Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1057/2021 20.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin vəfat etməsi faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin vəfat etməsi faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum övladları Günay Məmmədovanın 02 fevral 1988-ci ildə və Elvin Məmmədovun 26 iyun 1989-cu ildə Yevlax şəhərində vəfat etmələri faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, mərhum övladı X4 02 fevral 1988-ci il tarixdə, X6 isə 26 iyun 1989-cu il tarixdə vəfat etmişlər. Lakin səhlənkarlıq ucbatından övladlarına ölüm şəhadətnaməsi almamışdır. Hazırda da Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Övladlarının ölümü haqqında şəhadətnamə ona sosial hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Onun oğlu Elvin 1988-ci ildə vəfat etmişdir. Mərhumun yas mərasimində iştirak etmişdir. Bildiyinə görə ərizəçinin qızı da 1989-cu il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçi qohumudur. Onun qızı 1988-ci ildə, oğlu isə 1989-cu ildə vəfat etmişlər. Hər ikisinin yas mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs tərəfindən 18 mart 2021-ci il tarixdə verilmiş, 556 saylı məktubdan məlum olur ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs 18 mart 2021-ci il tarixli 05/Q-556/70 saylı arayışından məlum olur ki, X4 25 oktyabr 1987-ci il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs 18 mart 2021-ci il tarixli 05/Q-556/1/70 saylı arayışından məlum olur ki, X6 14 yanvar 1989-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax şəhər 50 saylı evlər komitəsi tərəfindən 13 aprel 2021-cü il tarixdə verilmiş 05 saylı arayışdan görünür ki, Ərizəçi Yevlax şəhəri, Nəsimi küçəsi 33A saylı evdə yaşayır. Ərizəçi övladları 25 oktyabr 1987-ci il təvəllüdlü X4 02 fevral 1988-ci ildə, 14 yanvar 1989-cu il təvəllüdlü X6 26 iyun 1989-cu ildə Yevlax şəhərində vəfat etmişlər və Yevlax şəhərində yerləşən Dəvəçi qəbiristanlığında dəfn edilmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Səyyar Asan9 tərəfindən 03 noyabr 2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1965-ci il tarixdə Yevlax şəhərində anadan olmaqla, Yevlax şəhəri, Nəsimi küçəsi ev 33A-da qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin 25 oktyabr 1987-ci il tarixdə X4 və 14 yanvar 1989-cu il tarixdə X6 adlı uşaqları olmuşdur. X4 02 fevral 1988-ci il tarixdə, X6 isə 26 iyun 1989-cu il tarixdə vəfat etmişlər. Lakin onların ölümü haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə belə hesab edir ki, X2 02 fevral 1988-ci il tarixdə və X3 26 iyun 1989-cu il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 25 oktyabr 1987-ci ildə anadan olmuş X2 02 fevral 1988-ci il tarixdə və 14 yanvar 1989-cu ildə anadan olmuş X3 26 iyun 1989-cu il tarixdə vəfat etmələri faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1057/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1057/2021
20.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver