Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-10/2020 01.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ HakimƏliyev Toğrul Məhəmmədoğlununsədrliyi, Məhkəmə iclasının katibi Səfərova Elmira Rafik qızının katibliyi, İddiaçı “İddiaçıBank” X6 (QSC)nümayəndəsi X4, Cavabdehlər Cavabdeh iştirakları ilə, İddiaçı “İddiaçıBank” QSC-nin cavabdehlər Cavabdeh, X3, X13, X11 və X12 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “İddiaçıBank” QSC-nin cavabdehlər Cavabdeh, Mehbarə Hüseynovaya, Nəzər Ağayevə, Tale Hüseynova və Savet Məmmədova qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh, Nəzər Ağayevdən, Savet Məmmədovdan və Mehbarə Hüseynovadan müştərək qaydada iddiaçının xeyrinə, 15R000005944 saylı kredit razılaşması üzrə 12,816.21 ABŞ dollarıməbləğində kredit borcu, 2,121.49 ABŞ dollarıməbləğində faiz borcu və 3,242.41 ABŞ dollarıməbləğində cərimə olmaqla ümumi 18,180 ABŞ dolları 11 sentməbləğində borcun, 010KK**********01 kredit razılaşması üzrə 999.28 manatməbləğində kredit borcu, 17.70 manat məbləğində faiz borcu və 288.99 manat məbləğində cərimə olmaqla ümumi 1,302 manat 97 qəpikməbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manatməbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatdövlət rüsumunun və 21 manatxidmət haqqının tutulması, tələbin Yevlax rayonu, Aran qəsəbəsi, N.Rəfibəyli küçəsi, ev 5, mənzil 1 açıq hərracdan satılması və 18,180 ABŞ dolları 11 sent və 1,302 manat 97 qəpikməbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manatməbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatdövlət rüsumunun və 21 manatxidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına “İddiaçıBank” QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh, Nəzər Ağayevdən, Savet Məmmədovdan və Mehbarə Hüseynovadan ümumi qaydada tutulması, Yevlax rayonu, Aran qəsəbəsi, N.Rəfibəyli küçəsi, ev 5, mənzil 1-ə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Mehbarə Hüseynovanın və Tale Hüseynovun həmin əmlaklardan çıxarılmasına, mənzilin boşaldılması və “İddiaçıBank” QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh “İddiaçıBank” QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli15L000002236 saylı kredit xətti müqaviləsinə əsasən 60 (yüz iyirmi) ay müddətinə 30,000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2014-cü il tarixli 2236 saylı sazişlə kredit xəttinin məbləği 60,000 (altmış min) ABŞ dolları və kredit xəttinin müddəti 134 ay müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh “İddiaçıBank” QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 15R000005944 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18,000 (on səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaldıqları xx.xx.2015-ci il tarixli 15R000005944S saylı, xx.xx.2015-ci il tarixli 15R000005944SA saylı və xx.xx.2015-ci il tarixli 15R000005944SA sazişlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 5183,79 ABŞ dolları ödəmiş, onun 12816,21 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarıimasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 240 gün üçün hesablanmış faiz borcu 2,121.49 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2016cı il tarixə 240 gün üçün hesablanmış cərimə 3,242.41 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh “İddiaçıBank” QSC ilə bağladığı xx.xx.2014cü il tarixli 15KK000000183 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 (min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 0,72 manat ödəmiş, onun 999,28 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 292 gün üçün hesablanmış faiz borcu 17,70 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2016-cı il tarixə 292 gün üçün hesablanmış cərimə 288,99 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Mehbarə Hüseynova iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli 15M000000693 saylı ipoteka müqaviləsi (Yevlax rayon 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilib) Yevlax rayonu, Aran qəsəbəsi, N.Rəfibəyli küçəsi, ev 5, mənzil 1 iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 10 №-li reyestr kitabının 8 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Yevlax rayonu, Aran qəsəbəsi, N.Rəfibəyli küçəsi, ev 5, mənzil 1 «İddiaçıBank» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan “İddiaçıBank” QSC cavabdeh-ipoteka qoyan Mehbarə Hüseynovaya “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2ci bəndində uyğun olaraq xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərmiş, xx.xx.2016-cı il tarixdə bildirişlər ünvanına çatdırılmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi idarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2016-cı il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı «İddiaçıBank» QSC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 AZN dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 AZN dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsində qeydiyyata alınması üçün 21 AZN xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X7 xx.xx.2014-cü il tarixli 15S000005651 saylı zaminlik müqaviləsinə, X16 xx.xx.2013-cü il tarixli 15S000003963 saylı zaminlik müqaviləsinə və X14 xx.xx.2013-cü il tarixli 15S000003962 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı “İddiaçıBank ” ASC-nin nümayəndəsi Vüsal Həsənli iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, həqiqətən “İddiaçıBank” QSCdən qeyd edilən məbləğdə kredit götürmüşdür. Lakin, həmin borcdan 8,600 manatdan çox vəsait ödəmişdir. Buna baxmayaraq Bank ödənilmiş məbləğləri yalnız faiz borcuna silmişdir. İddianın qismən, hər iki müqavilə üzrə yalnız əsas borcun tutulması hissəsində təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh Mehbarə Hüseynova əvvəlki məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, Yevlax rayonu, Aran qəsəbəsi, N.Rəfibəyli küçəsi, 5 nömrəli evin 1 nömrəli mənzili ona məxsusdur. Cavabdeh kredit götürərkən ödənişləri vaxtında edəcəyi barədə vəd vermişdir. Bu səbəbdən özünə məxsus mənzilin ipoteka ilə yüklük edilməsinə razılı vermişdir. Eyni zamanda zaminlik müqaviləsi əsasında zamin olaraq birgə borclu olması barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmuşdur. İddianı ona münasibətdə təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Nəzər Ağayev və Savet Məmmədov oxşar məzmunlu izahat verərək, yaranmış borcun Cavabdeh tərəfindən ödənilməli olduğunu qeyd edərək iddianın onlara münasibətdə təmin edilməməsini xahiş etmişlər. Cavabdeh Tale Hüseynova məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim olunan “İddiaçıBank” QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 15L000002236 saylı kredit xətti müqaviləsinə əsasən sonuncu üçün 60 ay müddətinə 30,000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti üzrə öhdəliklərin təmin edilməsi məqsədi ilə cavabdehlər Mehbarə Hüseynova, Nəzər Ağayev və Savet Məmmədov ilə Bank arasında ayrı-ayrılıqda zaminlik müqavilələri bağlanmış və sonuncular kredit müqaviləsi üzrə yaranacaq borc üzrə birgə məsuliyyət daşımaqları barədə üzərilərinə öhdəlik götürmüşlər. Bundan başqa, “İddiaçıBank” QSC ilə Mehbarə Hüseynova arasında xx xxxxxxxx 2014-cü il tarixdə qeyd edilən kredit xətti müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanmış, sonuncu, özünə məxsus Yevlax rayonu, Aran qəsəbəsi, N.Rəfibəyli küçəsi, 5 nömrəli evin 1 nömrəli mənzilini Bank qarşısında ipoteka ilə yüklü etdirmiş və həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Tərəflərin imzaladıqları xx xxxxxxxx 2014-cü il tarixli 2236 saylı sazişlə kredit xəttinin müddəti 134 ay müəyyən edilmişdir. Cavabdehla “İddiaçıBank” QSC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 15R000005944 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18,000 ABŞ dolları kredit verilmişdir. Daha sonra xx xxxx 2015-ci il tarixli və xx xxxxx 2015-ci il tarixli sazişlərlə kreditin qaytarılma müddəti xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Cavabdehla “İddiaçıBank” QSC arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 15KK000000183 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1,000 manat kredit verilmişdir. Maliyyə arayışlarına əsasən xx xxxx 2016-cı il tarixə xx xxxxxxxx 2014-cü il tarixli 15R000005944 saylı kredit razılaşması üzrə 12,816.21 ABŞ dolları əsas, 2,121.49 ABŞ dolları faiz borcu, 3,242 ABŞ dolları cərimə, xx xxxxxxx 2014-cü il tarixli 15KK000000183 saylı kredit razılaşması üzrə isə 999.28 manat əsas, 17.70 manat faiz borcu, 288.99 cərimə yaranmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 11926 nömrəli rəyində qeyd edilir ki, xx xxxx 2016-cı il tarixə xx xxxxxxxx 2014-cü il tarixli 15R000005944 saylı kredit razılaşması üzrə 12,816.21 ABŞ dolları əsas, 2,121.49 ABŞ dolları faiz borcu, xx xxxxxxx 2014-cü il tarixli 15KK000000183 saylı kredit razılaşması üzrə isə 999.28 manat əsas, 17.70 manat faiz borcu yaranmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, Yevlax rayonu Aran qəsəbəsi N.Rəfibəyli küçəsi 5 nömrəli evin 1 nömrəli mənzilinin orta bazar qiyməti 26,000 manat təşkil edir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 34. ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması anında yarana bilər. Maddə 41. İpoteka saxlayanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda satıla bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Mövcud sübutlarla əsasında müəyyən edilmişdir ki, “İddiaçıBank” QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 15L000002236 saylı kredit xətti müqaviləsinə əsasında ona 60 ay müddətinə 30,000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin kredit xətti üzrə öhdəliklərin təmin edilməsi məqsədi ilə cavabdehlər Mehbarə Hüseynova, Nəzər Ağayev və Savet Məmmədov ilə Bank arasında ayrı-ayrılıqda zaminlik müqavilələri bağlanmış, habelə Mehbarə Hüseynova xx xxxxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında özünə məxsus Yevlax rayonu, Aran qəsəbəsi, N.Rəfibəyli küçəsi, 5 nömrəli evin 1 nömrəli mənzilini Bank qarşısında ipoteka ilə yüklü etdirmişdir. Tale Hüseynov bu barədə ərizə verərək ipoteka predmetinə tutma yönələcəyi təqdirdə mənzili dərhal tərk etmək barədə üzərinə öhdəlik götürmüşdür. xx xxxxxxxx 2014-cü il tarixli 2236 saylı sazişlə kredit xəttinin müddəti 134 ay müəyyən edilmişdir. Həmin kredit xətti çərçivəsində Cavabdeh xx xxxxxxxx 2014-cü il tarixli 15R000005944 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, daha sonra isə saziş əsasında xx xxxxxx 2019-cu il tarixədək, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, 18,000 ABŞ dolları xx xxxxxxx 2014-cü il tarixli 15KK000000183 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1,000 manat kredit verilmişdir. Cavabdeh kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Bankın yaranmış borcun cavabdehlər Cavabdeh, Nəzər Ağayev, Savet Məmmədov və Mehbarə Hüseynovadan tutulmasını və tələbin ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ vardır. Əsas və faiz borcu tələbi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, ekspert rəyində xx xxxxxxxx 2014-cü il tarixli 15R000005944 saylı kredit razılaşması üzrə 12,816.21 ABŞ dolları əsas, 2,121.49 ABŞ dolları faiz borcu, xx xxxxxxx 2014-cü il tarixli 15KK000000183 saylı kredit razılaşması üzrə isə 999.28 manat əsas, 17.70 manat faiz borcu müəyyən edildiyindən, həmin hesablamanın səhv olmasına dəlalət edən hər hansı sübut müəyyən edilmədiyindən həmin məbləğlər əsas götürülməlidir. Cərimə tələbi hissəsi ilə əlaqədar məhkəmə belə qənaətə gəlir ki, hər iki əqd üzrə tənasübsüz surətdə yüksək cərimə azaldılaraq xx xxxxxxxx 2014-cü il tarixli 15R000005944 saylı kredit razılaşması üzrə 500 ABŞ dolları, xx xxxxxxx 2014-cü il tarixli 15KK000000183 saylı kredit razılaşması üzrə isə 15 manat müəyyən eidlməlidir. X10 mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsi N.Rəfibəyli küçəsi 5 nömrəli evin 1 nömrəli mənzilinə yönəldilməli, mənzil açıq hərracdan satılmalı və əldə olunan vəsait hesabına borc “İddiaçıBank” QSC-yə ödənilməlidir. Həmin mənzilə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər Mehbarə Hüseynova və Tale Hüseynov könüllü mənzili tərk etmədikləri təqdirdə onlar mənzildən çıxarılmalı, mənzil boşaldılmalıdır. Yevlax rayonu, Aran qəsəbəsi, N.Rəfibəyli küçəsi, 5 nömrəli evin 1 nömrəli mənzilinin ilkin satış qiyməti mütəxəssis rəyində qeyd edilən 26,000 manat məbləğində müəyyən edilməlidir, belə ki, tərəflər bu qiymətin əsassızlığına dair hər hansı sübut təqdim etməmişlər. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu hissədə olan tələb məhkəmə qətnaməsinin icrası qaydasında müvafiq qanunvericiliyin tələblərinə uyğun həll edilməli məsələ olduğundan bunun qətnamədə qeyd edilməsinə zərurət yoxdur. Bundan başqa iddianın mənzilə tutma yönəldildikdən və o, satıldıqdan sonra mənzilin Banka təhvil verilməsi hissəsi ilə bağlı qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə görə hərrac keçirildikdən sonra yalnız hərracın nəticələri üzrə mülkiyyət hüququ əldə etmiş şəxsə mənzil təhvil verilə bilər. Bu səbəbdən həmin hissələrdə iddia təmin edilməməlidir. Məhkəmə xərcləri cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, X1, X8 və X5 müştərək qaydada xx xxxxxxxx 2014-cü il tarixli 15R000005944 saylı kredit razılaşması üzrə 12,816.21 ABŞ dolları əsas, 2,121.49 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, ümumi 15,437 (on beş min dörd yüz otuz yeddi) ABŞ dolları 70 (yetmiş) sent, xx xxxxxxx 2014-cü il tarixli 15KK000000183 saylı kredit razılaşması üzrə isə 999.28 manat əsas, 17.70 manat faiz borcu, 15 manat cərimə, habelə 30 manatödənilmiş dövlət rüsumunun və 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 21 manatxidmət haqqının əvəzi, ümumi 1,092 (bir min doxsan iki) manat 98 (doxsan səkkiz) qəpik “İddiaçıBank” QSC-nin xeyrinə tutulsun. Tələb ipoteka qoyulmuş, cavabdeh X2 mülkiyyətindəki Yevlax rayonu, Aran qəsəbəsi, N.Rəfibəyli küçəsi, 5 nömrəli evin 1 nömrəli mənzilinə yönəldilərək, həmin mənzil açıq hərracdan satılsın və satış hesabına əldə edilmiş vəsaitdən borc “İddiaçıBank” QSC-yə ödənilsin. Yevlax rayonu, Aran qəsəbəsi, N.Rəfibəyli küçəsi, 5 nömrəli evin 1 nömrəli mənzilinin ilkin satış qiyməti 26,000 (iyirmi altı min) manat müəyyən edilsin. Yevlax rayonu, Aran qəsəbəsi, N.Rəfibəyli küçəsi, 5 nömrəli evin 1 nömrəli mənzili satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər X9 və X15 həmin mənzildən çıxarılsın və mənzil onlar tərəfindən boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh, X1, X8 və X5 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22. hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:
Məhkəmə qərarları › İş №2(039)-10/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-10/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver