Məhkəmə qərarları › İş №2(039)-104/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-104/2024

28.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-104/2024 28.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh və onun vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah müddətində əldə edilmiş daşınmaz əmlakların bölünməsi və birgə nikah müddətində əldə edilmiş daşınar əmlakın-minik avtomobilin yarı dəyərinin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə onun birgə nikah müddətində əldə etdikləri daşınmaz əmlakları yəni, Yevlax rayonu, Yəldili kəndində yerləşən fərdi yaşayış evinin, Yevlax rayonu, Yəldili kəndində yerləşən çörək sexinin, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən “qarışıq mallar mağazasının” cavabdeh ilə aralarında bərabər qaydada bölünməsi və cavabdeh ilə onun birgə nikah müddətində əldə etdikləri “X19” makalı **-EG-*** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışı ili olan minik avtomobilinin yarı dəyərinin, yəni 30000 (otuz min) manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsinə və məhkəmə məsrəflərinin 50 manat mediasiya rüsumu və 50 manat dövlət rüsumu məbləğinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizəsində iddiaçı mülki iş üzrə iddia üzrə ikici tələbinin Yevlax rayonu Yəldili kəndində yerləşən çörək sexinin bölünməsi kimi deyil, Yevlax rayonu Aran qəsəbəsində yerləşən çörək sexinin bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onun sabiq həyat yoldaşıdır. Onların aralarında olan nikah münasibəti xx.xx.1989-cu il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.1990-cı il təvəllüdlü Muradxanova (Əsgərova) Günel Şahin qızı və xx.xx.1992-ci il təvəllüdlü X11 adlı iki uşaqları anadan olmuşdur. Təvəllüdlərindən göründüyü kimi, birgə nikahdan olan hər iki övladları yetkinlik yaşına çatmışdır. Cavabdeh ilə onun arasında olan rəsmi nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli müvafiq qətnaməsinə əsasən pozulmuşdur. Hazırda cavabdehlə onun arasında birgə nikah müddətində əldə edilmiş əmlakların bölünməsi ilə bağlı mübahisə vardır. Həmin əmlaklar Yevlax rayonu Yəldili kəndində yerləşən fərdi yaşayış evi, Yevlax rayonu Aran qəsəbəsində yerləşən Çörək sexi, Yevlax rayonu Aran qəsəbəsində yerləşən "qarışıq mallar mağazası və “X19" markalı, ** EG *** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılış ili, qiyməti 60 000 (altmış min) manat olan minik avtomobilidir.Yuxarıda qeyd edilən daşınmaz və daşınar əmlakları cavabdehlə onun birgə nikahı müddətində əldə etmişlər. BİRİNCİSİ, Yevlax rayonu Yəldili kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı bildirir ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə Cavabdeh, X11, X10 və ona Yevlax rayonu Yəldili kəndində 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mülkiyyət hüququ JN 193A nömrəli "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən təsbit edilmişdir. Daha sonra isə həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə, yuxarıda adları qeyd edilən ümumi birgə mülkiyyətçilərin adına qeydə alınmışdır. Lakin həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini Cavabdeh ilə onun birgə nikah müddətində inşa edildiyindən, həmin fərdi yaşayış evi cavabdehlə onun birgə mülkiyyəti olmaqla aralarında bölünməlidir. İKİNCİSİ, Yevlax rayonu Aran qəsəbəsində yerləşən çörək sexi üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin əmlakda cavabdehlə onun birgə nikahları müddətində əldə edildiyindən hər ikisinin arasında bərabər qaydada bölünməlidir. “ÜÇÜNCÜSÜ" Yevlax rayonu Aran qəsəbəsində yerləşən "qarışıq mallar mağaza"sı daşınmaz əmlakın Dövlət reyestrində mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmasa da həmin əmlakı onlar Bələdiyyədən satın almış və həmin əmlakın mağaza kimi işləməsinə əmək vermişlər. Həmin əmlak da cavabdehlə onun birgə nikahları müddətində əldə edildiyindən hər ikisinin arasında bərabər qaydada bölünməlidir. “DÖRDÜNCÜSÜ” Cavabdeh adına olmuş “X19” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılış ili olan minik avtomobilidir. Həmin daşınar əmlakı cavabdeh onun razılığı olmadan satmış və əldə edilmiş məbləği isə tam olaraq mənimsəmişdir. Avtomobilin real satışından əldə edilmiş məbləğin yarısı ona verilməli olduğu halda, ona verilməmişdir. Avtomobilin orta bazar qiyməti 60 000 (altmış min) manat olduğundan, həmin məbləği yarısı - 30000 (otuz min) manat pul vəsaiti cavabdeh tərəfindən ona verilməlidir. Ola bilsin ki, cavabdeh avtomobilin satışından ona az məbləğ çatması üçün alqı-satqı zamanı avtomobilin həqiqi dəyərini gizlətmişdir (azaltmışdır). Lakin, bu qəbul edilməzdir. Çünki, cavabdehə avtomobilə görə 50 000 (əlli min) manat təklif ediləndə ,o satmayaraq, avtomobilin dəyərinin 60 000 (altmış min ) manat olduğunu bildirmişdir. Eyni zamanda cavabdeh ilə birgə nikah müddətində həmin avtomobili 59000 (əlli doqquz min) manata satın almışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək, cavabdehin avtomobilin dəyəri ilə bağlı təqdim etdiyi sübutlarla bağlı isə qeyd etmişlər ki, cavabdehin məhkəməyə təqdim etdiyi qəzalı “X19” markalı avtomobilin fotoşəkilləri ilə onların birgə nihah dövründə əldə etdikləri “X19” markalı avtomobil fəqli avtomobillərdir. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillər “Google” axtarış sistemində 2019-cu ildə Salyan rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı qəzaya uğramış avtomobilin fotoşəkilləridir, həmçinin “Turbo.AZ” avtomobillərin alqı-satqı səhifəsində 2023-cü ilin may ayında cavabdeh hazırda mübahisələndirilən avtomobili 33800 -34500 ABŞ dolları aralığında yəni 57 min manatdan yuxarı qiymətə satışa qoymuşdur. Cavabdeh qəsdən avtomobilin ucuz qiymətə satılması ilə bağlı sənədlər verməklə mülki məsuliyyətdən yayınmağa çalışır, halbu ki cavabdeh aralarında münasibətlər pozulan zaman avtomobili qəsdən ona görə satmışdır ki, o həmin avtomobildən payından məhrum edilsin. Göstərilənlərin nəzərə alınaraq məhkəmədən ə iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili Fərhad Məmmədov iddianı qismən qəbul edərək, Yevlax rayonu, Yəldili kəndində yerləşən çörək sexinin 2/1 hissədə n bölünməsinə və “X19” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə satış qiymətinin 30000 manat olmasını nəzərə alaraq məhkəmədən iddianin qismən təmin olunmasını xahiş etmişdir. Cavabdeh qəzalı avtomobil fotoşəkilləri ilə bağlı məhkəmənin suallarına ağlabatan cavab verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-2976/2023 saylı məktubdan görünür ki, Cavabdeh Yevlax rayonu, Yəldili kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə ********** nömrəsi ilə (Cavabdeh, X11, X10 və X9) qeydiyyata allnmışdr. Qeyd olunan torpaq sahəsi ilkin olaraq Yevlax rayon Aqrar İslaha Komissiyasının xx.xx.1998-ci il tarixli 02 saylı qərarı əsasında verilmiş və JN-193A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. Yevlax rayonu, Aran qəsəbəsində yerləşən çörək sexi üzərinə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeydiyyat aparılarkən ilkin hüquq müəyyənedici sənədlər olaraq tikinti işlərinin aparılmasına razılıq verilməsi barədə Yevlax ŞİH-nin xx.xx.2013-cü il tarixli 190 saylı Sərəncamı, xx.xx.2014-cü il tarixli istismara qəbul aktı, eskiz layihə və 0.0210 ha sahibkarlıq təyinatlı torpaq sahəsi mülkiyyətində olması barədə xx.xx.2013-cü il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilmişdir. Yevlax rayonu, Yədili kəndində yerləşən fərdi yaşayış evi və Aran qəsəbəsində yerləşən qarışıq mallar mağazası barədə daşınmaz əmlakın dövlət reyestrində hər hansı məlumat aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli, MŞY/MT034/2023-00079 saylı arayışdan məlum olur ki, İddiaçı birgə nikah dövründə əldə edilmiş bütün əmlakın bölünməsi tələbi ilə bağlı mediatora müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-1922/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Yevlax rayon Nemətabad kənd nümayəndəliyində 1989-cu ilin noyabr ayının 09-cu günündə akt qeydləri kitabında 72 nömrə ilə qeydə alınmış nikah pozulması qət edilmişdir. "xxxx" MMC-nin ƏQ-278/2024 saylı xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, “ Toyota” markalı, “Land Cruiser” modelli, 2020-cu il buraxılışlı, “Ağ” rəngli, **- EG-*** dövlət qeydiyyat nişanlı, “Offroader/Suv” tipli minik avtomobilinin müqayisə yaranması ilə xx.xx.2024-cü il tarixə likvid dəyəri 45360 (qırx beş min üç yüz altmış) manat təşkil edir. Real bazar dəyəri 48550 (qırx səkkiz min beş yüz əlli) manat təşkil edir.Tədqiqatın dəyəri 200 (iki yüz) manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin xx.xx.2023-cü il 3- 13-16-11/2-3982/23 saylı məktubdan görünür ki, “X20” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixli Yevlax RQİ-və TBŞ şöbəsində alqı-satqı müqaviləsi əsasında Yevlax rayon sakini X1 adına rəsmiləşdirilmişdir. Avtomobilin satış qiyməti alıq-satqı müqaviləsində 30000 manat qeyd olunmuşdur. Məhkəmənin sorğusuna Yevlax RQİ və TBŞ-nin məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, “X19” makalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil vətəndaş Cavabdeh və X2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən avtomobilin satış qiyməti 30000 manat müəyyən olunmuşdur. “X19” makalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil daha sonra xx.xx.2023-cü il tarixdə Gəncə RQİ və TBŞ-də Gəncə şəhər sakini X6 adına rəsmiləşdirilmişdir. Məhkəmənin sorğusuna BDYPİ Gəncə RQİTBŞ-nin məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, nəqliyyat vasitəsinin alqı-satqı sənədlərindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə “X19” makalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 adına rəsmiləşdirilmiş və avtomobilin satış qiyməti 47500 manat müəyyən olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq DƏDK və RPHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 0,16 ha yaşayış məntəqələrinin torpaqları ümumi birgə mülkiyyət hüququ Cavabdeh, X5, X4 və X7 adlarına xx.xx.2015-ci ildə dövlət reyestrində qeydə alınmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 0,21 ha yaşayış məntəqələrinin torpaqları üzərində yerləşən 182.40 kv/m sahəsi olan Qeyri yaşayış binasına tam mülkiyyət hüququ Cavabdeh adına xx.xx.2019-cu il tarixdə dövlət reyestrində qeydə alınmış, və Yevlax şəhər İcra Hakimiyyəti Başçının Sərəncamından müəyyən olunur ki, Yevlax rayonu, Yəldili kənd sakini Cavabdeh satınaldığı 0.021 ha torpaq sahəsində sahibkarlıq obyektinin tikintisi məqsədilə hazırlanaraq təqdim olunmuş lahiyə əsasında tikinti işlərinin aparılmasına razılıq verilməsi xx.xx.2013cü ildə sərəncam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir (maddə 36.1.). Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə sazişər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər (maddə 36.2.). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3.). Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) (maddə 32.2.1.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (maddə 32.2.2.). Ailə Məcəlləsinin 36 və 37-ci maddələrinin mənasına görə, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ərarvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər (maddə 36.4.). Məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər (maddə 36.5.). Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir (maddə 36.8).Ər-arvad arasında müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1.). Qeyd edilən maddi hüquq normalarının müzakirə olunan mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı, cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsini tələb etməkdə haqlıdır. Çünki mübahisəli mənzil tərəflərin birgə nikah dövründə alınmışdır. Belə olan halda, yaşayış evi onun əldə olunma anına ərarvad olmuş iş üzrə tərəflərin ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 37.2-ci maddəsinin mənasına görə, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alıb ər-arvadın birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad. 77.1). Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (mad. 88). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır (mad. 217). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarm Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər İşin araşdırılan hallarından müəyyən olunur ki, iş üzrə tərəflər xx.xx.1989-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların bu nikahından xx.xx.1990-cı il təvəllüdlü Muradxanova (Əsgərova) Günel Şahin qızı və xx.xx.1992-ci il təvəllüdlü X11 adlı iki uşaqları anadan olmuşdur. Tərəflərin nikahı Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə cavabdehin Cavabdeh mülkiyyətində xx.xx.2019-cu il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 0,21 ha yaşayış məntəqələrinin torpaqları üzərində yerləşən 182.40 kv/m sahəsi olan Qeyri yaşayış binası və “X19” makalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Cavabdeh sözügedən əmlaklardan avtomobili xx.xx.2023-cü il tarixdə satmış, qeyri yaşayış binası isə hal-hazırda da onun mülkiyyətindədir. İddia tələbinə daxil olan digər iki daşınmaz əmlak olan Yevlax rayonu, Yədili kəndində yerləşən fərdi yaşayış evi və Aran qəsəbəsində yerləşən qarışıq mallar mağazası isə qanuni qaydada dövlət qeydiyyatına alınmadığından onların üzərində hər hansı bir mülkiyyət hüququ yaranmamışdır. Məhkəmə qeyd edir ki, mübahisəli avtomaşın satılan dövrdə tərəflərin nikahları rəsmi pozulmasa da, faktiki olaraq bu münasibətləri rəsmi nikahların pozulmasından bir il əvvəl kəsilmişdir. Həmçinin 2010-cı il buraxılışlı “X19” markalı avtomobilin işlək vəziyyətdə 2023-cü ildə dəyərinin 30000 manat olması ağlabatan deyildir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən avtomobili cavabdeh özü aidiyyatı internet səhifəsində 33800-34500 ABŞ dolları aralığında yəni 57 min manatdan yuxarı qiymətə satışa qoymuş, həmçinin cavabdeh avtomobili satdıqdan 2 ay sonra yeni mülkiyyətçisi həmin avtomobili Gəncə şəhərində 47500 manat qiymətinə digər şəxsə satmış, eləcədə cavabdehin qəzalı vəziyyətdə fotoşəkillərini təqdim etdiyi avtomobillə hazırda mübahisələndirilən avtomobilin fərqli nəqliyyat vasitələri olduğu və müvafiq mütəxəssis rəyində “X19” makalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin real bazar dəyərinin 48550 (qırx səkkiz min beş yüz əlli) manat təşkil etdiyi məlum olmuşdur. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li çıxarışa əsasən Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 0,21 ha yaşayış məntəqələrinin torpaqları üzərində yerləşən 182.40 kv/m sahəsi olan Qeyri yaşayış binasının 1/2 hissəsinə İddiaçı,1/2 hissəsinə Cavabdeh payı müəyyən edilməli, Tərəflərin birgə nikah müddətində əldə etdikləri “X19” makalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin real bazar dəyərinin yarı dəyəri olan (48550 (qırx səkkiz min beş yüz əlli) manatın yarısı) 24275 (iyirmi dörd min iki yüz yetmiş beş) manat Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda İddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun və 50 manat mediasiya xərcinin 1/2 hissəsi Cavabdeh aid edilməli və bu məqsədlə sonuncudan 50 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, əmlakların qiymətləndirilməsi ilə bağlı məsrəflər olan 200 manat pul isə Cavabdeh alınaraq "xxxx" MMC-nin Azərbaycan Respublikası Yevlax şəhərinin hesabına (VÖEN:**********, "xxxx" ASC Yevlax filialı Kod: VÖEN:********** (bankın VÖENİ) Hesab: AZ 61BRES********************; M/h AZ80NABZ******************** SWİFT: BRESAZ722 köçürülsün. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li çıxarışa əsasən Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 0,21 ha yaşayış məntəqələrinin torpaqları üzərində yerləşən 182.40 kv/m sahəsi olan Qeyri yaşayış binasının 1/2 hissəsinə İddiaçı,1/2 hissəsinə Cavabdeh payı müəyyən edilsin. Tərəflərin birgə nikah müddətində əldə etdikləri “X19” makalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin real bazar dəyərinin yarı dəyəri olan (48550 (qırx səkkiz min beş yüz əlli) manatın yarısı) 24275 (iyirmi dörd min iki yüz yetmiş beş) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin İddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun və 50 manat mediasiya xərcinin 1/2 hissəsi Cavabdeh aid edilsin və bu məqsədlə sonuncudan 50 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 200 (iki yüz) manat pul Cavabdeh alınaraq "xxxx" MMC-nin Azərbaycan Respublikası Yevlax şəhərinin hesabına (VÖEN:**********, "xxxx" ASC Yevlax filialı Kod: VÖEN:********** (bankın VÖENİ) Hesab: AZ 61BRES********************; M/h AZ80NABZ******************** SWİFT: BRESAZ722 köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar