Məhkəmə qərarları › İş №2(038)-49/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-49/2024

14.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-49/2024 14.03.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 sədrliyi, K1 katibliyi ilə, İddiaçı, Cavabdeh3 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı 4660 manat dəyərində qızıl-zinət əşyaları tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 ümumi dəyəri 4660 manat olanqiyməti 1140 manat olan 1 ədəd boyunbağı, qiyməti 285 manat olan 1 ədəd boyunbağı, qiyməti 665 manat olan 1 ədəd qolbağı, qiyməti 330 manat olan 1 ədəd nişan üzük, qiyməti 380 manat olan 1 ədəd üzük, qiyməti 1145 manat olan 1 ədəd komplekt, qiyməti 285 manat olan 1 ədəd kulon, əlavə təsviri ilə verilən qiyməti 190 manat olan 1 ədəd qolbağı, qiyməti 340 manat olan 1 ədəd üzük və qızıl-zinət əşyalarının qiymətləndirilməsi üçün çəkilmiş 50 manat rüsumu tələb etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə 18 fevral 2022-ci il tarixində el adəti ilə toy edərək ailə qurmuşdur. Evləndikdən sonra bir müddət mehriban yaşamışlar, sonradan cavabdeh tez-tez narazılıq etmişdir. Bu hallara dözə bilməyərək 31 yanvar 2023-cü il tarxində ata evinə qayıtmışdır. O vaxtdan indiyə qədər atasının himayəsində onunla birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə Lənkəran 1 saylı Mediasiya Təşkilatına cehiz əmlakı və qızıl tələbinə dair müraciət etmiş, müraciətə xx.xx.2023-cü il tarixində baxılmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə Yardımlı rayon Televar kənd Ərazi İcra nümayəndəsi və Bələdiyyə sədrinin iştirakı ilə ona məxsus olan cehiz əşyaları tam şəkildə qaytarılmışdır. Qızıl-zinət əşyalarını tələb etsə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 qızıl-zinət əşyalarını ona verməkdən imtina etmişlər və özlərinə məxsus evlərində saxlamışlar. Qızıl-zinət əşyalarının məhkəmə qaydasında alınıb ona verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Həmin qızıl-zinət əşyalarının ona məxsusluğu barədə toy şəkillərində, toy video-kasetində görüntülər mövcuddur. Ona məxsus olan, lakin cavbdehlərin evində olan qızıl-zinət əşyaları -qiyməti 1140 manat olan 1 ədəd boyunbağı, qiyməti 285 manat olan 1 ədəd boyunbağı, qiyməti 665 manat olan 1 ədəd qolbağının, qiyməti 330 manat olan 1 ədəd nişan üzüyünün, qiyməti 380 manat olan 1 ədəd üzüyün, qiyməti 1145 manat olan 1 ədəd komplektin, qiyməti 285 manat olan 1 ədəd kulonun, Əlavə təsviri ilə verilən qiyməti 190 manat olan 1 ədəd qolbağının, qiyməti 340 manat olan 1 ədəd üzük olmuşdur. Ümumi qiyməti 4660 manat təşkil etmişdir. Qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə Bank Respublika ASC-nin qiymətləndiricisi (zərgəri), "xxxx" ASC-nin qiymətləndiricisi (zərgəri), Masallı şəhəri “Xan Çinar” qızıl satışı üzrə fəaliyyət göstərən fiziki şəxs (Zərgər) VÖEN ********** tərəfindən rəy verilmişdir. Məhkəmə baxışı iclasında İddiaçı izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ümumilikdə 11 ay ailə həyatı davam etmişdir. Ailə qurduqdan 3 ay sonra həyat yoldaşı Cavabdeh1la aralarında mübahisələr yaranmağa başlamışdır. Yoldaşı tez-tez onu təhqir etmişdir. Bu kimi hallara görə xx.xx.2023-cü ildə atası evinə geri qayıtmışdır. Evdən çıxarkən qızıllarını qaynanası, qaynı Şahin və yoldaşı zorla ondan almışdır. Qızılların əksəriyyəti ona toyda hədiyyə verilmişdir. Onlardan qolbaqlardan biri toydan əvvəl, digəri isə gəlin köçdüyü gün hədiyyə edilmişdir. Qızılları yataq otağında şkafın içində saxlayırdı. Evdən getmək məqsədilə atasına zəng vurduğunu bildikdən sonra qaynanasıgil ondan qızılları tələb etmiş, məcbur qalıb vermişdir. Digər əşyalar, özünün və paltarlarını götürməsinə maneə yaratmamışlar. Cavabdeh3 məhkəmə iclasında izahat verərək oğlu Anarın Rusiya Federasiyasında olması, digər Cavabdeh2 İ dərəcə əlil olması səbəbindən məhkəmə iclaslarında iştirak etmədiklərini bildirdi. Bundan əlavə bildirmişdir ki, tələb edilən qızıllardan bir ədəd nazik boyunbağı oğlu Anara məxsus olmuş, iddiaçıya yalnız toy günü taxması üçün verilmişdir. Toydan sonra da həmin boyunbağını saxlaması üçün iddiaçıya vermişdir. İki qolbağ ona toy günü yaxınları hədiyyə edtmişdir. Komplektə bir ədəd klonlu boyunbağı, bir cüt sırğa, bir ədəd üzük daxil olmuşdur. Bundan əlavə bir ədəd nişan üzüyü hədiyyə etmişdir, ümumilikdə 4 ədəd qızıl üzük olmuşdur. Qızılları evdən gedərkən iddiaçıdan o, özü almışdır. Sonradan oğlu Anar həmin qızılları satıb Rusiya Federasiyasına getmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası MPMin 185.5.-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə Mütəxəssis rəyindən görünür ki, İddiaçı tələb etdiyi qızıl-zinyət əşyaları olan 1140 manat dəyərində 12 qramlıq 583 əyyarlı 1ədəd boyunbağı, 285 manat dəyərində 3 qramlıq 585 əyyarlı 1 ədəd boyunbağı, 665 manat dəyərində 7 qramlıq 583 əyyarlı 1 ədəd qolbaq, 330 manat dəyərində 3,5 qramlıq 585 əyyarlı 1 ədəd nişan üzüyü, 380 manat dəyərində 4 qramlıq 585 əyyarlı 1 ədəd üzük, 1045 manat dəyərində 11 qramlıq 583 əyyarlı komplekt, 285 manat dəyərində 3 qramlıq 585 əyyarlı 1 ədəd kulon, 190 manat dəyərində 2 qramlıq 583 əyyarlı 1 ədəd qolbaq, 340 manat dəyərində 3,6 qramlıq 583 əyyarlı 1 ədəd üzük mütəxəssis tərəfindən orta bazar qiymətinə uyğun təqribi qiymətləndirilmişdir və onların ümumi dəyəri 4660 manatdır. Təqdim olunmuş fotoşəkillərdən və DVD formatlı diskdə olan video görüntüdən görünür ki, İddiaçı iddia tələbində göstərilən qızıl-zinət əşyalarının hədiyyə olunması əks olunmuşdur. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 manat dövlət rüsumu ödəmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək tərəfindən təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1. və 34.2.-ci maddələrinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İşin hallarının təhlili zamanı məhkəmə belə qənaətə gəlmişdir ki, tələb olunan qızılzinət əşyaları, onlar olmadıqda isə həmin əşyaların dəyəri iddiaçıya verilməlidir. Belə ki, mülki işin halları araşdırılarkən Cavabdeh3 tərəfindən iddia tələbi qismən etiraf edilmişdir. Belə ki, Cavabdeh3 məhkəməyə verdiyi izahatında qızıllardan bir ədəd nazik boyunbağının oğluna məxsus olmasını bildirmiş, qalan qızıllara münasibətdə onların toy zamanı özü və qohumları tərəfindən iddiaçıya hədiyyə edildiyini bildirmişdir. Bundan əlavə qızılların hazırda Cavabdeh1 tərəfindən satıldığını qeyd etmişdir. Tələb olunan qızıl-zinyət əşyalarının dəyəri və çəkisi mütəxəssis tərəfindən orta bazar qiymətlərinə uyğun dəyərləndirilmişdir. Məhkəmə qeyd edir ki, hədiyyə olunmuş qızıl-zinət əşyaları iddiaçının öz mülkiyyətinə aiddir. Həmin əşyaları tələb etmək onun mülkiyyət hüququndan irəli gələn subyektiv hüququdur. Tələb olunan qızıl-zinət əşyaları iddiaçı evdən gedərkən Cavabdeh3 tərəfindən ondan alınmışdır, lakin qeyd olunan qızılların sonradan digər Cavabdeh1 tərəfindən satılması qeyri-müəyyəndir. Bu hallar Cavabdeh3 məhkəməyə verdiyi izahatında təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, tələb olunan qızıl-zinət əşyaları cavabdehlər Cavabdeh1 və Cavabdeh3 alınmalıdır. İşin faktiki vəziyyətindən göründüyü kimi, iddia tələbi üzrə Cavabdeh2 cavabdeh kimi iddiaçının hüquq və məbafeyini pozması halı müəyyən olunmur. Odur ki, sonuncuya münasibətdə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işi üçün əhəmiyyətli olan hallara və onlara məlum olan faktları barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Qeyd olnumuş Məcəllənin 118.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxlsərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, tələb olunan qızıl-zinyət əşyalarının dəyəri olan 4460 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh3 alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qiyməti 1140 manat olan 1 ədəd boyunbağı, qiyməti 285 manat olan 1 ədəd boyunbağı, qiyməti 665 manat olan 1 ədəd qolbağı, qiyməti 330 manat olan 1 ədəd nişan üzük, qiyməti 380 manat olan 1 ədəd üzük, qiyməti 1145 manat olan 1 ədəd komplekt, qiyməti 285 manat olan 1 ədəd kulon, 190 manat olan 1 ədəd qolbağı, qiyməti 340 manat olan 1 ədəd üzük və ya olmayan qızıl-zinət əşyasının dəyəri,, həmçinin mütəxəssis rəyinin alınması üçün ödənilmiş 50 manat və dövlət rüsumuna görə ödənilmiş 70 manat alınaraq İddiaçı verilsin. İddia Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar