB-nin Peştəsər iəd üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Fındıqlı-Qışlaq kənd sakini Ərizəçi Buludxan oğlunun və X4 birgə nikahları dövründə doğulmuş xx.xx.1998-ci il təvəllüdlü X3 anadan olmuş və xx.xx.1999-cu ildə ev şəraitində vəfat etmişdir. Fındıqlı-Qışlaq kənd qəbristanlığında dəfn olunmuşdur. Yardımlı rayon İHB-nin Peştəsər iəd üzrə nümayəndəliyinin 5-xx-xx/2422024 saylı arayışından görünür ki, Novruzov X2 rayonu, Fındıqlı-Qışlaq kəndində daimi qeydiyyatda olmaqla, hal-hazırda həmin ünvanda yaşayır. Maraqlı şəxs 11 mart 2024-cü il tarixli, 3-16-5/8-69-169/2024 saylı məktubdan məlum olur ki, ölüm faktını təsdiq edən tibbi sənəd qeydiyyat üçün təqdim edilməyindən, şəhadətnamənin verilməsi mümkün olmamışdır. Maraqlı şəxs 11 mart 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X3 haqqında xx.xx.2024-cü il tarixədək ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs 11 mart 2024-cü il tarixli arayışından görünür ki, X3 xx.xx.1998-ci ildə Yardımlı rayonu Qışlaq kəndində anadan olmuşdur. Məhkəmə iclasında Şahid2 ifadəsindən görünür ki, Ərizəçi onun qonşusudur və onun ailə üzvlərini tanıyır. Ərizəçi üç qızı və bir oğlu vardır. Bundan əlavə bir qızı və bir oğlu vəfat etmişdir. Qızı Ülviyyə 1999-cu ilin avqustunda Fındıqlı-Qışlaq kəndində vəfat etmişdir. Üzürdə iştirak etmişdir. Məhkəmə iclasında Şahid1 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Buna görə də məhkəmə həmin ifadəni təkrarlamağa zərurət görmür. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X1 1999-cu il avqust ayının 07-də Yardımlı rayonu, Fındıqlı-Qışlaq kəndində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1998-ci il tarixdə Yardımlı rayonunda doğulmuş X1 xx.xx.1999-cu il tarixdə Yardımlı rayonu, Fındıqlı-Qışlaq kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1998-ci il tarixdə Yardımlı rayonunda doğulmuş X1 xx.xx.1999-cu il tarixdə Yardımlı rayonu, Fındıqlı-Qışlaq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yardımlı Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: x10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar