Məhkəmə qərarları › İş №2(039)-1007/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1007/2025

02.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1007/2025 02.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 24 fevral 1962-ci il təvəllüdlü X2 27 fevral 2025-ci il tarixdə Ağdam rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında göstərmişdir ki, Ağdam rayonundan məcburi köçkündür və X1 ilə Yevlax şəhəri 32-ci məhəllədə yaşamışlar. X1 uzün müddət xərçəng xəstəliyindən əziyyət çəkmişdir. X11 ilə birlikdə Ağdam rayonunun dördyol adlanan qəsəbəsində yaşayan qaynanasının evinə qonaq getmiş və X11 27 fevral 2025-ci il tarixdə həmin evdə vəfat etmişdir. Mərhum arvadının ölümü ilə əlaqədar yas mərasimi də həmin qəsəbədə verilmişdir. Arvadının ölümü ilə əlaqədar dərhal məlumat verməli olduğunu bilməmiş, buna göra də onun ölümü barədə müvafiq icra hakimiyyəti orqanında qeydiyyat aparılmamışdır. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən zəruri sənədlər olmadığından ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ona mərhum arvadına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsnə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Marqlı şəxs Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi ilə yaşadıqları ərazi yaxındır və onu uzun müddətdir ki, tanıyır. Ərizəçinin həyat yoldaşını da tanımış və onun xəstə olduğundan məlumatı olmuşdur. Ərizəçinin arvadı 2025-ci ilin əvvəllərində vəfat etdiyini eşitmiş, lakin onun harada dəfn edilməsindən məlumatı yoxdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçini 4-5 ildir ki, tanıyır və qonşudurlar. Ərizəçinin X11nı da tanımış və onun xəstəl olduğundan məlumatı olmuşdur. Ərizəçinin arvadı 2025ci ilin əvvəllərində vəfat etmiş və onun yas mərasimi Ağdam rayonunda olmuşdur. İşdə olan Ağdam RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE 13264778 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 24 fevral 1962-ci ildə Ağdam rayonunda doğulmuşdur. İşdə olan Ağdam rayon Güllücə kənd Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 01 iyul 2005-ci ildə nikahlarını bağlamışlar və arvada Mehdiyeva soyadı verilmişdir. İşdə olan xx.xx.2007-ci il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkündür. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Yevlax şəhəri bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Yevlax şəhəri 32-ci məhəllə Vaqon evi ünvanında yaşamış mərhum X3 27 fevral 2025-ci il tarixdə Ağdam rayonu Dördyol qəsəbəsi 639 saylı evdə qonaq olarkən vəfat etmişdir. İşdə olan Ağdam rayon İcra Hakimiyyəti Başçısının Birinci Dördyol qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ağdam rayon İHB-nın Birinci Dördyol qəsəbəsində 639 saylı evdə müvəqqəti olaraq qeydiyyatsız yaşayan Ağdam rayon Güllücə kənd sakini 24 fevral 1962-ci il təvəllüdlü X3 27 fevral 2025-ci il tarixdə vəfat etmiş və yas mərasimi Birinci Dördyol qəsəbəsində keçirilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 ölümü haqqında tibbi şəhadətnamə olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi «Yevlax rayon Mərkəzi Xəstəxanası» X17 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin X1 27 fevral 2025-ci ildə xəstəlik səbəbindən Ağdam rayonu Birinci Dördyol qəsəbəsində ev şəraitində vəfat etmişdir. Müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ərzəçiyə mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə almaq üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24 fevral 1962-ci il təvəllüdlü X2 27 fevral 2025-ci il tarixdə Ağdam rayonunda xəstəlik səbəbindən ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar