Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1013/2024 12.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 , Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təstiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəsini belə əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən uşağı xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınıb ona verilməsi qət edilmişdir. Alimentin məbləği azdır, uşağı Natiq Novruzovun tələbatını ödəmir. Alimentin artırılmasına dair müraciət ilə əlaqədar keçirilən mediasiya prosesində hər ayın 25-dən başlayaraq hər ay ona 150 manat məbləğində aliment ödəməsi barədə Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Lakin o, barışıq sazişinin tələbinə əməl etməyərək ona alimenti vaxtında ödəmir. Tərəflərin izahatları: Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Sübutlar: Mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin ikinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürərək birinci tərəf Ərizəçi yanında qalan övladı xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi uşağın bütün qayğısını çəkməyi və ehtiyaclarını ödəmək üçün (gələcəkdə ehtiyac yaranarsa aliment ödənişinin artırılması tələbi nəzərə alınmaqla) birinci tərəf Ərizəçi 150 manat sabit pul məbləğində aliment ödənişi ödəməyə könüllü olaraq razıdır. Alimentin ödənişi xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay birinci tərəf Ərizəçi bank hesabına ödəyəcəkdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs anası Ərizəçidır. Yevlax Rayon Məhkəməsinin 2(039)-457/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alınan alimentin məbləğinin artırılaraq hər ay bir uşağa görə sabit pul məbləğində 100 manat müəyyən edilməsi barədə tələbi rədd edilməsi qət edilmişdir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmənin hüquqi mövqeyi: Tərəflərin arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmur və bu səbəbdən barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 355-25.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay uşaq üçün 150 manat (bir yüz əlli) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev:
Məhkəmə qərarları › İş №2(039)-1013/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1013/2024
12.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver