Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-305/2023 25.05.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi ilə. Ərizəçi Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-00533 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər bir uşağa görə 80 manat yəni iki uşağa görə cəmi 160 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə faktiki nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Bahadır uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Bahadır ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-00533 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə görə Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay hər bir uşağa 80 manat cəmi 160 manat alimenti ona ödəyəcəkdir. Lakin Bahadır barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi alimenti ona ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-00533 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 xx.xx.2018-ci ildə və X4 xx.xx.2011-ci ildə doğulmuşlar. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-00533 nömrəli Barışıq Sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs saziş imzaladıqdan sonra birgə faktiki nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüldü X3 və xx.xx.2011-ci il təvəllüldü X1 yetkinİik yaşına çatana kimi hər ay hər bir uşağa görə 80 manat, iki uşağa görə cəmi 160 manat alimenti birinci tərəfə ödəyəcəkdir. Alimentin köçürülməsi hər ayın 01-dən gün ərzində nağd qaydada, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 18 may 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Mediyasiya prosesi üzrə xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-00533 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2018-ci il təvəllüldü X2 və xx.xx.2011-ci il təvəllüldü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulması 01 aprel 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: X7
Məhkəmə qərarları › İş №2(038)-305/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-305/2023
25.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver