Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-495/2025 29.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 sədrliyi, xx katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi «mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün minimum əmək haqqının 0,5 misli, yəni 200 (iki yüz) manat məbləğində alimentin ödənilməsi barədə onun Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-cü il tarixli, MŞM/MT036/2025-00031 nömrəli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 2014-cü ilin oktyabr ayında evlənərək, nikahlarını 04 aprel 2016-cı il tarixdə Sumqayıt «Asan Xidmət» mərkəzi Qeydiyyat Şöbəsində 792 nömrə ilə rəsmi qeyd etdirmişlər. Onların birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşağı doğulmuşdur. Maraqlı şəxs ilə aralarında olan narazılığdan sonra ayrılmış və nikahın pozulması, uşağın himayəsində saxlanması və uşağın saxlanması üçün aliment tələbi ilə bağlı Masallı 1 saylı Mediasıya Təşkilatına müraciət etmişdir. Ərizəsinə əlavə etdiyi Maraqlı şəxs ilə Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-cü il tarixli MŞM/MT036/2025-00031 saylı «Barışıq sazişi»ndən göründüyü kimi “1-ci tərəf Ərizəçi (Nümayəndə: Nümayəndə Dünyamalı oğlu) “Nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbi» ilə bağlı mediasiyaya müraciət etmiş, xx.xx.2025-ci il tarixdə tərəflərlə həmin mübahisə üzrə tam mediasiya sessiyası keçirilmiş, mediasiya prosesi zamanı tərəflər xx.xx.2016-cı il tarixdə Sumqayıt «ASAN» Xidmət mərkəzi Qeydiyyat şöbəsində 792 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında barışıq üçün əlavə vaxt verilmədən pozulması barədə razılığa gəlmişlər. Həmçinin tərəflər xx.xx.2015-ci il təvəllüdlü X3 anası Ərizəçi yanında saxlanılaraq onun himayəsinə verilməsinə və uşağın saxlanılması üçün minimum əmək haqqının 0,5 misli məbləğində yəni bir uşağa 200 (iki yüz) manat məbləğində alimentin ödənilməsinə razılaşmışlar. İkinci tərəf Maraqlı şəxs 2025-ci ilin mart ayından başlayaraq gələn hər növbəti ayda 200 manat məbləğində alimenti nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs ilə aralarında olan nikah Yardımlı Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmənin qeyd edilən qətnaməsi ilə uşaq onun himayəsində saxlanılmış və hazırda da himayəsindədir. Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X2 üçün minimum əmək haqqının 0,5 misli məbləğində, yəni bir uşağa 200(iki yüz) manat məbləğində aliment vermək öhdəliyi Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞM/MT036/2025-00031 saylı «Barışıq sazişi»nə əsasən üzərinə götürsə də hər ay alimentin məbləğin azaltmaqla, bu ilin iyun ayı üçün ödəniş etməmişdir. Göründüyü kimi Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclas zalında izahat verərək bildirmişdir ki, Maraqlı şəxs barışıq sazişinə əməl etmir, 2 aydır ödəmir, buna görə sə ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs iştirakı olmadan baxılmasını xahiş etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Ərizəçi Maraqlı şəxs ilə Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025cü il tarixli MŞM/MT036/2025-00031 saylı «Barışıq sazişi»ndən göründüyü kimi “1-ci tərəf Ərizəçi (Nümayəndə: Nümayəndə Dünyamalı oğlu) “Nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbi» ilə bağlı mediasiyaya müraciət etmiş, xx.xx.2025-ci il tarixdə tərəflərlə həmin mübahisə üzrə tam mediasiya sessiyası keçirilmiş, mediasiya prosesi zamanı tərəflər xx.xx.2016-cı il tarixdə Sumqayıt «ASAN» Xidmət mərkəzi Qeydiyyat şöbəsində 792 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında barışıq üçün əlavə vaxt verilmədən pozulması, həmçinin tərəflər xx.xx.2015-ci il təvəllüdlü X3 anası Ərizəçi yanında saxlanılaraq onun himayəsinə verilməsinə və uşağın saxlanılması üçün minimum əmək haqqının 0,5 misli məbləğində yəni bir uşağa 200 (iki yüz) manat məbləğində alimentin ödənilməsinə razılaşmışlar. İkinci tərəf Maraqlı şəxs 2025-ci ilin mart ayından başlayaraq gələn hər növbəti ayda 200 manat məbləğində alimenti nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2025-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsasla yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin olunsun. xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün minimum əmək haqqının 0.5 misli, yəni hər ay 200(iki yüz) manat məbləğində aliment ödəməsi barədə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞM/MT036/2025-00031 nömrəli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulmasının başlanğıcı ərizə məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(038)-495/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-495/2025
29.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver