Məhkəmə qərarları › İş №2(038)-515/2024

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-515/2024

30.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-515/2024 30.07.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X2, Ərizəçinın «ölüm faktının müəyyən edilməsi» tələbinə dair xüsusi icraat qaydasında verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi iddia ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət edərək, 01 iyul 1960cı il tarixdə Yardımlı rayonu Köryədi kəndində anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) tələblərinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun qərarının 1.2-ci bəndində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 9-cu bəndində göstərilir ki, MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. «Əhalinin sağlamlığının qorunması» haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin «Qayda»nın 4-cü bəndində «ölüm haqqında tibbi şəhadətnamə»nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. «Ölüm haqqında tibbi şəhadətnamə» mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, «Ölüm haqqında tibbi şəhadətnamə»nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının xx.xx.2018-ci il tarixli 5 saylı qərarının 4.1-ci bəndində göstərilir ki, «Ölüm haqqında tibbi şəhadətnamə» (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin qərarın 4.2-ci bəndində göstərilir ki, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X3 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında «Xəbərdarlıq vərəqəsi»ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra «hüquq-mühafizə orqanı») məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Həmin qərarın 4.3-cü bəndində göstərilir ki, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə «Xəbərdarlıq vərəqəsi» və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Asan Xidmət X4 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan da göründüyü kimi, sonuncu Zəminə Dadaşovanın ölməsi ilə bağlı Şəhadətnamənin verilməməsinə əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin qeydiyyat şöbəsinə təqdim edilməməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adıçəkilən qərarındanda da müəyyən olunur ki, hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsinin mühüm şərtlərindən biri şəxsin həmin halı başqa formada müəyyən etmək imkanının olmamasıdır. Lakin hazırki işin hallarındanda müəyyən olunur ki, ərizəçinin məhkəmə qaydasında müəyyən edilməsini tələb etdiyi mərhum X1 ölməsi ilə bağlı Bakı şəhəri Təcili və X5 Stansiyası 16 iyul 2024-cü il tarixli «Ölüm haqqında xəbərdarlıq vərəqəsi» verilmiş və sonuncu həmin xəbərdarlıq vərəqəsini mərhum Zəminə Dadaşovanın qeydiyyatda olduğu və ya faktiki yaşamış olduğu ərazi üzrə ambulator tibb müəssisəsinə təqdim etməklə, «ölüm haqqında tibbi şəhadətnamə» əldə edə bilər. Əgər müvafiq tibb müəssisəsi ölüm haqqında şəhadətnaməni ona verməkdən imtina edərsə onda ərizəçi bununla bağlı ümumi məhkəməyə deyil, müvafiq olaraq inzibati məhkəməyə müraciət etməlidir. Göründüyü kimi Ərizəçi 01 iyul 1960-cı il tarixdə Yardımlı rayonu Köryədi kəndində anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil və iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunan Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 153.2.1, 153.4, 153.5, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi «01 iyul 1960-cı il tarixdə Yardımlı rayonu Köryədi kəndində anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Ərizə, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100(bir yüz) manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun ərizəçiyə qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yardımlı Rayonu üzrə Maliyyə Şöbəsinə və Yardımlı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar